Ətraflı axtarış
Baxanların
17032
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Şənbə günü Yəhudilər üçün niyə cəza günüdür? Bazar günü də xristianlar üçün cəza günü sayılırmı?
Sual
Şənbə günü yəhudilər üçün niyə cəza günüdür, onun fəlsəfəsi nədir? Bazar günü də xristianlar üçün cəza günüdürmü?
Qısa cavab

Dini təlimlərdə qadağan olunan məsələlərdən biri, düz olmayan işləri yozmaqdır. Qurani- kərim, qanun sındıran bəzi yəhudiləri "əshabi- səbt" adlandırır və onlara nifrin və qarğış edir. Çünki, şənbə günü balıq ovlamaq onlara haram idi. Həmin gün yəhudilərin İlahi qanuna nə qədər vəfalı olmalarını yoxlamaq üçün, (İlahi iradə ilə) suyun üzərində və sahil kənarında çoxlu balıq görünürdü. Amma onlar, balıqların boluğunu gördükdə dözə bilməyib onları şənbə günü tora salıb, digər günlər sudan çıxarırdılar. Qanun pozmalarını belə yozurdular: Biz şənbə günü ovlamamışıq. Biz sonrakı günün ova hazırlıqlarını etmişik. Hazırlıqları etmək ki, bizə haram olmayıbdır.

Buna əsasən, yəhudilərin cəzalanmasının səbəbi, Allahın əmrindən çıxmaq olubdur. Əlbəttə, yəhudilərin deyil, müsəlmanların əqidəsi belədir. Çünki, onlar şənbə gününü Allahın istirahət günü sayırlar. Quran ayələri və rəvayətlər bu sözü inkar edib və batil sayır.

Şənbənin ya bazar gününün hörməti barəsində, xristianlar arasında fikir ayrılığı var. Sibtilər (şənbəçilər) adı ilə məşhur olan xristianların bəzisi, yəhudilər kimi, şənbənin müqəddəs gün olması əqidəsindədilər. Ona görə də, heç bir iş görmürlər. Bazar günü iş görürlər. Onlar, İncil ayələrinə uyğun olaraq,Tövratın on hökmünün öz qüvvəsində qalmasına və Məsihin onu kamilləşdirmək və icra etmək üçün gəldiyinə, inanırlar. Digər bir tərəfdən, qeyri sibti xristianların əqidəsinə görə, Məsih cümə günü şəhid olduğu üçün və o həzrət üç gün sonra, ölülər aləmindən qalxıb və şahirdlərinə zahir olduğuna inanırlar. Buna əsasən Məsih bazar günü qəbirdən qalxıb və həmin gün, xristianlar üçün dini bayram sayılır.

Qeyd etdiklərimizə əsasən, bazar gününün xristianların cəza günü olması barəsində, bu məsələni isbat edən heç bir rəvayət yoxdur.

Ətreaflı cavab

Qurani- kərimin işarə etdiyi, İmamlar (ə) və müsəlman təfsirçilərin ondan danışdığı əhvalatlardan biri, "Əshabus- səbt" əhvalatıdır.

Yəhudilərin bir dəstəsi, bəzi düz sayılmayan əməlləri etdiklərinə görə, şənbə günü balıq ovlamaq onlara qadağan oldu. Onlar hiylə edərək Allahın əmrindən çıxdılar. Ona görə də, lənət və əzaba düçar olub və meymun formasına düçdülər. Səbt insanlarının əhvalatı, Quranın bir neçə surəsində gəlibdir. O cümlədən: Bəqərə surəsinin 65- ci ayəsi, Nisa 47 və 154, Əraf 163, Nəhl 124.[1]

İmam Baqir (ə)- in Əli (ə)- ın dilindən nəql etdiyi rəvayətə əsasən, səbt insanlarının əhvalatının xülasəsi belədir:

"Səbt insanları ilə Yəhud tayfasından və Səmud tayfasından idilər. Allah onların nə qədər itaətkar olmaları və imtahan etmək üçün, şənbə günü onlara balıq ovu etməyi haram etdi. Onlar özlərinin qeyri- qanuni işlərini yazmaq üçün, çay yatağında kiçik çalalar düzəldib, balıqlar ora daxil olduqdan sonra, əllərində olan torlarla, balıqların çaya qayıtmasının qarşısını alıb və o biri gün onları övlayırdılar. Bir müddət beklə keçirdilər və heç kəs onları bu qeyri- qanuni iş və hiyləgərlikdən çəkindirmədi. Şeytan onların bir dəstəsinə vəsvəsə etdi ki, Allah sizə şənbə günü balıq yeməyi qadağan edib, onu ovlamağı qadağan etməyib. Ona görə də, şənbə günü balıq tutmağa başladılar və sonrakı gün yeyirdilər. Hər gün keçdikcə onların qeyri- qanuni işləri çoxalırdı... sonra həzrət buyurdu: Camaat onlarla münasibətdə iki dəstə oldular; bir dəstə onlara yaxşılığa əmr edib və onları Allah əzabından qorxutdular. Nəsihətin onlara təsir qoymadığını görüb, əzab qorxusundan ordan köçüb, səhralara sığındılar. Amma digər dəstə, onların işlərini bəyənməsələr də yaxşılığa əmr və pislikdən çəkindirmə vəzifələrinə əməl etmədilər. Ona görə də, Allahın əzabı onların hamısını tutdu. Sonda, balıq ovçuları məsx olub və meymun formasına düşdülər. Pislikdən çəkindirməyənlər isə, böyük əzaba düçar oldular. Amma nəsihət edənlər, nicat tapdılar... rəvayətin sonunda Əli (ə) buyurdu: Torpağın dərinliyində dənəni yarıb, onu cücərdən və insanları yaradan Allaha and olsun ki, bu ümmətdən mən onların nəsəbini tanıyıram ki, nə inkar ediblər, nə də əqidələrin dəyişiblər. Əksinə onlar da, Allahın əmrinə əməl etməyib və dünyanın hər yerində yaşayırlar. Allah buyurublar: "Zalımlara lənət olsun".[2] Həmçinin buyurublar: "Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaqman biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik".[3] [4]

Bu məsələ, yəhudilər haqqında nazil olsa da, amma ayənin hökmü, puç bəhanələrlə Allahın əmrlərindən çıxan bütün şəxslərə də şamil olur. Yəhudilərin bu işi, bəzi sələmə yiyənlərin işinə bənzəyir ki, zahiri alış- verişlə və alış- veriş adı ilə bir qutu kibrit ya digər dəyərsiz bir şey qoymaqla, sələmə verməyini yozurlar. Necə ki, rüşvət alanlar da, pis işlərini zəhmət haqqı və... adı altında yozurlar.

Amma sualın ikinci hissəsi barəsində deməliyik ki, bazar günü xristianların cəzalanması barəsində, İslam mənbələrində heç bir rəvayət gəlməyibdir. Bu barədə bəzi təfsirlərdə gələn izah belədir:

"Xristianların çoxu şənbə gününə əhəmiyyət verməyib və bazar gününü tətil edirlər. Çünki Məsihin cümə günü şəhid olmasına və o həzrətin üç gün sonra ölülər aləmindən qalxıb və şagirdlərinə zahir olduğuna inanırlar. Buna əsasən, Məsih bazar günü qəbirdən qalxıb və həmin gün xristianlar üçün, dini bayramdır.

Əlbəttə, sibtilər (şənbəlilər) adı ilə məşhur olan bəzi xristianlar, yəhudilər kimi şənbənin müqəddəs gün olmasına inanırlar. Ona görə də, həmin gün heç bir iş görmürlər. Bazar günü işə başlayırlar. İncilin ayələrinə əsasən, Tövratın on hökmünün yalnız yəhudilərə aid olmayıb və xristianların da ona əməl etmələrinə və həzrəti İsa (ə)- ın vəzifəsinin onu kamilləşdirmək və icra etmək olduğuna inanırlar.[5]

Bununla əlaqəli göstərici:

Şənbə günü balıq tutmaq və meymun olmaq əlaqəsi, 6479 (sayt: 6912).

 


[1]- Bu ayələrindən tam məlumat əldə etmək üçün, Qum İslam elmləri kappyuter araşdırmalar mərkəzinin istehsalı olan camiut- təfsir disk praqramına müraciət edin.

[2] - Möminun surəsi, ayə 1

[3] - Əraf surəsi,ayə 165

[4] - Baxın: Qummi, Əli bin İbrahim bin Haşim, Təfsiri- Qummi, səh 244, Muəssisəti darul- kutub, Qum, 1404 hicri qəməri.

[5] - Baxın: Bəlaği, seyid Əbdul- höccət, Höccətut- təfasir və bəlağul- iksir, cilıd 2, (giriş), səh 765, Hikmət nəşriyyatı, Qum, 1386 hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162860 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154884 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117726 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109662 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98742 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91272 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53331 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45156 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43694 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42856 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...