Ətraflı axtarış
Baxanların
6810
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Bir müddət bundan qabaq bir qız ilə müvəqqəti əqd etmək üçün razılaşdıq. O məni vəkil etdi ki, onun hüzuru olmadan siğəni oxuyan. Amma mehriyyənin miqdarı barəsində təsəvvürü səhv idi və heç birimiz də bunu bilmirdik. İndi əqd səhihdirmi və nikahda qiraət olunan mehriyyəni ödəməliyəmmi?
Sual
Bir müddət bundan qabaq bir qız ilə müvəqqəti əqd qərarı qoydum. O məni vəkil etdi ki, onun hüzuru olmadan siğəni oxuyan. Amma mehriyyənin miqdarı barəsində təsəvvürü səhv idi, heç birimiz də bunu bilmirdik. İndi əqd səhihdirmi və nikahda qiraət olunan mehriyyəni ödəməliyəmmi? Siğə oxunandan və cinsi əlaqə baş verəndən sonra bir müşkül yarandı və o, mehriyyəni tələb etdi. Məlum oldu ki, iki tərəfin nəzərdə tutduqları mehriyyə fərqli imiş. Sual budur: Bu əqd səhihdirmi? Biz qanunsuz əmələ (zinaya) mürtəkib olmuşuq? Nikahda qiraət olunan mehriyyə ödənməlidirmi?
Qısa cavab

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər mehriyyənin miqdarının təyin olunmasında da kişinin tam ixtiyarı var idisə (vəkil idisə) və sualın fərz olunduğu halda əqdin oxunuşundakı şərtlərə riayət olunubsa, məsələn, əgər qız bakirə olsa, ehtiyata əsasən qəyyumunun (ata və ya ata tərəfdən olan babanın) icazəsi ilə olubsa, əqd səhihdir və həmin miqdar mehriyyə hesab olunmalıdır.

 

Ayətullah əl-uzma Sistaninin (müddə zulluhul-ali) dəftərxanası:

Əqd səhihdir və əgər mehriyyənin təyin olunması barəsində razılıq hasil olmasa, gərək şəriət hakiminə müraciət edəsiniz.

 

Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər qadın kişini, mehriyyənin təyin olunmasında da vəkil edibsə, əqd səhihdir və həmin mehriyyə qüvvədədir. Əks halda, əqd füzuli sayılır: yəni əgər qadın icazə versə, səhih, icazə verməsə batildir. Batil olan halda da yuxarıdakı əməl zina sayılmır, əksinə “vəty be şübhə”dir. Bunu da deyək ki, əgər qız bakirədirsə, onun əqdi ehtiyat vacibə görə atasının və ya ata tərəfdən olan babasının izni ilə olmalıdır.

 

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Qeyd olunan əqd batildir və eyni halda, siz gərək onun mehrul-mislini belə əqdə mütənasib olaraq ödəyəsiniz.

 

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:

1. Əgər nikah əqdinin iki tərəfi əqdin şərtləri barəsində bir-biri ilə razılığa gəlməsələr, o əqd batildir, yəni onun barəsində şəri əsərlər qüvvədə olmur. Amma əqddən sonra tərəflər onun məzmunu barədə razılığa gəlsələr, həmin əqd səhih olur və əqdi təkrarlamağa ehtiyac yoxdur.

2. Əgər əqdin batil olmasından xəbərsiz və əqdin səhih olmasını təsəvvür edərək cinsi əlaqədə olsalar, zina deyildir və “vəty be şübhə” hesab olunur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162890 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154987 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117775 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109719 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98846 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91321 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45270 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43735 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42901 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...