Ətraflı axtarış
Baxanların
3586
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
İnsanın yer üzündə “Allahın xəlifəsi” olmasının dəlilləri nədir? Quran ayələri və islam rəvayətləri bu mövzunu dəstəkləyirmi?
Sual
Bəziləri iddia edirlər ki, insan özündən əvvəlki varlıqların xəlifəsi və canişinidir. Quran və sünnətə əsasən insanının “Allah xəlifəsi” olmasına dəlil nədir?
Qısa cavab

Quran müfəssirləri “Bəqərə” surəsinin 30-39, həmçinin “Fatir” surəsinin 39-cu və sair ayələrinin izahında insanın Allahın yer üzündəki canişini və xəlifəsi olması barəsində ətraflı bəhslər irəli çəkmişlər. Bəziləri demişlər ki, canişin dedikdə bundan əvvəl yer üzündə yaşayan mələklərin canişini olmaqdır. Bəziləri inanırlar ki, əvvəllər yer üzündə yaşayan sair insanların və ya başqa varlıqların canişinliyi nəzərdə tutulur. Bəziləri də onu insan nəsillərinin bir-birinin canişini olmalarına işarə etmişlər. Nəhayət, axırıncı qrup insanın yer üzündə “Allahın xəlifəsi” olmasına inanırlar.

Əsas məsələ budur ki, insanın yer üzündə canişinlik, ilahi xəlifə məqamına çatması ilə əlaqədar müfəssirlərin və tədqiqatçıların dəlilləri Quran ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alih) rəvayətləridir. Quran ayələrindən: “O (Allah), həmin şəxsdir ki, sizi yer üzündə canişinlər (nümayəndələr) qərar verdi”; “Ey Davud! Biz səni yer üzündə (Öz nümayəndəmiz) və xəlifəmiz qərar verdik...”

Ətreaflı cavab

Quran müfəssirləri “Bəqərə”  surəsinin 30-39, “Fatir” surəsinin 39  və sair ayələrdə insanın yer üzündəki canişinlik və xilafəti ilə əlaqədar müxtəlif və geniş bəhsləri irəli çəkmişlər. Onlar deyirlər: Allah-taalanın mələklərə buyurduğu قالَ رَبُّكَ لِلْمَلائِكَةِ إِنِّي جاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً “Həqiqətən, Mən yer üzündə bir xəlifə qərar vermək istəyirəm” ayəsində xəlifə canişin, yəni başqasının məqamında olan bir şəxs mənasınadır.[1] Lakin burada kimin və ya nəyin tərəfindən canişin olması ilə əlaqədar müxtəlif nəzəriyyələr mövcuddur.

Bəziləri demişlər ki, “insanın canişin olması” dedikdə məqsədi yer üzündə ondan qabaq yaşayan mələklərin canişini olmasıdır. Bəziləri demişlər ki, əvvəllər yer üzündə yaşayan insanların və ya digər canlı varlıqların canişini olmasıdır. Bəziləri də bunu insan nəsillərinin bir-birinin canişini olması kimi izah etmişlər. Axırıncı qrup isə insanın yer üzündə Allahın xəlifəsi olmasına inanırlar.[2]

Mərhum Əllamə Təbatəbai bu barədə buyurur: “Xəlaif” kəlməsi xəlifənin cəmidir. İnsanların yer üzündə xəlifə olmasının mənası budur ki, sonradan gələn hər bir varlıq özündən qabaqkıların canişini olsun, yer üzündən istifadə etmək, nemətlərdən faydalanmaq və sair kimi şeylərə qüdrəti olsun. Necə ki, əvvəlki nəsillər də bir işə qadir idilər. İnsanların bu xilafət məqamına çatması da onun təvəllüd və nəsil artırma yolu ilə baş verən xilqətinin səbəbi ilədir. Bu cür xilqətə görə məxluqları əvvəlkilər (sabiq) və sonradan gələnlər kimi iki qismə qisimlərə bölürük.[3]

“Təfsiri-nümunə” kitabında “Bəqərə” surəsinin 30-39-cu ayələrinin təfsirində deyilir: “Bir çox tədqiqatçıların da dediyi kimi, məqsəd insanın Allah tərəfindən yer üzündə canişini olması və ilahi xilafət məqamına çatmasıdır.”[4] Amma bu kitabın başqa yerində əvvəlki insanların canişini kimi bir məqam gerçəkliyə daha yaxın hesab edilir: “Burada “xəlaif” dedikdə hər iki məna: həm Allahın yer üzündəki nümayəndəsi və canişini, həm də əvvəlki nəsillərin canişini olması nəzərdə tutula bilər (baxmayaraq ki, ikinci məna daha düzgün nəzərə çarpır).”[5]

Müfəssirlərin canişinlik məsələsində nəzər ixtilafları bu mövzunun əsli ilə, yəni Allah-taalanın yer üzündəki canişinliyi məsələsi ilə təzadlı deyildir. Çünki insan həm əvvəlki nəsillərin (adi insanların) canişini, həm də Allahın yer üzündəki canişini ola bilər. Bunun müştərək nöqtəsi ilahi peyğəmbərlər, övliyalar, yaxud kamil insanlardır. Xüsusi şəkildə Allah-taalanın Davuda xitab edərək buyurduğu “Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik ki, camaat arasında haqq əsasında mühakimə yürüdəsən” ayəsi həmin mənanı bəyan edir. Onda “səni Öz canişinim qərar verdim” deyə bir inayət gizlətmişdir. Çünki əgər o, sadəcə olaraq əvvəlki insanların canişini olsaydı, onu ayrıca şəkildə bəyan etməyə ehtiyac olmazdı.

Buna əsasən, insanın yer üzündə canişinlik və “ilahi xəlifə” məqamına çatması ilə əlaqədar müfəssirlərin və tədqiqatçıların dəlillərinin ayə və rəvayətlərdən ibarət olması qəti məsələdir. Məqalənin əvvəlində dediyimiz kimi, bu ayələr insanın xilqət məsələsində və onun müxtəlif mərhələlərində bəyan olunmuşdur. Həmin ayələri və onların təfsirində gələn rəvayətlərdən birini burada qeyd edirik:

1. “(Yada sal) o zamanı ki, Pərvərdigarın mələklərə dedi: Mən yer üzündə bir xəlifə (nümayəndə) qərar verəcəyəm.”[6]

2. “O həmin Allahdır ki, sizi yer üzündə canişinlər (və nümayəndələr) qərar verdi, sizlərdən bəzisinin dərəcəsini digərlərindən üstün etdi.”[7]

3. “O həmin Allahdır ki, sizi yer üzünün canişinləri qərar verdi.”[8]

4. “Ey Davud! Səni yer üzündə Öz xəlifəmiz (və nümayəndəmiz) qərar verdik, belə isə, camaatın arasında mühakimə et.”[9]

5.

إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى جَعَلَ الدُّنْيَا كُلَّهَا بِأَسْرِهَا لِخَلِيفَتِهِ حَيْثُ يَقُولُ لِلْمَلَائِكَةِ إِنِّي جاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً فَكَانَتِ الدُّنْيَا بِأَسْرِهَا لآِدَمَ وَ صَارَتْ بَعْدَهُ لِأَبْرَارِ وُلْدِهِ وَ خُلَفَائِه

“Həqiqətən, Allah-taala dünyanı, onda olanlarla birlikdə Öz xəlifəsi üçün qərar verdi. Sonra mələklərə xitab edərək buyurdu: “Mən yer üzündə bir canişin (və nümayəndə) qərar verəcəyəm.” Bundan sonra dünya özündə olan şeylərlə birlikdə Adəmə məxsus edilmiş, ondan sonra övladlarından olan yaxşı insanlara və canişinlərinə verilmişdir...”[10]

Əlaqədar görünüş:

“Quran nəzərindən ilahi xəlifələrin nümunələri”, sual 1984 (sayt 2023)

 


[1] Müstəfəvi, Həsən, “Rovşən” təfsiri, 15-ci cild, səh. 91, “Kitab nəşri” mərkəzi, Tehran, birinci çap, 1380-ci şəmsi il

[2] Təbərsi, “Məcməul-bəyan”, 1-ci cild, səh. 77, “Nasir Xosrov” nərşiyyatı, Tehran, üçüncü çap, 1362-ci şəmsi il; Məkarim Şirazi “Təfsiri-nümunə”, 1-ci cild, səh. 172, "Darul-kutubil-islamiyyə", Tehran,  1374-cü şəmsi il

[3] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri, 17-ci cild, səh. 52, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, beşinci çap, 1417-ci qəməri il

[4] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 172

[5] Yenə orada, 18-ci cild, səh. 283

[6] “Bəqərə”  surəsi, ayə: 30

[7] “Ənam”  surəsi, ayə: 165

[8] “Fatir”  surəsi, ayə: 39

[9] “Sad”  surəsi, ayə: 26

[10] Kuleyni, “Əl-kafi”, 1-ci cild, səh. 538, "Darul-kutubil-islamiyyə", Tehran,  1368-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
    3514 Qədim kəlam 2011/02/14
    Etiqad elmi baxımından, ismət məqamına yiyələnən hər bir şəxsə "məsum" deyilir. Məsum o insandır ki, Allahın lütf və mərhəməti sayəsində hər bir günah və çirkinlikdən amanda qalaraq o çirkinliklərdən çəkinir. Kiçik səhvlərdən belə uzaq olub, günah və xətalardan üz çevirir. Hər zaman səy edir ki, o xəta və səhvlərdən amanda ...
  • Həyat təhlükəsi olduğu halda etibat aliyat ziyarətinə getmək haram deyilmi?
    2806 Nizamlar hüquq və əhkam 2011/10/02
    Pak insanların və Məsumların (ə) qəbrlərinin ziyarəti üçün etibati aliyətə getmək çox bəyənilmiş və Məsum İmamlar (ə) tərəfindən sifariş edilmişdir. Çünki məsum İmamların (ə) adlarının yenidən canlanması və yad edilməsinə səbəb olur və böyük savabı vardır. Bu halda əgər belə səfərlərdə həyati təhlükə vardırsa, zərərin ölçüsü ilə islamın qorunması, şiəliyin ...
  • Maliki, yaxud hənəfi məzhəbinin nə kimi iradı vardır?
    4762 Qədim kəlam 2011/09/12
    Əvvəldə aydınlaşdırmaq lazımdır ki, görəsən sizin şiəliyə olan maraq və məhəbbətiniz sadəcə zahiri bir məhəbbətdir, yoxsa möhkəm əqli dəlil üzündən olan məhəbbət? Əgər məhəbbətiniz əqli dəlil-sübut üzündən olsa, digər məzhəb və firqələrin çatışmaz və mənfi cəhətləri sizin üçün öz-özünə aydın olacaqdır. Şiəliyin sair islam məzhəblərindən üstünlüyü və onlardan fərqi bu ...
  • Əgər ölən şəxsin gözü və qulağı ölümdən sonra açılırsa, nə üçün öz ölümündən sonrakı hadisələr barəsində başqalarından soruşur?
    5830 Qədim kəlam 2010/11/10
    Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, ...
  • Asdi insanlar da məsum ola bilərlər?
    4255 Qədim kəlam 2010/06/15
    İsmət amanda qalmaq, günaha bulaşmaqdan və unutmaqlığa mane olmaq mənasınadır. İsmət müxtəlif dərəcə və mərtəbələrə malikdir. Onun ən yüksək mərtəbəsi ilahi peyğəmbərlərə və övsiyalara məxsusdur. Bu məqamlar Quran nəssinə və rəvayətlərə əsasən ancaq onların barəsində isbat edilir. Digərləri barəsində isə baxmayaraqki, bir ...
  • Həsədi necə müalicə etmək olar?
    3307 Əməli əxlaq 2011/07/28
    Həsəd insanın özündə xarlıq və həqarət hissi keçirməsindən irəli gəlir. Bunun da ardınca insan “başqalarına verilən nemətlər ümumiyyətlə olmasın!” deyə arzu edir.Bu ruhiyyənin müalicəsi üçün çoxlu yollar ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    3654 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.
  • Niyə Yəhudiləri yəhudi adlandırırlar?
    3022 Qədim kəlam 2012/02/12
    Bəni İsrail qövmünün yəhud adlandırılmasının səbəbi barədə ixtilaf vardır. Bəziləri deyiblər ki, "yəhud" kəlməsi hidayət tapmış (hidayət olmuş) mənasınadır və onun illəti (səbəbi) Musanın (ə) qövmünün buzova pərəstişdən tövbəsidir.[1] Bəziləri isə bu qövmün "yəhud" adlandırılmasının səbəbini onların, həzrət Yəqubun (ə) "Yəhuza" adlı dördüncü övladı ilə ...
  • İslam nəzərində naməhrəm kişiylə qadının görüşməsinin hökmü nədir?
    4918 Nizamlar hüquq və əhkam 2011/04/13
    Bu nöqtə məlumdur ki, naməhrəmlə üzləşdikdə elə rəftar olunmalıdır ki, fəsada yol verilməsin və yaxud fəsad qorxusu yaranmasın.[1] Amma naməhrəm kişi və qadının bədənlərinin bir- birinə dəyməsi və yaxud onlar bir- biriylə görüşməməsi, o cür ki, sualda işarə olunmuşdur, demək lazımdır ki: Bütün ...
  • Kişilərdə spermanın əlamətləri hansılardır? Cənabət halında qılınan namazlar, qəza olunmalıdırmı?
    7148 Nizamlar hüquq və əhkam 2011/06/18
    Sizin sualınız əslində üç hissəyə bölünür və onlara ayrıca cavab veririk: Spermanın əlamətləri hansılardır? Və nə zaman pollyusiya kişidə baş verir? Əgər spermanın xaric olmasına yəqin etsək, bunun hökmü nədir?

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    100995 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    76674 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    55393 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    36826 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    28674 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21592 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20707 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19220 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19158 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    17860 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər