Ətraflı axtarış
Baxanların
3926
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Əgər Allah-taala bizi öldükdən sonra yenidən bu dünyaya qaytararsa, biz islah olunarıqmı?
Sual
Əgər biz öləndən sonra “kaş yenidən bu dünyaya qayıdaydıq!” desək və Allah da bizə belə icazəni versə, qayıdışdan sonra gözəl əxlaq, əməl və rəftardan faydalanacağıqmı?
Qısa cavab

Əvvəla, insanların meyl və istəyi üzündən yenidən bu dünyaya qayıdışı yaradılış sisteminin və ilahi peyğəmbərlərin besətinin əbəs olmasına səbəb olar. İkincisi, bu insanların dünyaya qayıtması fərz olunsa belə, yenidən yaxşı işlər görəcəyi məlum deyildir. Çünki dünya həmin dünya, onlar da hava-həvəslərə malik olan həmin insanlardır. Belə ki, dəfələrlə dünyada bu həyatın əsassız və müvəqqəti olduğunu görməklə eyni zamanda yenidən ona məftun olmuş, onun ləzzətlərini əldə etmək üçün yaramaz əməllərə qurşanmışlar.

Ətreaflı cavab

Allahın həmişəlik sünnəti (qanunu) bu əsasdadır ki, hər bir şey özünün kamal və təkamülünə doğru hərəkət etsin. Allah-taala bu dünyada insanı yaratmış, ona əql qüvvəsi (batini höccət) vermiş və vəhylə (xarici höccət) təchiz etmişdir ki, kamala doğru hərəkət etsin. Buna əsasən, əgər insanın ölümündən sonra öz istək və meyli əsasında yenidən dünyaya qayıtması qərara alınsaydı, bu, yaradılış sisteminin və ilahi peyğəmbərlərin besətlərinin əbəs və faydasız olmasına səbəb olardı. Bu da dəyişilməz ilahi sünnətlə müxalifdir.

Qeyri-mümkün fərzə əsasən, bu insanlar dünyaya qayıtsaydı da, onların yenidən yaxşı əməllər görəcəyi məlum deyildir. Çünki dünya həmin dünya, insanlar da ixtiyar sahibi olan həmin insanlardır, onlarda şeytani həvayi-nəfslər, inadkar qərizələr (instinkt), təkəbbür, tüğyançılıq hissləri vardır. Hazırkı dünyada onları Allah-taalanın əmr və fərmanları ilə müxalifətə və Onun ayələrini təkzib etməyə vadar edən həmin amillər yenidən dünyaya qayıtdıqları təqdirdə öz qüvvəsində qalacaqdır.[1]

Buna görə də Quran belə bəyan edir: “Eləcə öz yanlış yollarını davam etdirərlər, nəhayət onlardan birinin ölümü gəlib çatan zaman deyər: “Pərvərdigara! Məni (dünyaya) qaytar, bəlkə tərk (və səhlənkarlıq) etdiyim hallarda saleh əməl yerə yetirim!” (Lakin ona deyilər:) “Belə deyildir! Bu, onun ağzında dediyi sözdən başqa bir şey deyildir (əgər yenidən qayıtsa, əməlləri elə əvvəldəki kimi olacaqdır)! Onların arxasınca dirildilib qəbirdən duracaqları günə – qiyamət gününə qədər bərzəx həyatı vardır.”[2]

Allah-taala onların istəklərinin müqabilində “kəlla” (yox, belə deyildir) kəlməsi gətirmişdir. Bu kəlmə ərəb dilində həm qadağan etmək mənasına, həm də qarşı tərəfin söz və iddiasının batil, əsassız və puç olduğunu isbat etmək üçün gətirilir. Yəni ayə ehtimal üzrə iki mətləbə işarə etmiş olur. Biri budur ki, bu söz puç bəhanədən başqa bir şey deyildir və insanın bu dünyaya qayıtmasına səbəb olmaz. İkincisi, onların iddiası inkar olunur. Onlar deyirlər ki, əgər dünyaya qayıtsaq, keçmiş (yaramaz) əməllərimizi bərpa edərək saleh əməllər görəcəyik. Allah-taala buyurur ki, bu, əsasız və boş iddiadan başqa bir şey deyildir. Əgər dünyaya qaytarılsalar, əvvəldəki həmin proqramlarını davam etdirəcəklər.[3]

Bu kəlmədən əlavə, “bəlkə” mənasını ifadə edən “ləəllə” kəlməsindən də başa düşülür ki, bu kimi şəxslər (dünyaya qayıdacaqları təqdirdə) öz vəziyyətlərindən tam əmin deyildirlər və yenə də ehtimal verirlər ki, onların bu peşmançılıqları ölüm ərəfəsində yaranmış olan xüsusi şəraitlərdən irəli gəlmiş olsun. Çox hallarda əgər dünyaya qaytarılsalar, yenə də əvvəlki vəziyyətlərini davam etdirəcəklər.[4]

Mühüm məsələ budur ki, onların bu dünyaya qayıtmasının heç bir faydası yoxdur. Belə ki, Allah-taala başqa bir yerdə buyurur: “Əgər dünyaya qaytarılsalar, onlara qadağan olunan həmin əməlləri yenidən görəcəklər.”[5] Deməli, onların qəflət yuxusundan oyanmaları müvəqqətidir və daimi deyildir.[6]

Bu kimi insanlar kafir və günahkar insanlar kimidir: dəryada təlatümə, tufana düşdükləri, özlərini məhv olma və ölüm ərəfəsində gördükləri zaman tam xalis niyyətlə və ixlas üzündən Allahdan kömək istəyirlər, lakin nicat tapdıqdan sonra yenə də əvvəlki əməllərinə qayıdırlar. Başqa sözlə desək, həmin şəxslər çox hallarda dünyanın əsasız olduğunu görmüşlər, çox hadisələrdə ölümləri gözləri önündə təcəssüm etmişdir, lakin yenidən dünyaya aldanmış və onun müvəqqəti, ötəri ləzzətlərinə çatmaq üçün yaramaz əməllərə qurşanmışlar.



[1] “Əl-mizan”, 7-ci cild, səh. 84

[2] حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ * لَعَلِّی أَعْمَلُ صَالِحًا فِیمَا تَرَکْتُ کَلَّا إِنَّهَا کَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى یَوْمِ یُبْعَثُونَ

“Mominun” surəsi, ayə: 99 və 100

[3] “Təfsiri nümunə”, 14-cü cild, səh. 313; “Əl-mizan”, 5-ci cild, səh. 98

[4] “Tibyan” təfsiri, 7-ci cild, səh. 393; “Kənzul-irfan”, 9-cü cild, səh. 212

[5] وَ لَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ

“Ənam” surəsi, ayə: 28

[6] “Təfsiri nümunə”, 5-ci cild, səh. 200

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    120048 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91365 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71253 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    55072 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    52632 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37794 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26821 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26385 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26128 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25227 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...