Ətraflı axtarış
Baxanların
5713
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
Sual
Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
Qısa cavab

Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün bu dua və təvəssüllərlə bu uca məqamdan bəhrələnmək olmaz və bu dualarla qəlbin pak və təmiz olması da lazımdır. Yəni lazımdır ki, insan təmiz qəlblə dua etsin və bu ilahi vasditəylə əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaradaraq öz çöhrəsini gözəlləşdirsin.

Demək olar ki: Pak niyyətlə dua, ziyarət oxuyub rabitə yaratmaq, az bir illət olaraq insanı kamilləşdirməkdən başqa bir şey deyildir, onlardan birinə qovuşmaq bəzi o birisindən ehtiyacsız etmir; başqa sözlə desək, bir şeyi sabit etmək, digərlərini nəfy etmir (qadağan etmir). Yəni əgər deyilirsə, "Təmiz niyyət lazımdır" və ya deyilsə: "Təvəssül, dua və ziyarət lazımdır" o demək deyildir ki, birinə əməl etdikdə o birisinə ehtiyac yoxdur.

Bəli! əgər həqiqi niyyəti olsa və onu yerinə yetirməyə qüdrəti olmasa, Allah öz lütf və kərəmiylə o işin savabını onun üçün yazar: Amma bu qanunu qüdrəti olub bu işdən boyun qaçıran şəxsin haqqında demək olmaz; belə şəxslər özlərini aldatmışlar! Elə ki, su içməyi təsəvvür etmək və yaxud su içməyi niyyətində keçirmək susuzluğu aradan qaldırmır!

Ətreaflı cavab

İnsanın seçib gördüyü işlər onun niyyətindən qaynaqlanır. Yəni ağıllı insan fikrində olan işə qarşı elmi olub sonra onun xeyir və ziyanını nəzərə alaraq onu görmək (əgər onun üçün olsa) və yaxud tərk etmək (əgər onun üçün ziyan olsa) qərarına gəlir; və bundan sonra niyyətini gerçəkləşdirir. Başqa sözlə desək: Hər bir tərəfli olaraq onun xeyir və ziyanını, o işi görüb- görməməsini, o işi görməkdə cismi, ruh və fikir hazırlığının olması şərtdir, bunun üçün də heç bir işi görüb və ya tərk etmək insanın niyyətindən kənar deyil, baxmayaraq ki, insan özü bundan qəflətdədir.

Bir çox yerdə, dünyada görülən işlərin təmiz qəlbdən və Allaha xatir görülməsinə sifariş olunmuşdur; bunun üçündə niyyətin özünü insanı özü seçdiyiişlərdən nəzərdə tutmaq olar ki, Allaha xatir olsun. Təmiz və Allaha xatir olan niyyət öz əksini şəxsi söz və əməlində göstərir, bəs niyyət və onun təmiz olması, onun söz və əməllərinin bir hissəsində böyük rol oynayır. Amma diqqəti özünə çəkən nöqtə budur: Niyyət və onun təmiz olması, bəzi ləyaqətli işləri seçməkdə ehtiyacsız edir və daha onları görməyə ehtiyac yoxdur?

Məlumdur ki, heç bir ağıl sahibi buna müsbət cavab vermir.

Çünki insanın həqiqi elm öyrənib öyrətmə niyyəti onun alim olmasına səbəb ola bilməz; və yaxud yeməyi təsəvvür etməklə, yemək yeməyi niyyət etməklə insan doyub qüdrət tapmaz!

Sual olunan mövzuda da, mümkündür insanın niyyəti pak olsun, amma Allahla heç rabitə (duayla) və ya onu övliya və aşiqləriylə rabitə yaratmasın?!

Bəs niyyətini nədən və nə üçün paklaşdırmışdır? Öz niyyətini İmamların (ə) ziyarət və təvəssülündən paklaşdırmışdır? Bunlar məgər (Allaha pənah) pislik və nəcisdirlər ki, öz niyyətlərini onlardan paklaşdırsın?! Təəssüflər olsun ki, bu sualdan və şeytanın belə bir hiyləsindən bundan başqa bir şey başa düşülmür və bu bir neçə cəhətdən batldir.

1.      Ziyarət və duanı tərk etmək niyyətə bağlıdır və onsuz bunlar tərk edilməz. lazımdır ki, sual olsun: Sizin dua və ziyarəti tərk etməkdə niyyətiniz nədir?! Hansı əsasa görə hiss edirsiniz ki, bunlara ehtiyacınız yoxdur? Biz buna qane edici bir cavab tapmadıq.

2.      O Allah ki, niyyətlərimizi onun üçün pak etmişik, bizə dua və təvəssül əmrini etmişdir; elə ki, buyurur: "Məni çağırın, mən icabət edim, həqiqətən mənə ibadət etməkdə təkəbbür edən şəxs, başıaşağı cəhənnəmə daxil olacaq."[1]

Və yenə buyurur: "Allaha pənah aparın."[2] Buyurur: Allahın (vəhdət) ipindən tutun və bir birinizdən ayrılmayın."[3] Və yenə buyurur: Ey iman gətirənlər! təqvalı olub Allahdan qorxun, ona pənah aparıb, onun yolunda səy edin, bəlkə hidayət olasınınz."[4]

Məsum imamlardan bir çox rəvayətlər bizə çatmışdır ki, "Biz (Allahın yolu) və biz onun (vasitə)- çilik."[5] Bəs məlum olur ki, o həzrətlərə sığınmaq, onları ziyarət edib təvəllüd və vəfatlarını məclis keçirməkdir, bununla eləyə bilərik onlarla əlaqə yaradıb və onbların vasitəsiylə öz hacət və istəklərimizi Allahdan istəyək.

3.      Qorxulu və çətin işlərdə təvəssül edib şəfaət istəmək, ağıl qəbul edən bir işdir ki, bütün insanlar arasında da vardır, baxmayaraq həyatımızda dəfələrlə ondan istifadə edirik. Ehtiyacımız olduğu zaman şəfaətçilərə təvəssül etməmək təkəbbür və üsyandan başqa bir şey deyildir. Heç bir həqiqi mömin, Allahın övliyalarıyla rabitə yaratmaqdan ehtiyacsız deyildir. Çünki əgər bir şəxs həqiqətən özünü düzəldib Allaha doğru qayıtmaq istəsə, istər- istəməz lazımdır ki, o həzrətlərin inayət və hidayətindən bəhrələnib məqsədə çatsın. Bütün bu Allah tərəfindən olan gösrətişlərin kilidi və o həzrətlərə təvəssül etməyin sirri bu nöqtələrdir belə olmayan halda o məsum imamların bizim heç bir dua, ziyarət, ehtiram və təvəssülümüzə ehtiyacları yoxdur.

4.      Dua və ziyarət qəlbləri təmizləyir və hər kəs özünü bunlardan məhrum etsə bir çox feyz və rəhmətdən uzaq olmuşdur, mümkündür özünü o ilahi mərhəmətlərdən məhrum edb nəticədə əbədi olaraq cəhənnəm odunda qalsın![6]

Yuxarıdakı mətləblərə diqqət etdikdə bu nəticəni əldə edirik:[7]

1.      Dua, ziyarət və təvəssül insanın ixtiyarında olan əməllərdən və bunlar "niyyət" edilmədən icra olunmaz.

2.      İnsanın niyyətinin təmiz olması onun işlərində də özünü göstərir, onlardan biri də yuxarıdakılardan ibarətdir.

3.      Yaxşı niyyət etmək bizi yaxşı iş görməkdən ayırmır, yəni insanın ilahi bəndə olmaq üçün "hüsnü fail" (gözəl niyyət) olması kifayət deyil və bundan əlavə "hüsnü feli" (yaxşı iş görməsi) də şərtdir. Bir sözlə, gözəl niyyət və gözəl iş ikisi birlikdə tam səbəb, deyil. Onlardan hər birinin təklikdə olması bizi digərinin olmasından ehtiyacsız etmir.

Deməli biz öz təkamül və yüksəlməmiz üçün onların hər ikisini yerinə yetirməyə ehtiyaclıyıq.

Mümkündür bir şəxs bəzi hədislərə əsaslanaraq birinin kifayət etməsini qəbul etsin. Onlardan biri də peyğəmbərdən (s) olan hədisdir ki, buyurur: Ey Əbuzər! Yaxşı iş görməyi niyyət et baxmayaraq ki, o işi görmürsən"[8] və ya buyurur: "Möminin niyyəti onun əməlindən üstündür."[9] Və yaxud imam Əli (ə) buyurur: Bir çox niyyətlər əməllərdən gözəldir".[10] Və ya o həzrət buyurur: Allah Taala insanın daxilinin pak və niyyətinin gözəl olduğu üçün, bəndələrindən hər kəsi istəsə behiştə aparacaq."[11] Və sair.

Bu cür hədislər xeyir işin niyyətinin əhəmiyyətini açıqlayır və qüdrəti olan şəxsi o işi tərk etməyə heç bir dəlili yoxdur. Bir sözlə, hər bir an xeyir iş görməyə təkid edir və şər işin niyyətini fikirlərdən uzaqlaşdırır. Buna görə də xeyir işin qarşılığında bir çox vədələr verilmişdir. Misal üçün buyurur: Hər kəs öz yatağında bu niyyətdə ola ki, gecə namazına duracaq. Amma yuxudan sübh namazında ayıla, niyyətində olan işin sabahı onun üçün yazılar və yuxusu Allah tərəfindən onun üçün sədəqə hesab olar.[12]

İmam Sadiq (ə) buyurur: Həqiqətən Allah insanlara qarşı olan köməyini onların niyyətinin bərabərində edir. Bəs niyyəti düz olan bəndəyə hər tərəfli kömək olur. və amma niyyətində naqislik olan insana isə onun niyyəti qarşılığında kömək göstərir.[13]

Birinci hədis buna işarə edir ki, həqiqətən insan bir işi görmək istəyir amma ona qüdrəti çatmır və ya ona vaxtı yoxdur. Ikinci hədis Allaha qarşı təmiz niyyətli olmağa təkid və işarə edir, yəni əgər insan dua edirsə, o deməkdir ki, Allaha ümüdü var, Allahın lütfüylə hacətini almağa inanır və istəklərini almaqda heç bir şübhəsi yoxdur; bundan başqa böyük çətinliklərin həll olması üçün Allahı çağıra ondan kömək istəyərək qəlbində şübhə yaranmasına yol vermir. Bundan əlavə insan pis və bəyənilməz işlərdə yaxşı və lazımlı işlərdə Allaha ümüd bağladılar. Çünki əgər niyyət barəsində (haqqında) olan hədisləri, övliyaların qəbrini ziyarət edib və onlara təvəssül etmək və ya duanın əhəmiyyətinə dəlalət edən hədislərin kənarında qoysaq məlum olar ki, birinə əməl etmək, o birindən ehtiyacsız olmaq deyildir. Gər bir şəxs həqiqətən xeyir iş görmək istəyir amma buna gücü çatmır, Allah Taala öz kərəmi sayəsində işin savabını ona verir, şər niyyətin əksinə ki, insan o işi görməyincə ona əzab etməz, baxmayaraq ki, pis niyyət insanın ruhunda bir çox mənfi təsirə səbəb olur.

Mənbələr:

1.         Rey şəhri Məhəmməd, Tərcümə şeyxu, Məhəmməd Rza, Mizanu- əl- hikmət, cild 13, Müəssiseye fərhəngi darul hədis, cild 2, 1379 şəmsi Qum, səh 6560- 6585

2.         Kaşani Molla Möhsin, əl mühəccət- ul- bəyza, cild 8, Müəssiseye nəşre islami, Qum.

3.         Misbah Yəzdi, Məhəmməd Təqi, amuzeşe əqaid, cild 3, Sazeman Təbliğate islami. Çap 14, 1375, şəmsi, Qum, dərs 54- 56, səh 126- 149

4.         Misbah Yəzdi, Məhəmməd Təqi, əxlaq dər Quran, cild 1, müəssiseye amuzeşi və pəjuheşi imam Xumeyni (rh) çap 8, 1376, Qum, səh 95- 174



[1] - Fussilət surəsi, ayə 60

[2] - Nisa surəsi, ayə 146- 1175, Həcc surəsi, ayə 78

[3] - Ali İmran surəsi, ayə 103

[4] - Maidə surəsi, ayə 35, İsra surəsi, ayə 58

[5] - Müxtəlif təfsirlər, ayənin təfsiri

[6] - Fussilət surəsi, ayə 60

[7] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20976, səh 6575

[8] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20976, səh 6575

[9] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20978, səh 6577

[10] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20998, səh 6579

[11] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 21015, səh 6583

[12] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20977, səh 6575

[13] - Reyşəhri, Məhəmməd Tərcümə şeyxi, Həmid Rza, Mizanul- hikmət, cild 13, hədis 20985, səh 6576

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111977 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85317 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64196 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47393 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35033 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34547 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24373 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23689 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23510 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21715 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...