Ətraflı axtarış
Baxanların
5790
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Edison elektrik lampasını ixtira etməklə bəşəriyyətə böyük xidmət etmişdir, milyardlarla insan ondan istifadə edir. Amma bir guşədə oturub Quran tilavət edən və ya fiqh, fəlsəfə, təfsir dərsi deyən bir ruhaninin cəmiyyətə nə kimi təsiri ola bilər?
Sual
Bəzən camaat arasında deyilir ki, misal üçün, Edison elektrik lampasını ixtira etməklə bəşəriyyətə böyük xidmət etmişdir və milyardlarla insan bu lampalardan bəhrələnir. Amma bir guşədə oturub Quran tilavət edən və ya fiqh, fəlsəfə, təfsir dərsi deyən bir ruhaninin cəmiyyətə nə kimi təsiri ola bilər?! Yaxud deyirlər ki, bir ruhani bir neçə nəfərə dərs tədris edir, yaxud ən uzağı risalə yazır. Axı bu nə xidmətdir?! Amma görün, Pastor insanlara nə qədər xidmət etmişdir! Onun ixtirası ilə milyonlarla xəstə şəfa tapmışdır. Bu qəbildən olan çoxlu iradlara necə cavab vermək olar?
Qısa cavab

Rütbə və məqam cəhətindən elmlər təsnif olunanda ilk yeri ilahi elmlər tutur. Bu da elmiyyə hövzələrində rəvacda olan elmlərdir. Bundan sonra digər elmlərə növbə çatır.

Bizim nəzərimizə görə ruhani təbəqəsinin, orta və ali məktəb müəllimlərinin və insani elmlər üzrə mütəfəkkir olanların gördüyü işlər və etdiyi xidmətlər yalnız maddi bəhrəsi olan xidmətlərdən çox-çox böyükdür (baxmayaraq ki, onların da fəaliyyətlərinin dəyəri vardır). Çünki insanların ruhi və mənəvi ehtiyacları maddi ehtiyaclarından irəlidir. Ruhani sinfinin işi də camaatı və cəmiyyəti ruhi və mənəvi yöndə islah etməkdir. Müəyyən bir cəmiyyət maddi imkanlar baxımından çox inkişaf etsə də, əxlaq və mənəviyyat yönlərində çox aşağı səviyyədə olaraq dəyərdən düşə bilər. Onun maddi sahələrdəki nailiyyətləri bəzən cəmiyyət üçün çoxlu təhlükələr də törədə bilər. Alimlərin iş növləri bir-biri ilə fərqləndiyinə görə, onların barəsində mühakimə yürütmək də onların işlərinə mütənasib olmalıdır.

Ətreaflı cavab

Bəşərin ehtiyacları təkcə maddi yöndə deyil, həm də mənəvi yöndədir. Hər bir insan və ya qrup öz istedad və bacarıqlarına uyğun olaraq bu iki yöndən birini seçir, həmin sahədə fəaliyyət edib tədqiqat aparmaqla bəşər cəmiyyətlərinə xidmət etməyə çalışır. Bildiyiniz kimi, elmlərin rütbə və məqam cəhətindən təsnifində ilk yeri ilahi elmlər tutur. Bu da elmiyyə hövzələrində rəvacda olan elmlərdir. Bundan sonra digər elmlərə növbə çatır.

Bizim etiqadımıza görə ruhani sinfi, orta və ali məktəb müəllimlərinin işləri təkcə maddi faydaları olan xidmətlərdən çox-çox yüksəkdədir. Çünki insanların ruhi və mənəvi ehtiyacları onların maddi ehtiyaclarından daha artıqdır. Müəyyən bir cəmiyyət maddi imkanlar baxımından çox inkişaf etsə də, əxlaq və mənəviyyat yönlərində çox aşağı səviyyədə olaraq dəyərdən düşə bilər. Onun maddi sahələrdəki nailiyyətləri bəzən cəmiyyət üçün çoxlu təhlükələr də törədə bilər. Əlbəttə, biz təbii və təcrübi elmlərə irad tutmaq və nöqsan gətirmək istəmirik. Alimlərin və mütəfəkkirlərin işləri bir-biri ilə fərqli olduğundan, işlərinin növünə mütənasib olaraq mühakimə yürütmək lazımdır. Peyğəmbərlər bəşərin ruhi xəstəliklərini müalicə etmək üçün gəlmişlər: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) daim hərəkətdə olan səyyar bir təbib idi; o, şəfa verən məlhəmləri və müalicə vasitələrini hazır vəziyyətdə saxlayırdı ki, hər yerdə kor qəlblər, kar ruhlar görsə, onları müalicə edib sağaltsın, ruhi və mənəvi xəstəliklərə düçar olan insanları bu uçurumlardan xilas etsin.”[1]

Qurani-kərim bu barədə buyurur: وَ مَنْ أَحْياها فَكَأَنَّما أَحْيا النَّاسَ جَمِيعاً “Hər kəs bir nəfəri diriltsə, sanki, yer üzündə olan bütün insanları diriltmişdir.”

Bu ayədə “bir insanı diriltmək” dedikdə məqsəd “bir diri insan xəlq etmək” və ya “zahirdə ölmüş bir insanı diriltmək deyildir, əksinə məqsəd əql sahibləri nəzərindən diriltmək sayılan şeydir. Təbib bir xəstəni müalicə edəndə və ya üzgüçü qərq olan bir insanı xilas edəndə, yaxud bir nəfər, əsir düşmüş bir adamı düşmənin əlindən xilas edəndə deyirlər ki, “filan kəs filan şəxsi diriltdi” (yaxud deyirlər ki, onun üzərində həyat haqqına malikdir). Allah-taala da Özünün əzəmətli kəlamında bu kimi təbirlərdən istifadə edir. Məsələn, haqqa doğru hidayət etməyi “diriltmək” sayaraq buyurur: أَ وَ مَنْ كانَ مَيتاً فَأَحْييناهُ وَ جَعَلْنا لَهُ نُوراً يمْشِي بِهِ فِي النَّاسِ “Yoxsa o kəs ki, ölü idi və Biz onu diriltdik, onun üçün camaat arasında hərəkət etməyinə səbəb olan bir nur qərar verdik?!” Deməli, bu ayənin hökmünə əsasən insan haqdan azan şəxsi haqqa, imana doğru hidayət etsə, sanki onu diriltmişdir.[2]

Əgər sualda irəli çəkildiyi kimi deyilsə, onda nəticə alarıq ki, övladını yaxşı tərbiyə edən valideyn, insani elmlərlə məşğul olan alim və orta məktəb müəllimləri cəmiyyət üçün heç bir faydalı iş görməmişdir və faydalı işləri yalnız maddi sahələrdə bir əsər yadigar qoyan şəxslər əncam vermişlər! Halbuki, bu cür mühakimə qəti şəkildə yanlışdır.

Buna əsasən, ruhani sinfinin işini öz vəzifələri sahəsində araşdırıb təhlil etmək və dəyərləndirmək lazımdır, nəinki bəzilərinin yürütdüyü yersiz mühakimələr kimi! (Nəuzu billah!) Onda demək lazımdır ki, ilahi peyğəmbərlər, imamlar, böyük alimlər və ariflər də bəşəriyyətə nəzərə çarpacaq müsbət xidmətlər etməmişlər!

 


[1] “Nəhcul-bəlağə”, səh. 156, “Bəni Üməyyənin fitnəsi” bölməsi

[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, tərcüməçi: Musəvi Həmədani, 5-ci cild, səh. 317, “İslami” nəşriyyatı, Qum

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162860 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154889 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117731 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109664 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98747 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91276 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53331 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45160 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43694 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42857 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...