Ətraflı axtarış
Baxanların
9032
İnternetə qoyma tarixi: 2007/11/02
Sualın xülasəsi
Xəcalətin kökü nədir?
Sual
Xəcalətin kökü nədir?
Qısa cavab

     "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq.

Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə üzündən olmayan bir məsələ və insanın ruhunun zəifliyinin göstəricisidir.

Xəcalətin yaranma səbəbləri bunlardan ibarətdir:

Özünü digərləri ilə müqayisə etmək, özünü kiçik sanma, tənhalıq hissi, qovulmaq, məsxərə olmaq və qəbul olunmamaqdan qorxmaq, daxili ya sismi çalışmamazlığı böyük saymaq, təvazö ilə utancaqlığı səhv tutmaq və özünə inamsızlıq və...

Ətreaflı cavab

Cavab verməzdən əvvəl xəcalətin mənası ilə tanış olmağımız lazımdır. Sonra xəcalətə səbəb olan işləri araşdıracağıq.

Quranda "xəcəl" kökündən bir kəlmə gəlməyibdir. Buna əsasən, onun həqiqi mənasını tapmaq üçün, lüğət kitablarından və psixologiyadan kömək almalıyıq.

Fikrimizcə xəcalət üçün olan müxtəlif mənalardan başqa, "xəcaləti" utanaqlıq" adlandırmaq daha yaxşı olar. Necə ki, psixologiya kitablarının çoxu, bu baxışdan ona baxırlar. Ona görə də, biz də bu cavabda həmin baxışdan onun barəsində danışacağıq.

Utancaqlıq insanın özünə ictimai mövqeydə olan qeyri- adi diqqətidir ki, onun nəticəsində insan bir cür əzələ və ruhi stresə düçar olur və hissiyyat və tanıma şəraiti təsirlənir və onda ölçülməmiş rəftarların və münasib olmayan əksüləməlin yaranmasına şərait yaradır.

Sadə dil ilə, utancaqlıq yəni, özünə qeyri adi diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq.

"Həy" ilə "utancaqlığın" fərqi

Bəziləri utancaqlığı həya ilə eyni tutub və onu qızlarda təsdiq edir, yozur və həvəzləndirirlər.

Bu fikir düzgün deyil və onlar eyni mənada deyil.

Hədislərin birində Peyğəmbər (s) həyanı iki qismə bölür:

1. Ağıldan götürülmüş həya.

2. Axmaqlıqdan götürülmüş həya.

Buna əsasən, Əli (ə)- da buyurubdur: Haqq sözü deməyə utanan şəxs, bu onun axmaqlığındandır. Bunun qarşı tərəfi, pislik səbəbindən camaatdan həya edən, layiqli və lazımlı bir işdir.[1] Deməli, ağıldan götürülən həya, insanın ən xüsusiyyətlərindən biri, iman göstəricisi və şəxsiyyətin inkişafına işarədir. Başqa sözlə, özünü saxlamağa qüdrətin olması, iradə üzündən olan və dəyərli bir işdir və ayə və rəvayətlərdə[2] onu yaxşı yad ediblər.

Bunun qarşı tərəfi olan utancaqlıq, iradə üzündən olmayan, xoşagəlməz bir iş və ictimai çatışmamazlıq və zəifliyin əlamətidir.

Uşaqlarda da xəcalət yəni, digərlərinin qarşısında hazır olmaq və danışmaqdan uşağın özünü saxlaması. Amma həya, uşağın İslam ədəb və dəyərlərinin proqramına əməl etməsi mənasındadır.

Dəyərsiz, pis və günah işləri görməkdən çəkinən uşaq, xəcalət çəkən deyil.

Böyüklərə hörmət, haramlara göz yuman və həmçinin qulağını sirləri eşitməkdən saxlamağa adət edən uşaq, xəcalətli deyil. Bunlar həyanın nümunələridir ki, İlahi və səmavi dinlər ona sifariş ediblər.[3]

"Xəcalət və utancaqlıq" barəsində İslamın nəzəri

İslam utancaqlıqla müxalifdir. Bu məsələ, məsuliyyətləri qəbul etmə və fərdi və ictimai vəzifələr barəsində olan İslamın tapşırıqlarını başa düşülür.

Aydındır ki, ictimai məsuliyyətləri qəbul etmək və İslam və insanlıq vəzifələrini yerinə yetirmək, şücaət xasiyyəti olmadan mümkün deyil. Məsələn: Quranda çox təkid olunan yaxşılığa əmr və pislikdən çəkindirmə fərizəsi,[4] əxlaqi şücaət və faydalı və təsirli əlaqə qurmağı bacarmağa ehtiyaclıdır.[5]

"Xəcalət və utancaqlığın" kökləri və səbəbləri

Utancaqlıq inkişaf dövrü boyu yavaş- yavaş insanda yaranır. Uşaqlarda utancaqlıq ilk əlamətləri dörd aylıqda zahir olur və bir yaşda onun əlamətləri tamamilə aşkar olur. Çünki, bu yaşda qəribə adamdan üzünü döndərir ya gözlərini bağlayır ya üzünü örtür.

Uşaqların utancaqlı olmasında irsi olmağın rolu var. Həmçinin mühit utancaqlığı çoxaltmaq ya normallaşdırmaqda təsirlidir. Digər uşaqlarla əlaqəsi olan uşaqlar, daha az utancaqdırlar.

Uşaqlarda utancaqlığın səbəblərindən biri budur ki, böyüklər həmişə onların dostları, tanışlar və yadları qarşısında söz və hərəkətlərinin qarşısını alırlar və göz, dodaq və barmaqlarının təhdidli işarələri ilə, onların sakit olmağa səsləyirlər. Əgər bir söz desələr onları bir cürə dayandırırlar. Nəticədə uşaqlar bunu anlayırlar ki, danlanmaq və iztehza təhlükəsindən qorunmaq və böyüklərin razılığını əldə etmək üçün, sükut və başıaşağı olmaqdan daha yaxşı bir yol yoxdur.

Əlbəttə cavanlıq dövrlərində də bu məsələnin yaranması mümkündür ki, onun səbəblərini aşağıdakılarda xülasə etmək olar:

  1. Utancaq şəxsin özünün və bacarıqarına şəkki var. Ona görə də, elə bilir ki, heç kəs ona qiymət və dəyər vermir (özünə yersiz təhqir).
  2. Utancaq şəxsin cürəti yoxdur (Ona görə də, utancaq şəxsin tərifində cürətsiz olmasını deyiblər) və digərlərinhin məsxərəsinə düşməkdən qorxur.

Araşdırıcıların çoxu utancaqlığın əsas səbəbini ictimai narahatçılıq ya qorxuda bilirlər.[6]

  1. Cismi ya daxili eyiblərin bəzisində şişirtmə edir.
  2. İnsanların bəzisi, təvazönü utancaqlıqla səhv sayır və onu bir dəyər sayırlar. Onlar özlərini utancaq göstərməklə özlərini təvazökar göstərmək istəyirlər. Halbu ki, təvazö həya kimi bir fəzilətdir. Amma yersiz xəcalət bir növ eyb və nöqsandır. Təvazökar şəxs öz dəyərindən xəbərdardır. Amma utancaq şəxs əsassız xəyalların əsiridir və özünü səhv dəyərlərə qurban edir.
  3. Yersiz təlqin. Məsələn bir şəxs formasını çirkin, eyibli görsə də, özünü camaat qarşısında qərar vermir və cəmiyyətdə hazır olmaqdan çəkinir və başqalarının ona göz tikməsindən qorxur və tez cəmiyyət içindən çölə çıxır.
  4. İnsanda ümid və özünə etimadın olmaması, fərdin cəmiyyətdən uzaq olması və bir guşəyə çəkilməsinə səbəb olur.
  5. Bəlkə bəzən utancaqlığın səbəbi özünü böyük sanmaq ola bilər ki, insan özü üçün yalançı bir şəxsiyyət düzəldir. Nəticədə özündən yersiz istəyi var.

Sonuncu məsələ budur ki, xəcalət və utancaqlıq insanların zəifliyi ilə heç vaxt bərabər deyil. Məmulən insanlar zəif olduqlarını düşünürlər, halbu ki, həqiqətdə belə deyil. İnsan özünün istedad və bacarıqlarını tanımalı və xəcaləti aşkar olmasının təsirli olmasına nisbət (öz əməllərinə ifratlı və çox nəzarət etmək, özünü digərləri ilə müqayisə etmək, özünü böyük və kiçik sanma, tənhalıq hissi, qovulmaq, məsxərə olmaq və qəbul olunmamaqdan qorxmaq kimi) tanışlıq əldə edib və onları öz zehinindən və həyatından silməlidir.

 


[1] - Mizanul- hikmə, çap yeni, cild 2, səh 718.

[2] - Qisəs surəsi, ayə 25.

[3] - İslam və uşaqların tərbiyəsi, səh 216- 221.

[4] - Ali- İmran surəsi, ayə 104.

[5] - Baxın: Əfruz, Qulaməli, Utancaqlığın psixologiyası, İslami mədəni nəşr dəftəri; Həqqcu, Məhəmməd Həsən, Utancaqlıqdan nicat, Ənsarul- Məhdi mədəni mərkəzi.

[6] - Əfruz, Qulam Əli, Utancaqlığın psixologiyası, səh 15.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162858 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154874 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117721 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109657 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98724 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91268 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53330 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45148 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43694 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42852 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...