Ətraflı axtarış
Baxanların
15614
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Sual
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Qısa cavab

Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə qədər nüfuz etməli və bütün tilavət müddəti ərzində bu haləti qoruyub saxlamalıdır.

Ətreaflı cavab

İslamda hər bir şeydən, xüsusilə Quran kimi əzəmətli ilahi bir kitabdan bəhrələnmək dəqiq proqram əsasındadır. Quranın özündəki dəlilə əsasən onun tilavətindən bəhrələnmək üçün müəyyən ədəb qaydaları və şərtlər bəyan olunmuşdur. Aşağıda onlardan bir neçəsini qeyd edirik:

1. Yalnız dəstəmaz və təharətli olduqda Quranın yazılarına toxunmağa icazə verilir. Quranda buyurulur: “Qurana paklardan başqası məss edə (ona toxuna) bilməz”.”[1]

Bu, həm zahiri paklığa işarədir, həm də bunu göstərir ki, onun dərin məfhumlarını, maariflərini və incəliklərini yalnız əxlaqi rəzalətlərdən pak olanlar başa düşə bilər. Yəni insan həqiqət və bəsirət gözlərinə pərdə çəkən çirkin sifətlərdən, rəzalətlərdən uzaq olmalıdır ki, Quranın həqiqətlərini dərk və Haqq-taalanın camalını müşahidə etməkdən məhrum olmasın.

2. Quranı “tərtil” ilə, yəni kəlmələrini dəqiq tələffüz etməklə və onda təfəkkürlə tilavət etmək lazımdır.[2]

3. Quran tilavətinə başlayan zaman rəhmət dərgahından qovulmuş şeytanın şərindən Allaha pənah aparırıq. Belə ki, bir ayədə oxuyuruq: “Quran oxuduğunuz zaman qovulmuş şeytanın şərindən Allaha pənah aparın!”[3]

İmam Sadiq (əleyhis-salam)  “bu göstərişə necə əməl edək və nə deyək?” - sualının cavabında buyurmuşdur:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

(Belə deyin:) “Əstəizu bis-bisəmiil-əlim minəş-şeytanir-rəcim.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən).

Başqa rəvayətdə deyilir ki, İmam (əleyhis-salam) “Həmd” surəsini tilavət edən zaman belə deyirdi:

اَعُوذُ بِاللَّهِ السَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ، وَ اَعُوذُ بِاللَّهِ اَنْ یَحْضُرُونِ

“Əuzu billahis-səmiil-əlim minəş-şeytanir-rəcim və əuzu billahi ən yəhzurun.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən və həm də şeytanın mənim yanımda hazır olmasından Allaha pənah aparıram.)

Amma tilavət zamanı “əuzu billahi minəş-şeytanir-rəcim”in nə üçün “bismillah”dan qabaq deyilməsinə gəldikdə isə, onun səbəbi budur: “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsi olduğuna görə tilavətə başlamazdan qabaq ondan Allaha pənah aparmaq lazımdır.

Bir rəvayətdə deyilir ki, Cəbrəil (əleyhis-salam) Quran barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə dediyi ilk söz bu idi:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

“Ey Muhəmməd, de: əstəizu bis-səmiil-əlim minəş-şeytanir-rəcim – sonra belə de:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ

“Bismillahir-Rəhmanir-Rəhim, iqrə’ bismi Rəbbikəlləzi xələq.”[4]

Əlbəttə, şeytanın şərindən Allaha pənah aparmaq təkcə sözdə olmamalı, tilavət edən şəxsin ruhunun dərinliklərinə nüfuz etməlidir. Belə ki, insan Quran tilavət edən zaman şeytani xislətlərdən uzaqlaşmalı və ilahi sifətlərlə zinətlənməlidir ki, haqq kəlamın başa düşülməsi, həqiqətin ürək oxşayan camalının müşahidə edilməsi qarşısında olan maneələri öz fikir və xəyal mühitindən təmizləyib aradan qaldırsın.[5]

Buna əsasən, dildə olmasa da belə, bütün tilavət müddəti ərzində şeytanın şərindən Allaha pənah aparmaq lazımdır.



[1] “Vaqiə” surəsi, ayə: 56:

لا یَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

[2] “Müzzəmmil” surəsi, ayə: 4:

وَ رَتِّلِ الْقُرْآنَ تَرْتِیلًا

[3] “Nəhl” surəsi, ayə: 98:

فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّیْطانِ الرَّجیمِ

[4] “Müstədərəkül-vəsail”, 4-ci cild, səh. 264-265:

الشَّیْخُ أَبُو الْفُتُوحِ الرَّازِیُّ فِی تَفْسِیرِهِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ‏قَالَ أَوَّلُ آیَةٍ نَزَلَتْ أَوْ أَوَّلُ مَا قَالَهُ جَبْرَئِیلُ لِرَسُولِ اللَّهِ ص فِی أَمْرِ الْقُرْآنِ أَنْ قَالَ لَهُ یَا مُحَمَّدُ قُلْ أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ ثُمَّ قَالَ قُلْ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ‏

[5] “ "Təfsiri nümunə", 11-ci cild, səh. 401 və 402

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    4161 Hədis elmləri
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Аллаһ-Тааланын Рүбубијјәт мәгамына чатмаг олармы?
    3297 Nəzəri irfan
    Рүбубијјәт мәгамынын мүхтәлиф мәртәбәләри вә нисбәтләри вардыр. Бу суала ҹаваб вермәкдән өтрү бүтүн бу ҹәһәтләри нәзәрә алмаг лазымдыр. Әҝәр илаһи рүбубијјәтә чатмагдан мәгсәд, мәхлугун затында дәјишиклик олуб, Халигә чеврилмәсидирсә бу иш батил вә гәти шәкилдә рәдд олунмуш бир иддиадыр. Амма, диҝәр мәнада бу мөвзуда бәзи изаһлар вермәк ...
  • Şiə məzhəbində namaza təkid və onun fəlsəfəsi nədir?
    4325 Əhkam və hüquq fəlsəfəsi
    Şübhəsiz ki, İlahi hökmlər dəlil və fəlsəfə əsasındadırlar, amma lazım deyil İlahi əmrlərin hamısında dəlil və fəlsəfə axtaraq. Müsəlman şəxs İlahi göstərişlər qarşısında təslim olmalıdır və bu qəbul və təslim ruhiyyəsi insanın kamil olmasından xəbər verir. Bir sözlə, bəzi İlahi əmrlər ruhum təslim və bəndəlik imtahanı üçündür.
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    2998 Zaman
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Günahın həqiqət və mahiyyəti nədir və insanın ruhuna nə kimi təsirlər qoyur?
    4835 Əməli əxlaq
    Yuxarıdakı sualın cavabı dörd hissədən ibarətdir: 1. Günahın həqiqət və mahiyyəti: Ərəb dilində günah mənasına olan “ism اثم” və “üsyan” mövlanın əmrindən imtina etmək, xəta və sapmaq deməkdir. Günahkar insan ...
  • Bütün İlahi peyğəmbərlər kitaba malik olmuşlarmı? Əgər belədirsə, həzərt Nuhun (ə) kitabınıb adı nədir?
    3880 Qədim kəlam
    Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin ...
  • Cəmiyyət israfçı olduğu halda narahat əhali yalana, dolandırıcılığa və hiyləgərliyə üz tutur. Necə İslam əmrlərinə düzgün əməl etmək olar?
    3123 Əməli əxlaq
    İslam dininin əhkam və qanunları iki sahədə icra oluna bilər. Onların bəziləri şəxsi bəziləri isə cəmiyyət məsələlərində istifadə edilir. Fərdi əməllər icra oluna biləndir. Yəni, əgər müsəlman İslam əhkam və əmrlərinə şəxsi çərçivədə əməl etmək istərsə, məsələn, namaz, oruc və s.. cəmiyyətin dagıdıcı olmasına baxmayaraq, şəxsin əməllərinə ...
  • İslam şəriətinə əsasən həkim və xəstə arasında olan qarşılıqlı maaşı bəyan etmək olarmı?
    3866 Nizamlar hüquq və əhkam
    İlahi hökmlər bir cəhətdən iki yerə bölünürlər.1.             İmzai hökmlər2.             Təsisi hökmlər.İmzai hökmlər o hökmlərdir ki, İslamdan qabaq olublar, amma İslam onları islahat aparmaqla imza edibdir; ticarət növlərinin çoxu kimi, amma təsisi ...
  • Zəlalət yaradan kitablar və onun hökmü nədir?
    3295 Azdırıcı kitabların saxlanması
    “Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna ...
  • Peyğəmbərin buyurduğu “qələm-kağız” hədisində “mənim yanımda mübahisə aparmaq rəva deyildir!” dedikdə məqsədi nə idi?
    5166 Məsumların (Əleyhimussəlam) sirəsi
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “mənim üçün qələm-kağız gətirin” cümləsi sünnü və şiə kitablarında müxtəlif sənədlərlə nəql olunan məşhur hədisin bir hissəsidir. Rəyasət aşiqi olan bir dəstə adam Quranda وَمَا یَنْطِقُ عَنِ الْهَوَی “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə vəsf edilən Peyğəmbərin hüzurunda olan zaman ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    117821 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    90194 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    69229 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    52984 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    47499 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37329 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26438 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25610 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24859 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    24336 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...