Ətraflı axtarış
Baxanların
12056
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Peyğəmbərimizin və imamlarımızın kənizi və qulamı olması bir növ quldarlıq deyildirmi?
Sual
Nə üçün Peyğəmbərimizin və imamlarımızın kənizi və qulamı olmuşdur? Bu özü quldarlıq deyildirmi?
Qısa cavab

Düzdür ki, Quranda qullarla evlənməyin hökmləri, onlarla məhrəmlik, mükatibə (qulların azadlığı üçün yazılan müqavilə) və s. hökmlər zikr olunmuşdur və bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə və islamın əvvəllərində quldarlığın varlığını sübuta yetirir, amma qullarının azad edilməsi üçün islamın çox dəqiq və tənzim olunmuş proqramları vardır ki, nəticə etibarı ilə onların hamısı tədrici şəkildə azad olunur. İslamın bu məsələyə qarşı münasibətini bilmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

1. İslam dini heç vaxt ilk olaraq quldarlığı icad etməmişdir;

2. İslam keçmişdə qulların əzab-əziyyətli və acınacaqlı taleyinə böyük bir ictimai problem ünvanı ilə yanaşmışdır;

3. İslam qulların azad edilməsi üçün çox dəqiq və müntəzəm bir proqram təqdim etmişdir. Çünki cəmiyyətin yarısını bəzən qullar təşkil edirdi ki, onların nə müstəqil kəsb-ticarətləri var idi, nə də həyat və məişətlərini davam etdirmək üçün vasitələri. Əgər İslam dini ümumi bir fərmanla bütün qulların azad olunmasına göstəriş versəydi, ya onların əksəriyyəti tələf olub aradan gedərdi, ya da böyük sayılı cəmiyyət ac-yalavac və işsiz olar, məhrumiyyət onlara təzyiq göstərər və nəticədə hər yerə hücum edərdilər. Bunun ardınca da cəmiyyətdə qanlı çarpışmalar yaranar və cəmiyyətin nizam-intizamı və ictimai asayişi pozulardı. Buna əsasən İslam çox dəqiq proqramlar tökmüşdür ki, qullar tədrici olaraq azad olunsun və cəmiyyətin ağuşuna qayıtsınlar.

Bu proqramın çoxlu maddələri vardır, o cümlədən:

Birinci maddə: Quldarlığın mənşəyini bağlamaq;

İkinci maddə: Azadlıq qapılarını açmaq;

Üçüncü maddə: Qulların şəxsiyyətinin dirçəldilməsi;

Dördüncü maddə: Qullarla insani rəftar;

Beşinci maddə: İnsan satışının ən pis bir iş olduğunu elan etmək.

İslam rəhbərlərinin ixtiyarında olan kəniz və ya qullar da məhz həmin dəqiq və hikmətli proqramlar əsasında olmuşdur. Onlar qullarla elə gözəl və yüksək səviyyədə rəftar edirdilər ki, çox hallarda qulu azad edən zaman o, imamın evini tərk etməyə razı olmurdu. Bundan əlavə, din rəhbərlərinin qullarla belə gözəl rəftar və davranışı müsəlmanlara bu məsələ ilə əlaqədar çox mühüm bir əməli örnək verirdi ki, quldarlığı aradan aparıb kökünü kəssinlər.

Ətreaflı cavab

Cavabın aydın olması üçün islamda quldarlıq bəhsində azacıq araşdırma aparmağı lazım görürük. Quldarlıq müharibə əsirləri barəsində qaçılmaz bir göstəriş ünvanı ilə Qurani-məciddə gəlməsə də, lakin onu inkar etmək olmaz. Quranda qullar üçün qeyd olunan məsələlər hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə və islamın əvvəllərində quldarlığın varlığını sübuta yetirir.[1] O cümlədən, müharibədə əsir tutmağın, onlardan qul kimi istifadə etməyin caizliyi, qullarla evlənməyin və onlarla məhrəm olmağın hökmləri, yaxud mükatibənin (qulların azad olunması üçün müqavilə) hökmləri çoxlu Quran ayələrində: “Nisa”, “Nəhl”, “Muminin”, “Nur”, “Rum” və “Əhzab” surələrində gəlmişdir.

Buna görə də bəziləri irad tutub deyirlər ki, nə üçün bu ilahi və mütərəqqi ayın (İslam) bu qədər yüksək, ali insani dəyərlər və möhtəvalar ilə birlikdə quldarlıq məsələsini tamamilə ləğv etməmiş, qəti və ümumi bir hökm verməklə bütün qulların azadlığını elan etməmişdir?!

Düzdür ki, İslam dini qullar barəsində çoxlu tövsiyələr etmişdir, amma mühüm məsələ onların qeydsiz-şərtsiz azad edilməsidir. Axı nə üçün bir insan başqa bir insanın əmlakı olmalı, ən böyük ilahi nemətlərdən biri olan azadlığını əldən verməlidir?!

Cavab:

Qısa şəkildə demək lazımdır ki, İslam dini qulların azad edilməsi üçün çox dəqiq və tədrici proqrama malikdir ki, bu proqramlar əsasında onların hamısı tədrici olaraq azad olunur, bununla eyni zamanda cəmiyyətə xoşagəlməz təsirlər qoymur.

Amma İslamın bu dəqiq proqramını izah etməzdən əvvəl bir neçə müqəddiməyə diqqət yetirmək lazımdır:

1. İslam heç vaxt quldarlığı ilk olaraq icad etməmişdir; əksinə bu din elə bir dövrdə zühur etmişdir ki, quldarlıq bütün dünyanı əhatə etmişdi və bəşər cəmiyyətlərinin təməli ilə qaynayıb qarışmışdı.

2. Tarix boyu qullar çox ağır və acınacaqlı taleyə düçar olmuşlar. Misal üçün, özlərini inkişaf etmiş sivilizasiyalı bir millət hesab edən spart qullarını nəzərə alaq. “Ruhul-qəvanin” kitabının müəllifinin dediyinə görə spart qulları çox bədbəxt idilər. Belə ki, bir qul yalnız bir nəfərin qulu deyil, bütünlükdə cəmiyyətin qulu hesab olunurdu və hər kəs qanundan qorxmadan öz quluna, yaxud başqasının quluna əzab-əziyyət və işgəncə verə bilərdi. Həqiqətdə onların həyatı heyvanlardan da ağır idi.

Qulları geridə qalmış ölkələrdən tutub gətirdikləri zamandan bazarda əmtəə ünvanı ilə satdıqları vaxta qədər onların çoxu ölürdü, yerdə qalanlar da tamahkar qul dəllallarının bəhrələnməsi üçün bir vasitə olurdu. Sağ qalmaqları və işləmələri üçün onlara cüzi miqdarda yemək verir, qocalıb ağır xəstəliklərə düçar olduqları zaman onları boşlayırdılar ki, faciəli şəkildə can versinlər! Buna görə də tarix boyu “qul olmaq” adı xatirələrdə çox dəhşətli cinayətlərlə yanaşı canlanırdı. İslam dini bütün bəşəriyyətin səadəti və azadlığı üçün gələn bir din ünvanı ilə qulların keçmişdəki dərdli, acınacaqlı taleyini daim böyük ictimai bir problem kimi qeyd etmişdir. Buna görə də bu mühüm məsələnin müqabilində heç vaxt sükut etməmiş, bu problemdən xilas olmaq üçün çox dəqiq və hikmətli həll yolu təqdim etmişdir.

3. Qulların azadlığı üçün İslamın proqramı

Əksər hallarda diqqət mərkəzində olmayan məsələ budur ki, əgər yanlış bir sistem cəmiyyətin əsasına daxil olarsa, onun kökünün kəsilməsi üçün zamana ehtiyac vardır və hesab-kitab üzündən olmayan hər bir hərəkət tam əks nəticə verə bilərdi. Eynilə təhlükəli, ağır bir xəstəliyə düçar olan və xəstəliyi bütünlükdə bədəninə yayılan, yaxud narkotik maddələrə adət edən bir insanı qeyd edək. Belə hallarda mütləq zaman əsasında tənzim olunmuş proqramdan istifadə etmək lazımdır.

Daha aşkar desək: əgər İslam dini ümumi bir fərman əsasında “mövcud olan qulların hamısı bir dəfəyə azad olunsun” deyə göstəriş versəydi, onların əksəriyyəti tələf ola bilərdi. Çünki bəzən cəmiyyətin yarısını qullar təşkil edirdi, onların nə kəsb-ticarətləri və müstəqil işləri var idi, nə evləri, nə yurdu-yuvası, nə də həyat və məişətlərini davam etdirmək üçün bir vasitələri.

Əgər müəyyən bir gündə və bir saatda onların hamısı azad olunsaydı böyük sayılı işsizlər cəmiyyəti yaranardı ki, həm özlərinin, həm də yaşadıqları cəmiyyətin həyatını təhlükə ilə üzləşdirərdilər, həm də cəmiyyətin ictimai asayişi pozula bilərdi. Məhrumiyyət onlara hücum gətirdiyi zaman hər yerə hücum edər və ağır qanlı çarpışmalar baş verərdi.

Məhz buna görə də gərək tədrici şəkildə azad olunaraq cəmiyyətin ağuşuna qayıtsınlar. Nə özlərinin həyatları təhlükə ilə üzləşsin, nə də cəmiyyətin asayiş və təhlükəsizliyini pozsunlar. İslam əsl mənada bu kimi dəqiq və hesab-kitab üzündən olan proqramı izləyir.

Bu proqramın çoxlu maddələri vardır ki, onların ümdəsini aşağıda qeyd edirik:

 

Birinci maddə: Quldarlığın mənşəyinin bağlanması

Tarix boyu quldarlığın müxtəlif səbəbləri olmuşdur. Təkcə müharibə əsirləri və borclarını qaytara bilməyənlər qul surətinə düşmürdü; müəyyən şəxslərin fiziki gücü və zorakılığı da bəzilərinin qul kimi əsarətə alınmasına səbəb olurdu. Amma İslam dini bu yolların hamısının qarşısını almışdır. Yalnız bir halda qul tutmağa icazə verir. O da müharibə əsirlərindən ibarətdir. Qəti məsələdir ki, müharibə meydanında düşmənə qələbə çaldıqdan sonra onların əsgərlərinin hamısını qətlə yetirmək yerinə onları əsir tutmaq lazımdır. Çünki buraxıldıqları surətdə qüvvələrini sahmana salıb yenidən müharibəyə başlaya, hücuma keçə bilərlər. İslam ikinci yolu seçir. Əsir mürtəkib olduğu bütün cinayətlərə baxmayaraq müsəlmanların əlində ilahi bir əmanət sayılır və onun barəsində çoxlu hüquqlara riayət etmək lazımdır.[2]

Amma müharibə qurtardıqdan sonra əsirin hökmü üç şeydən biridir: 1. Qeydsiz-şərtsiz azad etmək, 2. Fidyə – cərimə ödədikdən sonra onu azad etmək, 3. Onu qul etmək. Əlbəttə, bu üç yoldan hansı birinin seçilməsi müsəlmanların rəhbəri və imamın nəzərinə bağlıdır. O da əsirlərin şəraitini, daxili və xarici cəhətlərdən İslamın və müsəlmanların mənafeyini və məsləhətini nəzərə almaqla daha münasib olan bir yolu seçir və onun göstərişi icra olunur.

Əgər müsəlmanların rəhbərinin və imamın nəzəri əsirlərin azad edilməməsi olsa, həmin dövrdə imkanlar və zindanların olmadığı və müharibə əsirlərinin vəziyyəti aydınlaşana qədər zindanda saxlamaq mümkün olmadığından onların qul surətində bölüşdürülərək ailələr arasında saxlanmasından başqa bir yol yox idi.

Aydındır ki, bu şərait dəyişilərsə, müsəlmanların imamının əsirlər barəsində qul götürmək hökmü verməsinə heç bir əsas qalmır: cərimə (fidyə) almaqla onları azad edə bilər. Çünki İslam müsəlmanların rəhbərini bu barədə ixtiyar sahibi və azad qoymuşdur ki, müəyyən məsləhətləri nəzərə alaraq tədbir görsün və beləliklə İslamda yeni quldarlığın bütün mənşəyi tədricən bağlansın.

 

İkinci maddə: Azadlıq qapılarının açılması

İslam dini qulların azad olunması üçün çox geniş səviyyəli proqramlar tənzim etmişdir. Belə ki, əgər müsəlmanlar ona əməl etsəydilər, çox qısa müddət ərzində qullar tədrici olaraq azad olunar və İslamın ağuşuna qayıdardılar. Bu proqramların əsasları aşağıdakılardan ibarətdir:

a) İslamda zəkatın sərf olunası səkkiz yerdən biri də qul alınıb azad edilməsidir.[3] Bu məsələnin davam etməsi üçün beytul-maldan (ümumxalq əmlakından) daim bir büdcə nəzərə alınır və bu da qulların tamamilə azad olunmasına qədər davam edir.

b) İslamda müəyyən qayda-qanunlar qoyulmuşdur. Qullar öz malikləri və sahibləri ilə bağladığı müqaviləyə uyğun olaraq əmək haqqının müəyyən məbləğini ödəməklə azad oluna bilərlər. (İslam fiqhində bu barədə “mükatibə” ünvanı ilə böyük bir bəhs açılmışdır.)

v) Qulların azad edilməsi İslamda xeyir əməllərdən və mühüm ibadətlərdən biri kimi qeyd olunmuşdur. İslam rəhbərləri bu məsələdə hamıdan öndə gedirdilər. Hətta Əli (əleyhis-salam)-ın həyatında yazırlar ki, öz alın təri ilə əldə etdiyi qazancından min nəfər qul alıb azad etmişdi.[4]

q) İslam rəhbərləri qulları çox kiçik bəhanələrlə azad edirdilər ki, digərləri üçün nümunə olsun. Misal üçün, imam Baqir (əleyhis-salam)-ın qullarından biri yaxşı iş gördüyü zaman imam buyurdu: “Get, sən azadsan! Mən istəmirəm ki, behişt əhlindən hər hansı birini özüm üçün xidmətçi edəm.”[5]

İmam Səccad Əli ibni Hüseyn (əleyhis-salam)-ın barəsində deyilir: Xidmətçisi onun başına su tökürdü. Əlindəki su qabı yerə düşərək həzrətin ayağını yaraladı. İmam başını qaldıranda xidmətçi bu ayəni tilavət etdi: – “Allahın (yaxşı) bəndələrinin xüsusiyyətlərindən biri də qəzəbini udmaqdır.” (“Ali-İmran” 134)

Həzrət buyurdu: – Qəzəbimi uddum.

Xidmətçi bu ayəni tilavət etdi: “O kəslər ki, camaatın təqsirlərindən güzəştə gedərlər.”

Həzrət buyurdu: –  Allah səni bağışlasın!

O bu ayəni tilavət etdi: “Allah yaxşı əməl sahiblərini sevir.”

Həzrət buyurdu: – Get, Allah yolunda azadsan!

ğ) Bəzi rəvayətlərdə qeyd olunur ki, qullar yeddi ildən sonra öz-özünə azad olunurlar. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir hədisdə deyilir: “Əgər bir kəsin (qulun) imanı varsa, sahibi istəsə də, istəməsə də yeddi ildən sonra azad olunur. İmanlı bir şəxsi xidmətçiliyə (qul) götürmək yeddi ildən sonra halal deyildir.”[6]

Həmin bölmədə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğu nəql olunur: “Cəbrəil mənə qullar barəsində o qədər tövsiyə etdi ki, axırda güman etdim ki, tezliklə onlar üçün müəyyən bir vaxt təyin olunacaq və həmin vaxt gəlib çatanda hamılıqla azad olunacaqlar.”[7]

d) Əgər iki nəfər şərikli olaraq bir qul alsalar və onlardan biri öz payına mütənasib olaraq onu azad etsə, gərək yoldaşının da payını alıb qulu azad etsin.

e) Əgər bir şəxs tamam şəkildə malik olduğu bir qulun müəyyən bir hissəsini (məs; saat hesabı ilə) azad etsə, o azadlıq (başqa saatlara da) sirayət edərək onun hər bir hissəsinin azad olmasına səbəb olur.

ə) Əgər bir şəxs atasına, anasına, babasına, övladlarına, əmisinə, bibisinə, dayısına, xalasına, qardaşına, bacısına, qardaşı övladlarına və ya bacısı övladlarına malik olsa (yəni onlar başqasının qulu olduğu zaman onları sahibindən alsa və özü onlara sahib olsa), bu şəxslər dərhal azad olunurlar.

i) Əgər malikin öz kənizindən övladı olsa, o kənizi satmaq caiz deyildir və gərək sonralar övladının irs payından azad olunsun.

(Bu məsələ qulların daha tez azad olunmasına səbəb olur. Çünki kənizlərdən çoxu sahibinin həyat yoldaşı kimi idi və onlardan övlad dünyaya gətirirdi.)

ı) İslamda qulların azad edilməsi bir çox günahların kəffarəsi qəbul edilmişdir (xəta üzündən olan qətlin, orucun qəsdən tərk edilməsinin, and içməyin kəffarəsi və s.)

y) Sahibi tərəfindən bəzi şiddətli cəzalara məruz qaldıqda qul azad olunur.

İslamdan qabaq sahibkarlar öz qullarına hər növ cəza və işgəncə verməkdə azad idilər və heç bir maneə olmadan onların barəsində istədikləri cinayətləri rəva görürdülər. Amma İslam dini bir çox cəza tədbirlərini (qulağın dilinin, burun-qulaqlarının kəsilməsi və s.) qadağan etdi və elan edərək bilirdi ki, sahibi tərəfindən belə cinayətlərə məruz qalan qul azad olunur.[8]

 

Üçüncü maddə: Qulların şəxsiyyətinin dirçəldilməsi

Qullar islamın hesab-kitab üzündən olan dəqiq proqramları əsasında öz müqəddəratını azadlığa doğru ötdükləri bir dövranda onların hüquqlarının bərpa edilməsi üçün geniş səviyyəli tədbirlər görmüş, onların insani şəxsiyyətlərini bərpa edərək dirçəltmişdi. Hətta insani şəxsiyyət baxımından qullarla azad insanlar arasından heç bir fərq qoyulmamış, dəyərin meyarını məhz təqva qərar verilmişdir. Buna görə də qullara icazə verilirdi ki, hər növ mühüm ictimai postları və məqamları öhdələrinə alsınlar, hətta onlar mühüm məhkəmə məqamını belə öhdələrinə ala bilərdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə də mühüm məqamlar, o cümlədən orduya rəhbərlikdən tutmuş digər həssas post və məqamlara qədər qullara və ya azad olunmuş qullara həvalə edilirdi. O həzrətin köməkçilərindən bir çoxu qullar, yaxud azad olunmuş qullar idi. Həqiqətdə onların çoxu İslamın böyük şəxsiyyətləri üçün köməkçi və müavin ünvanı ilə öz vəzifələrini yerinə yetirirdilər. Salman, Bilal, Əmmar Yasir, Qənbəri bu kimi qruplarda görmək olar. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni-müstələq qəzvəsindən sonra bu qəbilənin azad olunmuş kənizlərindən biri ilə evləndi və bu da həmin qəbilənin əsirlərinin hamısının azad olunması üçün bir bəhanə oldu.

 

Dördüncü maddə: Qullarla insani rəftar

İslam dinində qullarla gözəl rəftar barəsində çoxlu göstərişlər verilmiş, hətta onları sahiblərinin həyatında şərik qərar vermişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Əgər bir şəxsin (dini) qardaşı onun əlinin altındadırsa, gərək yediyi şerlərdən ona da yedizdirsin, geydiyi şeylərdən ona da geyindirsin, bacarığından artıq şeylərlə onu vəzifəli etməsin.”

Əli (əleyhis-salam) öz qulamı Qənbərə buyurdu: “Mən öz Allahımdan qorxuram ki, səndən yaxşı paltar geyəm. Çünki, Peyğəmbər buyurmuşdur: “Öz geydiyiniz şeylərdən onlara geyindirin, öz yediyiniz şeylərdən onlara yemək verin.”

İmam Sadiq (əleyhis-salam) buyurur: “Atam bir qulama müəyyən bir işi göstəriş verən zaman mülahizə edirdi: əgər ağır iş olardısa, “Bismillah” deyir və özü də o işə girişərək onlara kömək göstərirdi.”

Qqulların azadlığa doğru keçid dövrü olan bu dövrdə belə gözəl rəftara dair İslamın tövsiyələri elə bir həddədir ki, hətta İslama yad olanlar da bu məsələni təkid və tərifləmişlər.

Nümunə olaraq, Cürci Zeydan özünün “Sivilizasiya tarixi” adlı kitabında yazır: “İslam qullara son dərəcə mehribanlıq göstərir. İslam Peyğəmbəri qullar barəsində çoxlu tövsiyələr etmiş, o cümlədən buyurmuşdu: “Qulun görməyə qadir olmadığı bir işi ona həvalə etməyin, öz yediyiniz şeylərdən onlara da yedizdirin.”

Başqa bir yerdə Peyğəmbərin belə buyurduğunu yazır: “Öz qullarınıza “kəniz” və “qulam” deməyin; əksinə onlara “oğlun” və “qızım” deyə xitab edin!” Quran da qulların barəsində çox qəribə və maraqlı tövsiyələr edərək buyurur: “Allaha itaət edin, Onun üçün şərik qoşmayın, ata-ana, qohum-əqrəba, yetimlər, səfil qonşularınız, yaxın və uzaq qonşularınız, dostlarınız, sərgərdan qalanlar və qullara qarşı mütləq yaxşı rəftar edin! Allah özünü bəyənmək və təkəbbürdən bezardır!”

 

Beşinci maddə: Ən pis iş insan satmaqdır!

Ümumiyyətlə, İslamda qulların alveri ən mənfur müamilələrdən biri sayılır. Hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir hədisdə deyilir ki, “insanların ən pisi o kəsdir ki, insan satsın.”[9]

Qullar barəsində İslamın yekun nəzərini bilmək üçün həmin təbir kifayətdir. Bu da İslamın proqramlarının hansı səmtə istiqamətləndiyini gözəl şəkildə bəyan edir.

Daha maraqlı məsələ budur ki, İslamda bağışlanmaz günahlardan biri də azadlıq və hürriyyət haqqını insanlardan almaq, onları bir əmtəəyə çevirməkdir. Peyğəmbərdən nəql olunan bir hədisdə deyilir: “Allah-taala hər bir günahı bağışlayır, yalnız üç günahdan başqa: 1-Bir kəs öz həyat yoldaşının mehriyyəsini inkar etsə, 2-Fəhlənin haqqını qəsb etsə və 3-Azad bir insanı satsa.”[10] Иbu hədisə uyğun olaraq qadınların hüquqlarını qəsb etmək, fəhlələrin haqqını inkar etmək və insanların azadlıq haqqını onlardan almaq üç bağışlanmaz günahdır.

Yuxarıda qeyd etdiyimiz kimi, İslam dini yalnız bir yerdə qul götürməyə icazə verir, o da müharibə əsirləri ilə əlaqədardır, özü də heç vaxt bunu vacib bir iş bilmir. Halbuki islamın zühur etdiyi dövrdə və ondan əsrlər sonra zorakılıq işlətmək və zəncilər yaşayan ölkələrə hücum edib azad insanları tutmaq və onları qullara çevirmək yolu ilə baş verən quldarlıq həddindən artıq rəvacda idi. Bəzən onların üzərində çox dəhşətli miqyasda müamilə edilirdi. Belə ki, 18-ci miladi əsrinin axırlarında İngiltərə dövləti hər il iki yüz min qul alveri edirdi. Hər il yüz min nəfəri Afrikadan götürərək qul şəkilində Amerikaya aparırdılar.

Bir sözlə, islamın qullar barəsindəki proqramlarına irad tutanlar müəyyən bir şeyi uzaqdan eşitmiş və bu proqramın əsl mahiyyət və prinsipləri, eləcə də onun hansı istiqamətdə olması, yəni onların tədrici azadlığı və cəmiyyətdə qulların tələf olmaması əsasında olan tədrici azadlığı barəsində dəqiq məlumatları yoxdur. Yaxud da qərəzli şəxslərin təbliğatlarının təsirinə qapılmışlar. Belə ki, onlar öz günahlarına əsasən, bunu İslam dini üçün mühüm bir zəif və mənfi cəhət hesab etmiş, onunla əlaqədar çox geniş səviyyəli (zəhərli) təbliğatlar aparmışlar.[11]

Qeyd olunanlardan aydın olur ki, İslam rəhbərlərinin ixtiyarında müəyyən qullar və kənizlərin olması dəqiq və tam hesab-kitab üzündən olan proqramlar və islamın hikmətli əməlləri əsasında olmuşdur. Onların qullar və kənizlərlə davranışı elə gözəl və yüksək bir həddə idi ki, çox hallarda qul azad olunan zaman imamın evini tərk etmək istəmir və çox ciddi israrla imamdan istəyirdilər ki, daim onun xidmətçisi olmağa icazə versin. Lakin imam bunu qəbul etmirdi. Digər tərəfdən, onların qullarla rəftarı sair insanlar, xüsusilə müsəlman cəmiyyəti üçün bir növ təlim və əməli nümunələr idi. Belə ki, bu mühüm məsələdə və cəmiyyətin düçar olduğu gündəlik mühüm məsələdə onlara təlim verirdilər.


[1] "Təfsiri-nümunə", 21-ci cild, səh. 413-417

[2] “Vəsailuş-şiə”, 15-ci cild, səh. 92.

عَلِىٌّ (ع): اِطْعَامُ الْاَسِیرِ وَ الْاِحْسَانُ اِلَیْهِ حَقٌّ وَاجِبٌ وَ اِنْ قَتَلْتَهُ مِنَ الْغَدِ

Əli (əleyhis-salam) buyurur: “Əsirə yemək vermək, ona ehsan və yaxşılıq etmək vacib bir haqdır, hətta onu sabah edam etmək qərara alınmış olsa belə.” “Kafi”, 5-ci cild, səh. 35. İmam Əli ibni Hüseyn (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur:

اِذَا اَخَذْتَ اَسِیرًا فَعَجَزَ عَنِ الْمَشْىِ وَ لَیْسَ مَعَکَ مَحْمِلٌ فَاَرْسِلْهُ، وَ لاَ تَقْتُلْهُ ،فَاِنَّکَ لاَ تَدْرِى مَا حَکَمَ الْاِمَامُ فِیهِ

“Bir nəfəri əsir tutub onu özünlə birlikdə gətirdinsə, o, yol yeriməyə qadir olmazsa və onu daşımaq üçün bir minik heyvanın da yoxdursa, onu boşla və öldürmə. Çünki onu İmamın yanına gətirdiyin zaman onun barəsində necə hökm verəcəyini bilmirsən.”

[3] “Tövbə” surəsi, ayə:   60

[4] “Kafi”, 5-ci cild, səh. 74

[5] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 27

[6] “Kafi”, 6-cı cild, səh. 196

[7] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 52; “Vəsailuş-şiə”, 2-ci cild, səh. 7; “Müstədrəkul-vəsail”, 13-cü cild, səh. 379   

[8] “Şərhi Lümeyi Dəməşqiyyə”, 6-ci cild, səh. 280

[9] “Kafi”, 5-ci cild, səh. . 114: “Şərrunnas mən baən-nas”

[10] “Müstədrəkul-vəsail”, 13-cü cild, səh. 378

[11] Bax: "Təfsiri-nümunə",   21- ci cild, səh. 410- 423

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Amerka və İngilis müşriklərdən hesablanırlar? Və müşrilərdən bəraət mərasimində yer alırmı?
    5956 Qədim kəlam 2012/09/10
    Müşrik o şəxsə deyilir ki, Allaha şərik qoşar. Məsihilər təslisə (müstəqil şəkildə üçlük pərəstiş) inanırlar, Yəhidilərin bəzisi Üzeyri Allahın oğlu bilirlər, bunların hər ikisi İlahinin zatında tərkibə səbəb olur. Bir halda ki, Allah mürəkkəb deyil tam kamil və bəsit bir varlıqdır. Buna xatir Amerkanın və İngiltərənin xalqının ...
  • Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
    7147 Əməli əxlaq 2015/08/01
    İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın. Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və ...
  • Namazda qunut halında, hansı əməllər müstəbdir?
    7540 Namazın müstəhəbləri 2015/04/16
    Aşağıdakı hallar və əməllər qunut müstəblərindən sayılır: Qunutdan qabaq “Allahu Əkbər” demək. Təkbir (Allahu Əkbər demək) vaxtında əlləri qulağadək yuxarı qaldırmaq. Qunut halında əlləri üz müqabilində göyə tərəf tutmaq. Əl barmaqlarını bir- birinə yapışdırmaq. İki baş barmaqlardan başqa. ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    7372 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...
  • Xums nədir və hansı yerlərdə aiddir?
    20738 Nizamlar hüquq və əhkam 2014/05/22
    Xums lüğətdə beşdə bir mənasındadır. Şəri termində isə əkinçilikdən, sənətdən, ticarətdən, təhqiqatdan və ya hər yolla ələ gətirilən gəlirdən beşdə birini Allaha xatir ayrılması və lazımı yerə çatdırılması deməkdir. Xums İslamda vacib əməllərdən biridir və Quranda onu cihad hökmü ilə birgə gəlmiş[1] və əhəmiyyətinə ...
  • Динләрин сонунҹусу неҹә диндир?
    7844 Təzə kəlam 2009/06/18
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    10865 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Əxlaqın din əsasında olması hansı mənada istifadə olunur?
    6237 Təzə kəlam 2012/10/03
    Din və əxlaq arasında olan rabitə barəsində iki nəzəriyyə vardır ki, ibarətdirlər: Əxlaq müstəqildir və dinlə heç bir rabitəsi yoxdur. Əxlaq din, iman və etiqadsız yarana bilməz. Qərb mədəniyyətində bu mövzu geniş şəkildə bəhs olunur və onun tarixi Renesansdan əvvəlki dörvlərə qayıdır;çünki ...
  • Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
    5726 Hədis elmləri 2012/01/08
    İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox ...
  • Bərzəx aləmində yaxud da qiyamətdə azan deyilirmi?
    6104 Hədis elmləri 2012/03/11
    1. Azanın bərzəx aləmində deyilməsi barəsində rəvayətlərdə qeyd edilməmişfir. 2. İmam Baqirdən (ə) rəvayət olunur ki, “Peyğəmbər əkrəm (s) merac zamanı keçmiş bütün peyğəmbərlərin onun yanında olduqları zaman, Cəbrail (ə) Allahın əmri ilə onlara azan və iqamə dedi.”[1] 3. Qiyamətdə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154924 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109682 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45203 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...