Ətraflı axtarış
Baxanların
21659
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
Nə üçün şiə məzhəbi ən yaxşı məzhəbdir?
Sual
Nə üçün şiə məzhəbi ən yaxşı məzhəbdir? Mən özüm şiə məzhəbinə tabeyəm, amma şiəliyin vəhhabilik və s. firqələrdən nə üçün üstünlüyünü bilmirəm... Allah eləməmiş, azğınlıqda olan 72 firqədən biri olmayam?! Buna necə əmin ola bilərəm?
Qısa cavab

Şiə məzhəbinin üstünlüyü onun haqq olmasına görədir. Haqq din hər bir zamanda yalnız və yalnız bir dindən ibarətdir, sair mövcud dinlər isə ya kökündən batil və əsassızdır, yaxud kökü kəsilib qüvvədən salınmışdır. Hal-hazırda şiə məzhəbi İslamın haqq şəriətidir, həqiqi və düzgün İslam da şiəlik məzhəbi timsalında təcəlli etmişdir, həqiqi Peyğəmbər İslamını bəyan edə biləcək də yalnız şiənin təlimləridir.

Dini mətnlər və tarixi şahidlər bəyan olunan bu məsələni dəstəkləyib təkid edir ki, bu kimi xüsusiyyətlər vəhhabilikdə və sair məzhəblərdə yoxdur.

Ətreaflı cavab

Şiə məzhəbinin sair məzhəblərə üstünlüyü onun haqq olmasına görədir. Haqq din hər bir zamanda yalnız və yalnız bir dində xülasə olunur və ondan başqası haqq ola bilməz. Mütəal Allah hər bir zamanda vahid və eyni bir şəriət sahibi olmuşdur, ondan başqa hər bir din ya ümumiyyətlə kökündən batil və yalandır, ya nəsx edilmiş (qüvvədən düşmüş) və ya kökü kəsilmişdir.

İndiyə qədər bəşəriyyətə nazil olan asimani-ilahi dinlər və məzhəblər bir-birinin davamında gəlir, hamısı eyni səviyyəli deyildir. Yəni yeni gələn din əvvəlki dini təkmilləşdirir və onu qüvvədən salır, yeni dinin gəlişi ilə əvvəlki dinin qüvvədə olma dövrü sona yetir və rəsmiyyətdən düşərək öz yerini yeni dinə verir. Yeni dinə tabe olmaq və ona iman gətirmək hamı üçün lazım və vacibdir. Məhz buna görə də müqəddəs din mənbələrində yeni dinə iman gətirməyənlər kafir kimi qeyd olunur.

İslam dini bəşər üçün nazil olan ilahi dinlərin sonuncusu və ən kamilidir. Allah-taala İslamdan başqa heç bir dini qəbul etməyəcəkdir:

اِنَّ الدِّینَ عِنْدَ اللهِ الْاِسْلَامُ

“Həqiqətən, Allah yanında din yalnız İslam dinidir.”[1]

وَ مَنْ یَبْتَغِ غَیْرَ اْلِاسْلَامِ دِینًا فَلَنْ یُقْبَلَ مِنْهُ

“Hər kəs İslamdan başqa bir dini qəbul edərsə, heç vaxt ondan qəbul olunmaz.”[2]

Təəssüflər olsun ki, keçmiş din ardıcılları və qövmlər kimi müsəlmanlar da müxtəlif məzhəblərə ayrılmışlar. Qəti olaraq demək lazımdır ki, onların hamısı vahid bir anda haqq ola bilməzlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurmuşdur:

اِنَّ اُمَّتِی سَتُفْرَقُ بَعْدِی عَلَی ثَلاَثٍ وَ سَبْعِینَ فِرْقَةً، فِرْقَةٌ مِنْهَا نَاجِیَةٌ، وَ اثْنَتَانِ وَ سَبْعُونَ فِی النَّارِ

“Həqiqətən ümmətim məndən sonra 73 firqəyə ayrılacaqlar, onlardan yalnız biri nicat əhli, qalan 72-si isə cəhənnəm əhlidir.”[3]

İslam məzhəbləri arasında haqq firqə və cəhənnəm odundan xilas olan yeganə məzhəb yalnız on iki imam şiəsidir və şiəlik də məhz həqiqi İslamdan ibarətdir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur:

اَیُّهَا النَّاسُ اِنِّی تَرَکْتُ فِیکُمْ مَا اِنْ اَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا، کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی

“Ey insanlar! Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyuram ki, əgər ona sarılsanız, heç vaxt yolunuzu azmayacaqdır: Allahın kitabı və itrətin olan Əhli-beytim.”

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yaxın və mötəbər səhabəsi olan Əbuzər Ğifari deyir:

سَمِعْتُ النَّبِیَّ (صَلَّی اللهُ عَلَیْهِ وَ آلِهِ) اَنَّهُ قَالَ: اَلاَ اِنَّ مَثَلَ اَهْلِ بَیْتِی فِیکُمْ مَثَلُ سَفِینَةِ نُوحٍ فِی قَوْمِهِ، مَنْ رَکِبَهَا نَجَی وَ مَنْ تَخَلَّفَ عَنْهَا غَرِقَ

“Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu eşitdim: “Mənim Əhli-beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin öz qövmü arasındakı məsəli kimidir: hər kəs o gəmiyə minsə, nicat tapar və hər kəs də ondan ayrılsa, qərq olar.” [4]

Şiə məzhəbinin əsası tövhid, ədl, nübüvvət, imamət və məaddan ibarətdir. Şiələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini ünvanı ilə on iki məsum imama inanırlar ki, onların birincisi Əli (əleyhis-salam), sonuncusu isə Məhdi (əleyhis-salam)-dır.

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətlərdə məsum imamların sayı, hətta adları belə aşkar şəkildə deyilmişdir. Belə ki bir rəvayətdə deyilir:

Bir gün Əbdüllah ibni Məsud bir dəstə adamın arasında oturmuşdu. Çöl ərəblərindən bir nəfər gəlib soruşdu: – Sizin hansı biriniz Əbdüllah ibni Məsuddur?

Əbdüllah cavab verdi: – Mənəm!

Ərəb dedi: – Peyğəmbəriniz özündən sonrakı canişinlərinin sayını sizin üçün bəyan etmişdirmi?

Dedi: – Bəli, on iki nəfərdir – eynilə Bəni-israilin nəqiblərinin sayı qədər.[5]

Şiəliyin haqq olmasına dair dəlilimiz Quran və sünnətdir.

Quran:

Allah-taala Quranda müsəlmanlara göstəriş verir ki, Allaha, Onun Rəsuluna və ulil-əmrə – Peyğəmbərin aşkar buyurduğuna görə şiə imamlarına – tabe olun. Çoxlu ayələrdə İmamət və vilayət məsələsinə işarə olunmuşdur. O cümlədən: Və ənzir əşirətəkəl-əqrəbin – ey Peyğəmbər, ən yaxın qohum-əqrəbanı ilahi əzabdan qorxut” (“Şuəra 214), “imməma vəliyyukumullah – Həqiqətən sizin rəhbəriniz Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir” (“Maidə”, 54), “Ey Rəsulumuz! Allah tərəfindən sənə nazil olanları çatdır! Əgər çatdırmasan ilahi risaləti (peyğəmbərlik vəzifəsini) yerinə yetirməmişsən” (“Maidə”, 67); “Bu gün dininizi sizin üçün kamilləşdirdim, nemətimi sizə tamamladım və İslamı sizin üçün bir din olaraq seçdim” (“Maidə”, 3), “Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparsın” (“Əhzab”, 33) və sair ayələri qeyd etmək olar.

Tarix və rəvayətlərin aşkar bəyanına əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih) də daim Əli (əleyhis-salam)-ı özünün vəsisi və canişini kimi bəyan edirdi. Təbəri özünün “Tarix” kitabında qeyd edir ki, “və ənzir əşirətəkəl-əqrəbin” ayəsi nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və səlləm) öz qövmünə buyurdu: “Mütəal Allah mənə göstəriş vermişdir ki, sizi Ona doğru dəvət edin. Hər kəs bu məsələdə mənə kömək etsə, qardaşım, vəsim və canişinim olacaqdır.” Bu zaman Əli (əleyhis-salam) demişdi: “Ey Allahın Rəsulu! Bu yolda sənə kömək edəcəyəm!” Peyğəmbər əlini onun boynuna salaraq buyurdu: “Həqiqətən bu – Əli mənim qardaşım və sizin aranızdakı vəsim və canişinimdir. Onun sözlərini eşidin və itaət edin!” Peyğəmbərin qohum-əqrəbaları istehza ilə gülərək ayağa qalxdılar və Əbu Talibə məsxərə üzündən dedilər: “O sənə göstəriş verir ki, oğluna itaət edəsən və ona tabe olasan!”[6]

Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son ilində “vida həcci” adlanan məşhur həcdən qayıdan zaman Qədir-Xum adlı bir diyarda Əli ibni Əbi Talibi rəsmi olaraq müsəlmanların imamı və rəhbəri kimi təqdim etdi və orada olanlara göstəriş verdi ki, Əli ilə “möminlərin əmiri” ünvanı ilə beyət etsinlər. O həzrətin Qədir-xumda buyurduğu məşhur cümlə budur: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.” Bu hədis İslamda məşhur və mütəvatir hədislərdəndir.

Bu, şiənin sair İslam məzhəblərinə üstünlüyü və bu məzhəbin haqq olmasına dair dəlillərin xülasəsi idi. Amma vəhhabiliyə gəldikdə isə, Seyid Mustafa Rəzəvinin “Pakistan barədə dini və siyasi məlumatlar” kitabında qeyd etdiklərini yazmaqla kifayətlənirik. Belə ki, vəhhabilər istər şiə, istərsə də sünnüdən ibarət olan bütün İslam firqələrini müşrik, kafir və bütpərəstlər hesab edirlər. Onlar həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum imamların (əleyhimus-salam) qəbrinə təzim, ehtiram, ziyarət və onlardan hacət diləməyi bidət və bütpərəstlik hesab edərək haram sayırlar. Onlar namaz halı istisna olmaqla Peyğəmbərə ehtiram etməyi, onu əzizləməyi və salam verməyi caiz bilmirlər. O həzrətin həyatının sonunu onu əzizləməyib ehtiram göstərməyin son nöqtəsi hesab edirlər. Habelə, məsum imamların (əleyhimus-salam) və İslamın böyük şəxsiyyətlərinin qəbirlərinin üzərində düzəldilən günbəz və sair əsərləri bidət sayırlar. Onlar inanırlar ki, adi insanlarda mövcud olan bütün zəifliklər və bacarıqsızlıqlar eynilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-də də olmuşdur, o da  adi bir bəşər idi. O öldükdən sonra bizdən və bizim hazırkı dövrümüzdən heç bir xəbəri yoxdur, buna görə də onun qəbrini ziyarət etmək haramdır![7]

Biz bu barədə düzgün mühakiməni sağlam əqlə həvalə edir və sizdən soruşuruq ki, bu kimi təlimlər fitrət və Quran ilə uyğun gələ bilərmi?! Peyğəmbərin risalətinin əvəzi qərar verilmiş olan Əhli-beytə məhəbbət bundan ibarətdirmi?![8] Məgər Quran “Şəhidlər diridir və Allah yanında ruzidən bəhrələnirlər?!”[9] – deyə buyurmur?! Məgər Peyğəmbərin məqamı şəhidlərdən azdırmı?! və s.

Əlavə bəhs istəyirsinizsə yenidən bizim saytla əlaqə saxlayın.



[1] “Ali-İmran” surəsi, ayə: 19

[2] “Ali-İmran” surəsi, ayə: 85

[3] “Əl-ibanətul-kubra”, İbni Buttə, 1-ci cild, səh. 3; “Xisal”, səh. 585

[4] “Kənzul-ummal”, 1-ci cild, səh. 44; “Əl-etisam bil-kitabi vəs-sünnət” babı; “Əl-mustərkəu ələs-səhiheyn”, 3-cü cild, səh. 151

[5] “Xisal”, səh. 467

[6] “Tarixi Təbəri”, 2-ci cild səh. 320, Misir çapı; “Kamil”, İbni Əsir, 2-ci cild, səh. 41, Beyrut çapı

[7] Seyid Mustafa, Rəzəvi, “Pakistan barədə məzhəbi və siyasi məlumatlar”, səh. 63-64

[8] “Şura” surəsi, ayə:  23

[9] “Ali-İmran” surəsi, ayə:  169

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154907 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117738 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98764 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91285 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45185 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43704 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...