Ətraflı axtarış
Baxanların
10598
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Nə üçün anası seyid olan şəxs seyid hesab olunmur?! Halbuki Fatimeyi-Zəhra (əleyha salam)-ın övladlarının hamısı seyiddir?!
Sual
Nə üçün anaları seyid olan şəxs seyid hesab olunmur?! Halbuki Fatimeyi-Zəhra (əleyha salam)-ın övladlarının hamısı seyiddir?!
Qısa cavab

İslamda “seyid” kəlməsi əsil-nəsəbləri ata tərəfdən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in babası Haşimə çatanlara deyilir, hətta Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları olmasa da. Başqa sözlə, seyid dedikdə o kəslər nəzərdə tutulur ki, nəsəbləri Haşimə çatsın, amma həzrət Fatimənin övladlarından olması vacib deyildir. Buna əsasən, Fatimeyi-Zəhra (əleyha salam)-ın övladları ona mənsub olduqlarına görə deyil, əksinə həm ata, həm də ana tərəfdən həzrət Haşimə çatdıqlarına görə seyid sayılırlar.

Ətreaflı cavab

Anaları seyid olanlar seyidlik cəhətindən Fatimeyi-Zəhra (əleyha salam)-a mənsub edilirlər. Bunu da qeyd edək ki, “seyid” təkcə Fatimənin övladları deyil; nəsəb cəhətindən həzrət Haşim və onun övladlarına çatanlar da seyid hesab olunurlar. Bütün islam alimləri bu barədə yekdil fikirdədirlər. İxtilaf yalnız bu məsələnin hökmləri – zəkat vermək kimi – barəsindədir. Bütün fəqihlərin nəzərinə əsasən onlara (seyidlərə) zəkat vermək caiz deyildir.

Bu sözdən məlum olur ki, anaları seyid olanlar qəti şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəslindəndir. İmamlarımız da həmin səbəbə görə Peyğəmbərin nəslindən sayılırlar. Bu müddəanın şahidi imam Riza (əleyhis-salam)-ın Abbasi xəlifəsi Məmunun cavabında buyurduğudur: Məmun İmama dedi: – Apardığım tədqiqatla bu nəticəyə çatmışam ki, həsəb və nəsəb cəhətindən bizimlə sizin aranızda heç bir fərq yoxdur. Fəzilət baxımından hər ikimiz eyni səviyyədəyik. Bizim fəzilətlərimiz barəsində sizin ardıcıllarınızın düçar olduqları ixtilaf həvayi-nəfs və təəssüb üzündən irəli gəlir!

İmam Riza (əleyhis-salam) buyurdu: – İcazə versəniz, cavabınızı verim; yox, istəməsiniz cavab vermərəm.

Məmun dedi: – Mən bu sualı irəli çəkdim ki, sizdən istifadə edim.

Həzrət buyurdu: – Əgər Allahın Peyğəmbəri bu qamışlıqların arasından çıxaraq sizin qızınızı özü üçün elçilik etsə, nə edərsiniz?

Məmun dedi: – Sübhanəllah! Elə bir kəs tapmaq olarmı ki, belə bir qohumluqdan sevinməsin?

İmam buyurdu: – Mən də o həzrətlə belə qohum olmağa razı ola bilərəmmi?! (Yəni o həzrət mənim qızımla evlənə bilərmi?!)

Məmun bir anlığa sükut etdikdən sonra dedi: – Allaha and olsun! Sizin qohumluğunuz Allahın Rəsuluna birləşmişdir![1]

Bu rəvayətdən belə nəticə almaq olar ki, Peyğəmbərin qız nəvələri və övladları da o həzrətin nəslidir və Peyğəmbərin onlarla evlənməsi caiz deyildir.

Ata tərəfdən bir tayfaya və ya qəbiləyə mənsub olmaq camaat arasında qəbul edilən adi bir məsələdir. Dünya ölkələrinin çoxunda olduğu kimi, bizim ölkəmizdə də insanların nəsəbi ata tərəfdən qeydə alınır, halbuki, anaya mənsub olmaq da şübhəsiz və qəti bir məsələdir. Amma  diqqət yetirmək zəruridir ki, camaat arasında rəvacda olan bəzi işləri islam dini də qəti bir prinsip kimi qəbul etmişdir. Bu məsələnin dəlili də çoxdur və rəvayətlərdə ona işarə edilmişdir. Sualda qeyd olunan mövzuda imam Kazim (əleyhis-salam) xüms almağa müstəhəq (haqlı) olanları bəyan etdikdən sonra buyurur: “Anası Bəni-Haşimdən, atası isə Qüreyşin başqa qəbilələrindən olan bir kəs sədəqələrdən istifadə edə bilər və xümsdən onun üçün bir pay yoxdur. Çünki Allah-taala Quranda buyurur: “Camaatı ataları ilə çağırın.”([2]) ([3])

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 10-cu cild, səh. 349, hədis 9, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 1-ci cild, səh. 539, hədis 4, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il.

[3] “Əhzab”  surəsi, ayə: 5

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Səhabə barəsində şiənin baxışı nədir? Aya şiələr ancaq İmamlardan (ə) rəvayət edir, Peyğəmbərdən (s) və səhabələrdən rəvayət etmir?
    5717 Hədis elmləri 2015/05/04
    Sualın ilk bəndinin cavabını ətraflı oxumaq üçün, “Səhabə Şiə baxışından” 1015 saylı sual və cavabı mütaliə edin. Amma sualın ikinci bəndinin cavabını aşağıdakı qeydlərdə veririk: Bir sıra səhabələr- Əbuzər, Əmmar, Əbu səid xıdri, ibn Abbas, Salman, Miqdad kimi – var ki, şiə kitablarında onlardan ...
  • Əgər cənnətin dərəcələri varsa, cəhənnəmdə bu cürdür?
    8969 Qədim kəlam 2012/02/09
    O ki Quran ayələrindən və rəvayətlərdən cəhənnəmin təbəqələri və dərəcələri haqqında ələ gəlir; budur ki, cəhənnəmdə cənnət[1] kimi müxtəlif təbəqələrə sahibdir ki, günahkarlar öz günah və cinayətinin dərəcəsinə uyğun olaraq, bu təbəqələrin birində yerlərib və əzaba düçar olacaqlar. İmam ...
  • “Rəd” surəsinin 31-ci ayəsinin mənası nədir?
    8717 Təfsir 2012/02/13
    Yuxarıdakı ayədə məqsədin nə olması ilə əlaqədar təfsirçilərin arasında iki nəzəriyyə vardır:1. Ayənin mənası budur: “Əgər aləmdə oxunduğu zaman dağların hərəkətə gətirilərək yer üzərində seyr etməsinə səbəb olan, yaxud onun vasitəsi ilə yer parça-parça edilən, yaxud ölülərin dirilməsinə və danışmasına səbəb olan bir ...
  • Әҝәр бәзи дини ганунлар вә ислами мәсәләләр бизим әгли дәлилләримизлә тәзад вә тәнагүзә чатарса, биз дә ҹаваб һәлл јолу үчүн чалышсаг, амма нәтиҹәјә чатмасаг вәзифәмиз нәдир?
    8346 Təzə kəlam 2010/03/11
    Ағыл, камал јолунда инсанын әлиндән тутан батини һөҹҹәтдир (инснанын өз ичиндәки һөҹҹәтдир). Шәриәт (дин) кәнардан олан бир һөҹҹәтдир ки, инсанлара чиркинликләрдән ниҹат верир вә онлары камал вә сәадәтә доғру һәрәкәтә сөвг едир. Бу әсаса ҝөрә, заһири вә батини һөҹҹәтләринин бир-биринә зидд олмасы мүмүкүн дејил. ...
  • Necə olur ki, bəziləri (Allaha itaət yolunda) əqli və mənəvi təkamül üçün ömür nemətindən daha artıq faydalanırlar?!
    6346 Qədim kəlam 2011/03/06
    Bu sualın cavabı əsas etibarı ilə iki mehvərdə tədqiq oluna bilər: Birincisi budur ki, ümumi şəkildə dünyaya məxsus olan bütün nemətlər və xüsusi şəkildə dünya həyatı və ömür iki yönə malikdir. Yəni əgər iman, Quranın hidayəti və Peyğəmbər (səlləllahu əleyhi və alih) itrətinin yolu əsasında ...
  • Bu ibarətdən məqsəd nədur?
    5874 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...
  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    6783 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    5896 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    6647 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    6252 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162850 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154839 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117711 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109641 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98666 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91256 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53326 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45126 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43683 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42841 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...