Ətraflı axtarış
Baxanların
2482
İnternetə qoyma tarixi: 2012/04/17
Sualın xülasəsi
Cəmiyyət israfçı olduğu halda narahat əhali yalana, dolandırıcılığa və hiyləgərliyə üz tutur. Necə İslam əmrlərinə düzgün əməl etmək olar?
Sual
Dağıdıcı şəraitdə cəmiyyət israfçılığa yol verir və bunun nəticəsində yalan, narahatçılıq və fırıldaqçılıq artır. Bu halda necə İslam qanunlarına əməl etmək olar?
Qısa cavab

İslam dininin əhkam və qanunları iki sahədə icra oluna bilər. Onların bəziləri şəxsi bəziləri isə cəmiyyət məsələlərində istifadə edilir. Fərdi əməllər icra oluna biləndir. Yəni, əgər müsəlman İslam əhkam və əmrlərinə şəxsi çərçivədə əməl etmək istərsə, məsələn, namaz, oruc və s.. cəmiyyətin dagıdıcı olmasına baxmayaraq, şəxsin əməllərinə zərər yetirə bilməz.

Amma bir sıra qanunlar cəmiyyətdə icra olunur. İnsan ictimai varlıq olduğundan, öz işlərini və hərəkətlərini cəmiyyətdə yerinə yetirməyə və öz ehtiyaclarını burada axtarmağa məcburdur. Bu sahədə insan bacardığı qədər bu dağıdıcı vəziyyətdə özünü müdafiə və bunun qarşısında dayana  bilər.  Cəmiyyətdə olan vəzifə, məsuliyyət və əmr beməruf və nəhy əz münkər baxımından bu işləri görə bilər. Əgər bu hərəkətlərin faydası olmazsa o, öz vəzifəsini yerinə yetirmişdir. Bundan əlavə əgər mömin insan`belə dolaşıq cəmiyyətdə yaşayarsa, qarşıdurma işlərini müəyyən qədər minumuma endirməlidir.

Ətreaflı cavab

İslam dininin əhkam və qanunları iki sahədə icra oluna bilər. Onların bəziləri şəxsi, bəziləri isə cəmiyyət məsələlərində istifadə edilir.

Bu məsələni aydınlaşdırmaq üçün dünyada mövcud olan təhlükəli fəza və aldatma, fırıldaq və s  əxlaqi dəyərlərin yerini tutması müqabilində insan necə öz dini vəzifə və borcuna əməl etməli olduğunu və ictimai zərərlərdən amanda olması mövzularını bu iki sahədə araşıdmaq istəyirik.

Bir: İslamın fərdi əhkamı

İslamın fərdi əhkam və əmrləri, din öncülləri vasitəsilə Allah təalanın insanların hidayəsi üçün müəyyən etdikləri qanunlar toplusudur ki, bunun vasitəsilə xilqətin hidayəti olan, aləmin ən yüksək kamal səviyyəsinə çatdırsın. Bu qanunlar toplusu olar və olmazların cəmidir. Yəni, insan bir sıra əhkam və təklifləri yerinə yetirməlidir ki, yaradılışın məqsəd və hədəfi əldə edilsin. Həmçinin bir qrup əməllər də vardır ki, onlardan uzaqlaşmaq lazımdır. Bu hərəkətlərdir ki, insan bunu etməklə əsas təkamül və kamilləşmə yolundan kənara çıxır. Bu növ əməl, yəni, fərdi əməllər hər bir cəmiyyətdə yerinə yetirilə bilər.  Yəni, əgər müsəlman İslam əhkam və əmrlərinə şəxsi çərçivədə əməl etmək istərsə, məsələn, namaz, oruc və s.. cəmiyyətin dagıdıcı olmasına baxmayaraq, şəxsin əməllərinə zərər yetirə bilməz. Belə şəraitdə çətin də olsa mömin insan öz vəzifəsinə əməl edir.  Amma qeyri- mümkün deyil.

Qurani kərim bu barədə belə buyurur:

«يا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ لا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعاً فَيُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُونَ»

“Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!”[1]

Bu ayə hər kəsin hesabını ayırır. Belə buyurur: Digərlərinin azması hidayət olunanlıarın iman və hidayətinə zərər yetirmir. Hətta əgər yoldan azanlar insanın yaxın adamları olsalar belə. Buna görə siz onların ardınca getməyin və öznüzə nicat verin.

Amma insan öz imanını belə cəmiyyətdə qorumaq üçün İlahi ipindən, Quran və Əhli- Beytdən (ə) bərk yapışmalı və onlardan bu təhlükə ilə dolu yolda kömək almalıdır. Din bu barədə bizə belə deyir: Hər vaxt cəmiyyətdə ayrılıq  və bu sizin üçün naməlum olaras, salam olsun sizə ki, Qurana üz tutun ki, Quran ən yaxşı səadətə yol göstərəndir.

«فَإِذَا الْتَبَسَتْ عَلَيْكُمُ الْفِتَنُ كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ فَعَلَيْكُمْ بِالْقُرْآنِ»

“Quran təlimlərini özünə yol göstərən kimi seçərsə, onun aqibəti səadətdir.”[2]

Aydındır ki, tarix İslamın zühurundan indiyədək  mömin və imanlı insanlar üçün daim çətinliklə dolu olmuşdur. İslamdan öncələr də peyğəmbərlər və onların ardıcılları üçün də bəşəriyyət belə olmuşdur. Tarixi araşdırarkən elə bir zamana rast gəlinmir ki, ideal cəmiyyət mövcud olsun ki, insanlar narahatçılıqlardan uzaqda sülh və əminəmanlıqla İlahi əhkamı icra etsinlər. Buna görə Allahlı insanların hünəri onların bu mühitdə imanlarını qorumasıdır.

İki: İslamın ictimai əhkamı

Bəzi İslami qanun və əhkamlar ictimaidirlər. İnsan ictimai olduğundan və bütün işləri ictimaiyyətlə bağlıdır və cəmiyyətdə iştirak etməli və öz ehtiyaclarını cəmiyyətdə axtarmalıdır. Həzrət Əlinin (ə) zamanında da mövcud olan bu çətin və dolaşıq ruzigar barəsində belə buyurur:

«ایها الناس انا قد اصبحنا فی دهر عنود و زمن کنود...»

“Ey insanlar! Indi zülm, sitəmlə və naşükürlülüklə dolu  ruzigarda yaşayırıq ki, yaxşılıq edən pis əməl sahibi hesab edilir və zülmkar öz inadkarlığını ardırmaqdadır....”[3] Belə cəmiyyətdə insan öz dini və insani vəzifəsinə əməl etmək istədikdə onu məzəmmət edirlər. İnsan əmr be məruf emək istədikdə onun qarşısında problemlər yaradır və töhməd vururlar. Bu cəhətdən insan öz gücü daxilində bu problemlərə qarşı dura və öz əməllərini müdafiə edə bilər. Cəmiyyətdə olan vəzifə, məsuliyyət və əmr beməruf və nəhy əz münkər baxımından bu işləri görə bilər. Əgər bu hərəkətlərin faydası olmazsa o, öz vəzifəsini yerinə yetirmişdir. Bundan əlavə əgər mömin insan`belə dolaşıq cəmiyyətdə yaşayarsa, qarşıdurma işlərini müəyyən qədər minumuma endirməlidir.

Imam Əli (ə) bu şəraitdə belə mömin şəxslər barəsində belə buyurur: “Həqiqi Allah axtaran şəxslərin qiyamət, hesab günü və məhşərin qorxusundan gözlərindən yaş axar, bunlar insanlardan kənarlaşmış və yanlızdırlar və... cəmiyyət onlrın qəlblərini ağrıdır... onlar elə bil ki, şor dənizdədirlər.”[4] İmamın bu sözünə uyğun olaraq azad insanlar üçün şərait və mühit müxtəlifdir. Mümkündür ki, elə bir cəmiyyətdə və mühitdə yaşasınlar ki, həmin mühit və insanlardan məyus olsunlar və bir nəticənin olmamasını görüb sakit otursunlar. İmamın Allah axtaran insanların mühitini şor dənizə bənzətməsini səbəbi də elə bu müitin susumuş insanların susuzluğunu yatıra bilməməsidir. Yəni əgər insan elə bir cəmiyyətdə yaşayır ki, o mhit onun ruhu ilə uyğun deyil, elə bil ki, o həmin mhitdə yaddır.

Əlbəttə insanların şəraiti müxtəlif cəmiyyətlərdə fərqlidir. Çox gözəldir ki, insan bir cəmiyyətdə səy və təlaşla az bir sayda insanı özünə cəlb etsin və onun səyləri həmin az bir dəstədə nəticə versin. Çünki Quran bu barədə belə buyurur:

«لا يُكَلِّفُ اللَّهُ نَفْساً إِلاَّ وُسْعَها...»

“Allah təala heç bir insana qüvvəsindən artıq yüklə yükləməz.”[5]

Qeyd etmək lazımdır ki, əgər mömin insanın həyatı İslami və insani dəyərlərlə fərqli cəmiyyətə bağlıdırsa və həmin dövlətdə yaşamağa məcburdursa, ictimai məsələlərdə ən az həddə iştirak etməlidir və dünyəvi məsələlərdə minumumla kifayətlənməlidir. Yoxsa, Quranın əmrinə əsasən insan belə cəmiyyətdən kənarlaşmalı və digər yaşayış yeri seçməlidir. Qurani kərim öz süstlük və zəifliklərini cəmiyyətin boynuna atan kəslər barəsində belə buyurur: “Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə işdə idiniz? Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif kəslər idik.” “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaq yeri cəhənnəmdir. O necə də pis yerdir!”[6]

Əlaqəli göstərici:

Dini tədqiqatlar və İslamdan yeni baxış: 3002 (Sayt: 3250)

 


[1] - Maidə surəsi, ayə 105.

[2] - Kulıeyni, Muhəmməd bin Yaqub, əl kafi, cild 2, səh 599, 600. darul kitabul İslamiyyə. Tehran, 1365 h.ş.

«قَالَ فَقَامَ الْمِقْدَادُ بْنُ الْأَسْوَدِ فَقَالَ يَا رَسُولَ اللَّهِ وَ مَا دَارُ الْهُدْنَةِ قَالَ دَارُ بَلَاغٍ وَ انْقِطَاعٍ فَإِذَا الْتَبَسَتْ عَلَيْكُمُ الْفِتَنُ كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ فَعَلَيْكُمْ بِالْقُرْآنِ فَإِنَّهُ شَافِعٌ مُشَفَّعٌ وَ مَاحِلٌ مُصَدَّقٌ وَ مَنْ جَعَلَهُ أَمَامَهُ قَادَهُ إِلَى الْجَنَّةِ وَ مَنْ جَعَلَهُ خَلْفَهُ سَاقَهُ إِلَى النَّارِ وَ هُوَ الدَّلِيلُ يَدُلُّ عَلَى خَيْرِ سَبِيلٍ وَ هُوَ كِتَابٌ فِيهِ تَفْصِيلٌ وَ بَيَانٌ وَ تَحْصِيلٌ وَ هُوَ الْفَصْلُ لَيْسَ بِالْهَزْلِ وَ لَهُ ظَهْرٌ وَ بَطْنٌ فَظَاهِرُهُ حُكْمٌ وَ بَاطِنُهُ عِلْمٌ ظَاهِرُهُ أَنِيقٌ وَ بَاطِنُهُ عَمِيقٌ لَهُ نُجُومٌ وَ عَلَى نُجُومِهِ نُجُومٌ لَا تُحْصَى عَجَائِبُهُ وَ لَا تُبْلَى غَرَائِبُهُ فِيهِ مَصَابِيحُ الْهُدَى وَ مَنَارُ الْحِكْمَةِ وَ دَلِيلٌ عَلَى الْمَعْرِفَةِ لِمَنْ عَرَفَ الصِّفَةَ فَلْيَجْلُ جَالٍ بَصَرَهُ وَ لْيُبْلِغِ الصِّفَةَ نَظَرَهُ يَنْجُ مِنْ عَطَبٍ وَ يَتَخَلَّصْ مِنْ نَشَبٍ فَإِنَّ التَّفَكُّرَ حَيَاةُ قَلْبِ الْبَصِيرِ كَمَا يَمْشِي الْمُسْتَنِيرُ فِي الظُّلُمَاتِ بِالنُّورِ فَعَلَيْكُمْ بِحُسْنِ التَّخَلُّصِ وَ قِلَّةِ التَّرَبُّصِ»

[3]- Nəhcül bəlağə, h 32.

[4] - Həmin mənbə.

«وَ بَقِيَ رِجَالٌ غَضَّ أَبْصَارَهُمْ ذِكْرُ الْمَرْجِعِ وَ أَرَاقَ دُمُوعَهُمْ خَوْفُ الْمَحْشَرِ فَهُمْ بَيْنَ شَرِيدٍ نَادٍّ وَ خَائِفٍ مَقْمُوعٍ وَ سَاكِتٍ مَكْعُومٍ وَ دَاعٍ مُخْلِصٍ وَ ثَكْلَانَ مُوجَعٍ»

[5] - Bəqərə surəsi, ayə 286.

[6] Nisa surəsi, ayə 97.

«إِنَّ الَّذينَ تَوَفَّاهُمُ الْمَلائِكَةُ ظالِمي‏ أَنْفُسِهِمْ قالُوا فيمَ كُنْتُمْ قالُوا كُنَّا مُسْتَضْعَفينَ فِي الْأَرْضِ قالُوا أَ لَمْ تَكُنْ أَرْضُ اللَّهِ واسِعَةً فَتُهاجِرُوا فيها فَأُولئِكَ مَأْواهُمْ جَهَنَّمُ وَ ساءَتْ مَصيرا»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    101666 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    77323 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    55878 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    37359 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    29100 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21729 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20871 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19390 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19379 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    18420 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər