Ətraflı axtarış
Baxanların
7782
İnternetə qoyma tarixi: 2011/09/10
Sualın xülasəsi
Niyə müctehidlərə təqlid etmək vacibdir?
Sual
Müctehidə təqlid etməyin vacibliyini necə sübut edə bilərsiniz?
Qısa cavab

"Təqlid"dən məqsəd xüsusi sahədə qeyri- mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Dini məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir.

Əlbəttə, Quran ayələri və hədislər də təqlidin lüzumuna toxunmuşdur. Belə ki, Quranda buyurulur:

«"فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون"»

"Bilmədiyiniz şeyləri "Zikr əhli"ndən (alimlərdən) soruşun."

Təqlidin bütün leksik arqumentləri aqil insanlar tərəfindən qəbul edilən iş (bilməyənənin bilənə müraciəti) xüsusundadır.

Buna əsasən məraceyi-təqlid (müctehidlər) fiqh elmi sahəsində mütəxəssisdirlər. İslam mənbələrindən şəri hökmlərin çıxarışına qadir olan şəxslər məhz onlardır. Digərləri isə dini qayda-qanunları öyrənmək üçün onlara müraciət etməlidirlər.

Ətreaflı cavab

İslam dini insan ehtiyacları üçün – istər maddi və mənəvi, istər fərdi və ictimai, istərsə də siyasi və iqtisadi – qanun və qaydalar tətbiq etmişdir ki, bu da "fiqh" elmini təşkil edir. Fiqh elmi həqiqətdə əsil bəndəlik yolu, yüksək keyfiyyətli, humanist, ictimai əlaqəli, ali həyat sistemidir ki, insan həyatının bütün məqamlarını nəzarətə alır. İmam Xomeyni (r.ə.) demişkən: "fiqh-həqiqi teoriya və beşikdən qəbirədək insan və cəmiyyətin mükəmməl idarəsidir". [1] Əziz İslam övliyaları fiqh elmi və şəri hökmlərin fövqəladə əhəmiyyətinə görə öz ardıcıllarını fiqh elmini öyrənməyə tövsiyə edirdilər. Habelə bu vəzifədən boyun qaçıranları və ya dini hökmlərin öyrənilməsində səhlənkarlıq edənləri cəzalanmaya və töhmətə layiq bilirdilər.

İmam Baqir (ə) buyurur: "Şiə gənclərindən birini elmi dərindən (fiqh) öyrənmədiyinə görə yanıma gətirsələr, onu ədəbləndirərəm!" [2]

Allah-Taalanın İslam ayinlərində insanın dünya və axirət səadəti üçün yazdığı "vacibat" (vacib olunan işlər) "mühərrəmat" (qadağan olunan işlər) mövcuddur ki, insan onlara riayət etmədiyi surətdə nə səadətə çatacaq, nədə itaətsizliyə görə verilən cəzalardan amanda qalacaqdır.

Şəri (dini) hökmləri tanımaq üçün bir çox informasiyaya; o cümlədən ayə və hədislərin dərki, səhih və qeyri-səhih hədislərin tanınması, ayə və hədislərin tərkib və cəminin keyfiyyəti və s. kimi onlarla digər məsələlərə yiyələnmək lazımdır ki, bu cür təhsil öz növbəsində illərlə ciddi çalışmaya, səyə möhtacdır.

Belə olan halda mükəlləf şəxs özünü üç yol ayrıcında görür:

Birincisi, elmin (ictihad) təhsili yolu

İkincisi, hər bir iş barəsində deyilən versiyaları mütaliə etmək və bütün versiyalara uyğun əməl etmək (bütün versiyalar tərəfindən görülən iş düzgün sayılsın) ehtiyat yolu

Üçüncüsü, bu sahədə nəzər sahibi, dini hökmlərin çıxarışında mütəxəssis olan şəxsin rəyindən faydalanmaq. Şübhəsiz, şəxs birinci yolda ictihada çatdıqdan sonra dini hökmlər üzrə mütəxəssis olarsa, digər iki yola ehtiyac duymayacaqdır. İctihad məqamına yetişənədək digər iki yol qaçılmazdır.

İkinci yol hər bir məsələdə və ehtiyat üslublarında mövcud versiyalar haqda kifayət qədər informasiyaya möhtacdır. Bir çox hallarda ehtiyat etmənin çətinlikləri adi həyatı alt-üst edir. Naçar üçüncü yol "təqlid" məsələsi cəmiyyət üçün rahatlıqdan, asanlıqdan əlavə qaçılmaz olur. Bu üç yol təkcə şəri hökmlərdə deyil bəlkə digər təhsil sahələrində də keçərlidir. Misal üçün, hər hansı səbəbdən xəstələnən mühəndis bir şəxsi təsəvvür edin. O, sağalması üçün ya tibb elmini öyrənməli, ya bütün həkimlərin nəzərini bilməli (və elə əmək etməlidir ki, sonradan peşiman olmasın), ya da həkimə müraciət etməlidir.

Birinci yol onu tez sağaltmayacaq, ikinci yol çox çətindir və onu öz peşəsindən (mühəndislikdən) uzaqlaşdıracaqdır. Bu səbəbdən dərhal həkimdən kömək istəyərək onun dediklərinə əməl edir.

O, həkimin dediklərinə əməl etməklə həm gələcəkdəki peşimançılıqdan, dostların qınağından yaxa qurtarır, həm də əksər hallarda dərdinə dərman tapır. Mükəlləf də müctehidin rəyinə əməl etməklə özünü axirət peşimançılığı və ilahi əzabdan qutarmaqla bərabər şəri hökmlərin daha münasibinə riayət etmiş olur. [3]

Deməli, "təqlid"dən məqsəd xüsusi sahədə qeyri-mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Dini məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir.

Əlbəttə, Quran ayələri və hədislər də təqlidin lüzumuna toxunmuşdur. Belə ki, Quranda buyurulur:

« "فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون" »

"Bilmədiyiniz şeyləri "Zikr əhli"ndən (alimlərdən) soruşun." [4]

Habelə hədislərdə gəlmişdir: "Lakin baş verən hadisələrdə hədislərimizi nəql edənlərə müraciət edin ki, onlar sizin üçün mənim höccətlərimdirlər (dəlillərim) və mən də Allahın sizin üçün olan höccətiyəm." [5]

Mühəqqiq Kərki deyir: "Şiələr fəqihin adil, əmin, fətva üzrə tamam şəraitə malik (şəri hökmlərdə müctehid deyilir) olması, digər tərəfdən imamların (ə) qeybi zamanı onların naiblləri olması məsələsində müttəfiqdirlər.

Təqlidin bütün leksik arqumentləri aqil insanlar tərəfindən qəbul edilən iş (bilməyənənin bilənə müraciəti) xüsusundadır və əlavə nöqtəni bəyan etmir.

Deməli, məraceyi-təqlid (müctehidlər) fiqh elmi sahəsində mütəxəssisdirlər. İslam mənbələrindən şəri hökmlərin çıxarışına qadir olan şəxslər məhz onlardır. Digərləri isə dini qayda-qanunları öyrənmək üçün onlara müraciət etməlidirlər.

Əlavə məlumat üçün aşağıdakı göstəricilərə müraciət edin:

1.     "Mərcəiyyət və təqlid", sual: 276

2.     "Vilayəti-fəqih və mərcəiyyət", sual: 6576.(   6743)

3.     "Ədilleyi-vilayəti-fəqih", sual: 235



[1]   - "Səhifeyi-Nur", cild.21, səh. 98

[2]   - "Bihar əl-ənvar", cild.1, səh. 214

[3] - "Risaleyi- daneşcuyi", beşinci çap, Seyid Müctəba Hüseyni, səh. 45- 46

[4]   - "Nəhl", 43

[5]   - "Vəsail əş- Şiə", cild.27, səh. 140

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    101503 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    77139 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    55762 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    37235 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    29017 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21696 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20818 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19352 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19325 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    18278 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər