Ətraflı axtarış
Baxanların
5232
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
Sual
Allahın yeganəliyinin isbatı bəhslərində deyilir ki, əgər iki vacibil-vücud fərz olunsa, gərək onların arasında fərqləndirici əlamət olsun. Yəni birinci vacibul-vücud elə bir sifətə malik olmalıdır ki, digəri ona malik olmasın. Bunun əksi də belə olmalıdır. Nəticədə deyilir ki, birinci vacibul-vücud (fərz olunan ikinci vacibul-vücudun malik olduğu) kamallara malik olmadığından, həmin kamallara möhtac və nəticədə vacibul-vücud yox, mümkünül-vücud olur. Amma mənim üçün belə bir sual yaranır: bu vacibul-vücud ümumiyyətlə (ikincidə olan, özündə olmayan) bu xüsusiyyətlərə ehtiyaclı olmaya bilərmi? Başqa sözlə, nə üçün Vacibul-vücud bütün kamal sifətlərinə mütləq malik olmalıdır?
Qısa cavab

Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir.

Ətreaflı cavab

Bu dəlildə bütün kamallara malik olan bir varlıq – vacibul-vücud fərz olunur, yalnız bəzi kamallar istisna olunur ki, bu da onunla yanaşı fərz olunan digər vacibul-vücudun arasında fərqləndirici əlamət olsun. Sual edən şəxsin bu fərzinə əsasən, digər kamallara ehtiyaclı olmayacaqdır. İndi görəsən, zehində təsəvvür oluna bilən belə bir fərz gerçək varlıq aləmində də baş verə bilər, ya yox.

Həqiqət budur ki, təkvini və vicudi kamallar camaat arasında deyilən və etibari sayılan kamalların əksinə olaraq bir-biri ilə heç bir əlaqə olmadan vücuda gələ bilməz. Yəni elə bir sərhəddə dayana bilməz ki, heç vaxt sair kamallarla əlaqəsi olmasın. Bu bəhs öz yerində təfsilatı ilə bəyan və isbat olunmuşdur.

Başqa sözlə, bizim xarici aləmdə gördüyümüz şey kamalların bir-birindən ayrı olmasından deyil, onların arasındakı sıx və qırılmaz əlaqədən söhbət açır. Hər bir varlıq aləmin başqa varlıqları ilə əlaqədədir və dəqiq şəkildə bu işləri bir-birindən ayıra bilən bir sərhəd olduğu iddia etmək olmaz. Əksinə, kamal mərtəbələrindən nə qədər yuxarı getsək, aləmdə mövcud olan çoxlu kamallar arasında bir o qədər vəhdət, həmahənglik və uyğunluq olduğunu görəcəyik.

Bu fərziyyəni sübut etməklə elə bir varlıq təsəvvür etmək olmaz ki, bəzi kamallardan başqa bütün kamallara malik olsun, bunların da sair kamallarla heç bir əlaqəsi olmasın. Başqa kamallarla əlaqəli olduğuna görə zatən həmin kamalda kamil olmağa ehtiyaclı olacaqdır. (Bu məsələ fəlsəfədə “imkani əşrəf” qanunu adı ilə sübuta yetmişdir). Belə bir varlıq kamalın yüksək mərtəbəsində olsa da vacibul-vücud ola bilməz. Amma bəşərə məxsus olan adi müqayisə ilə bu təsəvvürü bəlkə də vacibul-vücud barəsində fərz etmək olar: çox vaxt kamallardan bir hissəsinə malik olan bir fərd iddia edib deyir ki, başqa kamallara heç bir ehtiyacı yoxdur, ömrünün axırına qədər bu mürəkkəb cəhalətdə qalır. Amma təkvin aləmində belə deyildir. Hər bir haqqın həqiqəti vardır ki, varlığın zatında yatmışdır. Ehtiyacsızlıq sadəcə “ehtiyacsız olmaq” iddiası ilə sübuta yetmir.

Bir sözlə, kainata hakim olan vəhdət “hər hansı bir varlıq yalnız xüsusi növdən olan kamallara konkret şəkildə malik olmuşdur və digər kamalların heç birinə ehtiyacı yoxdur” deyə təsəvvür edilməsinə mane olur. Bu məsələ yalnız camaat arasında mövcud olan etibari kamallarda təsəvvür oluna, yaxud texnologiyada deyilə bilər. Lakin varlıq aləminin yüksək mərtəbələrində həyata keçməsi qeyri-mümkündür.

Qurani-kərimdə Allah-taalanın yeganə olmasının isbatı məqamında buyurulur: “Əgər asimanda və yerdə Allahdan başqa digər məbudlar (ilahələr) olsaydı, bu ikisində qarışıqlıq və puçluq yaranardı.”[1]

Bu bəyanda birbaşa Allah-taalanın yeganə olması varlıq aləmində heç bir qarışıqlığın və ixtilafın olmaması, ondakı bütün qanunların həmahəng olması əsasında isbat edilir, vacibul-vücudun çox olmasının qeyri-mümkünlüyünü göstərmək üçün həmin aksiom tipli dəlildən istifadə edilir. Vacibul-vücudun birdən artıq olmasının qeyri-mümkünlüyünü ən qısa, ən gözəl və ən ali şəkildə bəyan edilmişdir. Sair müfəssəl və mürəkkəb fəlsəfi bürhan və dəlillərin də hamısı axırda bu dəlilə qayıdır.



[1] “Ənbiya” surəsi, ayə: 22

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin əvəz olunması ilə cümlə mənaları tam dəyişə bilər?
    6679 Quran elmləri 2014/05/22
    Təhrif haqqında müxtəlif mənalar səsləndirilib.İslam alimləri Quranın azaldılması və ya çoxaldılması cəhətdən, təhrifin olmamasına yekdilliklə rəy veriblər. Bu mənada ki, nə xaricdən Qurana bir şey əlavə olunub və nə də Quranın əsl mətinindən bir şey azaldılıb. Amma Quran hərflərinin hərəkələrinin və ya səsli hərflərin dəyişdirilməsi haqqında da ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    7819 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
    6586 تاريخ بزرگان 2012/09/01
    İnsan ictimai bir varlıqdır ki, digərlərinin dostluq və məhəbbətinə ehtiyacı vardır. Salam vermək iki insan arasında rabitənin başlanğıc mərhələsidir ki, müxtəlif məsajlara, o cümlədən dostluq, səmimiyyət, məhəbbət, təvazökarlıq, xeyir duası, qarşı tərəfə aramlıq vermək və s malikdir. Salam sözü çox gözəl və dərin mənaya sahibdir ki, bununla ...
  • Aya günahkar bir cəmiyyətdə, mümkündür bir neçə xeyirxah və pərhizkar insanlara xatir o cəmiyyətdən əzab uzaq olsun və ya müddəti geciksin?
    6268 Təfsir 2012/02/07
    Quran ayələri və rəvayətlərdən istifadə olur ki, bəzi illət və amillər, cəmiyyətdən əzabın gecikməsinə və yaxud uzaq olmasına səbəb olur. Burada fürsətdən istifadə edib bir neçə nümunəyə işarə edirik. 1.             Onların arasında Peyğəmbərlərin və tövbə edənlərin olması: ...
  • Airobika idman növünün hökmü nədir?
    6016 Nizamlar hüquq və əhkam 2012/04/18
    Həzrət Ayətullah uzma Xameneinin dəftrəi: Ümumiyyətlə ləhvi musiqi yaxud da günah məclislərinin musiqisinə uyğun yaxud da şəhvəti təhrik edən yaxud da haram işlə olarsa və ya fəsad olarsa, caiz deyil. Həzrət Ayətullah uzma Sistaninin dəftəri: Əgər musiqi ləhvo ləb məclislərinin musiqisi ...
  • İmam Zamının həyat yoldaşı və övladı varmı?
    6607 Qədim kəlam 2011/06/25
    İmamZamanın (əc) həyatyoldaşıvəövladınınolmasıehtimalolunurvə həmçinin, Həzrətinqeybdə
  • Nə üçün bəziləri ölülərin qəbirlərini açırlar? Bu iş haram deyildirmi?
    5846 Əhkam və hüquq fəlsəfəsi 2012/04/09
    Möhtərəm mərcəyi-təqlidlərin bu suala cavabı belədir: Möminin qəbrini açmaq haramdır, amma aşağıda qeyd olunan bəzi hallarda bu haramlıq götürülür: 1. Meyit qəsbi torpaqda dəfn olunsun və yerin sahibi meyitin orada qalmasına icazə verməsin. 2. Meyitlə birlikdə dəfn olunan kəfən və bu ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    12803 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Şərab və ya donuz əti verilən restoranlarda, yaxud İsrailə kömək edən müəssisələrdə işlənmək haramdırmı?
    6854 Nizamlar hüquq və əhkam 2011/05/17
    İslam inqilabının rəhbəri “Donuz əti konservləşdirmə zavodlarında işləmək, eləcə də gecə kabaralarında və ya fəsad mərkəzlərində işləmək caizdirmi və ondan əldə olunan qazancın hökmü nədir?” sualına cavabda buyurur: “Haram işlərdə işləmək, o cümlədən şərab və donuz əti satmaq, gecə kabarları icad edib oradan qazanc əldə etmək (fırlatmaq), ...
  • Əgər bir şəxs təhqiq etmədən öz mərcəi təqlidini seçmişdirsə, indi onun vəzifəsi nədir?
    6081 Nizamlar hüquq və əhkam 2011/04/14
    İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2] Başqa sözlə desək, əgər bu yollarla ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154903 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117738 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98763 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45184 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43702 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...