Ətraflı axtarış
Baxanların
6282
İnternetə qoyma tarixi: 2014/05/18
Sualın xülasəsi
Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədən ibarətdir?
Sual
Qədr gecəsində oyaq qalmağın səbəbi, İmam Əlinin (əleyhissalam) şəhadətidirmi yoxsa,Quranın nazil olması? Əgər ikincidirsə, nəyə görə gecəni oyaq qalmalıyıq?
Qısa cavab
Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın[1] və mələklərin[2] nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu bir zaman kimi tanıtdırılır.[3]   Həmçinin, bu gecədə insanların talehi həll olunur.[4]
Bu gecədə insanların talehlərinin təyin olunması, xeyir və bərəkətin yer üzünə gəlməsi, mələklərin və Ruhun nazil olmasına xatir bu gecəni oyaq qalıb əhya saxlamağa çox sifariş olunmuşdur. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mübarək Ramazan ayının 23-cü gecəsi ailəsini yuxudan oyadar və yuxuya qalanların üzünə su çilərdi. Həzrəti Fatimənin (salamullahi ələyha) həyatında nəql olunur ki, O, bu gecədə heç kimi yatmağa qoymazdı. Həmin səbəbə görə o gecədən qabaq uşaqlara az yemək verər və əvvəlcədən belə bir gecəyə hazırlıq görərdi. Həmişə buyurardı: “Bu gecənin xeyir və bərəkətindən bəhrələnə bilməyən insan ən məhrum və biçarə şəxsdir.” [5]
Qədr gecəsinə aid Quran ayələri və rəvayətlərdən belə məlum olur ki, Ruhun və mələklərin nazil olması hər ildə baş verir. Bu gecədə, gələcək bir ildə nələr olacaqsa, İslam Peyğəmbərinin (s) dövründə O həzrətə, Ondan sonra isə O Həzərtin haqq canişinlərinə, İmam Əliyə (əleyhissalam) və Onun on bir pak övladlarına, hazırkı halda isə İmam Zamana (əc) xəbər verirlər. [6]
Beləliklə, Əmirəl-möminin Əlinin (əleyhissalam) bu gecədə şəhid olması, doğurdan da bu gecədə baş verməsina baxmayaraq, bu gecədə Əhya saxlamığın əsl səbəbi deyildir. Amma, bu hadisə, Qədr gecəsinin əhəmiyyətini daha da artırır.
 

[1] Гәдр сурәси -1; “Һәгигәтән, Биз ону (Гур’аны) Гәдр ҝеҹәси (лөвһи-мәһфузда дүнја сәмасына) назил етдик!»
[2] Гәдр сурәси -4; О ҝеҹә мәләкләр вә руһ (Ҹәбраил) Рәббинин изни илә (һәмин ҝүндән ҝәлән илин Гәдр ҝеҹәсинәдәк дүнјада баш верәҹәк) һәр бир ишдән долајы (Аллаһ дәрҝаһындан әмрләр алараг) јерә енәрләр.
[3] Гәдр сурәси -5; О ҝеҹә дан јери сөкүләнә кими (бүсбүтүн) саламатлыгдыр! (әмин-аманлыгдыр)
[4] Духан сурәси 4; Һәр бир һикмәтли (дәјишилмәси мүмкүн олмајан) иш о ҝеҹә һөкм (ајырд) олунур -
[5] Ибн Һәјјун Неман ибн Мәһәммәд Мәғрәби, Дәаимул-Ислам вә зикрул-һарам вәл-һәлал вәл-гәзаја вәл-әһкам, мүһәггиг; карректор; Фејзи Асиф, ҹ.1; сәһ.282; Гум, Мүәссисеји Алул-Бејт (әлејһиссалам) икинҹи чап;  1385 һ.г; “ Ислам Пејғәмбәри (с) Мүбарәк Рамазан ајынын 23-ҹү ҝеҹәси аиләсини јухудан ојадар вә јухуја галанларын үзүнә су чиләрди. Һәзрәти Фатимәнин (саламуллаһи әләјһа) һәјатында нәгл олунур ки, О, бу ҝеҹәдә һеч кими јатмаға гојмазды. Һәмин сәбәбә ҝөрә о ҝеҹәдән габаг ушаглара аз јемәк верәр вә әввәлҹәдән белә бир ҝеҹәјә һазырлыг ҝөрәрди. Һәмишә бујурарды: “Бу ҝеҹәнин хејир вә бәрәкәтиндән бәһрәләнә билмәјән инсан ән мәһрум вә бичарә шәхсдир.”
[6] Кулејни Мәһәммәд ибн Јәгуб, Кафи, мүһәггиг вә корректор; Ғәффари, Әли Әкбәр, Ахунди, Мәһәммәд, ҹ.1; сәһ.247; Теһран, Дарул-кутубул-Исламијјә, дөрдүнҹү чап, 1407 һ.г Бу ҝеҹәдә (Гәдр ҝеҹәсиндә) , ҝәләҹәк бир илдә нәләр олаҹагса, Ислам Пејғәмбәринин (с) дөврүндә О һәзрәтә, Ондан сонра исә О Һәзәртин һагг ҹанишинләринә, Имам Әлијә (ә) вә Онун он бир пак өвладларына, һазыркы һалда исә Имам Замана (әҹ) хәбәр верирләр
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162896 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155011 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117783 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109727 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98887 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91333 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53364 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45295 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43742 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42910 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...