Baxanların
4950
İnternetə qoyma tarixi: 2014/05/18
Sualın xülasəsi
İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
Sual
Maidə surəsinin 69-cu ayəsinin təfsiri nədir? Bu ayədən xaçpərəsrlərin də Behiştə getməsnini ələ gətirmək olarmı? Bu məna İslam dinin haqq olması ilə ziddiyyəti olmurmu?
Qısa cavab
İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti  onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq və qətiyyətlə qeyd olunmuşdur. Əlbəttə, bu heç də İslam dinin nahaq bir din olması mənasında deyil.   Quran ayələrinə əsasən, insanın nicat dairəsi haqqaniyyət dairəsindən çox geniş mənada nəzərədə tutulur; yəni, İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) görməyənlər, (daha doğrusu İslamı və onun həqiqətini dərk etməyənlər) amma həmin halda, əməlləri pak fitrətə uyğun olarsa, Allahın varlığına imanları olarsa, insan fitrətinin qadağan etdiyi əməlləri məsələn, yalan, zina, və s.. tərk edərlərsə, Axirət aləminə imanları olub, hesab-kitaba etiqad bəsləsələr və saleh əməl sahibləri olarlarsa, haqqında soruşduğunuz ayə buna işarə edir ki, belə ümmətlərin nicat tapmasında heç bir şəkk-şübhə yoxdur.
 
Ətreaflı cavab
Sual olunmuş ayənin təfsiri və onun ətrafında bəhsə başlamazdan əvvəl bir neçə müqəddəməni nəzərə çatdırmaq lazımdır. Bütün dinlər dünyada özləri üçün müəyyən bir hədət təyin etmişlər. Başqa sözlə desək, hər bir dinin özünün ardınca getdyi hədəfi var ümumiyyətlə, müxtəlif dinlərin etiqad və qanunları onların öz hədəfləri istiqamətindədir.  Bütün dinlərin əsas hədəflərindən biri  insanlarnı dünya və axirətdə səadət və xoşbəxtliyə çatmasıdır. Beləliklə, hər bir din, öz tərəfdarlarına belə bir vədə və ümid verir, zəmanət verir ki, hər kəs həqiqətən, bu din ardınca nicat tapmış olacaq. Bura qədər bütün dinlər bu  mövzuda müştərək olub, tərəfdarlarına nicat yolunu vədə verirlər.
Amma, ikinci mərhələdə sual bundan ibraətdir ki, görəsən hər bir dində başqa dinlərində tərəfdarlarına nicat yolunu açmaq təsəvvür olunurmu?  Görəsən, başqa dinlərin şərif, insaflı, əxlaqlı və bəzən Allaha inamlı tərəfdarları onlara haqq dinin həqiqətinin çatmamasına görə nicat tapmaqdan məhrumdurlarmı?
Əvvəlcə bir məsələni qeyd etmək lazımdır ki, haqq yolda olmaqla nicat tapmaq mövzusu arasında fərq qoymaq lazımdır. Əlbəttə, təbii olaraq hər bir din özünü haqq yolda bilir və mötəqiddirlər ki, getdikləri yol düzgün yoldur. Amma, bəzi dinlər nicat yolunun dairəsini daha geniş nəzərə almış və digər dinlərin də tərəfdarlarının nicat tapmasına qədər əhatə olunmuşdur.
Xaçpərəstlərin tərəfdarlarının etiqadına əsasən, nicat yolu yalnız, xristianlıqdadır və hər kəs İsanın (əleyhissalam) vücuduna etiqadı olmasa nicat tapmaz. Onlar əsrlərlə qüdrət əllərində olan halda da həmin etiqadda olmuşlar. O vaxta qədər ki, yeni dövrdə ikinci Vatikan şurasından[1] sonra belə bir nəticəyə gəlirlər ki, qeyri-xaçpərəstlərdə nicat yolunu tapmaq imkanı var. Əlbəttə, onların da müqəddəməsi İsa Məsihin (əleyhissalam) şəfaətindən sonra nicat tapmasıdır.[2]
Amma, İslam dinində bu mövzu tamamilə xaçparəstliklən fərqlidir. Xaçpərəstlikdə on altı əsrdən sonra icbari şəkildə belə bir qanunun ki, qeyri xaçpərəstdə bu dində nicat tapa bilər -  təyin olunmasının əksinə olaraq, İslam dinində həmin ilk gündən ən müqəddəs mətndə (Quranda) belə bir mətləb gəlir ki, əgər insanlar öz pak fitrətlərində qalsalar, saleh əməl sahibi olsalar, həqiqətdə İslamın həqiqətindən xəbərdar olmasalar nicat qapısı onlar üçün açıqdır. Bu mövzu İslam dinin haq və həqiqət olması ilə bərabər, təkcə bu bir ayədə yox, bəlkə müxtəlif ayələrdə açıq-aydın şəkildə qeyd olunmuşdur. Deməli, qeyd olunmuş şəraitlə qeyri-müsəlmanların da İslam dinində nicat yolu vardır.  Bu haqda, bir neçə məsələni bilmək zəruridir:
1.İslam dinin qeyri-müsəlmanları nicat yolu qoyması heç də bu  mənada deiyl ki, İslamın haqq olması sual altında olsun. Əksinə, İslam dini qəti və yəqin olaraq, həqiqətdə haq dindir. Amma, Quran ayəsi və əqli dəlillərə görə İslamda nicat dairəsi onun həqqaniyyət mövzusundan daha genişdir.
2.Belə bir etiqadın bəzi Quran ayələrində gələn – İslam dini təkcə haq dindir -  ayələri ilə heç bir ziddiyyəti yoxdur.[3] Çünki, belə ayələr o insanlara aiddir ki, İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) görüb dərk etmiş, onlara sabit olmuş amma sonradan İslamdan çıxmışlar və qəbul etməmşlər. Bu halda, onlardan İslam dinidən başqa heç bir din qəbul olunmayacaq. Amma, həqiqətən də bir dəstə şəxslər hər hansı səbəbdən asılı olmayaraq, İslam dinin həqiqətindən xəbərdar ola bilməsə, buna baxmayaraq, pak insani fitrətində olsa, Allaha və Qiyamət gününə etiqadı olsa, saleh əməl sahibi olsa, təbii olaraq ilahi ədalət onları əzaba düçar etməz və onlar üçün nicat yolu açıq olar.[4]
Bu mövzuya dəlalət edən ayələridən biri bu ayədir: İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı görənlərin mükafatla Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.”[5]   Bu ayə az bir fərqlə Maidə surəsində də gəlib.[6]
 
Ayənin təfsiri;
A) “İman gətirənlərdən“ – məqsəd zahirdə və dildə iman gətirən münafiqlərdir.[7]musavi (yəhudi), isəvi (xristian)” –lardan məqsəd yəhudilər və xaçpərəstlərdir.[8]  Saibinlərin kimlər olması haqqında müxtəlif nəzərlər var: bəziləri saibinləri həmin ulduzpərstlər kimi qələmə verirlər.[9]  Əlbəttə, ayənin ümumi mənasından belə başa düşülür ki, söhbət əhli-kitabdan gedir və ulduzpərstlərin də əhli-kitabla bir mənada olması çox çətin nəzərə gəlir.[10]  Başqa sözlə desək, çoxları mötəqiddirlər ki, saibilər xaçpərstliklə yəhudiyyət arasında orta səviyyəli bir kitab əhlidir və həzrət Yəhyadan (əleyhissalam) onlara bir ilahi kitab da qalması açıqlanır.[11] Bu mövzuda, digər nəzərlər də vardır.[12]
Beləliklə, ayənin təfsirində belə demək olar: İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) görməyən insanlar, (daha doğrusu, İslamı və onun həqiqətini dərk etməyənlər) amma həmin halda, əməlləri pak fitrətə uyğun olarsa, Allahın varlığına imanları olarsa, insan fitrətinin qadağan etdiyi əməlləri məsələn, yalan, zina, və s.. tərk edərlərsə, Axirət aləminə imanları olub, hesab-kitaba etiqad bəslərsə və saleh əməl sahibləri olarlarsa, haqqında soruşduğunuz ayə buna işarə edir ki, belə ümmətlərin nicat tapmasında heç bir şəkk-şübhə yoxdur və onlar üçün qorxu və qəm-qüssə də yoxdur.[13]
B) Ayənin digər təfsiri də var; Allah-taala ayənin mənasında bu məqsədi çatdırır ki, adlar və ləqəbləriniz o cümlədən, möminlər, yəhudilər, xaçpərstlər, saibinlər və s..öz-özlüyündə heç bir dəyəri yoxdur. Belə adların zahiri sizi nə mükafatlandırır və nə də əzabdan amanda saxlayır. İstər müsəlman olsun, istər yəhudi, istər xaçpərəst, istər saibi və sair dinlərdə zahiri imanın və saleh əməl olmasa heç bir dəyəri yoxdur. Yalnız, Allaha, Qiyamətə xalis iman, saleh əməl və yaxşı işlərlə birgə olan imanın Allah yanında dəyəri vardır. Təkcə bu yollara Allahın mərhəmətinə, əmniyyətinə və mükafatına nail olmaq olar.[14]
Deməli, ayənin ikinci təfsirinə əsasən, ayədə - İman gətirənlərdən” – məqsəd münafiqlər olmur. Bəlkədə ümumi müsəlmanlardır ki, ümumi olaraq İslamda beyət edib iman gətirmişlər.[15]
 

[1]Vatikan şurası yəni, katolik kilsələrinin şurasıdır. Bu şura, iyirminci əsrdə katokliklərin təbliğat və ibadət məslələlrində olan suallarına cavab verməkdən ötrü yaranmışdır. Bu şura, katoliklərin əsas etiqadlarında mühüm və köklü dəyişikləiklrəin yaranmasına səbəb olmuşdur; Veber, Meri Cuyi, Məsihiyyətə bir müqəddəmə, tərcümə Qənbəri, Həsən, səh.488; Dinlər və məzhəblər nəşriyyatı, Qum, 1381 şəmsi ili.
[2] Yusifyan Həsən, Kalam cədid, səh.282; İslami univeristetlərin kitablarının yazılması, İmam Xumeyni adına təlim-tərbiyət cəmiyyəti,  Qum, üçüncü çap, 1390 şəmsi ili.
[3]  Ali İmran surəsi, 85 “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs Axirətdə zərər çəkənlərdən olar!”  
[4]  Daha çox məlumat almaq üçün: İlahi ədalət və insnaların şiəçilikdə biliyin olmaması
[5]  Bəqərə surəsi 62
[6] Maidə surəsi 69; “Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!
[7] Təbərsi, Fəzl ibn Həsən, Cavamiul-cavame təfsiri, c.1; səh.50; Tehran univeristeti adına nəşriyyat, Qum elmi-hövzəsi, Tehran, birinci çap, 1377 şəmsi ili; Şübbər, Seyyid Abdullah, Təfsir Quranul-Kərim, səh.49; Darul-bəlağə ittəbaətu vən-nəşr, Beyrut, birinci çap, 1412 h.q; Zeməxşəri, Mahmud,  Əl-Kəşşaf ən həqaiq ğəmaizt-tənzil, c.1; səh.146; Darul-kitabul ərəbi, Beyrut, üçüncü çap, 1407 h.q
[8] Şərif Lahici, Məhəmməd ibn Əli, Təfsir şərif Lahici, təhqiq; Hüseyni Ərməvi (mühəddis) Mir Cəlaləddin, c.1; səh.60; Dəftər nəşr Dad; Tehran, birinci çap, 1373 şəmsi ili; Hüseyn Şirazi, Seyyid Məhəmməd, Təqribul-Quran ilal-Əzhan, c.1; səh.138; Darul-ulum, Beyrut, birinci çap, 1424 h.q.  
[9] Qummi, Əli ibn İbrahim, Təfsir Qummi, mühəqqiq, düzəliş verən; Musəvi Cəzairi,Seyyd Qütb, c.1; səh.48; Darul-kitab, Qum, üçünci çap, 1404 h.q
[10]   Fəzlullah, Seyyid Məhəmməd Hüseyn,
[11] Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, c.14; səh.358; Dəftər intişarat islamiyyə, Qum, beşinci çap, 1417 h.q
[12] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.1; səh.288 -291; Darul-kutubul-İslamiyyə, Tehran, birinci çap, 1374 şəmsi ili; Fəxrud-Din Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, c.3; səh.536; Darul-ehyaul-tursul ərəbi, Beyrut, üçüncü çap, 1420 h.q
[13] Muğniyə, Məhəmməd Cavad, Təfsir Əl-Kəşşaf, c.1; səh.118; Darul-kutubul-İslamiyyə, Tehran, birinci çap, 1424 h.q
[14]  Əl-Mizan fi təfsiril-Quran, c.1; səh.193; Təfsir Nümunə,c.1; səh.283
[15]  Günabadi, Sultan Məhəmməd, Bəyanus-səadət fi məqamul-ibadət təfsiri, c.14 səh.100; Ələmi ilil mətbuat müəssisəsi, Beyrut, ikinci çap, 1408 h.q
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104635 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79742 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57584 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40007 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30676 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22186 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    21936 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21817 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20279 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20035 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...