Ətraflı axtarış
Baxanların
7402
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Yerdə və göydə Allahın qüdrət nişanələri hansılardır?
Sual
Yerdə və asimanda Allahın qüdrət nişanələrindən bəzilərini bəyan edin.
Qısa cavab

Asiman, yer və bu ikisində olan hər bir şey və ümumiyyətlə vücud aləmində olan şeylərin hamısı Allahın qüdrət nişanələrindəndir. Bu nişanələr o qədər çoxdur ki, heç kəs onları sayıb qurtara bilməz. Qurani-Kərim insanları dəfələrlə bu ayələri müşahidə etməyə çağırmışdır. Kəhkəşanların, müxtəlif günəş sistemlərinin, göy cisimləri və onlarda olan qəribə varlıqların sayı, həddi-hüdudu, o cümlədən buludların toqquşması, ildırım və şimşəyin əmələ gəlməsi və s. (insanlar üçün) həddindən artıq faydalara malikdir. “Varlıq aləminin ən mürəkkəb quruluşlu varlığı” olan insanın xilqəti, bal arısının mürəkkəb həyatı və s. hamısı Allah-taalanın varlıq, elm, hikmət və qüdrətinin yalnız cüzi nişanələridir.

Ətreaflı cavab

Yerdə, göydə və onların arasında olan hər bir şey, bütün nemətlər və s. Allah-taalanın qüdrət nişanələridir. Mövcud olan hər bir şey Onun elm və qüdrət nişanəsindən başqa bir şey deyildir. Heç kəs bu nemətləri sayıb qurtara bilməz. Allah-taala Qurani-Kərimdə dəfələrlə insanı bu nişanələr barəsində təfəkkürə dəvət etmişdir. Biz burada həmin nişanələrdən bəzilərini qeyd edirik:

1. Asimanda və yerdə Allahın nişanələri:

Bir çox ayələrdə, o cümlədən: “Ali-İmran”, 19, “Bəqərə” 164, “Rum” 22, “Casiyə” 3, “Ənkəbut” 44 və 61, “Yunis” 3, “Ğafir” 57, “Zariyat” 47-48, “Ənbiya” 32, “Rəd” 2 və s. asimanda və yerdə olan ilahi qüdrət nişanələrinə işarə edir. Göy cisimləri və nəhəng kəhkəşanlar, onların həcmi və saysız-hesabsız olması Allahın sonsuz qüdrət nişanələrinə dair aşkar dəlildir. Bu əzəmət nişanələrinin bəzi cüzi hissələrinə işarə edirik:

Heç kəs asiman və kəhkəşanların hansı miqyasda və nə qədər geniş olduğunu bilmir. Bizim yaşadığımız kəhkəşan sonsuz kəhkəşan silsiləsinin cüzi bir hissəsidir. O kəhkəşanlardan biri də Andromdadır ki, bir çox xüsusiyyətlərində Ağ yola bənzəyir. Onun bizimlə fasiləsi 20 milyard-milyard km-dir. Ağ yol ağlasığmaz dərəcədə sürətlə ona tərəf hərəkət edir, lakin onların toqquşmasına əsla ehtimal verilmir. Çünki iki kəhkəşanın bu sürətlə hərəkət edib bir-birinə çatması aşağısı 75 milyon əsr çəkəcəkdir.[1] Bizim kəhkəşandakı Günəş Yer kürəsindən bir milyon dəfə böyükdür. Burada asimanların əzəməti ilə əlaqədar Palorma rəsədxanasının verdiyi raporta diqqət yetirək:

“Rəsədxananın böyük teleskopu ixtira olunmazdan qabaq bizim nəzərimizə çatan dünyanın əhatəsi 500 illik işıq yolu qədər idi (işıq saniyədə 300 min km yol qət edir, yəni bir dəqiqədə 18 milyon km yol gedir), lakin bu teleskop bizim nəzərimizdə dünyanın genişliyini min-milyonlarla işıq ilinə çatdırdı, nəticədə milyonlarla yeni kəhkəşan kəşf edildi. Şübhəsiz, onların arxasında yüz milyonlarla digər kəhkəşanlar da vardır. Bizim nəzərimizə görə bu əzəmətli dünyandan başqa (biz onun müqabilində kiçik bir zərrədən başqa bir şey deyilik) daha böyük və əzəmətli bir dünya da vardır.”[2]

Amma Yer kürəsinə gəldikdə isə, alimlər təqribən bir əsr bundan qabaq sübut etmişlər ki, biz onun üzərində istiqamətləri müxtəlif olmaqla yeddi növ hərəkətlə hərəkət edirik! Hal-hazırda sükunətdə (hərəkətsiz) olduğunuzu güman etdiyiniz zaman bir-biri ilə müxtəlif olan aşağısı yeddi cəhətdə hərəkət edirsiniz. Siz elə böyük  sürətlə hərəkətdəsiniz ki, bəzən saatda 1800000 kilometrə çatır. Bu hərəkətlərdən biri Fransa alimi Fokonun kəşf etdiyidir: “Yer öz oxu ətrafında 1300 km/saat sürətlə fırlanır.” Lakin bu, Yer kürəsinin Günəşin ətrafındakı fırlanma sürəti ilə müqayisədə çox cüzidir. Astronomlar inanırlar ki, Yer kürəsi 110000 km/saat və 30 km/saniyə sürətlə irəliləyir. Buna əsasən, biz hər gün ərzində bu istiqamətdə 2600000 km hərəkət edirik. Valideyn uşağın birinci dəfə ad gününü keçirən zaman o uşaq bu istiqamətdə 950 milyon km yol getmiş olur. 70 yaşılı insan ömrü boyu 75 milyard km, yəni bu istiqamətdə Günəş sisteminin trayektoriyasından beş qat artıq məsafəni qət etmiş olur.[3] Lakin bu qədər məsafədəki hərəkətimizi əsla hiss etmirik. Allah-taala dəfələrlə həyatın davam etməsi, bəşər nəslinin qalması üçün Yerin (zahirdə) aram görünməsinə işarə etmişdir.[4] Görəsən, bir-biri ilə müxtəlif olan istiqamətlərdə bu qədər hərəkətlə eyni zamanda Yer kürəsinin aram və əmin-amanlıq məkanı olması Allah-taalanın qüdrətinə dair qəti bir dəlil deyildirmi?!

2. İldırım və şimşəyin yaranmasında Allahın qüdrət nişanələri

“Rum” 24, “Rəd” 12-13 kimi bir çox ayələrdə bəzən qorxu, bəzən isə ümidlə yanaşı olan bir nişanəyə işarə edilmişdir – ildırım vuracağından qorxu, rəhmət yağışı yağacağına dair ümid.

Quran buyurur: “Həqiqətən ildırım Allaha təsbih deyir və Onu tərifləyir.” Alimlərin nəzərinə əsasən, bəzən biri müsbət, digəri isə mənfi yükə malik olan iki buludun toqquşmasından yaranan ildırım zamanı elektrik cərəyanı icad olunur. Bu elektrik cərəyanı bəzi hallarda buludla yerin təmasından əmələ gəlir. Yəni buludlarda müsbət elektrik yükü vardır, Yer kürəsi ilə mənfi elektrik yükünə malikdir. Bulud yerə yaxınlaşanda əvvəlcə qığılcım hasil olur ki, bundan da son dərəcə yüksək hərarət (enerji) əmələ gəlir. Hər bir şeyə dəydikdə onu yandırıb külə çevirir. İldırımın baş vermə müddəti bəzən saniyənin onda biri, bəzən yüzdə biri qədər olsa da, ondan yaranan hərarət 15000 dərəcəyə çatır. Bu da çox ağır təhlükələr yarada bilər. (Halbuki Günəşin səthindəki temperatur yalnız 8 min dərəcədir.)[5]

Bu izahla Quran ayələrində işarə olunan ildırımın təhlükələri və ondan yaranan qorxu aydın olur.

İldırım Allahın böyük nişanələrindən biri olmaqla eyni zamanda çoxlu xeyir-bərəkətləri və faydaları da vardır:

a) Suvarma:

“İldırım adətən çox yüksək, hətta bəzən 15 min dərəcəyə çatan temperatur yaradır, bu hərarət ətrafdakı havanı çox qızdıra bilər və nəticədə havanın (atmosfer) təzyiqi azalar. Bildiyimiz kimi, atmosfer təzyiqi az olan yerlərdə buludlardan yağış yağmaya başlayır. Buna görə də əksər hallarda ildırım çaxandan sonra iri dənəli yağış yağmağa başlayır. Həqiqətdə ildırımın bərəkətlərindən biri də böyük ərazilərin suvarılmasıdır.”[6]

b) Dezinfeksiya

“İldırımda belə hərarətlər yaranan zaman yağış dənələri əlavə oksigen ilə tərkib tapır və ağır su – H2O2 əmələ gəlir. Bu, mikrobların məhv edilməsində faydalıdır. Buna görə xəstəxanalarda yaraların yuyulması üçün bu sudan istifadə olunur. Əlavə oksigenə malik olan yağış yağanda bitkilərdəki xəstəlikləri (mikrobları) yuyub aradan aparır və həqiqətdə onları dezinfeksiya edir. Buna görə də demişlər ki, hər il ildırım az olarsa, bitkilərdə xəstəlik çoxalar.”

3. İnsanın xilqətində olan ilahi qüdrət nişanələri

Bir çox ayələrdə, o cümlədən, “Rum” 20, “İnsan” 2, “Muminun” 12 və 13, “Əlif-lam-mim Səcdə” 6-9, “Casiyə” 4 və sair ayələrdə insanın xilqətindəki Allahın nişanələrinə işarə edilmişdir.

Hal-hazırda həyatın yaranması və ibtidai – birhüceyrəli varlıqların inkişafı alimlərin təəccübünə səbəb olmuşdur. Ölü və ruhsuz torpaqdan bu qədər sirli, heyrətəngiz və sonsuz hüceyrələrə malik olan mürəkkəb varlığın yaranması necə də qəribədir?!

Hal-hazırda insanın ən kiçik bədən üzvü dəqiq, elmi və ixtisaslı şəkildə araşdırılır, lakin yenə də həddindən artıq naməlum şeylər qalmışdır. Kiçik bir üzv olan gözün quruluşunu öyrənmək, xəstəliklərinin növünü təyin və ya müalicə etmək üçün nə qədər ixtisasa ehtiyac duyulduğunu bilə-bilə, onları yaratmaq üçün əsla  elm və əqlin lazım olmadığına bir kəs inana bilərmi?!

İnsan bədəni on milyon milyard hüceyrədən təşkil olunmuşdur. Hər bir hüceyrəni minlərlə zavod-fabriki olan bir şəhərə oxşatmaq olar: bu kiçik laboratoriya mühitində qida maddələri insan bədəninə lazım olan maddəyə çevrilir. Bəşərin ixtira etdiyi ən böyük modern sənaye cihazları bu kiçik “zavod”la müqayisə oluna bilməz!

4. Bal arısının quruluşunda Allahın nişanələri

Bal arısının həyatı ilahi qüdrət nişanələrindən biridir. Onun istehsal etdiyi məhsul Quranda “şəfa” adlandırılan baldır. Allah-taala bal arısının həyatı və işi ilə əlaqədar buyurur: “Pərvərdigarın bal arısına vəhy etdi ki, dağlardan, ağaclardan və camaatın düzəltdiyi talvarlardan özünə ev seçsin. Belə isə, bütün meyvələrdən ye və Pərvərdigarının yolunu sənə təyin etdiyi şəkildə qət elə. Onun qarnından xüsusi içməlilər (bal) xaric olur, o çox rəngarəngdir və onda insanlar üçün şəfa vardır. Bu məsələ təfəkkür əhli olan insanlar üçün Allahın qüdrətinə dair aydın bir nişanədir.”[7]

Bəli, hal-hazırda bal arısının sirlərlə dolu həyatı yalnız bu ilahi vəhy ilə izah oluna bilər. Məşhur alim Moris Metrlinq yazır: “Biz bilmirik ki, bal arısının həyatında olan qanunlar və nizamlar haradan və necə qoyulmuşdur. Təvəqqemiz budur ki, bəlkə bir gün onun sirrini kəşf edək, bu qayda-qanunları qoyan şəxsi tanıyaq. Bir sözlə, biz “arılar ölkəsinin” qanunlarının hansı Şura Məclisində qəbul edilməsini, onun icrasına və müəyyən gündə hərəkətinə dair harada və kim tərəfindən qərar çıxarılmasını bilmirik.”[8]

Alimlərdən biri bal arısının şan üzərində düzəltdiyi (altı bucaq şəkilli) deşiyin dibinin bucaqlarını ölçdü, gördü ki, onun böyük bucağı 109 dərəcə 28 dəqiqədən ibarətdir. Sonra bu məsələni Kinek adlı böyük alman mühəndisinə belə bir sual şəkilində göndərdi: “Əgər bir nəfər minimum tikinti materialı ilə ən böyük həcmə və tutuma malik olan üç ellipsvari romb səthindən ibarət olan bir pramida tipli ev qurumaq istəsə, onun bucaqları nə qədər olmalıdır?” O diferensial hesablaması ilə bu məsələni həll edib cavabında yazdı: “109 dərəcə 26 dəqiqə.” Kinek bu sualın bal arısının qurduğu evə aid olduğunu bilmədən hesablamışdı, onun bal arısının evi ilə əlaqədar tapdığı cavab yalnız iki dəqiqə fərqi var idi.

Ondan sonra Mag Luzen adlı bir mühəndis daha dəqiq hesablama apardıqdan sonra başa düşdü ki, fərqli olan o iki dəqiqə birinci mühəndisin cavabı yuvarlaq şəkildə dediyi üçün alınmışdır və həqiqi cavab bal arısının evində olandır.[9]

Bu kimi sonsuz dəlil-sübutlar yenilməz qüdrətə sahib olan yeganə Xaliqin varlığına, elm və qüdrətinə dəlil deyildirmi?! Yaradılış aləmində bundan əlavə minlərlə digər sirlər də vardır. Onların sadəcə birində təfəkkür etmək hər bir məntiqli insanı Allahın sonsuz qüdrətinə doğru hidayət elə bilər. Əgər insan bəsirət gözünü açsa, aləm zərrələrinin hər birində Onun qüdrət nişanələrini hiss edə bilər. Bu qədər qayda-qanunlar, qəribə, heyrətəngiz və mürəkkəb quruluşlar elm və qüdrətli Xaliq olmadan təsadüfi olaraq vücuda gələ bilərmi?! Məgər bunlar çox qüdrətli bir Xaliqdən hekayət etmirmi?!

Bəli, bu aləmin bütün zərrələri Allahın vücud, elm və qüdrət nişanələrindən ibarətdir. Sadəcə bu şeylərdə diqqət yetirə bilən bəsirətli göz istəyir! Baba Tahirin dediyi kimi:

Be dərya bengərəm dərya to binəm,

Be səhra bengərəm səhra to binəm,

Be hər ca bengərəm kuho dərro dəşt

Nişan əz qaməti rəna to binəm

Dəryaya baxanda Səni görürəm

Səhraya baxanda Səni görürəm

Hər yerə baxanda: dağa, dərəyə, səhraya

Rəna qamətindən nişan görürəm.



[1] “Dairətul-məarife no” (Yeni Ensiklopediya), Səidiyan, səh. 1557

[2] “Fəza” jurnalı, 56-cı nömrə, 1351-ci ilin fərvərdin ayı, “Pəyami Quran” kitabından nəqlən: 2-ci cild səh. 177

[3] “Dairətul-məarifi nov”, səh. 1558

[4] “Nəbə” surəsi, ayə: 6

[5] “Ecazul-Quran”, səh. 78; “Pəyami Quran”, Ayətullah Nasir Məkarim Şirazi, 2-ci cild, səh. 264, xülasə şəkildə

[6] “Pəyami Quran”, Məkarim Şirazi, 2-ci cild, səh. 265, xülasə ilə

[7] “Nəhl” surəsi, ayə: 68-69

[8] “Bal arısı”, Metrlinq, səh. 35-36, “Pəyami Quran”, səh. 387-dən nəqlən

[9] Əbul-Fütuh Razinin (rəhmətullah əleyh) təfsiri, mərhum Şəraninin vərəqaltı haşiyəsi ilə, 7-ci cild, səh. 123; “Pəyami Quran” təfsiri, 2-ci cild, səh. 388

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154904 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117738 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109671 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98764 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91284 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45184 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43704 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42862 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...