Ətraflı axtarış
Baxanların
5830
İnternetə qoyma tarixi: 2011/10/04
Sualın xülasəsi
İmalar (ə) niyə öz hərəmlərini teror hücumlarından qoruya bilməyiblər?
Sual
Əgər İmamlar (ə) hər bir işi yerinə yetirə bilirlərsə, onda niyə öz hərəmlərini teror hücumlarından və silahlı şəxslərin gülləsindən qoruya bilmədilər?
Qısa cavab

Allah- Taala İslamın əziz Peyğəmbəri (s) və pak imamlara (ə) təşrii vilayətdən (qanun qoymaq və şey işləri halal və haram etmək haqqı) əlavə, təkvini vilayət də vermişdir və onların aləmdə hər hansı bir işi görməyə güdrətləri çatır. Bu cür vilayət və qüdrət onların zahiri həyat vəziyyətlərinə məxsus deyil. Çünki onlar özlərinin bərzəx həyatlarında da bu qüdrətə malik olan müqəddəs zatlardır. Amma onlar bu qüdrətdən həmişə və hər yerdə istifadə etmirlər, əksinə Allahın dininin məsləhəti olan, camaatın hidayəti olan və İlahinin dəyişilməz sünnəsinin əksinə olmayan yerdə istifadə edirlər.

Bir tərəfdən İmamlar (ə)- ın hərəmlərinə hörmət etmək hidayət yolu və onlara və pak hərəmlərinə ehtiramsızlıq zəlalət yoludur. Digər bir tərəfdən isə İlahi sünnələrdən biri insanların hamısının məad gününədək hidayət və zəlalət yolunu seçməkdə azad olmasıdır. Ona görə də, onlar bu qüdrətdən həmişə hər yerdə istifadə etmirlər. Necə ki, Allah Taala həmişə öz qüdrətindən istifadə etməyib və indi də istifadə etmir. Halbu ki, qüdrətlərin ən yaxşısı və hər bir şeyə qadirdir. Tarix boyu zalım dəstələr dəfələrlə kəbə evinə hücum edib və onu uçurublar. Amma Allah- Taala yalnız bu yerdə kəbəni sökməyi ciddi qərara almış Əbrəhənin qoşununu möcüzəli şəkildə məhv etdi.

Ətreaflı cavab

Allah- Taala İslamın əziz Peyğəmbəri (s), digər Peyğəmbərlər və pak imamlara (ə) təşrii vilayətdən [1] əlavə, təkvini vilayətdə vermişdir. Onlr təkvini vilayətə əsasən, aləmdə hər cür dəxalət və iş görməyə qaadirdirlər. İmam Baqir (ə) buyurdu: "İsmi əzəmin 73 hərfi var. "Asəf ibn Bərxiya" onun bir hərfini bilirdi. O, həmin bir hərfdən istifadə etməklə Bilqeysin taxtını bir anda gətirdi. Biz (imamlar) ismi əzəmin 72 hərfini bilirik."[2] Buna əsasən, bu hədis imamlar (ə)- ın güc və bacarıq miqdarını müəyyənləşdirir. Belə bir vilayət və qüdrət, onların zahiri həyat halına məxsus deyil. Onlar həyat və ölümləri bərabər olan müqəddəs zatlardır. Yəni bu maddi dünyadan köçüb və şəhid olandan sonra və bərzəx həyatlarında da bu qüdrətə malikdirlər. Amma onlar öz gündəlik həyat və işlərində adi elm və qüdrətdən istifadə edib və möcüzə və qeyri adi işlər görməməyə vadar edilmişlər. yalnız xüsusi yerlərdə və Allahın izni ilə olan və Allahın dininin məsləhəti və camaatın hidayəti ona bağlı olan yerlərdə ondan istifadə etməyə icazə veriliblər. yəni onlar dünya həyatlarında dabu qüdrətdən həmişə istifadə etmədilər.

Qüdrətlərin ən yuxarısı olan Allah bu qüdrətdən həmişə istifadə etməyib və indi də istifadə etmir. Tarix boyu zalım qüvvələr dəfələrlə Kəbə evinə hücum edib onu xarab ediblər, amma Allah- Taala yalnız bir yerdə Kəbəni sökməyi ciddi qərara almış Əbrəhənin qoşununu möcüzəli şəkildə məhv etdi ki, həmişəlik tarixdə qalsın və hamı Allahın ən üstün güc olduğunu bilsinlər. Əgər istəsə v iradə etsə, bir anda bütün kafir, zalim və fasiqləri tənbih və məhv edə bilər. Amma lütf və mehribanlığına görə, cahillik üzündən bəzi əməlləri edən şəxslərin zəlalət yolundan qayıtmaları və cəza günü İlahi əgər bizə möhlət versəydin biz də hidayət tapardıq demələri bəhanəsi olmamaları üçün, onlara möhlət verir. Elə ona görə də, bütün insanların hidayət tapmasının mümkün olması üçün, Peyğəmbər və İmamlar (ə) da zahiri səbəblərə əsasən öz vəzifələrinə əməl etməlidirlər. xüsusi yerlərdə özlərini və dostlarını və pak hərəmlərini qorumaq üçün bu möcüzə və qüdrət imamlar (ə) dan aşkar olub və tarixdə yazılıb. Amma yuxarıda qeyd etdiyimiz sübuta əsasən, ümumiliyi yoxdur.

İmamlar (ə)- ın hərəmlərinə hörmət, hidayət və xoşbəxtlik yoludur. Əksinə onlara hörmətsizlik zəlalət yoludur. İlahi sünnələrin biri, insanların hamısının məad gününədək hidayət və zəlalət yolunu seçmələrində azad olmalarıdır. Əgər imamlar (ə) İlahi elm və qüdrətdən həmişə istifadə edib və mümkün olan qədər az bir müddətdə, Allah düşmənləri olan öz düşmənlərini məhv etmək istəsələr, bu İlahinin dəyişilməz sünnəsinin əksindir. Daha insanların təkamül, imtahan və düzəlmələrindən ibarət olan insanların yaranış hədəfi baş verməyəcək.

Hazırda məzlum və müdafiəsiz müsəlmanlara qarşı terorçu hücumlar edən insanlarının çoxu, özləri də müsəlmandır. Amma çox təəssüflər, şeytan qüvvələrinə aldanıb və onların güc vasitələrinə çevriliblər. Onlar yollarını azdıqlarına görə, Allah rizasına və Allah- Taalaya yaxın olmaq üçün, müsəlmanları hədəfə alırlar. Bunların əməl və rəftarı insana xəvarici xatırladır. Onlar qürbət qəsdi ilə həzrət Əli (ə)- mı daha çox savab qazanmaq üçün, qədr gecəsi məsciddə şəhid etdilər. həmçinin insana Yəzidin qoşununu xatırladır. Onlar da qürbət qəsdi ilə imam Hüseyn (ə)- la döyüşdülər. Çünki Hüseyn (ə) və onun dostlarının babasının dinindən xaric olduqlarını iddia edirdilər. Necə ki, Nəgrəvan xəvarici də həzrət Əli (ə) mı kafir sayırdılar. Amma bununla belə, bu mehriban imamlar onları məhv etmək üçün təkvini vilayət və İlahi qüdrətdən istifadə etmədilər.

Sonda bu məsələyə işarə etmək yaxşı olar ki, imamlar belə məktəb və cərəyanları İlahi qüdrətlərindən istifadə etməklə məhv etməməklə, insanlara onları məhv etməyin təbii yolunu öyrətdilər. Yəni, əgər onlar İlahi qüdrətlərindən istifadə etsəydilər, bizim üçün nümunə ola bilməzdilər və o qüdrətdən bəhrələnməyən bizlər, imam Hüseyn (ə) kimi imamlarla eyni şəraitdə olduğumuz zaman, İslamı qorumaq üçün hansı addımlar atmalı olduğumuzu bilməyəcəkdik.

Buna görə, onlar bu qüdrətdən həmişə və hər yerdə istifadə etmirlər.



[1] - Bu məsələ barəsində alimlər arasında ixtilaf var.

[2] - Kuleyni, Məhəmməd ibn Yəqub, Üsuli Kafi, cild 1, səh 230, hədis 1.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    7822 İmamın şərtləri 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
    8632 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    5723 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • “Qızın ərə getməsində atasının izni şərtdir” məsələsində başqa bir mərcəyi-təqlidə müraciət (onun fətvasına əməl) edə bilərikmi?
    4604 Nizamlar hüquq və əhkam 2011/10/20
    İbtidai və əməldən əvvəlki təqliddə iki və ya daha artıq müctəhidin elmləri bərabər olan halda təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) caizdir. Amma diqqət yetirmək lazımdır ki, bir-biri ilə əlaqəli olan məsələlərdə bir müctəhidə tabe olmaq ...
  • Ислам тәфәккүрүнүн үмумијјәти һаггында орта сәвијјәли програм ирәли сүрмәк нәдән ирәли ҝәлир?
    5390 Təzə kəlam 2009/11/10
    Ислам дини, ән мүкәммәл вә сонунҹу ҝөндәрилмиш бир диндир. Бу ҹәһәтдән, биз инсанын һәјатынын бүтүн саһәләриндә, фәрди вә иҹтимаи бөлүмүндә бу динин нәзәрини һәмишә нәзәрдә сахламалы вә онун ҝөстәриши бизә чыраг олмалыдыр. Исламда мүнәззәм орта сәвијјли тәфәккүр нәзәријјәси ислам дини һаггына орта сәвијјәли тиорија кими исламын ...
  • Əgər namaz dinin sütunudur, onda niyə füruddindən biridir?
    7509 Qədim kəlam 2011/11/17
    Üsuliddin o şeylərə deyilir ki, insan öz ağıl və düşüncəsi ilə onları qəbul edib, müsəlman olur. İslamı qəbul edəndən sonra, onda fərdi və ictimai vəzifə və təkliflər vacib olur ki, onun ən mühümlərindən biri, namazdır. Buna əsasən, namaz hökmlərin içində daha çox əhəmiyyətə malik olduğu üçün, ona dinin sütunu deyilir. ...
  • Əl telefonuna enerji yükləməkdən ötrü məscidin işığından istifadə etmək olarmı?
    4688 Məscidlərin və müqəddəs yerlərin əhkamı 2015/06/02
    Baxmayaraq ki, məscidin işığından və vəsilələrindən şəxsi məsələlərdə istifadəsinə icazə yoxdur amma, dəqiq bilinsə ki, məscidi tikən və ya onun şəri hamisi bu işə icazə versə, iradı yoxdur. Əlavələr: Təqlid mərce müctehidlərinin bu mövzuda nəzərləri:[1] Həzrət ayətullah üzma Xamnei (Allah qorusun); Əgər vəqf olunana ...
  • İlahi əzabla imtahan arasında necə fərq qoymaq olar?
    7367 Qədim kəlam 2010/11/10
    İşlərin bəziləri, şübhəsiz, ilahi imtahanların ayrılmaz hissəsidir və məqsəd budur ki, insanın onların müqabilində seçdiyi mövqeyi aydınlaşsın. Bu kimi mövqe seçmələr və insanın bu hadisələrlə qarşılaşmağı nəticəsində onun batini və həqiqi şəxsiyyəti formalaşır. Həmçinin hadisələr qarşısında onun öz daxili səciyyə və niyyətlərinin büruz ...
  • Cin surəsinin 9- cu ayəsinin təfsiri
    7998 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayənin habelə buna oxşar digər ayələrin təfsirində, fərqli nəzərlər bəyan ediblər. Qabaqkı təfsirçilərin bir çoxu bu ayənin təfsirində ayənin zahirini qorumağa təkidli olublar. Amma Alusi öz təfsirində bu cür təfsirlərə bir çox iradlar edib və onların cavabında bəyan edibdir. "Təfsiri fi zilalın" yazıçısı ...
  • İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin (ə) övladlarına çatdı?
    10284 فضائل و مناقب 2012/06/13
    Sualın cavabını əldə etmək üçün bir nöqtəyə diqqət etmək lazımdır. O şəxs ki, İmamət məqamına çatır bir çox xüsusiyyətlərə o cümlədən ismət, elm, şücaət, səxavət və... malik olmalıdır və insanların bu xsusiyyətləri başqalarında olmasını müəyyən etməsi mümkün olmadığı üçün, İmamətin təyin edilməsi Allah tərəfindəndir ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    157237 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    137878 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    113142 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    103303 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    86738 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    78349 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50849 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    39417 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38909 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    38359 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".