Ətraflı axtarış
Baxanların
5591
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in nübüvvətə seçilməsindən sonra şeytanların və cinlərin qeybi xəbərlərlə əlaqəsinin kəsilməsi necə olmuşdur?
Sual
Şeytan gələcəkdən xəbər verə bilərmi? Peyğəmbəri-əkərm (səlləllahu əleyhi və alih)-in nübüvvətə seçilməsindən sonra onların qeybi xəbərlərlə əlaqəsi necə kəsilmişdir?
Qısa cavab

Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə zidd olan istiqamətlərdə hərəkət etmişdir. Şeytanlar xüsusi və məhdud qeybi məlumatları öz pərəstişkarlarına xəbər verirdilər. Peyğəmbərlərin göndərilməsi ilə onlar tədrici olaraq asimanlardan qovulurdular. İslam Peyğəmbərinin dövründə və Quranının həqiqətinin asimandan nazil olunması ilə eyni zamandan bütün asimanlardan qovuldular. Həmin vaxt şeytanlar asimanlarda çoxlu mələklərin keşikçi qoyulduğunu gördülər; onlar cinlərin və şeytanların yuxarı aləmlərə nüfuz etməsinə mane olurdular. Bu məsələ “Cin” surəsində qeyd olunmuşdur.

Ətreaflı cavab

Rəvayətlərə uyğun olaraq tarix boyu kahinlik və nübüvvət bir-birinə tamamilə əks olan istiqamətdə davam etmiş və şeytanlar tədrici olaraq asimanlardan qovulmuşlar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in risalətə seçildiyi dövrdə, eləcə də Quran həqiqətinin nüzulu və haqqın camalının zühur etməsi ilə eyni zamanda şeytanlar da vəhy asimanlarından, hətta birinci asimana qədər belə, tamamilə qovulmuşlar və vəhyi oğurlamaları üçün heç bir yol qalmamışdır.[1]

Bəzi rəvayətlərə uyğun olaraq – tarixdə də şahid olduğumuz kimi – əvvəlki dövrlərdə münəccimlik, kahinlik və s. peşələr camaat arasında çox yayılmışdı. Çünki o zaman cinlər və şeytanlar asimanlara gedir, müəyyən məlumatları gətirib öz müridləri və pərəstişkarlarına xəbər verirdilər.

Həzrət İsa (əleyhis-salam)-ın zühurundan etibarən dördüncü asimandan yuxarı qalxa bilmədilər. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətə göndərildiyi vaxt heç bir asimana gedə bilmədilər və orada güclü mühafizəçilərin qoyulduğunu gördülər.[2] Bu da yalnız o həzrətin böyük məqamına görə idi. Çünki əgər bu şeytani və çirkin varlıqlar asimanlara yol tapa bilsəydilər, şübhəsiz, çoxlu məlumatlar əldə edə bilərdilər, bu da camaatın həddindən artıq azğınlaşmasına səbəb olar, nəticədə insanlara ilahi höccət tamamlanmazdı.[3]

Hamısı şeytani məqsədlərlə asimana nüfuz edən şeytanların, kahinlərin, cinlərin və s. və hamısı bu işdən məhrum edildilər, asimanların yolu mömin və arif insanların üzünə daha çox açıldı, Peyğəmbərin meracına, seyri-süluk əhlinin və irfançıların namazı üçün yol açıldı və hicablar kənara çəkildi.

Bu iki hadisəni mülahizə etməklə görürük ki, axirəz-zamanda və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətindən başlayaraq şeytanların qeybi xəbərləri eşitməsi qadağan edildi və bu qadağaya mütənasib olaraq mömin insanlar bu böyük mənəvi mənzərələri müşahidə etməyə dəvət olundular. Belə ki, Peyğəmbər ümmətində imamət məsələsinin zahir olması, bu dövrdə saysız-hesabsız və mislsiz ariflərin  zahir olması da bu həqiqətin danılmaz şahididir.

 


[1] Onlar tərtiblə bir asimandan digərinə qovularaq yuxarı asimanlardan məhrum olurdular. Nəhayət, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gələn zaman onun mübarək vücudu bərəkətinə bütün asimanlardan məhrum oldular. İmam Əli (əleyhis-salam)-dan belə rəvayət olunur: “Peyğəmbərin doğulduğu gecədə İblis çoxlu qəribəliklər gördü və asimana köçmək istədi. O dövrə qədər  onun üçüncü asimanda yeri var idi və şeytanlar oradan xəbərləri eşidərək oğurlayırdılar. Şeytanlar qəribəlikləri hiss etdikləri zaman bu xəbərləri də  eşitmək və oğurlamaq qərarına gəldilər, lakin bütün asimanların onların üzünə bağlandığını gördülər.” “Təfsiri hidayət”, 16-cı cild, səh. 468, “Astani Qudsi Rəzəvi”nin islami tədqiqat qurumu; Məclisi, Məhəmməd Baqir,  "Biharul-ənvar",  “Vəfa” müəssisəsi, Beyrut, 1404

[2] Rəvayətdə deyilir ki, Adəm (əleyhis-salam)-ın dövründən başlayaraq həzrət İsa (əleyhis-salam)-ın təvəllüdünə qədər şeytanlar asimanlara gedir və məlaikələrdən müəyyən məlumatları və işləri öyrənir, kahinlərə xəbər verirdilər. İsa (əleyhis-salam) dünyaya gəldiyi zaman dördüncü asimandan yuxarı getmələri qadağan olundu. Amma Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dünyaya gəldiyi zaman heç bir asimana gedə bilmədilər. Onlar asimana yaxınlaşdığı zaman Allah-taala od şölələri ilə onları vurub yandırırdı ki, ora yaxınlaşa bilməsinlər. Deməli bu وَ أَنَّا لَمَسْنَا السَّماءَ فَوَجَدْناها مُلِئَتْ حَرَساً شَدِيداً وَ شُهُباً “Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük” ayəsində buyurulan məsələ həzrət Məsihin təvəllüdündən sonra olmuşdur. Lakin onlar yenə də asimana yaxınlaşır, orada yer tuturdular ki, mələklərin səsini eşitsinlər. وَ أَنَّا كُنَّا نَقْعُدُ مِنْها مَقاعِدَ لِلسَّمْعِ “Biz əvvəllər (mələklərin sözünü) eşitmək üçün göyün bəzi yerlərində oturardıq” ayəsinin mənası da həmin dövrə aiddir. Amma فَمَنْ يَسْتَمِعِ الْآنَlakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər” ayəsinə əsasən, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təvəllüdündən sonra ora getmələri tamamilə qadağan olundu.” Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 13-cü cild, səh. 229, “İslam” nəşriyyatı

[3] İmam Sadiq (əleyhis-salam) buyurur: “Amma asiman xəbərlərini eşidə biləcəkləri bir yerdə qərarlaşan şeytanlara gəldikdə isə, həmin dövrdə onlar üçün heç bir maneə yox idi və onların başına yandırıcı qığılcımlar nazil edilmirdi. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə tamamilə qadağan edildi. Çünki, bu yolla müəyyən hadisələr baş verə, vəhy işində və asimani xəbərlərin yetirilməsində çətinliklər yarana bilərdi. (Onların qarşısı alındı ki,) yer əhalisi Allah tərəfindən gələn, höccətin onlara tamamlanmasına və şəkk-şübhənin aradan getməsinə səbəb olan şeylərdə çətinlik çəkməsinlər.” Təbərsi, “Əl-ehticac”, 2-ci cild, səh. 339, “Mürtəza” nəşriyyatı.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Eramızdan uzun illər qabaq mağaralarda yaşayan insanlarda Adəmin (ə) nəslindən idilərmi?
    6960 Təfsir 2011/05/09
    Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min ...
  • Nigah əxlaqın inkişafına mane olur və yaxud zəminə yaradıcı və yüksəklik vericidir? Bu barədə islam və xristiyanlıqda fərqlər mövcuddurmu?
    6032 Əhkam və hüquq fəlsəfəsi 2011/10/02
    Nigah cəmiyyət və ictimaiyyətin yaranmasına ilkin addımdır. Bir çox təsir və nəticələrə malikdir. O cümlədən insanın cinsi ehtiyaclarının ödənilməsi, nəsil artırma, insanın təkamülü, rahatçılıq və rifah, paklıq və iffət və s aiddir.Müqəddəs islam dinində nigah dinin yarısının qoruyucusu kimi tanıtdırılır.Nigahın ictimai tərəfləri çox mühümdür. Nigah və ailə ocağının ...
  • Ənfal surəsində bəyan edilən bütün ənfalın (qənimətlərin ) Allah və Onun Rəsuluna aid olması ilə 41- ci ayədə bəyan edilən yalnız beşdə birinin Onlara aid olması ilə ziddiyyət təşkil etmirmi?
    9524 Təfsir 2012/07/16
    Məntiqi cəhətdən ənfalla qənimət eyni deyil. Bununla yanaşı vəhdət baxışı nöqtey- nəzərdən bütün varlıq aləmini Allaha aid etmək olar. Amma bəzi baxışlara əsasən bəzi maddi şeylər Allaha aid olması kəsilməmək şərti ilə insanların zahiri mülkiyyətinə aid edilir və bu bir- biri ilə ziddiyyət təşkil etmir. ...
  • Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya öncə?
    6809 تاريخ بزرگان 2012/09/01
    Həzrət Zəhranın (sa) evinin ömər tərəfindən yandırılması və fədəyin Əbubəkr tərəfindən qəsb olunması peyğəmbərin (s) vəfatından çox az müddət sonra baş vermişdir. Amma bunların hansı birinin daha tez olması barəsində onu qeyd etmək istəyrəm ki, həzrət Zəharın (sa) evinin Ömər tərəfindən atəşə verilməsi əhli- sünnət tarix kitablarında ...
  • Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
    9847 Qədim kəlam 2010/12/07
    Müxtəlif məzhəblərin yaranmasında, çoxlu səbəblər var. məsələn, bir dəstənin peyğəmbər (s)- in həzrət Əli (ə)- nin imamlığı barəsində olan vəsiyyət və əmrlərinə diqqət etməmələri, digər dinlərin ardıcıllarinin müsəlmanların içinə yol tapması və mədəniyyət cəhətdən onlarla qarışmaları, islamın əsl təlimlərindən və Əli- beyt (ə)- in maarifindən uzaq düşmək bir əsrə yaxın ...
  • Шәриәтлә елм зиддијјәт тәшкил едирми?
    6389 Təzə kəlam 2009/11/10
    Хејр. Һәгигәтдә шәриәт, бир нөв, елмләрдән сәмәрәләнир. Белә ки, онун күлли-сабит үсуллары илә мүхтәлиф елми саһәләрдәки кәшфләрин сајәсиндә һәр һансы јени вә дәјишән һадисәләр ганун чәрчивәсинә алыныр. ...
  • "Bir zaman gələcək ki, müsəlmanlar 73 firqəyə parçalanacaq" buyuran hədis doğrudurmu?
    11594 Hədis elmləri 2012/01/08
    "Ümmətin iftiraqı" (Peyğəmbər dünyadan gedəndən sonra müsəlmanların firqə- firqə olması) hədislərini sünni və şiənin hədis alimləri müxtəlif sənədlərlə nəql ediblər.Bu hədislərin hamısının mətni, müsəlmanların İslam Peyğəmbərindən sonra firqı- firqə olması və parçalanmasından xəbər verir və bir növ məna cəhətdən mütavatirdirlər. Ən azı bu hədislərin biri sənəd baxımından doğru və ...
  • Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
    10999 Əməli əxlaq 2010/11/10
    Namaz hər bir salikin son tərəqqisidir ki, vasitəsiz öz Allahıyla söhbət edir. Allah taalanın Qurani kərimdə buyurduğu kimi: Namaz qılınki, məni yad edəsiniz unutmayasınız və mən namaz vasitəsiylə sizin yadınızda olam. Əgər Alahı yad etmək namaz vasitəsiylə olsa, insanın ...
  • İslam hökumətində mədəni quruluşların yeri nədir?
    5200 Nizamlar (Qurluşlar) 2012/06/13
    Cəmiyyətdə mövcud olan təşəkküllər və icmaları hökumətlə vətəndaşlar arasındadırlar, mədəni quruluşlar deyildir. Kənd və şəhər birləşdirilmişləri sinf birləşmələri, idman kulubları, yerli cəmiyyətlər və peşəkar biliklər (tərbiyəçilər birliyi kimi)... və mədəni təşkilatlardan sayılırlar. Xalq hakimiyyətinin əsas üstünlüklərindən biri bu cür quruluşlarda mədəni təşkilatların olmasıdır. cəmiyyətdə olan bütün ...
  • Peyğəmbər (s) və Əhli- beyt (ə) diridirlərmi? Diri olmaqları hansı mənadadır?
    6132 Qədim kəlam 2012/09/10
    Peyğəmbər (s) və Əhli- beytin (ə) həyatda olması Quranda olduğu kimi həqiqi mənanı daşıyır ki, xüsusiylə də şəhidlər barəsində ona təkid olunmuşdur: «وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ» O cümlədən, bir çox rəvayətlər İmamların həyatda ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162900 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155023 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117787 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109737 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98911 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91338 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53368 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45305 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43748 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42914 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...