Ətraflı axtarış
Baxanların
12571
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla hadisəsində İmam Hüseyn (əleyhis-salam)-a kömək etmədi?! Onun “imamət iddiasında olması” düzdürmü?
Sual
Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla qiyamında İmam Hüseyn (əleyhis-salam)-a kömək etmədi?! Onun barəsində deyilən “imamət iddiası etmişdir” sözü düzdürmü?

Qısa cavab

Tarix boyu Məhəmməd ibni Hənəfiyyənin böyük şəxsiyyəti barəsində rəva görülən təhriflərə diqqət yetirməklə onun şəxsiyyəti, əxlaqı və imani fəzilətləri barəsində mühakimə yürütmək ciddi şəkildə çətindir. Amma tarixi mənbələrdə pərakəndə vəziyyətdə mövcud olan şahidlərdən onun həyat tarixinin müxtəlif yönləri barədə kifayət qədər məlumat əldə etmək olar. Əli (əleyhis-salam)-ın bu oğlu barəsində qısa şəkildə belə demək olar: O çox görkəmli bir şəxsiyyət idi, İmam Əli, Həsən və Hüseyn (əleyhimus-salam) ona xüsusi məhəbbət və inayət göstərirdi. Məhəmməd Hənəfiyyə də onların İmam olmasına qəlbən etiqad bəsləyirdi. O heç vaxt imamət iddiası etməmiş, üstəlik fədakar bir əsgər kimi İmam Əli, Həsən və Hüseyn (əleyhis-salam)-ın hüzurunda olmuşdur. Onun Kərbəlada iştirak etməməsi dəlillərindən biri budur ki, İmam Hüseyn (əleyhis-salam)-ın qiyamı şəhadətlə yanaşı olduğundan və bu böyük hədəfin o həzrətlə yanaşı gedən az saylı insanın vasitəsi ilə həyata keçdiyindən, İmam nəticəsi köməkçilərinin hamısının şəhid olmasından ibarət olan bir döyüşdə Əhli-beytin bütün kişilərinin və övladlarının iştirakına razı olmamışdır. İkinci səbəb onun xəstəliyi idi. Üçüncü səbəb isə bu idi ki, İmam Hüseyn (əleyhis-salam) ona göstəriş vermişdi ki, o həzrətin olmadığı dövrdə Mədinədə qalsın və oranın hadisələrini həzrətə xəbər versin.

Ətreaflı cavab

Məhəmməd ibni Hənəfiyyənin şəxsiyyəti ilə daha artıq tanış olmaq üçün aşağıdakı bəhslərə diqqət yetirmək və araşdırmaq zəruridir:

Birincisi, tarix boyu müxaliflər tərəfindən imamət xanədanının kişilərinin şəxsiyyətinə qarşı yönəldilən zəhərli təbliğatlar ilə əlaqədar müqəddimədir. Ondan sonra:

1. Məhəmməd ibni Hənəfiyyənin əziz atası Əli (əleyhis-salam)-a məhəbbəti və bunun qarşısında İmamın ona məhəbbət bəsləməsi;

2. Onun İmam Həsən (əleyhis-salam)-a məhəbbəti və o həzrətin tərəfindən sevilməsi;

3. Onun İmam Hüseyn (əleyhis-salam)-a məhəbbəti və qarşılıqlı olaraq həzrətin də onu sevməsi;

4. Məhəmməd ibni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-ın intiqamını almaq məqsədi ilə qiyam edənlərə məhəbbəti;

5. Məhəmməd ibni Hənəfiyyənin İmam Səccad (əleyhis-salam)-a məhəbbəti.

Bu məsələləri tədqiq etməklə bu böyük şəxsiyyətli İmam övladının şəxsiyyəti ilə daha artıq tanış olacağıq.

 

Müqəddimə

İmam Əli (əleyhis-salam)-ın ailəsinə mənsub olan şəxslər barəsində tarixin münasibəti

Şübhəsiz, bu həqiqət barəsində mövcud olan bütün tarixi şahidlərin araşdırılaraq təhlil edilməsi çox zaman tələb edir və bu müxtəsər məqaləyə sığmaz. Buna görə də imkan daxilində o həqiqətlərin bəzisinə işarə etməklə kifayətlənirik:

a) Məşhur və məlum məsəldir ki, tarix kitabları padşahların, hakimlərin nəzərinə əsasən yazılmış və elə tənzim olunmuşdur ki, onların hakimiyyətinə, abır-heysiyyətlərinə azacıq belə, xələl gətirməsin, camaatın emosional hisslərini və duyğularını  təhrik etməsin. İbni Hişam, İbni İshaqın “Sirə” kitabını xülasələşdirməklə əlaqədar tutduğu üslub barəsində deyir: “Mən İbni İshaqın bu kitabda gətirdiyi məqamların bəzisini qeyd etmirəm. O şerləri ki, onlarda Peyğəmbərdən heç bir əsər-əlamət və onların barəsində Qurandan şahid yoxdur, yaxud onlar üçün təfsir deyilməmişdir... Həmçinin şairlərin nəzərində tanınmayan şerləri və camaatın bəzisinin ikrah hissi ilə yanaşdığı şeyləri qeyd etməmişəm.”[1]

Şübhəsiz, İbni Hişamın burada “camaat” dedikdə məqsədi (“camaatın bəzisinin ikrah hissi keçirdiyi” cümləsində) hakimlər və soltanlar olmuşdur. Əks halda, İbni Hişamın bu tarixi təhrif etməklə adı camaatın emosional hisslərinə və duyğularına  riayət etməsinin heç bir mənası olmazdı.

b) Tarixi mütaliə etdikdə görürük ki, bəzi tarixçilər İbni Hişamın yolunu getməsələr də, müxtəlif amillər səbəbi ilə hakimlərin istəyinə əsasən tarix yazmış, tarixdə qeyd olunan aşkar və danılmaz olan hadisələri təhrif etmişlər. Misal üçün, tarixdə deyilən “İmam Hüseyn Yezidin xilafətinin ilk günlərində ona beyətlə müxalifət etdi və Mədinənin hakimi Vəlidə xitab edərək buyurdu: “Bizi nübüvvət Əhli-beytiyik, risalətin mə’dəniyik, məlaikənin nazil olduğu yerlərik... Yezid günahkar, fasiq, şərab içən, günahsız insanların qatili, fisq-fücuru və əyyaşlığı aşkarda əncam verən şəxsdir. Mənim kimi bir şəxs Yezid kimi bir şəxslə heç vaxt beyət etməz.”[2] kimi aşkar bəyanları təhrif edərək yalandan yazmışlar: “O həzrət, Vəliddən xahiş etdi ki, onu Yezidin yanına aparsın.” Aydındır ki, bu aşkar təhrif zamanın xəlifəsinin və hakiminin istək və zövqünə uyğun olaraq baş vermişdir. Tarixçilər İmam Hüseyn (əleyhis-salam)-ın aydın tarixini belə təhrif edib haqqın tam əksini qələmə verdikləri halda başqalarının necə vəziyyətdə olması tamamilə məlumdur.

v) Tarix yazanlardan və ravilərdən bir çoxu hakimlərin zülmündən və qüdrətindən qorxduqları üçün Əli (əleyhis-salam)-ın fəzilətlərini inkar etmiş, Əhli-beytin fəzilətlərinin müqabilində soltanlar üçün müəyyən fəzilətlər düzəldərək onların şənini yüksəltmək qərarına gəlmişlər.[3] Buna görə də qəti şəkildə demək olar ki, tarix Əhli-beyt (əleyhimus-salam), xüsusilə İmam Əli (əleyhis-salam)-ın övladları barəsində çox insafsız rəftar etmişdir. Buna görə də Məhəmmədi ibni Hənəfiyyənin şəxsiyyətini araşdırıb tanımaq üçün tarixi mənbələrdə pərakəndə vəziyyətdə olan şahid və dəlillərdən istifadə etmək lazımdır. Bu şahidlər aşağıdakılardır:

1. Məhəmməd ibni Hənəfiyyənin əziz atası İmam Əli (əleyhis-salam)-a məhəbbəti və Əli (əleyhis-salam)-ın da onun sevməsi

Bir kəs (imamlar barəsində xəbər və rəvayətlərin ciddi senzurada olduğu bir zamanda) şiə və sünnü mənbələrində pərakəndə və dağınıq vəziyyətdə olan rəvayətləri araşdırıb tədqiq etsə, anlayacaqdır ki, İmam Əli (əleyhis-salam) öz övladı Məhəmməd ibni Hənəfiyyəyə çox məhəbbət bəsləyirdi. Hətta bəzi söhbətlərində buyurmuşdu: “Hər kəs dünya və axirətdə mənə ehsan və yaxşılıq etmək istəyirsə, oğlum Məhəmmədə yaxşılıq etsin.”[4]

“Əl-ithaf” kitabının müəllifi İmam Əli (əleyhis-salam)-ın vəsiyyətini nəql edərək deyir: Sonra Məhəmməd Hənəfiyyəyə baxdı və buyurdu: “Qardaşlarına tövsiyə etdiyim şeyləri yadında saxladınmı?!” Dedi ki, bəli. Həzrət buyurdu: “Onun oxşarını sənə də tövsiyə edirəm: qardaşlarını əzizlə, çünki sənin üzərində böyük haqları vardır. Onların göstərişlərinə tabe ol, onlarla məşvərət etmədən və nəzərlərini istəmədən heç bir işi qətiləşdirmə... (Sonra Həsənlə Hüseynə buyurdu:) Sizə onun (İbni Hənəfiyyənin) barəsində tövsiyə edirəm. Çünki o, sizin qardaşınız[5] və atanızın oğludur. Bilirsiniz ki, atanız onu sevir.”[6]

İmamın bu vəsiyyətlərindən öz oğlu Məhəmməd ibni Hənəfiyyəyə dərin məhəbbət bəslədiyi aydın olur. Hətta İmam onunla qardaşlarının arasında məhəbbət tellərini möhkəmləndirməyə də səy edir.

Burada münasib olardı ki, Şeyx Səduqun nəql etdiyi Əli (əleyhis-salam)-ın uzun bir vəsiyyətini qeyd edək. Bu vəsiyyət o həzrətin öz oğlu Məhəmməd Hənəfiyəyə xüsusi inayət və məhəbbətindən hekayət edir. Bu vəsiyyət uzun olduğuna görə onun əvvəlindən və axırından bir hissəsini qeyd edirik: Əli (əleyhis-salam) oğlu Məhəmməd ibni Hənəfiyyəyə vəsiyyətində buyurdu: “Ey oğlum! Dünya arzularına etimad etməkdən uzaq ol! Çünki arzular... Əgər dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, camaatın əlində olan şeylərə tamah salma.”[7]

İmam Əli (əleyhis-salam)-ın axırıncı vəsiyyəti olan bu vəsiyyət tam aşkar şəkildə İmamın öz oğlu Məhəmməd ibni Hənəfiyyə məhəbbətini göstərir, onun şəxsiyyətinin formalaşmasındakı xüsusi nəzərini bəyan edir və onu Əhli-beytin yoluna hidayət edir. Çünki, İmam malik olduğu bütün məşğuliyyətlər və nigarançılıqla belə, bu qədər uzun bir vəsiyyəti etmişdir.

2. İmam Həsən (əleyhis-salam)-la Məhəmməd ibni Hənəfiyyənin bir-birinə qarşılıqlı məhəbbəti

Bu barədə şahidlər çoxdur. Mövzumuz ilə əlaqədar bir neçə nümunəni qeyd edirik:

1. Məşhur məsələdir ki, İmam Əli (əleyhis-salam) Həsənlə Hüseyni həyatının qorunmasına ciddi nəzarət edirdi. Çünki bir tərəfindən imamət və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəsli onların vasitəsi ilə davam etməli idi. Digər tərəfdən, bu nəslin davam etməsi də bu iki İmamın sağ qalmasına bağlı idi. Odur ki, İmam Əli (əleyhis-salam) Məhəmməd ibni Hənəifyyəni çox təhlükəli işlərə göndərirdi. Buna görə də Məhəmməd Hənəfiyə ilə onun İmam qardaşları arasına ixtilaf salmağa çalışan, yaxud öz gümanlarına əsasən, bu iki fərqli rəftara dəlil tapmaq istəyənlər ondan soruşurdular: “Necə olur ki, atan səni çox təhlükəli işlərə göndərir, amma Həsənlə Hüseyni göndərmir?!” Məhəmməd Hənəfiyyənin bu kimi sözlər qarşısında tutduğu mövqe onun öz İmam qardaşlarına məhəbbətdən və imamlarla əlaqədar atasının qərarından söhbət açır. O, bunların cavabında buyururdu: “Onlar mənim iki qardaşım və atamın iki gözüdür, mən isə atamın qollarıyam. Atam öz əlləri ilə gözlərini qoruyub saxlayır!”[8]

2. İmam Həsən (əleyhis-salam) can üstündə olanda Qənbəri çağırıb buyurdu ki, Məhəmməd ibni Hənəfiyyəni çağır. Qənbər deyir ki, İbni Hənəfiyyəyə “İmam səni istəyir” deyəndə dərhal soruşdu: “Bir hadisə baş vermişdimi?!” Dedim: “İmam Həsənin yanına get.” O, təcili olaraq İmamın hüzuruna gəldi, ədəb-ərkanla salam verdi. Sonra İmam Həsən (əleyhis-salam) ona buyurdu: “Əyləş... Ey Əlinin oğlu Məhəmməd! Mən sənin həsəd edəcəyindən qorxmuram, çünki (həsəd səndən uzaqdır) Allah-taala bu sifətlə kafirləri vəsf etmiş və şeytanın sənə nüfuz etməsinə yol qoymamışdır...” Sonra Məhəmməd ibni Hənəfiyyə qardaşına xitab edərək dedi: “Sən mənim İmamım və ağam, Peyğəmbərə tərəf olan yolumsan. Allaha and olsun! Bu sözü  (xəbəri) eşitməzdən qabaq ölümün mənim sorağıma gəlməsini istərdim!”[9]

3. Bu söz Məhəmməd ibni Hənəfiyyənin yüksək iman səviyyəsini, öz qardaşının imamətinə dərin etiqadını bəyan edir.[10] İmam Həsən (əleyhis-salam) ona “həsəd səndən uzaqdır və şeytanın sənə nüfuz etməsinə yol qoymamışdır...” deməklə Allah-taalanın bu kəlamına işarə edir: “Şeytan Mənim (xalis) bəndələrimə hakim kəsilə bilməz.”[11] Bu da Məhəmməd ibni Hənəfiyyənin böyük və alicənab şəxsiyyətinə dəlalət edir.

4. İmam Həsən (əleyhis-salam) şəhid olduqdan sonra Məhəmməd ibni Hənəfiyyə o həzrətin matəmində insani duyğulardan, ülvi məhəbbətdən qaynaqlanan kəlmələrlə, dərin kədər və  qəm-qüssəni göstərən şerlərlə o həzrəti vəsf etmişdir.

Yəqubi bu barədə yazır: İmam Həsənin cəsədi kəfənə qoyulan zaman Məhəmməd ibni Hənəfiyyə belə deyirdi: “Ey Əba Məhəmməd! Allah sənə rəhmət etsin! Allaha and olsun ki, sənin həyatın izzət, ölümün hidayətdir. Sənin bədənində necə gözəl bir ruh vardı! Necə gözəl bir bədən kəfənə bükülmüşdür! Nə üçün belə olmasın, halbuki sən hidayət sülaləsindənsən, təqva əhlinin həmpeymanısan, “Kisa” səhabələrinin beşincisisən; sən haqdan qidalanmış, islam evində tərbiyə almış, iman döşündən süd əmmişsən, pak-pakizə həyat sürmüşsən və pak halda da dünyadan getmişsən. Allahın rəhmət və salamı sənə olsun!”[12]

Məhəmməd ibni Hənəfiyyənin öz qardaşının matəmində dediyi sözlərə diqqət yetirən hər bir şəxs onun öz qardaşını müxtəsər, eyni zamanda çox ali, dolğun mənalarla vəsf etmiş olduğunu, onun qardaşı ilə əlaqədar dediyi sözlərin çox böyük məziyyət və fəzilətlərə malik olduğunu görəcək. Həm də görəcəkdir ki, bu sözləri deyən şəxs mərhum qardaşının pak ruhunu, bədənini və əsil-nəsəbini vəsf etdiyi zaman onun haqqını olduğu kimi əda etmişdir. Kim öz İmam qardaşına Məhəmməd ibni Hənəfiyyədən çox agah ola bilərdi?![13]

3. Məhəmməd ibni Hənəfiyənin İmam Hüseyn (əleyhis-salam)-a məhəbbəti və qarşılıqlı olaraq həzrətin də onu sevməsi

Bu qarşılıqlı məhəbbətin dəlilləri aşağıdakılardır:

1. İmam Baqir (əleyhis-salam)-dan nəql olunur ki, İmam Hüseyn ehtiram əlaməti olaraq İmam Həsən (əleyhiməs-salam)-ın hüzurunda heç bir şey danışmazdı. Məhəmməd inbi Hənəfiyyə də İmam Hüseyn (əleyhis-salam)-ın hüzurunda belə idi.[14]

2. Sibt ibni Covzi “Təzkirətuil-xəvas” kitabında belə nəql edir: Məhəmməd ibni Hənəfiyyə İmam Hüseyn (əleyhis-salam)-ın səfərindən xəbərdar olanda dəstəmaz alırdı. O bu xəbəri eşidəndə çox ağladı.” Bunun özü də Məhəmməd ibni Hənəfiyyənin Əhli-beytin böyük şəxsiyyəti olan İmam Hüseyn (əleyhis-salam)-a dərin məhəbbətini göstərir.[15]

3. Məhəmməd ibni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-la söhbəti: “Qardaşım! Sən mənim yanımda ən əziz və ən sevimli insansan...”[16]

Yuxarıda qeyd olunanlardan Məhəmməd ibni Hənəfiyyənin atası İmam Əli, qardaşları Həsənlə Hüseynin yanında olan məqamı aydın olur. Amma bu sual yenə də qalır: Nə üçün Məhəmməd ibni Hənəfiyyə Kərbəla səfərində İmam Hüseyn (əleyhis-salam)-ın yoldaş olmadı?

Məhəmməd ibni Hənəfiyyənin Kərbəla hadisəsində iştirak etməməsinin səbəbi

Sualın mətnində də gəldiyi kimi, bu, çox verilən bir suladır. Cavabın aydın olması üçün bu məsələni bir neçə cəhətdən araşdırırıq:

1. İmam Hüseyn (əleyhis-salam)-ın qiyamı şəhadətlə yanaşı idi və o həzrətin böyük hədəfi onunla birlikdə olan şəxslərin hamısının şəhadətə yetməsindən başqa bir yolla həyata keçməyəcəkdi. Buna görə də İmam nəticəsi bütün köməkçilərinin şəhadətindən ibarət olan bir müharibədə bütün Əhli-beyt övladlarının və kişiləri iştirak edərək qətlə yetirilməsini məsləhət görməmişdi. Bu müddəanın şahidi Məhəmməd ibni Hənəfiyyənin dediyi aşağıdakı sözdür: “Həqiqətən onun səhabələri və köməkçiləri özlərinin və atalarının adları ilə birlikdə bizim yanımızda yazılmışdır.”[17]

2. Digər bir nəzər bu idi ki, İmam hicrət edən zaman o xəstə idi. Onun xəstəliyinin nə olmasında fikir ayrılığı vardır.[18]

3. Üçüncü nəzər daha məqbul və məntiqi sayılır. O da bundan ibarətdir ki, İmam (əleyhis-salam) qardaşını öz yerində Mədinədə mühüm bir iş üçün təyin etmişdir. Bu nəzəriyyənin də bir neçə şahidi vardır:

a) Əllamə Məclisi və Əllamə Möhsün Əmin (rəhmətullahi əleyhima) yazırlar: İmam Hüseyn (əleyhis-salam) düşmənlərin Mədinədə törədəcəkləri fitnələrin qarşını almaq üçün qardaşını orada qoymuşdu. O, Əhli-beyti və köməkçiləri ilə Mədinədən Məkkəyə doğru hərəkət edəndə qardaşını Mədinədə qoydu ki, güclü bir casus kimi düşmənlərin ən sadə hərəkətlərini belə, eləcə də Mədinədə baş verən hadisələri İmama çatdırsın: Həzrət  buyurmuşdu: “Sən Mədinədə yalnız buna görə qalırsan ki, orada mənim “gözüm” (casusum) olasan, onların hərəkətlərini mənən xəbər verəsən.”[19]

Bu, onun İmam tərəfindən bu mühüm vəzifə üçün təyin edildiyinə dair əsaslı bir dəlildir. Təbiidir ki, İmam islam mərkəzinin ən mühüm məntəqələrindən biri olan Mədinə şəhərində bir qüvvə saxlamalı idi ki, oranın hadisələrindən xəbərsiz qalmasın.

b) İkinci şahid – İmam Hüseyn (əleyhis-salam)-ın Məhəmməd ibni Hənəfiyyəyə yazdığı axırıncı məktub.

Tarixçilər yazırlar ki, İmamın yazdığı son məktub qardaşı Məhəmməd ibni Hənəfiyyəyə yazdığı məktub idi. İbni Quləveyh İmam Baqir (əleyhis-salam)-dan nəql edir ki, İmam Hüseyn (əleyhis-salam) Kərbəladan Məhəmməd ibni Hənəfiyyəyə belə yazdı: “Bismillahir-Rəhmanir-Rəhim. Kərbəladan – Hüseyn ibni Əlidən Məhəmməd ibni Əliyə. Amma bəd. Dünya sanki, olmamış, axirət də əbədidir...”[20]

Deməli, əgər İmam (əleyhis-salam) Kərbəlada hərəkatında iştirak etmədiyinə görə qardaşından narazı olsaydı, heç vaxt sonuncu məktubunu ona yazmazdı.

v) Üçüncü şahid: İbni Hənəfiyyənin İmam Hüseyn (əleyhis-salam)-ın intiqamını almaqla əlaqədar baş verən qiyamlara ciddi yanaşaraq bu məqsədlə səy göstərməsi

Əgər o, İmam Hüseyn (əleyhis-salam)-a kömək etməməkdə müqəssir olsaydı, sağlığında “nə üçün İmama kömək etmədin?!” deyə ona etiraz olunmalı idi. Halbuki Məhəmməd ibni Hənəfiyyə Muxtardan “nə üçün Ömər Sədi gec öldürdün?!” deyə gileylənirdi. Mərhum Ayətullah Xoi bu barədə yazır: “Məhəmməd ibni Hənəfiyyə şiələrin iclasında Ömər Sədin qətlini təxirə saldığına görə Muxtardan gileyləndi. Sözləri tamam olmamış iki nəfərin kəsik başını onun yanına gətirdilər. O, səcdə etdi, sonra əllərini qaldırdı və belə dua etdi: “Pərvərdigara! Bu günü Muxtar üçün unutma! Ona Məhəmməd Əhli-beyti tərəfindən ən yaxşı mükafatı ver! Allaha and olsun ki, bundan sonra heç vaxt Muxtardan gileylənməyəcəyəm.”[21]

q) Dördüncü nümunə: Tarixdə mövcud olan inkarolunmaz faktlara əsasən, İmam Saccad (əleyhis-salam) qiyamlarda əmisini öz naibi, həmfikir və köməkçi ünvanı ilə özünün müavini və vəkili qərar vermişdi. İmam Səccadd (əleyhis-salam)-ın məktubu belədir: “Ey əmi! Hətta qara dərili bir qul biz Əhli-beytə qarşı təəssübə malik olsa, ona kömək etmək camaata vacibdir. Şübhəsiz, mən səni bu işə məsul qərar vermişəm, özün məsləhət bildiyin şəkildə əməl et!”[22]

Qiyamla əlaqədar işlərin İmam Səccadd (əleyhis-salam)-ın tərəfindən öz əmisi İbni Hənəfiyyəyə həvalə edilməsi ən gözəl üslublardan biri idi. Çünki o, cinayətkar hakimlərə qarşı mübarizədə müttəhim olunmurdu və düşmənlər üçün sui-zənn yaratmağa heç bir əsas da yox idi. Çünki o, imamət iddiasında deyildi. Halbuki, İmam Səccad (əleyhis-salam) Kərbəla şəhidlərinin qəyyumu sayıldığı və imamət ləyaqətinə və səlahiyyətinə malik olduğu üçün hökumət tərəfindən ciddi nəzarət altında idi. Elm, təqva və şərafətinə görə imamət məqamı ona məxsus idi. Şiələrin onun imamətinə inanması da hökumət casuslarından və xəfiyyə işçilərindən məxfi deyildi. Buna görə də İmam əməvilərin təhdidləri müqabilində öz canını qoruyub saxladığı kimi, öz yolunu, məramını, dinin dirçəldilməsi, ədalət hökumətinin bərqərar edilməsi üçün şərait yaradılması istiqamətində səylərini davam etdirirdi. Əhli-beytin intiqamını almaq üçün şəraiti izləməkdən bir an belə, laqeyd qalmadı.[23] Diqqətlə nəzər yetirdikdə başa düşmək olar ki, bu mühüm işin yerinə yetirilməsi yalnız Məhəmməd ibni Hənəfiyyənin səyləri ilə mümkün ola bilərdi.

 

Məhəmməd ibni Hənəfiyyə imamət iddiası edirdimi?

Bəyan olunan mətləblərdən Məhəmməd ibni Hənəfiyyənin fərdi və ictimai şəxsiyyəti, eləcə də tarixdəki rolu aydın oldu. O cənab üçün bəyan olunan bu qədər müsbət xüsusiyyətlərlə yanaşı, onun xəta və səhvdən məsum olmasına etiqadımız yoxdur. Gördüyümüz kimi, Ayətullah Xoi (rəhmətullahi əleyh) kimi rical alimi və dərin savada malik olan fəqih “Məhəmməd Hənəfiyyənin imanına xələl gətirən heç bir rəvayət tapmadıq” deyə buyurur. Hətta onun imamət iddiasında olmasını deyən rəvayətlər səhih olsa belə, onun imanına xələl yetirmir. O deyir: “Rəvayət sənəd nəzərindən səhihdir və Məhəmməd Hənəfiyyənin imanına dəlalət edir, onun İmam Səccad (əleyhis-salam)-ın imamətinə etiqadlı olduğunu göstərir.”[24]

Bizim əqidəmizcə, Ayətullah Xoinin nəzəriyyəsi düzgündür. Çünki əgər bir şəxs bu rəvayətə, xüsusilə (hədisin birinci hissəsində) Məhəmməd ibni Hənəfiyyənin öz qardaşı oğlu İmam Səccad (əleyhis-salam)-ın qarşısındakı gözəl və ədəb-ərkanlı kəlamlarına diqqət yetirsə, bu məsələ tamamilə aydın olur. Rəvayətin axırında da aşkar şəkildə deyilir ki, o, axırda öz səhvini başa düşdü və İmam Səccad (əleyhis-salam)-ın imamətini qəbul etdi. Rəvayətdə deyilir: “Sonra Məhəmməd ibni Hənəfiyyə qayıtdı və Əli ibni Hüseynin vilayətini qəbul etdi.”[25]



[1] İbni Hişam, Əbdül-Məlik ibni Hişam Himyəri Məafiri, “Əssirətun-Nəbəviyyə”, 1-ci cild, səh. 4, Müstəfa Səqqa, İbrahim Əbyari və Əbdül-Həfiz Şəlbinin tədqiqi, Beyrut, “Darul-mərifət”, bi. ta.

[2] İbni Ə’səm, Əbu Məhəmməd Əhməd Kufi, “Kitabul-futuh”, 5-ci cild, səh. 14, Əli Şirinin tədqiqi, Beyrut, “Darul-ovza”, 1-ci çap, 1411-ci (1991-ci) il

[3] Bu barədə Əllamə Əmininin (rəhmətullahi əleyh) “fəzilətdə şişirtmə” ünvanlı bölməsinə müraciət edə bilərsiniz.

[4] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 1-ci cild, səh. 300, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci hicri şəmsi il. Əllamə Məclisi də bunu "Biharul-ənvar", 44-cü cild, səh. 174-də gətirmişdir: “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri ili

[5] “Futuh”, İbni Ə’səm, 4-cü cild, səh. 28 bu ibarə deyilir: أَوْصَیْتُ أَخَاکُمَا بِکُمَا وَ أُوصِیکُمَا بِِهِ

[6] Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixul-uməm vəl-muluk”, 5-ci cild, səh. 147, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi, Beyrut, “Darut-turas”, 1387-ci hicri qəməri (1967)

[7] Şeyx Səduq, Əbu Cəfər, “Mən la yəhzuruluh-fəiqh”, 4-cü cild, səh. 284-292, “Camiul-müddərisin”, Qum, 1413-cü hicri qəməri ili

[8] İbnil-İmad Hənbəli, Şəhabuddin Əbul-Fəlah Dəməşqi, “Şəzəratuz-zəhəb fi əxbari mən zəhəb”, 1-ci cild, səh. 331, Beyrut, “Daru İbni Kəsir”, birinci çap, 1406-cı il (1986)

[9] "Biharul-ənvar", 44-cü cild, səh. 176-177; “Kafi”, 1-ci cild, səh. 300

[10] Digər bir rəvayətdə imam Hüseyn (əleyhis-salam)-ın imamətinə işarə edir ki, ixtisara riayət etmək üçün onu qeyd etmirik.

[11] “Hicr” surəsi, ayə: 42

[12] Yəqubi, Əhməd ibni Əbi Yəqub ibni Cəfər, “Tarix Yəqubi”, 2-ci cild, səh. 225, Beyrut, “Darus-sadir”, Bi. Ta

[13] Nəcəfi, Əli ibni Hüseyn Haşimi, “Məhəmməd ibni Hənəfiyyə”, səh. 94, təhqiq: “Əl-müəssisətul-islamiyyə lil-buhusi vəl-məlumat”, “Darul-huda”, 1-ci çap, 1424-cü hicri ili

[14] “ "Biharul-ənvar", 43-cü cild, səh. 219

[15] “Təzkirətul-xəvass”, səh. 217, Nəcəfi, Əli ibni Hüseyn Haşimi, “Məhəmməd ibni Hənəfiyyə” kitabından nəqlən: səh. 100

[16] “Tarixi Təbəri”, 5-ci cild, səh. 341

[17] "Biharul-ənvar", 44-cü cild, səh. 186; İbni Şəhraşub, “Əl-mənaqib”, 4-cü cild, səh. 53, “Əllamə” nəşriyyatı, Qum, 1379-cu hicri qəməri ili

[18] “Məhəmməd ibni Hənəfiyyə”, səh. 109-112, Şeyx Cəfər, Nəqdi, “Əssəyyidətu Zeynəbu-Kubra”, səh. 9-dan nəqlən. Mühənna ibni Sənan – Əllamə Lahicinin ricallarındandır, yazmanın 119-cu səhifəsindən  nəql etmişdir.

[19] "Biharul-ənvar", 44-cü cild, səh. 329; “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 588, “Darut-təarif lil-mətbuat”, Beyrut

[20] Qummi, İbni Quləveyh, “Kamiluz-ziyarat”, səh. 75, “Mürtəzəviyyə” nəşriyyatı, Nəcəf, 1356-cı hicri qəməri ili

[21] Xoi, Seyid Əbül-Qasim, “Mö’cəmu ricalil-hədis”, 18-ci cild səh. 100, "Biharul-ənvar”dan nəqlən: 45-ci cild.

[22] “Biharul-ənvar", 45-ci cild, səh. 365

[23] Hüseyni Cəlali, Seyid Məhəmməd Rza, “Cəhadul-İmam Səccad (əleyhis-salam)”, səh. 236-237, ikinci çap, 1417-ci hicri qəməri ili

[24] “Möcəmu ricalil-hədis”, 16-cı cild, səh. 50

[25] “Əl-kafi”, 1-ci cild, “höccət” kitabı, 4, səh. 81, hədis 5

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Peyğəmbərin buyurduğu “qələm-kağız” hədisində “mənim yanımda mübahisə aparmaq rəva deyildir!” dedikdə məqsədi nə idi?
    8345 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “mənim üçün qələm-kağız gətirin” cümləsi sünnü və şiə kitablarında müxtəlif sənədlərlə nəql olunan məşhur hədisin bir hissəsidir. Rəyasət aşiqi olan bir dəstə adam Quranda وَمَا یَنْطِقُ عَنِ الْهَوَی “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə vəsf edilən Peyğəmbərin hüzurunda olan zaman ...
  • Ər öz arvadından iki bərabər qadın irsi niyə aparır?
    6027 Nizamlar hüquq və əhkam 2011/07/02
    Qadın və kişinin cismi, ruhi və hissiyyat cəhətdən çoxlu fərqləri var ki, hər birinin vəzifə və rolu yaranmış aləmində bir- birini tamamlamağı lazım tutur. Bütün bu fərqlərlə belə, İslam onların arasında ədalətin olmasını deyir. Qadın və kişinin arasında ədalətin olması bunu lazım tutur ki, hüquq, vəzifə və təkliflərin arasında bərabərlik ...
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    25197 Əməli əxlaq 2011/03/06
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    12477 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    5084 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Şiələr İmamlar və Allah arasında fərqə qaildirlərmi?
    8544 Qədim kəlam 2012/10/13
    Şiə məktəbi; digər məktəblər kimi tarix boyu ifrat və təfritlə bir olmuşdur. Bu cərəyan müxtəlif adlarla o cümlədən Ğulat, Müqəssirə, Nasibilər tanınmış şiə və onların İmamları üçün bir çox çətinliklər yaratmışdırlar. Şiə İmamların, şiələrin bu cərəyandan amanda qalması üçün çoxlu səylər etmişdirlər. Onlar öz məqamlarını ...
  • Ənfal surəsində bəyan edilən bütün ənfalın (qənimətlərin ) Allah və Onun Rəsuluna aid olması ilə 41- ci ayədə bəyan edilən yalnız beşdə birinin Onlara aid olması ilə ziddiyyət təşkil etmirmi?
    9526 Təfsir 2012/07/16
    Məntiqi cəhətdən ənfalla qənimət eyni deyil. Bununla yanaşı vəhdət baxışı nöqtey- nəzərdən bütün varlıq aləmini Allaha aid etmək olar. Amma bəzi baxışlara əsasən bəzi maddi şeylər Allaha aid olması kəsilməmək şərti ilə insanların zahiri mülkiyyətinə aid edilir və bu bir- biri ilə ziddiyyət təşkil etmir. ...
  • Çox şəkk edənin hökmü nədir?
    7204 Nizamlar hüquq və əhkam 2015/05/27
    Şübhə yoxdur ki, çox və həddən artıq şəkk etməklə vəsvəsəyə yetişmək şeytanın hilələlrindən biri olub, Allah bəndələrini öz bəndəçiliklərində süsləşdirib ibadətdən uzaqlaşdırır və Allah eləməmiş kimi bəzən insanı ibadətə qarşı laqeyd həddinə kimi gətirib çıxarır. Ona görə də həddən arıq şəkk edəndə ona fikir vermək lazım deyil.
  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    6712 Əməli əxlaq 2012/04/09
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • İslam Peyğəmbərinin (s) və İmamların (ə) üssüri bədənləri həmin dəfn olunan yerdədir?
    5733 Qədim kəlam 2012/03/11
    Bəzi rəvayətlərə əsasən İslam Peyğəmbərinin (s) və məsum İmamların (ə) ünsüri bədənləri həmin dəfn olunan yerdə deyil. Bəlkə bir müddətdən sonra onların pak bədənləri Allah ərşinə intiqal olur. Bu rəvayətlərdən bir sıra nümunələr geniş cavabda gəlibdir. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162902 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155027 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117788 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109740 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98920 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91341 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53370 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45315 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43748 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42916 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...