Ətraflı axtarış
Baxanların
4486
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İslam ilə məsihilik arasında Allahın övlad sahibi olub-olmaması ilə əlaqədar ziddiyyət necə izah edilə bilər?
Sual
Biz inanırıq ki, Allah nə doğmuş, nə də doğulmuşdur. Amma məsihilər həzrət İsa (əleyhis-salam)-ı “Allahın oğlu” hesab edirlər! İlahi dinlər arasındakı bu təzad necə izah edilə bilər?
Qısa cavab

“Tövhid” surəsindən aydın olduğu kimi, müsəlmanların əqidəsi budur ki, Allah-taala nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur. Bütün tövhid dinləri də belə etiqada malikdir və həzrət Məsihin dini də bu külli qaydadan istisna deyildir. Çünki bütün ilahi dinlər əql və sağlam insan fitrəti əsasında qurulmuşdur. Əql və fitrət isbat edir ki, Allah-taala bütün aləmlərin xaliqidir və hər bir şeydən ehtiyacsızdır. Aydındır ki, belə bir Xaliqin ataya və ya övlada heç bir ehtiyacı yoxdur. Çünki ata və övlada malik olmaq cisim olmağı və ehtiyaclı olmağı tələb edir, halbuki Allah-taala bu kimi nöqsanlı sifətlərdən pak-pakizə və münəzzəhdir.

Amma hazırkı məsihilərin iddia etdiyi məsələ bu ilahi dində çoxlu təhriflərin baş verdiyini və həqiqi məsihilikdən uzaqlaşmasını göstərir.

Ətreaflı cavab

“Tövhid” surəsində buyurulur: “Allah səməddir (elə bir varlıqdır ki, bütün ehtiyaclılar Onu nəzərdə tuturlar).[1] Nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur.” Bəzi təfsirçilər “ləm yəlid və ləm yuləd” cümləsini “səməd” kəlməsinin təfsiri (izahı) hesab edirlər.[2] Yəni Allah-taalanın səməd olmasının mənası budur ki, “nə Ondan bir kəs dünyaya gəlmiş, nə də Özü bir kəsdən dünyaya gəlmişdir.”

Əqli baxımdan səməd olan Allah-taalanın doğmaq və doğulmaq kimi sifətlərə malik olması qeyri-mümkündür. Çünki bir varlığın digər varlıqdan dünyaya gəlməsi onun hissələrə malik olması və bu hissələrin parçalana bilməsinə dəlildir, eləcə də bölünə bilən bir şey də mürəkkəb (hissələrdən tərkib tapmış) olmalıdır. Başqa sözlə desək, doğan bir şeyin özünün müxtəlif hissələri olmalıdır və hər şey də hissələrə malik olsa, (tərkib tapmaq üçün) özünün hissələrinə ehtiyaclı olacaqdır. Çünki bu hissələr bir yerə cəm olub bir-birinin yanında qərarlaşmayana qədər həmin varlıq vücuda gəlməz. Deməli, bir varlığın Allahdan dünyaya gəlməsi əqli nəzərdən qeyri-mümkündür. Əgər buna inansaq, Allah-taalanı möhtac hesab edirik ki, bu da Allah-taalanın müqəddəs Zatı ilə uyğun gəlmir. Həqiqətdə belə bir etiqad Allahı ümumiyyətlə tanımamağa dəlalət edir.

Allahın bir kəsdən doğulmadığına gəldikdə isə, səbəbi budur ki, Allahın digər bir varlıqdan dünyaya gəlməsi də mümkün deyildir; yalnız ona ehtiyaclı olan halda mümkündür. Yəni əgər, nəuzu billah, Allah-taala təvəllüd tapmış olsa, təbiidir ki, doğulduğu şəxsə ehtiyaclı olmalıdır. Əvvəldə qeyd etdik ki, vacibul-vücud (hər bir cəhətdən ehtiyacsız) olan, zatən hər bir şeydən ehtiyacsız (ğəni) olan Allahın bir kəsə ehtiyaclı olması mümkün deyildir. Deməli, Allah-taalanın bir şəxsdən doğulması və ya bir şəxsin Ondan doğulmasının mənası yoxdur.

Müəyyən ilahi dinlərin təlimlərində əqlin qəti göstərişləri (misal üçün, Allahın hər bir varlıqdan ehtiyacsız olması və bütün varlıqların Ona ehtiyaclı olması kimi) qanunu ilə müxalif  və təzadlı olan bir şey göründükdə demək lazımdır ki, belə bir din təhrifə uğramışdır və özünün həqiqi tövhid yolundan azmışdır.

Biz inanırıq ki, bütün ilahi peyğəmbərlər, o cümlədən həzrət İsa (əleyhis-salam) bu əqidədə idi və “ləm yəlid və ləm yuləd” əqidəsini cəmiyyətdə yayırdı. Quranın buyurduğuna görə həzrət İsa (əleyhis-salam) həyatının ilk anlarında – beşikdə ikən sui-zən edənlərin və bədxahların cavabında möcüzəli şəkildə buyurmuşdu: “Mən Allahın bəndəsiyəm və O, mənə asimani kitab verərək məni peyğəmbər qərar vermişdir.”[3] Deməli, müəyyən qrupların əqlin qəti hökmünün əksinə olaraq onu “Allahın oğlu” hesab etməsi bu dində vücuda gələn azğınlığı göstərir. Tədqiqatçılar inanırlar ki, bu dindəki mövcud inhiraf və azğınlıqlar Puls adlı bir şəxsin tərəfindən icad edilmişdir.

Yəhudi bir şəxs olan Puls o dövrün məsihilərinin ciddi və barışmaz müxaliflərindən və fərisiyan dəstəsindən idi. O, məsihilərə əzab-əziyyət və işgəncə verib günahsız insanları qətlə yetirməkdə heç bir əməldən əsir gəmirdi. Amma zahirdə İsa (əleyhis-salam)-ın dininə iman gətirdi, bundan sonra məsihilərin mahir və qüdrətli təbliğatçılarından oldu. O öz sözlərində İsa (əleyhis-salam)-ın dininin haqq olmasını elə bəyan etdi ki, avam xalq kütlələri tərəfindən dərhal qəbul edildi. O, tövratdan müəyyən şahidlər gətirməklə yəhudi dinindən ayrılaraq məsihiliyi qəbul etməsini camaata izah verirdi. Puls 20 il müddətində təbliğat apardı. Bir neçə il müddətində həzrət İsa (əleyhis-salam) dininin rəvayətlərini və hədislərini cəm etmişdi.

Pulsun təlim verdiyi etiqad prinsipləri:

1. Məsihi dininin dünya səviyyəli olması;

2. Üçallahlığa etiqad və bunun ardınca da İsanın və Ruhul-Qudusun ilahiləşdirilməsi;

3. İnsanları günahlardan paklamaq məqsədi ilə Allahın oğlunun yer üzünə gəlməsi;

4. İsanın ölülərin arasından qiyam edərək asimana getməsi, sonra Allahın yanında oturaraq mühakimə yürütməsi.

Puls İsanın ilahiləşdirilməsi əqidəsini camaat arasında yayan ilk şəxs idi. O deyirdi: “Xilaskar Məsih ilahi mələkutu və hakimiyyəti yer üzündə qərarlaşdıracaq, qiyam etdikdən sonra bir daha geri qayıdacaqdır. Deməli, İsa həm bu dünyanın, həm də o dünyanın nicat verəni, xilaskarıdır. O Allahdır, elə bir varlıqdır ki, hər kəsdən əvvəl olmuşdur və hər bir şey ondan vücuda gəlmişdir.”[4]

Bu kimi yanlış əqidələr məsihilərdən bir çoxu üçün dözüləsi deyildi, hətta Məsih (əleyhis-salam)-ın həvarilərindən bəziləri bu əqidə ilə mübarizəyə qalxmış, Pulsu inkar etmişdilər.

İsanın ilahiləşdirilməsi və onun Allahın oğlu olması barəsində Pulsun əqidəsi o qədər puçdur ki, hətta mövcud müqəddəs kitablar belə[5] onun əql ilə zidd olan etiqadını sübut edə bilməz. Üstəlik, elə həmin müqəddəs kitabın vasitəsilə əql ilə zidd olan bu əqidənin rəddini tapmaq olar.[6]

Məsihilərin müqəddəs kitabı “Əhdi-ətiq” və “Əhdi-cədid”dən təşkil olunmuşdur. Əhdi-ətiq yəhudilərin kitabı olan Tövratdır və onun özü də 39 kitabdan ibarətdir. Əhdi-cədid isə məşhur incil kitabıdır. Bu iki kitab (Əhdi-ətiq və Əhdi-cədid) birlikdə “Müqəddəs kitab” kimi tanınır və məsihilər tərəfindən ehtirama layiq görülür.

Əhdi-ətiqdə İsanın Allahın oğlu olması barəsində heç bir söz getmir və məsihilərin iddia və daha çox istinad etdiyi kitab olan Əhdi-cədiddə isə, bəzən İsanın bəşər olmasına işarə edilir (və onun Allah və Allahın oğlu olması inkar edilir), bəzən isə İsanın Allah və ya Allahın oğlu olmasını qeyd edilir.

Biz bunların bəzilərini qeyd və tənqid edirik:

a) Bəşər növü olan İsa

1. “İndi seçdiyim və Mənim dostum olan bəndəmi... belə ki, xatirim ondan xoşhaldır.”[7]

2. Məsihilərin müqəddəs kitabının bir hissəsi olan “əməllər”də deyilir: “İbrahimin, İshaqın və Yəqubun Allahı – bizim əcdadlarımızın Allahı Öz bəndəsi İsanı əzəmətli etdi.”[8]

Buna əsasən, təhrif olunmuş mövcud müqəddəs kitabın aşkar ibarələrində İsa “Allahın bəndəsi” və “Onun seçdiyi şəxs” kimi təqdim olunur.

b) İlahiləşdirilmiş İsa

1. Mərqos incilində (39-37:16) deyilir. “Həqiqətdə bu kişi (İsa) Allahın oğlu idi.”[9]

Bu təbirin cavabında demək lazımdır ki, əvvəla: Burada İsanın Allahın oğlu olması dedikdə onun həqiqi mənası nəzərdə tutulmur, əksinə bu kimi hallarda “ata” və ya “oğul” olmağın məcazi mənası nəzərdə tutulur. Məsələn, məsihilərin kitabının bir yerində deyilir: “Onu qəbul edən şəxslərə qüdrət verdi ki, Allahın övladları olsunlar. Yəni Onun adına iman gətirən hər bir şəxs qandan, cəsədin istəyindən və camaatın istəyindən yox, əksinə Allahdan təvəllüd tapmışdır.”[10]

Başqa yerdə isə deyilir: “Ey həbiblər! Gəlin bir-birimizə məhəbbət göstərək, çünki məhəbbət Allah tərəfindəndir, hər kəs məhəbbət etsə, Allahdan doğulmuş və Allahı tanımış olur.”[11]

Deməli, məsihilərin müqəddəs kitabının ədəbiyyatı ilə tanış olan bir kəs görəcəkdir ki, orada bütün möminlər və salehlər “Allahın oğlanları” ünvanı ilə təqdim edilir. Amma indiyə qədər bir kəs “möminlər Allahdan doğulmuşdur” deyə iddia etməmişdir.

Bu ibarə ilə İsanın Allahın oğlu olduğunu deyən ibarə arasında nə kimi fərq vardır?! Təkcə möminlər üçün deyil, hətta xüsusi insanlar üçün də “ata”, yaxud “oğul” ifadəsi işlənmişdir!

Həmçinin, Müqəddəs Kitabda Allah-taala həzrət Süleyman barəsində buyurur: “Mən onun atası, o da Mənim oğlum olacaqdır.” [12] Halbuki həzrət Süleyman (əleyhis-salam) barəsində belə bir iddia (Allahın həqiqi övladı olması) edilməmişdir.

Deməli, hətta əgər bu incil həzrət Məsih (əleyhis-salam)-a nazil olan həmin incil olsaydı belə, yenə də həzrət Məsihin Allahın oğlu və Allahın da onun atası olmasına heç bir dəlaləti yoxdur. Bu da sonralar icad edilmiş təhrif və inhirafdan ibarətdir.

Üçüncüsü: Müqəddəs kitabda mövcud olan çoxlu təzadlar göstərir ki, hazırkı bu kitab (həzrət İsaya nazil olan) asimani kitab deyildir. Misal üçün, bəzi hallarda İsanı Allahın bəndəsi, bəzi hallarda isə Allahın oğlu olduğunu (onun Allahın oğlu olmasını Allahdan doğulma hesab etdikdə) deyən halları qeyd etmək olar.

Belə təzadlar səbəbi ilə məsihi aləminin böyük şəxsiyyətlərindən bəziləri etiraz edərək bu batil əqidəni tənqid etmişlər. Onlardan biri də Liviyanın ən böyük yepiskopu Ariyus 325-ci ildə bu əqidəni rədd edərək demişdir: “Allah xilqətdən tamamilə ayrıdır. Belə isə, yer üzünə gələrək insanlar kimi doğulan həzrət Məsihi tanımadığı Allahla bir hesab etməyimiz mümkün deyildir.”[13]

Bu etirazlar nəticəsində Neyqiyyə şəhərində bir şura təşkil edildi və yenidən əqidə üsulları tənzim olundu. Bu etiqadlar hamı üçün vacib edildi və bir qanun kimi irəli çəkildi.

İlahiləşdirilmiş İsanı Puls ixtira etsə də, bu şura onun (Pulsun) nəzərini məsihilərin əqidəsi kimi təsbit etdi. Bu inhiraflar indiyə qədər də məsihilərin arasında yayılmışdır.

Deməli, ilahi dinlər arasında heç bir ziddiyyət yoxdur. Amma təəssüflər olsun ki, hazırkı məsihilər həzrət İsanın haqq təlimlərini dəyişdirərək ondan uzaq düşmüşlər. Halbuki, həzrət İsanın təlimləri ilə İslam təlimləri arasında heç bir ziddiyyət olmamışdır və islam dini kamil din ünvanı ilə əvvəlki dinlərin hamısını təkmil edir.



[1] “İxlas” surəsi, ayə: 2, Məkarim Şirazinin tərcüməsi

[2] “Əl-mizan”ın tərcüməsi, 20-ci cild, səh. 672; "Təfsiri nümunə", 27-ci cild, səh. 439

[3] “Məryəm” surəsi, ayə: 30

[4] Mübəlliği Abadi, Abdullah, “Dinlər və məzhəblər tarixi”, 2-ci cild, Pulsun tərcümeyi-halı; “İmam Cavad (əleyhis-salam)” adına internet saytı

[5] “Məsihiyyətlə tanışlıq və tədqiqat” (“Təlimat” kitabının müəlliflər heyəti), hövzənin təbliğat bölməsi, səh. 25

[6] “Məsihiyyətlə tanışlıq və tədqiqat” (“Təlimat” kitabının müəlliflər heyəti), hövzənin təbliğat bölməsi, səh. 25. Amma bizim əqidəmiz budur ki, bu mövcud kitab da həzrət İsa (əleyhis-salam)-a nazil olan kitab ola bilməz

[7] Matta incili, 18-12

[8] “Əməllər”, 13-3

[9] Mərqos incili, 39-37:16

[10] Yuhənna incili, 13-12:1

[11] Yühənnanın 1-ci, risaləsi, 7:4, müqəddəs kitabın bir hissəsi

[12] “Tarixlərin əvvəlləri”, 14-11:17, müqəddəs kitabın bir hissəsi

[13] “Qədim kilsələrin tarixi”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    135533 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    105190 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    86360 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    84919 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    69113 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    42547 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    42368 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    30928 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    30856 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    29401 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...