advanced Search
KAGUA
2284
Tarehe ya kuingizwa: 2012/10/23
Summary Maswali
Niyə müsəlman bir kişi əhli kitab qadını ilə daimi evlənə bilməz amma müvəqqəti evlənə bilər?
SWALI
Müsəlman bir kişinin əhli kitab qadını ilə daimi evlənə bilməməsinə lakin müvəqqəti evlənməsinə icazənin olmasına sübut nədir?
MUKHTASARI WA JAWABU
Kitab əhli qadınları ilə müsəlman kişilərin daimi evliliyi barədə fəqihlərin baxışı müxtəlifdir. Bu ixtilafın səbəbi bu sahədə olan müxtəlif rəvayətlərdən irəli gəlir. Belə nəzərə çarpır ki, bəzi hədislərdə bu evliliyə icazə verlməməsinin hikməti müsəlman kişilərin kafir qadınların əxlaq və xasiyyətlərinin və həmçinin inanclarının təsir altına düşməsinin qarşısını almaqdır. Bu təsir daimi evlilikdə daha çox ehtimal olunur. Hər halda bu evliliyi qadağan edən fəqihlərə baxdıqda, görürük ki, onlarda bu məsələdə ehtiyat ediblər. O mərcənin təqlidçiləri edə bilərlər bu mövzuda evliliyə icazə verən müctehid və mərcəyə müraciə edərək, bu məsələdə ondan təqlid etsinlər.
 
JAWABU KWA UFAFANUZI
Daimi evliliyin müvəqqəti evliliklə hökm və mövqe nöqteyi nəzərindən ixtilafları var. Müvəqqəti evlilikdə əsas mənfəət hər iki tərəf üçün şəhvəti control etməkdir. Amma daimi evlilik qeyd olunan məsələlərdən əlavə, ailə qurmaq, rəsmi yaşayış və nəsli artıraraq, davam etdirmək üçündür. Bu səbəbə daha çox üstünlüyə malikdir. İslam dini ailənin roluna diqqət edərək, xüsusən övlad tərbiyəsində ananın əhəmiyyətinə vararaq, və həmçinin ailənin inkişafı və sabitliyini nəzərə alaraq, müsəlman kişilərdən mümkün qədər əhli kitab qadınları ilə daimi evliliyi tərk etməyi istəyir. Bununla yanaşı qeyd edilən xüsusiyyətlərə görə daimi evliliyin məqamı müvəqqəti evlilikdən üstündür, ona görədə daimiliyi müsəlman və mömin qadınlara xass edir. Çünki müsəlmanın məqamı qeyri müsəlmandan üstündür. Müsəlman qadını olan və qalan yerdə qeyri müsəlman qadınla daimi evlilik bəyənilməyən bir işdir.
Əlbəttə bəzi fətvalara diqqət yetirsək, bu nəticəyə gəlik ki, əhli kitab qadınlarla daimi evliliyin bəyənilməməsi bəzi mərcələrin nəzərində haramlıq həddinə çatmayıb, və insan edə bilər (şəraitə uyğun olaraq) onlarla daimi evlilik yapsın.
Hər halda müsəlman kişilərin əhli kitab qadınlarla daimi evliliyi barədə böyük təqlid mərcələrinin hökmləri belədir:
  1. Bəziləri ehtiyat vacibə əsasən onu cayil bilməyiblər. (Haram sayıblar)[1].
  2. Bəziləri deyirlər ehtiyat müstəhəbbə əsasən onlarla daimi evlilik olmaz[2].
  3. Bəziləridə bu evliliyə icazə veriblər. amma müsəlman qadınla evlənmək imkanı olduğu təqdirdə, bu evlilik məkruhdur. Bəlkə bu şəkildə ehtiyat tərk edilməyə (və əhli kitab qadınları ilə evlənilməsin)[3].
Fəqihlərin bu növ ixtilaflı hökmlərinin səbəbi, bu sahədə müxtəlif növ rəvayətlərin olmasıdır. Bəzi hədislərdən əhli kitab qadınları ilə evlənməyin caizliyi və digərlərindən belə evliliyə icazə verilməməsi istifadə olunur. Nümunə üçün aşağıdakı bir neçə hədisə diqqət edin:
  1. Əbdullah bin Sənan deyir: Atam İmam Sadiq (ə) dan yəhudi və xristian qadınla evlənmək barədə soruşdu və mən eşidirdim O həzrət belə buyurdu: O ikisi ilə evlənmək mənə daha xoşdur nasibi bir qadınla evlənməkdən. Həmçinin buyurdu: Mən xoşlamıram müsəlman bir kişi yəhudi və ya xristian bir qadınla evlənsin, çünki qorxuram övladı yəhudi və ya xristian olsun[4].
Başqa bir hədisdə belə gəlib:
  1. Müəviyə bin Vəhəb İmam Sadiq (ə) dan soruşdu: Mömin kişi Xristian və Yəhudi qadını ilə evlənə bilərmi? İmam buyurdu: Əgər müsəlman qadın varsa, onun xristian və yəhudi qadını ilə nə işi var? Dedim axı onu sevir. Buyurdu: Əgər belə bir iş görərsə (evlənərsə) onu donuz əti yeməkdən və şərab içməkdən çəkindirsin. Amma bunu bil ki, onun dindarlığında naqislik var ki, əhli kitabdan olan qadınla evlənməyə razıdır[5].
  2. İmam Baqir (ə) başqa bir hədisdə buyurdular: Müsəlman şəxsə layiq deyil, müsəlman qadın və ya kəniz qala-qala xristian və yəhudi qadını ilə evlənsin[6].
Nəticədə belə çıxır ki, Məsum İmamların (ə) əhli kitab ilə daimi evlənmədən çəkindirməsinin səbəbi İslamda övlad tərbiyəsi və ailə qurulmasına və xüsusən daimi evliliyə verilən əhəmiyyətdir. Bununla yanaşı Əhli kitab öz inancları səbəbi ilə müsəlmanların bəzi hökmlərini, o cümlədən şərab içmək və donuz əti yemək kimi, riayət etmirlər. Ona görə də çünki müsəlman kişi onunla daimi evliliyə imza atırsa, bu səbəbdən problemlə üzləşərlər.
 

[1] - Ayate izam: Xumeyni, Fazil Lənkərani, Məkarim, Behcət, Ayətullah Sistani: (Ehtiyat lazıma əsasən onlarla daimi evlilik və əqdə girməsin), baxın: Mərcələrin tövzihul məsaili, (Əlməhşiyy), cild 2, səh 468, 7851 saylı göstəricidən iqtibas.
[2] - Ayate izam: Xoyi və təbrizi, Vəhid Xorasani, Baxın: Mərcələrin tövzihul məsaili, (Vəhid), cild 2, səh 497, İmam Baqir (ə) mədrəsəsi, Qum, Doqquzuncu çap, 1428 hicri qəməri tarixi ilə.
[3] - Ayate izam: Gülpayqani, Safi, Nuri Həmədani, Şübeyri Zəncani, Baxın: Mərcələrin tövzihul məsaili (Əlməhşiyy), cild 2, səh 468
[4] - Şeyx Hürr Ameli, Vəsailuş-şiə, cild 20, səh 534, bab 1, hədis 5, Müəssiseyi Alul beyt (ə), Qum, ilk çap, 1409 hicri Qəməri tarixi ilə, Bu rəvayətin müvəqqəti evliliyə aid olduğu ehtimal edilmir. Çünki, nikah və evliliyin aşkar nümunəsi daimi evlilikdir. Bir qurup müəlliflər: Əhli beyt (ə) fiqhi jurnalı, cild 47, səh 4, Müəssiseyi dairətul maarife fiqhe İslami, Qum, ilk çap, tarixsiz.
[5] - Vəsailuş-şiə, cild 20, səh 536, bab 2, hədis 1
[6] - Vəsailuş-şiə, cild 20, səh 536, bab 2, hədis 2 və 3
TARJAMA YA JAWABU KATIKA LUGHA NYENGINE
MAONI
Tafadhali ingiza thamani
mfano : Yourname@YourDomane.ext
Tafadhali ingiza thamani
Tafadhali ingiza thamani

MPANGILIO WA KIMAUDHUI

MASWALI KIHOLELA

  • je majina ya watu watano watukufu yametajwa ndani ya Taurati na Injili?
    8610 اهل بیت و ذوی القربی 2012/05/23
    Kwa mujibu wa nukuu za baadhi ya Hadithi ni kwamba, majina ya matano ya Aali Abaa (a.s), yaani Aali wa Mtume Muhammad (s.a.w.w), ambao ni: Ali, Fatima,Hasan na Husein, yametajwa ndani ya Taurati na Injili. Pia suala hilo linaonekana kuashiriwa ndani ya ile Hadithi yenye kunukuu majadilianao ...
  • ni zipi funga zilizo zisizofaa kwa mtazamo wa imam Shafi, Hanafi na Maalik?
    8401 روزه های مستحب، مکروه و حرام 2012/05/23
    Masiku yasiyofaa kufunga saumu mbele ya imam Abu Hanifa ni: siku ya idi ndogo na idi kubwa, pia kufunga siku ya mwezi 11, 12 na 13 ya mwezi wa Dhil-hijja, pia kufunga ndani ya idi pili hadi nne za idi ya mfunguo tatu. Funga zisizofaa ...
  • Niyə müsəlman bir kişi əhli kitab qadını ilə daimi evlənə bilməz amma müvəqqəti evlənə bilər?
    2284 اشتراک در دین 2015/06/02
    Kitab əhli qadınları ilə müsəlman kişilərin daimi evliliyi barədə fəqihlərin baxışı müxtəlifdir. Bu ixtilafın səbəbi bu sahədə olan müxtəlif rəvayətlərdən irəli gəlir. Belə nəzərə çarpır ki, bəzi hədislərdə bu evliliyə icazə verlməməsinin hikməti müsəlman kişilərin kafir qadınların əxlaq və xasiyyətlərinin və həmçinin inanclarının təsir altına düşməsinin qarşısını ...
  • je ni kweli kuwa Maimamu ni wabora zaidi kuliko hata Mitume?
    9778 دانش، مقام و توانایی های معصومان 2012/05/23
    Suala la Maimamu (a.s) kuwazidi Mitume katika daraja za kielimu, ni suala moja linalo onekana kuzungumziwa sana na Riwaya mbali mbali, na sababu hasa za wao kuwazidi Mitume kielimu, zinatokana na ule uhakika wa nuru ya maumbile yao, kwani uhakika wa nuru yao unatokana na uhakika wa ...
  • kuna tofauti gani baina ya tabia na eimu ya tabia (saikolojia)?
    20737 Tabia kimtazamo 2012/06/17
    Neno (tabia) linatokana na neno la Kiarabu (اخلاق) ambalo ni umoja wa neno (خُلْق) lenye maana ya tabia, nyenendo au sifa za watu mbali mbali zinazo zimbatana na matendo yao bila ya kutofautisha baina ya sifa na tabia mbaya na zile sifa njema.
  • hivi Abbaaasi alipokwenda mto Furaat kwa ajili ya kuwaletea maji watu wa familia ya Imamu Husein (a.s) alitumia utajo au ukulele maalumu?
    4102 اهل بیت و یاران 2012/05/23
    Imamu Husein (a.s) pamoja na wafuasi wake pale walipokuwa Karbala, walikuwa wakisoma mashairi maalumu yenye ibara za kivita, kwa ajili ya kuwahamasisha wanavita, pia Abul-Fadhlil-Abbaas alionekana mara zote katika siku ya Ashura kusoma aina mbali mbali za ibara na mashairi ya kuvutia kwa ajili ya uhamasishaji, mashairi ...
  • Batasan pakaian bagi perempuan untuk mengerjakan salat
    2393 پوشش 2015/04/18
    Batasan wajib menutup aurat bagi perempuan adalah menutup seluruh badan termasuk rambut kecuali wajah (seukuran dengan basuhan ketika berwudhu), kedua telapak tangan dan kedua kaki sampai pergelangannya. Dari sisi ukuran kainnya, maka kain itu harus bisa menutupi badan artinya seukuran dengan badan dan rambutnya tidak kelihatan. ...
  • je kuutangaza mwezi ni jukumu la wanazuoni wote kwa ujumla, au ni jukumu tu la kiongozi (mwanafiqhi / kadhi) mkuu wa dini nchini?
    5375 رؤیت هلال و یوم الشک 2012/05/23
    Fani ya Fiqhi iliyo katika nyanja za juu (iliyobobea), huwa inampa mtu uwezo maalumu wa kuzivua na kuziopoa hukumu kuu za kisheria kutoka katika machimbuko yake, ambayo miongoni mwayo ni zile ibara za Qur-ani na Hadithi takatifu, na jambo hilo (kuwa na uwezo wa kuziopoa hukumu) ni ...
  • Tafadhali naomba munieleweshe, nini maana ya hijja kilugha?
    475 بیشتر بدانیم 2018/01/24
    Hijja kilugha; Ni kukisudia na kukiendea kitu au jambo fulani.[1] Neno hijja Kisheria na kitaalamu; Neno hijja kisheria ni lenye kuashiria aina maalumu ya ibada yenye kutendeka mahala maalumu, kwa mfumo na wakati maalumu. Ibada hii inatakiwa kutendeka katika nyumba maalumu ya Mwenye Ezi ...
  • tafadhalini tupeni ufafanuzi kuhusu mapokezi na maandiko ya Ziara ya siku ya Ashura.
    5782 زیارت عاشورا و دیگر زیارات 2012/05/23
    Rejeo mama na asili hasa zinazo aminika ambazo zimeyanukuu maandiko ya Sala na salamu (Ziara) za siku ya Ashura ni vitabu viwili, navyo ni: kitabu Kaamiluz-ziaaraat cha Jaa'far bin Muhammad bin Quulewaihi Qummiy, ambaye amefariki mwaka 348 Hijiria, na cha pili ni kitabu kiitwacho Misbaahul-mujtahid cha ...

YALIYOSOMWA ZAIDI

MAFUNGAMANO