Ətraflı axtarış
Baxanların
2877
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Sizin Qold-kuist şirkəti barəsində nəzəriniz nədir?
Sual
Qold-kuist şirkəti barəsində sizin nəzəriniz nədir?
Qısa cavab

Qold-kuist, Qold-mayn şirkətlərinin fəaliyyəti, eləcə də ümumi şəkildə piramida tipli sərmayə yığmağa məşğul olan şirkətlərin ölkə iqtisadiyyatına vurduğu zərər və xəsarətlərə nəzər yetirməklə o şirkətlərin fəaliyyəti qadağandır. O zərərlərdən bəzilərini qeyd edirik:

1. Sərmayənin və valyutanın ölkədən xaric olması və onun müqabilində həqiqi əmtəənin və onunla bərabər olan dəyərin qayıtmaması;

2. O şirkətlərdə sərmayə qoyuluşuna təminat verilməməsi;

3. Ölkə daxilində əmtəələrin, ticarət mallarının bahalaşması və qazanc faizinin (nırx) artması.

Buna görə də mərcəyi-təqlidlərin çoxu belə şirkətlərin fəaliyyətinin haramlığına dair hökm vermişlər, onlar bu yolla əldə olunan qazancı da haram sayırlar. Bu fətvanın dəlilləri yuxarıda qeyd olunandan (ölkə iqtisadiyyatına vurulan zərərdən) əlavə, bu şirkətdə fəaliyyət göstərən yuxarı səviyyəli üzvlərin aşağı səviyyəli üzvlərə vurduğu zərərləri də qeyd etmək olar. Aşağı səviyyəli üzvlər yeni-yeni üzvlər cəzb edə bilmədiyi halda özlərinin böyük miqdarda sərmayələrini əldən vermiş olurlar.

Ətreaflı cavab

Qold-quist, Qold-main və s. piramida tipli (şəbəkəli) şirkətlərin mahiyyətinin tanınması və fəaliyyət növləri ilə əlaqədar tədqiqatçıların və iqtisadiyyatçıların apardığı tədqiqatlara əsasən[1] məlum olmuşdur ki, bu şirkətlərin işinin və onlarda iştirak etməyin çoxlu problemləri vardır və bu cəhətdən ölkə iqtisadiyyatına ağır zərbələr vurur. Ona görə də İslam respublikasının iqtisadı qurumları bu kimi şirkətlərin fəaliyyətini qanunsuz hesab etmişlər. İslam respublikasının prokuror və məhkəmə qüvvəsi də bu qanunu pozanlarla ciddi rəftar etməyə vəzifəlidir. Bu zərərlərdən bəzilərini aşağıda qeyd edirik:

1. Bu kimi şirkətlərdə hər bir üzvün qoyduğu sərmayənin məcmu halında 35 faizi şirkətin hesabına köçürülür və (aşağıdakı bütün şaxələr kamil olduğu surətdə) yalnız 65 faizi üzvlərə qayıdır. Bu məbləğ alınmış sərmayənin (və sikkələrin) həqiqi dəyəri və onların arasındakı vasitələrə verilən porsantlardan ibarətdir.

İndi məsələni külli şəkildə araşdırırıq: Aparılan son tədqiqatlara əsasən ölkə əhalisindən təqribən bir milyon nəfərdən artığı bu kimi şirkətlərdə üzv olub fəaliyyət göstərir. Hər kəs aşağısı 500 dollar sərmayəni bu şirkətin hesabına köçürsə, məcmu halında 500 milyon dollar pul bu şirkətlərdə sərmayə qoyulmuş olur ki, onun 35 faizi bu şirkətlərin özünə məxsusdur (qeyd olan məbləğ bu şirkətə sair yollarla gələn qazancdan tamamilə başqadır) və 175 milyon dollardan ibarət olacaqdır.

Bu ədəd və məbləğ o haldadır ki, bunun üzvlərin bir milyon nəfər və hər birinin də aşağısı 500 dollar sərmayə qoyduğunu hesab edək. Halbuki təəssüflər olsun ki, həm üzvlərin sayı qeyd olunandan artıqdır, həm də bu şirkətə sərmayə qoyanların pulu 500 dollardan artıqdır.

Görün, ölkənin milli sərmayələrindən necə böyük məbləği ölkədən çıxarılaraq həmin şirkətlərin cibinə gedir və bunun müqabilində ölkəyə heç bir şey qayıtmır!

Bu qədər sərmayənin ölkədən xaric olması İran İslam respublikasına böyük zərbələr vurur. Şəxsin özünə zərər vurması haram olduğu kimi, İslam ölkəsinə zərər vurmaq da haramdır (çünki bütün ölkə əhalisinə vurulan zərər sayılır) və heç bir ağıllı şəxs belə zərəri qəbul etməz.

2. Daxili birjalarda sərmayə şəkilində olan bu məbləğ pul daxili sərmayə tədavülündən xaric olsa, daxili sərmayəçilərin qazanc faizinin yüksəlməsinə və nəticədə daxili istehsalın səviyyəsinin azalmasına, yerli əmtəə və istehsal mallarının bahalaşmasına səbəb olur. Bu da həm istehsalçıları, həm də daxili məsrəfçilərin zərərə düşməsinə səbəb olur. Başqa sözlə desək, bu iş xarici malların ölkəyə axıb gəlməsinə və nəticədə daxili zavod və fabriklərinin, sair istehsal mərkəzlərinin tənəzzülə uğramasına, kasadla qarşılaşmasına səbəb olur. Daxili istehsal mərkəzləri özünün iş və fəaliyyətini dayandırmalı olur...

3. Bu kimi şirkətlərdə qoyulan sərmayəyə heç bir təminat yoxdur

Çünki məhkəmə qüvvəsi bu kimi şirkətlərdə sərmayə qoyulmasından sui-istifadə edilməsi və qanun pozuntuları qarşısında heç bir məsuliyyət daşımır. Amma əgər üzvlərdən hər biri yuxarıdakı şaxələrdən şikayət edərək öz müddəasını isbat edə bilsə, bu müddəa məhkəmə sistemində araşdırıla bilər. Lakin şəxsin özü pulunu bu şirkətlərdən hər birinin hesabına köçürsə və pulu hər bir səbəbdən aradan getsə, (məsələn, şirkət öz zəmanətlərinə əməl etməsə) İslam respublikasının məhkəmə qüvvəsi mallarını əldən verən şəxslərin hüquqlarının bərpa edilməsi qarşısında heç bir iltizam və məsuliyyət daşımır. Eləcə də digər ölkə və hüquqi mərkəzlərdə də bu kimi hallarda heç bir təminat vermirlər. Əgər müəyyən hallarda zəmanət versələr də, haqqın bərpa edilməsi üçün onların vasitəsilə iş görülməsi böyük zərərlərlə yanaşı olur. (Məhkəmə prosesində xərclənən pullar, vəkil tutmaq, gediş-gəliş xərcləri və sair.)

Sikkə və ya bahalı əmtəə ünvanı ilə bu şirkətlərin müştərilərə satdığı şeyləri müştərinin özü də birbaşa Almaniyada istehsal olunan şirkətdən və çox ucuz qiymətə (misal üçün, doxsan min tümənə = doxsan dollara) ala bilər. Bu sikkələrin həmin şirkətlərinin özü tərəfindən istehsal olunması və bu haqqın inhisarçı və kalksyuni dəyərinə malik olması iddiasına gəldikdə isə, bu, tamamilə əsasız bir iddiadır. Çünki əvvəla, onun istehsalı inhisar deyildir. Misal üçün, üzərində İmam Xomeyninin (r)  şəkli olan sikkə barəsində demək lazımdır ki, İmam Xomeyninin (r) əsərlərinin nəşri müəssisəsi bu sikkələrin məhdud sayda imtiyazını Almaniya şirkətinə satmışdır və o şirkət də həmin sikkələri razılaşılan  məhdud miqdarda istehsal edərək tədavülə buraxmışdır. Onların bir qismini Qold-kuist şirkəti alaraq öz müştərilərinin ixtiyarına qoymuşdur. İmam Xomeyninin (r) əsərlərinin nəşri müəssisəsi bu imtiyazı başqa şəxsə də sata bilər, hər kəs birbaşa olaraq bu sikkələri istehsal edən şəxslərdən ala bilər.

İkincisi: O mallar kalksyuni dəyərinə malik olur ki, heç olmazsa on illik keçmişə malik olsun və bir daha istehsal olunmasın. Piramida tipli şirkətlərin malları belə deyildir.

Mərcəyi-təqlidlər də yuxarıda qeyd olunanlara, eləcə də digər fiqhi dəlillərə nəzər yetirməklə belə şirkətlərdən əldə olunan qazançıları haram hesab edirlər. Aşağıda həmin dəlillərdən bəziləri qeyd olunur:

1. Bu şirkətlərdə verilən porsantlar aşağıdakı üzvlərdən alınır. Əgər bu əməliyyat müəyyən bir yerdə dayandırılsa (belə ki, qəti olaraq məhdud olur), aşağı səviyyələrdə olan şəxslər öz sərmayələrinin böyük bir qismini əldən verir və heç bir şey əldə etmirlər (yalnız cüzi miqdarda sikkə və porsantdan başqa).

2. Bu şirkətlərin başında dayanan və ya vasitə rolunu ifa edənlər o hallarda porsant alırlar ki, yeni-yeni üzvləri bu şəbəkəyə gətirə bilsinlər. O nə qədər çox üzv yığa bilsə, daha artıq pul alır. Lakin həqiqətdə onlar bu pulu özlərindən aşağı səviyyədə olanları aldatmaq müqabilində alırlar. Yəni özlərindən aşağıdakıları və yeni üzvləri aldadırlar ki, onlar şirkətə etimad edərək öz sərmayələrini həqiqətdə onların mal-dövlətinin qarət olunmasından ibarət olan bu müamilədə şirkətin ixtiyarına versinlər. Əvəzində şirkət bu pulun cüzi bir miqdarını bu vasitələrə verir və yerdə qalan sərmayəni heç bir zəhmət olmadan özünə götürür. Bu iş şəri cəhətdən “başqalarının malını haram yolla yemək”dən ibarətdir.

Bunlar həmin şirkətlərin qeyri-qanunu və qeyri-şəri olma dəlillərindən yalnız bir qismidir. Bu şirkətlərin zərərləri və fəsadları qeyd olunanlardan daha artıqdır.



[1] “İqtisadi qrupun məsuliyyətli şəxsiyyətli ilə əyani məruzə”, İslami əndişə və mədəniyyət tədqiqat” mərkəzi, höccətul-İslam ustad Seyid Abbas Musəvian

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    91662 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    61934 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    49371 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    30209 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    20696 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19515 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    17582 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    16076 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    15589 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    15109 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər