Ətraflı axtarış
Baxanların
33632
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
Sual
Mən Allaha çox etiqadlı olan bir qızam. Bir nəfər mənə pislik edib ki, heç cür onu bağışlaya bilmirəm və bağışlamıram. İzdivaca səbəb ola bilərdi, amma evlənməyimi bilərəkdən pozdu. Ürəyimə od vurdu və heç bir səbəb olmadan, gələcəyimi məhv etdi. Mən də ona qarğış edirəm. Sual etmək istəyirəm ki, Allah, sınmış qəlbdən olan və bunun özü onun haqq olmasına sübut olan, qarğışa əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
Qısa cavab

Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, bir nəfərin bir şəxs tərəfindən əziyyətlənib, ya qəlbi sındı və qarğış etdisə gərək qarğışı qəbul olmalıdır, qətiyyətlə belə deyil. Çünki, Quranın buyurduğuna görə, əgər camaatın yaxşılığı əldə etmək üçün tələsdikləri kimi, Allah da onları cəzalandırmaqda tələssəydi, hamısı məhv olardılar. Buna əsasən, bəzən bu haqqı tələb etməyin dünyafa baş verməsi, bəzən də bəzi məsləhətlərə əsasən, bu işin bu dünyada baş verməməsi və axirət dünyasına qalması mümkündür. Əslində qiyamətin qurulmasının səbəblərindən biri, camaatın haqqını pozanlar və zalımlardan məzlumların haqqının tələb edilməsi üçündür.

Diqqət etmək lazımdır ki, zülm və sitəm dərəcəli işlərdəndir; yəni güclü və zəif ola bilər. Camaatın hüquq hissəsində zülmlərin ən yuxarısı, zalımların camaatın dini və hüquqları ilə bağlı etdikləri zülmlər və baş verən qətllərdir. Fərdi hissədə də, uca Allaha şərik qoşmaqdır. Bu cür zülmlər nəin ki, bağışlana bilməz, hətta qarğışa da layiqdir. Necə ki, camaatı hətta dindarlıqlarına görə İlahi övliyaları öldürdüyü və zülm etdiklərinə görə, Bəni- Üməyyəyə lənət və qarğış kimi, bizim dualarda gəlibdir. Amma bəzən zülm bir müsəlmandan digər müsəlmanadır. Bu cür cülm, dində düşmənçiliyə görə deyil, əksinə şəxsi ya mali və... cəhətdəndir. Bu cür zülm və həddi aşma o qədər güclü deyi və birinci növlə müqayisə oluna bilməz, əksinə əfv və güzəşt ola bilər.

Ətreaflı cavab

Bu yazıda yuxarıdakı sualı yəni qarğış mövzusunu neçə baxışdan təhlil və araşdıracağıq.

A). Nifrin (qarğış) lüğətdə

Nifrin (qarğış) bir kəsin ya şeyin ölümü, arzusuna çatmama və bədbəxtliyi üçün, pis dua etmək mənasındadır.[1] Lənət, pisləmə və danlama mənasında da gəlibdir.[2]

Buna əsasən, lüğət alimlərinin fikrincə, nifrin (qarğış) dua olunan şəxsin zərərinə edilən bir növ duadır. Başqa sözlə, dua iki növdür; müsbət ki, həmin məşhur və tanınmış duadır və mənfi əleyhinə olan dua ki, nifrin (qarğış)- dır.

Nifrin Quranda

Nifrin də dua kimi, bizim dini mənbələr və təlimlərdə, təsdiqlənir. Qurani- kərimdə bu mövzu, Məsəd surəsində açıqlanmışdır. Orda Allah Əbu Ləhəbi (Peyğəmbərin əmisi) İslam Peyğəmbəri (s)- nə əzab- əziyyət etdiyinə görə nifrin edir.

«تَبَّتْ يَدا أَبي‏ لَهَبٍ وَ تَب»[3]

Əbu Ləhəbin əlləri qurusun, qırılsın (və ona ölüm olsun).

«التبّ الهلاك، و تبّت الأولى دعاء عليه بالهلاك و الخسران»[4]

Təbb, ölüm və məhv olma mənasındadır. Ayənin əvvəlindəki birinci təbb, Əbu Ləhəbin həlak olması və ziyanına olan, əleyhinə duadır; yəni həqiqətdə həmin nifrindir.

Nifrin rəvayətlərdə

Məsumlardan (ə) olan rəvayət və hədislərdə, məzlumun nifrininə xüsusi əhəmiyyət verilibdir. Burada neçə nümunəyə işarə edirik:

  1. İmam Sadiq (ə) buyurur:

«اتَّقُوا دَعْوَةَ الْمَظْلُومِ فَإِنَّ دَعْوَةَ الْمَظْلُومِ تَصْعَدُ إِلَى السَّمَاء»[5]

Məzlumun nifrinindən qorxun. Çünki, məzlumun nifrini göyə gedir.

  1. O. Həzrət digər rəvayətdə buyurur:

«اتقوا دعوة المظلوم فإنّه يَسأل الله حقّه و الله سبحانه أكَرم من أن يسئل حقّاً إلّا أجاب»[6]

Məzlumun nifrinindən qorxun. Həqiqətən o öz haqqını Allahdan istəyər və Allah bundan daha əzizdir ki, ondan bir haqq istədikdə onu qəbul edər.

  1. Həmçinin İmam Baqir (ə) da buyurur: Atamın ölümü yaxınlaşan zaman, məni öz sinəsinə sıxıb və buyurdu: Oğlum, mən sənə atamın mənə ölüm zamanı vəsiyyət etdiyini vəsiyyət edirəm. Dedi, atası ona vəsiyyət etdi, Allahdan başqa heç bir köməyi olmayan insana zülm etməkdən çəkin.[7]

«يَوْمُ الْمَظْلُومِ عَلَى الظَّالِمِ أَشَدُّ مِنْ يَوْمِ الظَّالِمِ عَلَى الْمَظْلُومِ»[8]

İmam Əli (ə) buyurur: Zülm çəkmişin haqqını zalımdan alan gün, zalımın zülm çəkmişə olan günündən daha çətindir.

Nifrin məsələsinin təhlil və araşdırılması

Bəyan olunan ayə və rəvayətlərə diqqət etməklə, nifrin qanunun bizim dini təlimlərdə tanınmış bir məsələ olduğu məlum olur. Amma duanın qəbul olmağı üçün şəraitə ehtiyacı olduğu kimi hər şəxsin etdiyi hər dua da həmişə qəbul olmur.[9] Nifrin də, belədir. Yəni bir nəfərin bir şəxs tərəfindən əziyyətlənib, ya qəlbi sındı və qarğış etdisə gərək qarğışı qəbul olmalıdır, qətiyyətlə belə deyil.

Qurani- kərim bu barədə buyuyur: "Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdur. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri pis duaları (nifrin) də dərhal qəbul etsəydi, onlar çoxdan mhv olub gedərdilər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqlarıiçərisində şaşqın bir vəziyyətdə qoyaraq".[10]

Əlbəttə, bildiyimiz kimi, başqalarına zülm etmək, Allahın bağışlamaq və ya haqqını tələb etməsini camaatın öz ixtiyarına qoyduğu, camaatın hüquqlarından sayılır.

Əgər zülm onunan şəxs öz haqqından keçsə, Allah da keçər. Amma əgər məzlum ona onunan zülmü bağışlamasa, şübhəsiz Allah onun haqqını tələb edəcəkdir.

«وَ لا تَحْسَبَنَّ اللَّهَ غافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّما يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصار»[11]

Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxarar. Buna əsasən bəzən bu haqqı tələb etməyin dünyada baş verməsi, bəzən də bəzi məsləhətlərə görə, bu işin bu dünyada baş verməməşi və axirət dünyasına qalması mümkündür. Əslində qiyamətin qurulmasının səbəblərindən biri, camaatın haqqını pozanlar və zalımlardan məzlumların haqqını tələb eedilməsi üçündür.

Bu məqalədə diqqət olunası zəruri olan budur ki, zülm dərəcəli işlərdəndir. Yəni güclü və zəif ol bilər.

Camaatın hüquq hissəsində ən böyük zülm, zalımların camaatın dini və hüquqları ilə bağlı etdikləri zülmdür.

Fərdi hissədə, uca Allaha şərik qoşmaq zülmlərin ən böyüküdür. Bu cür zülmlər nəin ki, bağışlana bilməz, hətta qarğışa da layiqdir. Necə ki, camaatı hətta dindarlıqlarına görə İlahi övliyaları, öldürdüyü və zülm etdiklərinə görə, Bəni- Üməyyəyə lənət və qarğış kimi, bizim dualarda gəlibdir. Amma bəzən zülmq bir müsəlman digər bir müsəlmana edir. Bu cür zülm, dində düşmənçiliyə görə qəbul deyil, əksinə şəxsi ya mali və... cəhətdəndr. Bu cür zülm və həddi aşma o pislikdə deyil. Bu məsələ, hətta zülmlərin ən böyüklərindən sayılan və Quranda onun üçün əbədi əzab vədəsi verilən[12] qətl barəsində də, ola bilər. Yəni öldürülənin dindarlığa görə olan qətlə, əbədi və əzab vədəsi var, nəin ki, şəxsi düşmənçiliyə görə olan. Necə ki, rəvayət də bunu çatdırır.[13]

Sonda, bu məsələni də xatırlatmaq zəruri nəzərə gəlir ki, nifrin və haqqı tələb etmək, məzlumların və zülm çəkmişlərin inkar olunmaz haqqlarından olsa da, amma bizim dini mənbələrdə tapşırılıb ki, həmişə əfv və güzəşt, nifrin və intiqam olmaqdan daha yaxşıdır. Peyğəmbər (s) uca llahdan rəvayət edir.... Sənə zülm edən şəxsi əfv et, səni məhrum edən şəxsə bəxşiş et və sənə pislik edən şəxsə yaxşılıq et.

Bu baxışdan uca Allah buyurur:

«وَ لْيَعْفُوا وَ لْيَصْفَحُوا أَ لا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ وَ اللَّهُ غَفُورٌ رَحيمٌ» [14]

"Onlar əfv edib və göz yummalıdırlar. Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayan və mehribandır.

Peyğəmbər (s) və İmamlar (ə)- ın təlimlərinə əsasən, mömin insan İlahi sifətlərin təcəlli yeri omalıdır. Uca Allahın sifətlərindən biri, bağışlamaq və güzəştdir, belə ki, onu "ya Qəffar" "Ya Rəhim" və ... səsləyirik. Müxtəlif vaxtlarda Allahdan, mənim səhv və günahlarımı bağışlamasını istəyən şəxs, başqalarının səhvlərinə göz yummalıdır ki, onun özü İlahi əfv və bağışlanmağa şamil olsun. Qeyd etməliyik ki, bu göstəriş (əfv) o müsəlman qardaş və bacılarla əlaqəlidir ki, cəmiyyətdə cahillik və nadanlıq və... səbəbindən bəzən bir- birinin haqlarını pozur və öz müsəlman qardaşına zülm edirlər. Amma böyük zalımlar və hədləri aşanlar, müxtəlif mövqelərdə bu qaydadan istisna olublar.

Nifrin əxlaq və irfan nəzərindən

Qeyd etməliyik ki, əxlaq böyükləri və alimlərinin bəzisi, bu cəhətdən məsələyə baxan zaman, müsəlmana nifrin etməyi düzgün saymırlar:

"Məxfi qalmasın ki, müsəlmana nifrin və pis dua etmək də, lənətləmək kimi pislənibdir. Hətta zalımlara belə. Yalnız o zaman ki, onun şər və zərərindən insan naçar və pis şəraitdə olsa. Nəql olubdur: "Bir şəxsə bəzən zülm olur, amma zalıma nifrin edəndə o qədər ifrat edir ki, Allah onun özünü də zalımlardan sayır".[15] [16]

Ona görə də, müsəlman bir şəxsin digər bir müsəlmana zülm etdiyi yerlərdə, bağışlamaq, nifrin və intiqam, məzlumun haqqı olsa da, amma mümkün olan qədər, belə şəxsləri bağışlamaq və işləri Allaha həvalə etmək lazımdır ki, Allah da bizim günahlarımızdan keçsin.

Allah özü, məzlumun haqqını qoruyacağını vədə vermişdir. Əgər bu dünyada, bizim bilmədiyimiz məsləhətlərə əsasən belə bir iş baş tutmasa, o biri dünyada olacaqdır.

 


[1] - Ənvəri, Həsən, Sözün böyük lüğəti, cild 8, səh 7888, söz nəşriyyatı, Tehran, çap ikinci, 1382 hicri şəmsi.

[2] - Dehxoda, Əli Əkbər, Lüğətname Dehxoda, cild 43, səh 660, Tehran universiteti, 1346, hicri şəmsi.

[3] - Məsəd surəsi, ayə 1.

[4] - Muğniyə, Məhəmməd Cavad, Əl- kəşşaf təfsiri, cild 7, səh 631. Darul- kutubul- İslamiyyə, Tehran, 1424 hicri qəməri.

[5] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 90, səh 359, Əl- vəfa müəssisəsi, Beyrut, 1409 hicri qəməri.

[6] - Təmimi Amədi, Qurərul- hikəm, səh 350, İslami təbliğat dəftəri, Qum, 1366 hicri şəmsi.

[7] - Kuleyni, Kafi, cild 2, səh 331, Darul- kutubul- İslamiyyə, Tehran, 1368 hicri şəmsi.

«عَنْ أَبِي جَعْفَرٍ (ع) قَالَ لَمَّا حَضَرَ عَلِيَّ بْنَ الْحُسَيْنِ (ع) الْوَفَاةُ ضَمَّنِي إِلَى صَدْرِهِ ثُمَّ قَالَ يَا بُنَيَّ أُوصِيكَ بِمَا أَوْصَانِي بِهِ أَبِي ع حِينَ حَضَرَتْهُ الْوَفَاةُ وَ بِمَا ذَكَرَ أَنَّ أَبَاهُ أَوْصَاهُ بِهِ قَالَ يَا بُنَيَّ إِيَّاكَ وَ ظُلْمَ مَنْ لَا يَجِدُ عَلَيْكَ نَاصِراً إِلَّا اللَّهَ»

[8] - Nəhcül- bəlağə, səh 511.

[9] - Duanın şərtləri və fəksəfəsi haqqında məlumat əldə etmək üçün bu göstəricilərə baxın: Duanın fəlsəfəsi, 8961 (sayt: 9037); Duanın qəbul olmasının şərtləri və yolları, 2145 (sayt: 2269).

[10] - Yunus surəsi, ayə 11.

[11] - İbrahim surəsi, ayə 42.

[12] - Nisa surəsi, ayə 93.

[13] - Kafi, cild 7, səh 275- 276.

«عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ سَأَلْتُهُ عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ مَنْ يَقْتُلْ مُؤْمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ [خالِداً فِيها] قَالَ مَنْ قَتَلَ مُؤْمِناً عَلَى دِينِهِ فَذَلِكَ الْمُتَعَمِّدُ الَّذِي قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ وَ أَعَدَّ لَهُ عَذاباً عَظِيماً قُلْتُ فَالرَّجُلُ يَقَعُ بَيْنَهُ وَ بَيْنَ الرَّجُلِ شَيْ‏ءٌ فَيَضْرِبُهُ بِسَيْفِهِ فَيَقْتُلُهُ قَالَ‏َ لَيْسَ ذَلِكَ الْمُتَعَمِّدَ الَّذِي قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ»

[14] - Nur surəsi, ayə 22.

[15] - Kafi, cild 2, səh 333, h 17.

[16] - Nəraqi, Əhməd, Meracus- səadə, səh 197, çap qədim, Əmin və rəşidi nəşriyyatı, TehranNəraqi, Məhdi, Cameus- səadət, cild 1, səh 305, İsmailiyan, Qum, 1386 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Xəcalətin kökü nədir?
    8973 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Çox şəkk edənin hökmü nədir?
    7158 Nizamlar hüquq və əhkam 2015/05/27
    Şübhə yoxdur ki, çox və həddən artıq şəkk etməklə vəsvəsəyə yetişmək şeytanın hilələlrindən biri olub, Allah bəndələrini öz bəndəçiliklərində süsləşdirib ibadətdən uzaqlaşdırır və Allah eləməmiş kimi bəzən insanı ibadətə qarşı laqeyd həddinə kimi gətirib çıxarır. Ona görə də həddən arıq şəkk edəndə ona fikir vermək lazım deyil.
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    5969 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    32979 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    6305 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
    12265 Qədim kəlam 2011/04/16
    Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir ...
  • İslam ilə məsihilik arasında Allahın övlad sahibi olub-olmaması ilə əlaqədar ziddiyyət necə izah edilə bilər?
    6024 Qədim kəlam 2011/09/12
    “Tövhid” surəsindən aydın olduğu kimi, müsəlmanların əqidəsi budur ki, Allah-taala nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur. Bütün tövhid dinləri də belə etiqada malikdir və həzrət Məsihin dini də bu külli qaydadan istisna deyildir. Çünki bütün ilahi dinlər əql və sağlam insan fitrəti əsasında qurulmuşdur. ...
  • İnsanın ölümündən sonra ruhu dünyada gedən proseslərdən, baş verən hadisələrdən xəbərdar ola bilərmi?
    10434 Qədim kəlam 2011/09/10
    Qurani- kərim ayələrindən, məsumlardan (ə) bizə gəlib çatan rəvayətlərdən ruhların ölümdən sonra dünyaya qayıtması, öz qohumlarının əhvalından və ... xəbərdar olması istifadə olunur. İlahi mələklərin də bu işdə vasitə olması nəinki inkar edilmiş, bəlkə açıq-aşkar bəyan edilmişdir.Bir rəvayətdə gəlmişdir:1.     "Həqiqətən, mömin ...
  • Həzrət Musanın (ə) göstərdiyi möcüzədəki ilanla əlaqədar Quranda “seban”, yəni böyük ilan və “can”, yəni kiçik ilan olmaqla iki müxtəlif mənalı söz işlədilmişdir. Məgər bu iki təbir bir- biri ilə ziddiyyət təşkil etmirmi?
    9930 Təfsir 2012/07/16
    Bu iki ayə bir- birinə əks deyildir. Çünki bəzi təfsirçilərin fikrinə əsasən, əsanın kiçik əjdəhaya çevrilməsini bəyan edən ayələr həzrət Musanın (ə) peyğəmbərliyinin ilk illərinə təsadüf edir ki, o zamanlar həzrətin bu möcüzəyə hazırlığı yox idi, Quranın bəyanına görə, hətta qorxuya düşərək qaçmışdı. Əsanın böyük əjdəhaya çevrildiyi ...
  • Hal hazırda behişt və cəhənnəm var?
    6380 Qədim kəlam 2010/05/19
    Ayə və rəvayətlərdən belə çıxır ki, vəd edilmiş behişt və cəhənnəm hal hazırda mövcuddur. Axirətdə isə tam şəkildə öz əksini tapacaq. İnsan öz əbədi yerində əməlləri, inancları və əxlaqı səviyyəsində sövq veriləcək. Lakin behişt və cəhənnəm üçün digər növlərdə təsvir olunub. Məsələn: dünyada müşahidə ilə, insanın bərzəxdəki ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162716 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154269 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117520 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109427 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    97819 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91058 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53206 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44590 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43548 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42647 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...