Ətraflı axtarış
Baxanların
5979
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
Sual
Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
Qısa cavab

Mütəal Allah Quran-kərimdə Ramazan ayının barəsində buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olmasını istəmişdir ( şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”

Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir xütbədə Ramazan ayının fəzilətlərini belə bəyan edir: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması) ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmışsınız... Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Bu ayda ən yaxşı əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir...”

Ətreaflı cavab

Quranda Ramazan ayı

Mütəal Allah Qurani-kərimdə Ramazan ayının barəsində belə buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olması- istəmişdir ( şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”

Oruc tutmaq üçün məhz Ramazan ayının seçilməsinin səbəbi bu ayın sair aylardan fəzilətli olmasıdır, çünki onda nazil olan ilahi kitab – Quran  bəşəriyyətə yol göstərmək və hidayət etmək üçün gəlmişdir, özünün ilahi qayda-qanunları və göstərişləri ilə düzgün yolu başqasından seçib ayırıb, insanların səadətinə zəmanət verir. Quran belə bir şərafətli ayda nazil olmuşdur.[1] Deməli, Ramazan ayının əhəmiyyət və dəyəri Quranın onda nazil olmasına görədir.[2]

Mübarək Ramazan ayının məqam və əhəmiyyəti barəsində məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərdən birini qeyd etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir gün bizim üçün xütbə oxudu və buyurdu: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması)  ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmış, onda Allahın kəramət əhlindən olmuşsunuz. Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Belə isə, Allahı düzgün (saf) niyyətlə, günah və rəzil sifətlərdən pakizə qəlblərlə çağırıb istəyin ki, onun orucunu tutmağı, onda Quran tilavət etməyi sizə nəsib etsin. Həqiqətən, bədbəxt və bəd aqibət o kəsdir ki, bu əzəmətli ayda (günahlarından) bağışlanmaqdan məhrum olsun. Öz aclıq və susuzluğunuz ilə qiyamət günündəki aclıq və susuzluğu yad edin. Fəqir və miskinlərinizə sədəqə (ehsan) verin, qocalarınızı təzim edin, uşaqlarınıza rəhm edin, qohumlarınıza nəvaziş edin. Dillərinizi deməməli olduğunuz sözlərdən, gözlərinizi nəzər etməyiniz halal olmayan şeylərdən örtün, qulaqlarınızı qulaq asmaq halal olmayan şeyləri eşitməkdən saxlayın. Camaatın yetimlərinə mehribanlıq edin ki, camaat da vəfatınızdan sonra sizin yetim övladlarınıza mehribanlıq etsinlər. Öz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın, namaz vaxtları dua etmək üçün əllərinizi qaldırıb dua edin. Çünki, namaz vaxtları ən yaxşı anlarıdır, bu vaxtlarda Allah-taala Öz bəndələrinə rəhmət nəzəri salır, Onunla minacat (raz-niyaz) etdikləri vaxt (müsbət) cavab verir, Onu nida etdikləri vaxt “ləbbeyk” deyir, çağırdıqları vaxt (duaları) müstəcab edir. Ey insanlar! Həqiqətən sizin canlarınız əməllərinizin girovundadır, (onu) Allahdan bağışlanmaq istəməklə girovdan çıxarın. Sizin kürəklərinizə günah yükü ağırlıq edir, səcdələri uzatmaqla onun yükünü yüngülləşdirin və bilin ki, Allah-taala Öz izzət və cəlalına and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəm odu ilə qorxutmasın. Ey camaat, sizlərdən hər kəs bu ayda oruc tutan bir möminə iftarlıq versə, onun savabı Allah yanında bir qul azad etmək və keçmiş günahlarının bağışlanması qədər olar...”

Səhabələrdən bəziləri dedilər: “Ya Rəsuləllah, axı bizim hamımızın iftar verməyə imkanımız yoxdur?!”

Həzrət buyurdu: “Oruc tutanlara hətta yarım xurma qədər, yaxud bir içim su olsa belə, iftar verməklə, cəhənnəm odundan uzaq olun! Həqiqətən, Allah bu işi görən adama, bundan artığına qadir olmasa da, həmin savabı verər. Ey camaat, hər kəs bu ayda əxlaqını gözəlləşdirsə, qədəmlərin əsdiyi bir gündə (Qiyamətdə) Sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayda xidmətçilərinin (qulam və kənizlərin) işini yüngülləşdirsə, Allah qiyamətdə onun hesabını yüngül edər. Hər kəs bu ayda Öz şərini camaata çatdırmayıb qabağını alsa, Allah da qiyamətdə Öz qəzəbini ondan dəf edər. Hər kəs bu ayda bir yetimi əzizləyib nəvaziş etsə, Allah da onu qiyamətdə əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbasına sileyi-rəhim və ehsan etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Hər kəs bu ayda qohum-əqrəbasından ehsanını kəssə, Allah da qiyamətdə Öz rəhmətini ondan kəsər. Hər kəs bu ayda sünnət olan namazı qılsa, Allah onun üçün Cəhənnəm odundan uzaq olmaq bəratı (icazənaməsi) yazar. Hər kəs bu ayda vacib namazları əda etsə, Allah ona sair aylarda qılınan yetmiş namaz savabı əta edər. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, əməl tərəzilərinin yüngül olduğu bir gündə Allah onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Quran oxusa, sair aylarda bütöv bir Quran oxuyanın savabını qazanar. Ey camaat! Həqiqətən bu ayda behiştin qapıları açıqdır. Pərvərdigarınızdan istəyin ki, onu sizin üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır. Rəbbinizdən istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirləyiblər, Allahdan istəyin ki, onları sizə müsəllət (hakim) etməsin.”

Əli (əleyhis-salam) buyurur: Mən ayağa qalxıb dedim: “Ey Allahın Rəsulu! Bu ayda ən yaxşı əməl nədir?” Həzrət buyurdu: “Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl Allah-taalanın haram buyurduğu şeylərdən çəkilməkdir.”[3]

 


[1] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 634, "Darul-kutubil-islamiyyə", Tehran,  1-ci çap, 1374-cü şəmsi il

[2] Qiraəti, Möhsün, “Nur” təfsiri, 1-ci cild, səh. 289, “Quran dərslərindən” mədəniyyət mərkəzləri, Tehran, 1383-cü şəmsi il

[3] Şeyx Səduq, “Əmali”, səh. 93, “İslamiyyə” kitabxanasının nəşriyyatı, 1362-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
    9198 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə ...
  • Nə üçün bəzi şiə alimləri və ariflər maddi imkanlara, halal ruzilərə malik olmaqla eyni zamanda Allahın halal buyurduğu münasib əyləncə, halal ləzzət və sair nemətlərdən istifadə etmirlər?
    6272 Əməli irfan 2012/03/14
    Allah-taalanın məxluqlara verdiyi nemət və ləzzətlər maddi şeylərdə həsr olunmur; əksinə bu nemətlər mənəviyyata da şamildir və mənəvi nemətlər daha artıq ləzzətə malikdir. Təqva sahibləri, ariflər və zahidlər Allahın mənəvi nemətlərindən, batini zinət və ləzzətlərindən daha artıq bəhrələnirlər. Onlar maddi imkanlardan mümkün olan ən aşağı həddə istifadə ...
  • Bu ki, deyilir İmam Əsr (əc)- ın zühurundan qabaq İraq ölkəsində on bir mərcə təqlidin öldürülməsi düzdür?
    5846 Qədim kəlam 2011/10/18
    Qeyd olunan sualda iki ehtimal var: Birinci budur ki, on iki mərcədən on biri həzrəti Məhdinin düşmənlərinin əli ilə öldürüləcək. İkinci budur ki, həzrət özü onları öldürəcək, zühurla əlaqəli rəvayətlərə müraciət etməklə hər iki ehtimalın doğru olmaması sübut olunur. Baxmayaraq ki, birinci ehtimalla əlaqədar təqribən oxşar rəvayətlər varımızdır ki, ...
  • Ümumiyyətlə tato haramdır?
    14364 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Məscidul-əqsa müsəlmanların ilk qibləsi olduğu zaman orada namaz qılınırdımı? Hansı tərəfə?
    7804 Fiqh tarixi 2012/03/14
    Beytul-müqəddəs müsəlmanların qibləsi olduğu zaman orada heç bir müsəlman yox idi və orada necə namaz qılınması ilə əlaqədar bəhs irəli sürülmürdü. Amma sübut məqamında zahirən, onun hökmü Kəbə barəsində olan hökm kimi idi. Fəqihlər bu barədə buyurmuşlar: “Vacib namazları Kəbə evinin içində və onun damında qılmaq məkruhdur ...
  • Vəliyyi- fəqih mələklərdən üstündürmü?
    6991 Nizamlar (Qurluşlar) 2011/02/15
    Qeybət əsrində vilayət- fəqih Peyğəmbər (s) və imamlar (ə)- ın vilayətinin davamıdır. Başqa sözlə, vilayəti- fəqih, Peyğəmbər (s) və imamların (ə) vilayətindən götürülüb. O həmin ixtiyarla islam hökumətini təşkil edib və onu idarə etməyə məmur olubdur. Digər bir tərəfdən, İmam Xumeyninin nəzərinə ...
  • İmam Zamanın (ə) qeyb əsrində olmasının nə kimi faydası vardır və bunun fəlsəfəsini açıqlayın.
    8184 Qədim kəlam 2011/05/10
    İmamın insanlar arasında yaşamasının və olmasının çoxlu faydası vardır. Ən azından Allah- Taala onların ehtiramına bərəkət nazil edir. Həmçinin İmamın gözlərdən qeybdə yaşamasının da faydası belədir. Bu faydalardan bir neçəsini aşağıda qeyd edirik: 1)             Yer üzərində İlahi feyzin vasitəçisidir.
  • Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
    6014 Əməli əxlaq 2011/11/19
    Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və ...
  • Quranla kifayətlənib və rəvayətləri aradan aparmaqla müsəlmanlar arasında olan ixtilaf birliyə çeviriləcəkmi?
    6444 Hədis elmləri 2012/01/18
    Quranla kifayətlənib sünnə və rəvayətləri silməkməsələsitarixi cəhətdən təqribən İslamın əvvələrinə qayədərş Çünkiəhli sünnə və şiənin mənbələrinə əsasən, Peyğəmbər (s)ın bərəkətli ömrünün sonlarında, O həzrət ümmətin ondan sonra hidayət olub, yolunu azmaması üçün qələm, mürəkkəb və kağız istəyən zaman, təəssüflə ikinci xəlifə Ömər bin Xəttab bu işə qarşı çıxıb və deyir: ...
  • Zaman (ə)- in anası məsumdur?
    6401 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/11/10
    Şiə nəzərində yalnız peyğəmbərlər və onların canişinləri məsumdur; yəni ömürləri böyu bütün günah, və səhvlərdən, (Allahın dinini) vəhyin icrasında və təbliğində pakdırlar və bu şəxsiyyətlərdən başqa heç kəs bu bu məqama sahib deyildir. Mümkündür bəzi insanlarda bu insanlıq kamalına yol tapıb ilahi məqamdan bəhrələnsin, elə ki, imam övladları həzrət Zeynəb ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162890 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154984 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117775 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109719 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98846 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91321 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45267 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43735 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42901 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...