Baxanların
7256
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
Sual
Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
Qısa cavab

Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik:

1. Ayın hilalını (birinci gecəsində) görmək.

Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır.

2. İftar və obaşdanlıq yemək.

Obaşdanlıq yemək və iftar etmək mübarək Ramazan ayının sünnətlərindən biri hesab olunur. Hətta islam şəriətində “vüsal orucu”, yəni iftar və obaşdanlıq yemədən sonrakı günün orucunu tutmaq qadağan edilmişdir.

3. Bacardıqca çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək və sədəqə vermək.

Çoxlu namaz qılmaq, günahlardan tövbə etmək, Quran oxumaq, fəqirlərə sədəqə vermək bu ayın sünnətlərindən biridir.

4. Həm batini, həm də zahiri üzvlərin oruc olması.

Orucun ən mühüm qayda-qanunlarından biri insanın həm batini, həm də zahiri üzvlərinin oruc olmasıdır. “Came” təfsirində (“Kafi”, “Fəqih” və “Təhzib” kitablarından nəqlən) rəvayət olunur ki, İmam Sadiq (əleyhis-salam) Məhəmməd ibni Müslimə belə buyurdu: “Oruc tutduğun zaman qulağın, gözün, dilin, əlin, ayağın və (hətta) bədəninin dərisi də oruc olmalıdır.”

5. Ramazan ayının son on günündə bu işlərə xüsusi ciddiyyət göstərmək.

Mübarək Ramazan ayının son on günlüyü səciyyəvi xüsusiyyətlərə malikdir: iki Qədr gecəsi də bu on gündədir. Həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnətinə əsasən, bu günlərdə etikaf bağlanır.[i]

 


[i] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)”, tərcüməçi: Fiqhi, Məhəmməd Hadi, səh. 302, hədis 343, “İslamiyyə” kitab mağazasının nəşri, Tehran, 7-ci çap, 1378-ci şəmsi il

 

Ətreaflı cavab

Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın müəyyən ədəb qaydaları və şərtləri vardır ki, burada onların bəzilərini qeyd edirik:

1. Ayın (birinci gecəsində)  hilalını görmək

Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın hilalını (birinci gecəsində)  görmək üçün çalışmaqdır. “Sunənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında (Şeyx Tusinin “Təhzib” kitabından nəqlən) belə rəvayət olunur: “Peyğəmbər sünnəti olması sübuta yetən məsələ budur ki, o həzrət Ramazan ayının hilalını görməyi şəxsən öhdəsinə alırdı.”

2. İftar etmək və obaşdanlıq yemək

Mübarək Ramazan ayında iftar və obaşdanlıq zamanı bir şey yemək sünnətdir. Hətta islam şəriətində “vüsal orucu”, yəni iftar və obaşdanlıq yemədən ardıcıl oruc tutmaq qadağan edilmişdir.

Şeyx Mufid (rəhmətullahi əleyh) “Muqniə” kitabında yazır: “Ali-Məhəmməd (əleyhimus-salam)-dan nəql olunmuşdur ki, hətta bir içim su içməklə də olsa, obaşdanlıq yemək müstəhəbdir ... Rəvayət olunur ki, obaşdanlıq üçün ən yaxşı yemək xurma və qovutdur. Çünki Allahın Peyğəmbəri səhərlər onları yeyirdi.”[1]

“Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında “Peyğəmbərin iftar və obaşdanlıq ilə əlaqədar sirəsi (adəti)” bölməsində deyilir: “O həzrət halva, şirini, rütəb (təzə xurma), adi xurma, süd, isladılmış çörək və s. ilə iftar edirdi. Əgər bunların heç biri olmasaydı, sərin su ilə iftar edərdi.”[2]

Obaşdanlıq və iftar yeməkdə əsas və mühüm məsələ yeməyin halal olmasıdır. “Ruhul-bəyan” təfsirində böyük şəxsiyyətlərin dilindən belə nəql olunur: “Mənim üçün halal tikə ilə iftar açmaq gecə-gündüz ibadət etməkdən daha sevimlidir. Qarnında haram tikəyə yer verən şəxsin qəlbinə saçmaq Tövhid günəşinə haramdır. Deməli, oruc tutan şəxs gərək haram yeməklərdən çəkinsin. Çünki o, din və sünnət üçün öldürücü zəhərdir.”[3]

3. Çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək, fəqirlərə sədəqə vermək

Bu mübarək ayın digər sünnətlərindən biri çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək, Quran tilavət etmək və sədəqə verməkdir. “Sunənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında deyilir: Seyid ibni Tavus “İqbal” kitabında (Nişapurinin “Tarix” kitabının ikinci hissəsindən nəqlən) belə bir rəvayəti qeyd edir: “Mübarək Ramazan ayı gəlib çatanda Peyğəmbərin mübarək üzünün rəngi dəyişilir, namazları çoxalırdı. O həzrət Allah dərgahında dua və raz-niyazla məşğul olur, çoxlu yalvarış edir və Allahdan qorxurdu.”[4]

“Fəqih” kitabında belə rəvayət olunur: “Ramazan ayı gəlib çatanda Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün əsirləri azad edir, bütün dilənçilərə müəyyən bir şey (hədiyyə, sədəqə) verirdi.”[5]

“Kəşful-əsrar” kitabında deyilir:

مَنْ صَامَ رَمَضَانَ وَ قَامَهُ اِيمَانًا وَ احْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ

“Hər kəs Ramazan ayının gündüzlərində oruc tutub gecələrini ibadətlə keçirsə, bu halda orucu vacib və ibadəti sünnət bilsə, Allah-taala onun keçmiş günahlarını bağışlayar.”[6]

“Şəbaniayyə” xütbəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “...(Ramazan ayında) namaz vaxtları dua üçün əllərinizi (Allah dərgahına doğru) qaldırın, çünki bu anlar ən yaxşı anlardır və Allah o anlarda Öz bəndələrinə rəhmət nəzəri salır, onların minacatlarına müsbət cavab verir, (yalvarışlı) fəryadlarına “ləbbeyk” deyir, istəklərini rəva və dualarını qəbul edir. Ey insanlar! Sizin nəfsləriniz əməllərinizin girovundadır, istiğfar etməklə onu azad edin. Çiyinləriniz günahlar səbəbi ilə ağırlaşmışdır, uzun səcdələrlə onu yüngülləşdirin. Bilin ki, mütəal Allah Öz izzətinə and içib demişdir ki, (bu ayda) namaz qılanlara və səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəmin qorxusuna salmasın... Hər kəs bu ayda bir Quran ayəsi oxusa, sair aylarda bütün Quranı oxuyub xətm edən şəxs kimidir...”[7]

4. İnsanın həm zahiri, həm də batini orqanlarının hamısı oruc olmalıdır.

Orucun ədəb qaydaları arasında ən mühüm şey insanın həm zahiri, həm də batini üzvlərinin oruc olmasıdır. “Came” təfsirində (“Kafi”, “Fəqih” və “Təhzib” kitablarından nəqlən) rəvayət  olunur ki, imam Sadiq (əleyhis-salam) Məhəmməd ibni Müslimə buyurdu: “Oruc tutduğun zaman gərək qulağın, gözün, dilin, əlin, ayağın və (hətta) bədənin dərisi də oruc tutmuş olsun ...”[8]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Oruc tutmaq təkcə yeyib-içməkdən çəkinmək (mənasına)  deyildir. İsa (əleyhis-salam)-ın anası deyirdi: “Mən nəzir etmişəm ki, Rəhman Allah üçün oruc olam”, yəni Rəhman Allaha həmd-sənadan başqa heç nə danışmayım. Oruc tutduğunuz zaman dilinizi (haram söz-söhbətlərdən) qorunub saxlayın, gözünüzü (haram mənzərələrə və naməhrəmə baxışdan) saxlayıb aşağı dikin, mübahisə aparmayın, həsəd etməyin. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) öz xanımlarından birinin orucağızla öz xidmətçisinə nalayıq sözlər dediyini eşitdikdə buyurdu ki, ona yemək gətirsinlər. Sonra o xanıma dedi: “Ye!” Xanım dedi: “Axı mən orucam?!” Allahın Peyğəmbəri buyurdu: “Öz xidmətçinə nalayıq sözlər dediyin halda necə oruc ola bilərsən?! Oruc tutmaq təkcə ağızı yeyib-içməkdən saxlamaq deyildir.” İmam (əleyhis-salam) sonra buyurdu: “Oruc tutduğun zaman öz ağzını yeyib-içməkdən saxladığın kimi, gərək gözün və qulağın da haram və yaramaz şeylərə bağlansın. Mübahisə və cidal eləmə. Xidmətçiyə acı dillə əziyyət vermə. Oruc tutan şəxsə məxsus olan aramlıq və vüqarı əldən vermə, əks halda oruc tutduğun gün sair günlər kimi olacaqdır.”[9]

5. Mübarək Ramazan ayının son on günlüyündə ibadətə daha ciddiyyət göstərmək.

Mübarək Ramazana ayının son on günlüyü özünə məxsus xüsusiyyətlərə məxsusdur. İki Qədr gecəsi onda yerləşir, həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnətinə görə “etikaf ongünlüyü” sayılır.

“Kafi” kitabında imam Sadiq (əleyhimus-salam)-dan belə nəql olunur: “Mübarək Ramazan ayının son on günlüyü gəlib çatanda Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ibadətə daha çox ciddiyyət göstərirdi... Xanımları ilə yaxınlıq etməkdən uzaqlaşır, gecələri ibadətlə keçirir, ibadətdən başqa bütün fikirlərini qəlbindən çıxarırdı.”![10]

“Dəaim” kitabında Əli (əleyhimus-salam)-ın belə buyurduğu nəql olunur: “Allahın Rəsulu (səlləllahu əleyhi və alih) mübarək Ramazan ayının son on günlüyündə yatağını tamamilə yığışdırır, bütün səyini ibadətə sərf edirdi. İyirmi üçüncü gecə gəlib çatanda öz əhl-əyalını və ailə üzvlərini oyaq saxlayırdı. Hansının yuxusu güclənsəydi, onun üzünə su vurardı ki, yuxusu qaçsın. Həmçinin Fatimeyi-Zəhra (əleyha salam) da o gecədə ev əhlindən heç birinin yatmasına yol vermirdi. Yuxuları gəlməsin deyə, onlara az yemək verir, gündüzdən etibarən özünü ehya üçün (gecəni oyaq saxlamağa) hazırlayır və buyururdu: “Bu gecənin xeyir-bərəkətindən bəhrəsiz qalanlar (həqiqi) məhrumlardır.”[11]

 


[1] Yenə orada, 295, hədis 303

[2] Yenə orada, səh. 294-301

[3] Alusi, “Ruhul-bəyan” təfsiri, 1-ci cild, səh. 296:

قَالَ اَبُو سُلَيْمَانَ الدَّارَانِيُّ قُدِّسَ سِرُّهُ لَاَنْ أَصُومَ النَّهَارَ وَ أُفْطِرَ اللَّيْلَ عَلَى لُقْمَةٍ حَلَالٍ أَحَبُّ اِلَىَّ مِنْ قِيَامِ اللَّيْلِ وَ النَّهَارِ وَ حَرَامٌ عَلَى شَمْسِ التَّوْحِيدِ اَنْ تُحِلَّ قَلْبَ عَبْدٍ فِي جَوْفِهِ لُقْمَةُ حَرَامٍ وَ لاَ سِيَّمَا فِي وَقْتِ الصِّيَامِ فَلْيَجْتَنِبِ الصَّائِمُ أَكْلَ الْحَرَامِ فَاِنَّهُ سَمٌّ مُهْلِكٌ لِلدِّينِ وَ السُّنَّةِ

[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)”, səh. 300, hədis 336

[5] Yenə orada, səh. 296, hədis 335

[6] Meybudi, “Kəşful-əsrar və iddətul-əsrar”, 1-ci cild, səh. 488 və 489

[7] Şeyx Səduq, “Əmali” , səh. 94 və 95

[8] Burucerdi, Seyid Məhəmməd İbrahim, “Came” təfsiri, 1-ci cild, səh. 300, “Sədr” nəşriyyatı, Tehran, altıncı çap, 1366-cı şəmsi il

[9] Behbudi, Məhəmməd Baqir, “Kafinin müntəxəbatı”, 3-cü cild, səh. 134 və 136, “Elmi və mədəni” nəşriyyatı, Tehran, 1-ci çap, 1363-cü şəmsi il

[10] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənün-Nəbi (səlləllahu əleyhi və alih)”, səh. 301, 302,  hədis 324

[11] Yenə orada, səh. 296, hədis 336

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    4741 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    5232 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Kərbəla əsirləri hansı gündə Kərbəladan Şama doğru hərəkət etmişlər?
    3794 تاريخ بزرگان 2011/07/28
    Məqtəl və tarix kitablarının nəqlinə uyğun olaraq Kərbəla əsirlər karvanı Məhərrəm ayının 11-də Kərbəladan hərəkət etmiş və 12-də Kufəyə daxil olmuşlar. Məhərrəmin 19-da Kufədən Şama doğru hərəkət etmiş və səfərin 1-də Şama daxil olmuşlar.[1]
  • Zirar məscidi hansı mənadadır? Və onun tikilmə dastanı nədir?
    4391 Məlanların tarixi 2012/02/09
    Ərəb qramatikasında: "Zirar" mufaələ babındandır. Lüğətdə ziyan vurmaq[1] (bilərəkdən[2]) mənasında işlədilmişdir. Quranın Tövbə surəsində bu məsələyə işarə olunmuşdur.Zirar məscidinin bu cür adlandırılmasının illəti; bu cəhətdən olmuşdur ki, münafiqlərdən bir dəstəsi öz çirkin hiylələrini İslam və ...
  • Zərdüşt ayini ilahi din olubdurmu?
    5676 Qədim kəlam 2010/12/02
    Zərdüşt dininin mahiyyəti, Qatın məzhəbi nəğmələrinə diqqət etməklə, tam tövhidi mahiyyəti olubdur. Amma Avestada olan mətnlərə diqqət edəndə, iki Allaha pərəstişin əlamətləri gözə çarpır. Bu əlamətlərin, üzə çıxması "Mani" və sonrakı Zərdüştçülər tərəfindəndir. Deməli indiki şirklə dolu avestanın mətninə diqqət etməklə, Zərdüşt dininin təhrif olmasını deməliyik. Baxmayaraq ki, bu dinin ...
  • İllər boyu Quran dili ilə danışan müsəlman qadın kimdir?
    4685 تاريخ بزرگان 2011/06/18
    Bu müsəlman qadın Həzrət Zəhranın (s) kənizi Fizzə idi. Mötəbər rəvayətlərə görə o, illər boyu Quran dili ilə danışmışdır. ...
  • Kişilər üçün sırğadan istifadə etmək caizdirmi?
    5350 Nizamlar hüquq və əhkam 2011/11/24
    Kişilərin bəzək əşyalarından istifadəsinin caiz olmasında islamın ümumi və külli qanunu iki şeydən ibarətdir:1. Qızıl növündən olmasın; Çünki qızıldan hazırlanan bəzək əşyasından istifadə etmək kişi üçün hər bir halda  – istər zinət üçün olsun, istərsə də olmasın, haramdır.
  • Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
    3145 Qədim kəlam 2011/10/24
    Bütünilahipeyğəmbərlər (müxtəlifdərəcələrlə) məsum, kamalhəddindəvəAllahaənyaxıninsanlardır. Onların
  • Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
    7976 Cürbəcür 2013/02/17
    Ömər bin Səd, İbn Vəqqasın oğlu idi. Ömərin atası, Peyğəmbərin (s) məşhur səhabələrindən[1], İslamın ilk qoşun başçılarından və ərəb əmirlərindən idi.[2] O ilk müsəlman olanlardan idi və Peyğəmbər (s)- in zamanında çoxlu döyüşlərdə iştiral etdi. Səd bin Əbi Vəqqas, Bəni Zöhrə ...
  • “Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
    4261 Quran elmləri 2012/04/09
    Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104670 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57621 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40064 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30696 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22189 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    22004 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21823 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20294 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20046 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...