Baxanların
3306
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Şeytanın İmam Əli (ə)- a nisbət dostluq və əlaqəsi vardımı?
Sual
Şeytanın Əmirəl- möminin Əliyə (ə) əlaqəsi barədə bu bəyanla rəvayət söylənibdir: Bir gün o Həzrət (ə) Şeytana dedi: Ey Əbul- haris! Öz qiyamətin üçün bir şey hazırlamısanmı? Şeytan dedi: Ya Əli! Sənin dostluq və məhəbbətini. Və buna oxşar rəvayətlər. Şeytanın Əmirəl- mömininə olan bu əlaqəsi və məhəbbəti düzdürmü?
Qısa cavab

Təhqiq və axtarışlara əsasən hədisi mənbələrdə, hətta irfani kitablarda böyük ariflərdən eşq və məhəbbətə aid olan bəhslərdə, şeytanın İmam Əliyə (ə) sualda qeyd olunan ibarətlə əlaqəsi barədə rəvayət tapılmadı. Əlbəttə rəvayətlər vardır, amma o rəvayətlərdə Şeytanın yolunu azmasına işarə olunub. Həmçinin İmam Baqirdən (ə) rəvayət olunan hədisə əsasən İblisin, Əliyə (ə) nisbət dostluğu və İmanı zahiri olub və ürəkdə kafir olub.

Ətreaflı cavab
  1. Təhqiq və axtarışlara əsasən hədisi mənbələrdə, hətta irfani kitablarda böyük ariflərdən eşq və məhəbbətə aid olan bəhslərdə, şeytanın İmam Əliyə (ə) sualda qeyd olunan ibarətlə əlaqəsi barədə rəvayət tapılmadı.
  2. Hədisi kitablardan bəzisində həzrət Adəmin (ə) yaradılışından əvvəl Şeytanın, İmam Əlinin (ə) əzəmətindən xəbər verməsi və onun Əliyə (ə) olan imanı və dostluğu barədə rəvayətlər vardır.[1] Amma o rəvayətlərdə Şeytanın yolunu azmasına işarə olunub və həmçinin İmam Baqirdən rəvayət olunan hədisə əsasən İblisin, Əliyə (ə) nisbət imanı və dostluğu zahiri olub və ürəkdə kafir olub. [2]
  3. Bu həqiqəti qəbul etmək lazımdır ki, Qurani kərim və rəvayətlərin izahjına əsasən iblis, Allah dərgahına yaxın mələk idi.Adəmə (ə) səcdə etmək əmrindən boyun qaçırtdı, İlahi dərgahından qovuldu və əbədi lənət və danlağa məruz qaldı. And içdi ki, "muxləslərdən" başqa insanların hamısını azqınlığa tərəf çəkə.[3] Bu varlıq və məlunluğu şəriət əhli ilə həqiqət yolunun yolçuları qəti bir əmr kimi qəbul edir və şübhəsiz bu məsələdə müttəfiqdirlər.
  4. Məhəbbətin mərtəbələri vardır. Şeytan, insanın yaranışından qbaq uzun müddət Allaha ibadət edib və təbiətən Allahın dostu olub, amma bu dostluq üçün Allahın qərar vediyi imtahanda qovulub və Allahın lənətindən başqa bir şey onun qisməti olmayıb. Amma həqiqi aşiq o kəsdir ki, məşuqunun sevdiyi hər bir şeyə eşq və məhəbbəti ola.

Buna əsasən necə ki, Şeytan, insanın yaranışından əvvəl Allahla dostluğ nisbət müəyyən bir ali dərəcəyə malik olub, qovulandan sonra da Allah və onun dostlarına nisbət dostluğun ən aşağı dərəcəsindən bəhrələnib. Onun bu miqdar dostluğunun nifaq və əməli ilə heç bir ziddiyyəti yoxdur; çünki onun təkəbbür və həsədi səbəb oldu ki, Allahın əmrindən boyun qaçıra.

Misal olaraq demək olar ki, çox yerlərdə görürük ki, şəxsin təkəbbür və özünü istəməyi vadar edir ki, ədalətli insanla çəkişməyə və döyüşə. Bununla birgə o, öz daxilində düşməninin bəyənilmiş sifətlərini tərifə layiq bilir və onun dostluğundan bir növ qəlbində qərar tutmiş olur. Amma bu dostluğun arxasınca əməli nəticə olmadığı üçün onu həqiqi və vaqei fikirləşmək olmaz.

Şeytanın İmam Əliyə (ə) nisbət dostluğuna aid rəvayətləri qeyd etmək fərzi ilə o dostluğu dəyərləndirmə yerində qərar vermək olar.

Bilməyiniz maraqlıdır ki, Əmirəl- mömininin (ə) ən böyük düşmənlərindən sayılan Müaviyə, o həzrətin (ə) şəhadəsindən sonra şiələrdən olan Ziran ibn Zümrədən istədi ki, İmamın (ə) ibadət halını onun üçün vəsf edə. O həzrətin (ə) fəzilətlərindən bəzisini eşidəndən sonra Müaviyənin gözlərində yaş cari oldu.[4] Bu icmali (müxtəsər) sözdən özün ətraflı hədis oxu.

Daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:

"Şeytanın yaranışının fəlsəfəsi", sual 11027 (sayt: 11151).

"Şeytanın praqram və hdəfləri", sual 12216 (sayt: 12198).

"Şeytan, boyunqaçırma və tövbə", sual 7270 (sayt: 7430).

 


[1] - Bu hədisin oxşarı: İmam Əli (ə) buyurur ki, mən Kəbənin yanında oturmuşdum. Birdən beli bükülmüş bir qocanı gördüm ki, yaşının çoxluğundan qaşları gözlərinin üstünə tökülmüş, əlinə əsa almış, başında qırmızı papaq və tükdən olan bir xələtlə gəldi. Peyğəmbərin (s) yanına getdi və arxası Kəbəyə olan halda dedi: Ya Rəsuləllah! Mənim bağışlanmağımı istə. Peyğəmbər (s) buyurdu: Ey qoca çalışmağının faydası yoxdur. O həzrət (s) bildi ki, gümrahdır (yolunu azandır). Elə ki, o qoca döndü və getdi, Peyğəmbər (s) mənə dedi: Ey əbəl- Həsən! Onu tanıyırsan? Dedim yox. Dedi: Bu lənətlənmiş İblisdir. Əli (ə) buyurdu: Onun dalınca qaçdım və ona çatdım. Onu yerə yıxdım, sinəsinin üstündə oturdum və boğmaq üçün boğazını sıxdır. Dedi: Ey əbəl- Həsən! Mənim müəyyən olunmuş vaxta kimi möhlətim var, məndən əl götür. Ey Əli! Allaha and olsun həqiqətən mən səni sevirəm. (Şeyx Səduq, Uyuni- əxbarir- ər- Rza (ə), cild 2, səh 72, Cahan nəşriyyatı, Tehran birinci çap, 1378 hicri qəməri; Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 27, səh 148 və 149 və cild 60, səh 244 və 245, Müəssisətul- vəfa, Beyrut, 1404 hicri qəməri).

[2] - Mazəndfərani, ibn Şərh Aşub, Əl- mənaqib, cild 2, səh 241 və 252, Əllamə nəşriyyatının müəssisəsi, Qum, 1379 hicri qəməri.

[3] - Müraciət et: Bəqərə surəsi, ayə 34- 36; Əraf surəsi, ayə 11- 16; Kəhf surəsi, ayə 50; İsra surəsi, ayə 62- 65; Hicr surəsi, ayə 30- 43.

[4] - Şeyx Səduq, Əl- amali, səh 624- 625, İslamiyyə, Tehran, 1362 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
    6605 Nizamlar hüquq və əhkam 2011/09/12
    Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət ...
  • Həzrət Zəhranın (salamullahi ələyha) şəxsiyyətinin hansı cəhətləri var?
    3631 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/04/21
    Həzrət Zəhranın (salamullahi ələyha) şəxsiyyətinin müxtəlif əzəmətli cəhətləri var ki, onu bütün genişliyi ilə yalnız, çox dərin təhqiqat, təfəkkür və araşdırmadan sonra ələ gətirmək olar. O Həzrətin mənəviyyat və ilahiyyat sahəsindəki elm, rəftar, əxlaq və siyasi mübarizələri araşdırmaqla hədəfimizə çata bilərik. Şiə və sünnü alimlərinin kitablarının təsdiqinə ...
  • Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər?
    5328 Təzə kəlam 2012/03/14
    Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu dörd səbəbdən daha artıq məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz. ...
  • Ələm və fələləm- in mənası nədir?
    5064 Nizamlar hüquq və əhkam 2011/04/14
    Əl- eləm və fələləm fiqh terminidir ki, müctəhidliyin şərtləri bəhsində işlənir. Və "alim və başqasından daha elmli" deməkdir. Bildiyimiz kimi müctəhidin şəraitlərindən biri də onun ələm olmasıdır; yəni başqa alimlərdən daha elmli olmalıdır. (Bu cür müctəhiddən təqlid olunması lazımdır). Əgər bu müctəhidin müəyyən bir məsələdə fətvası olan müctəhiddən təqlid ...
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    3160 سرنوشت حدیث 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    5436 تاريخ بزرگان 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...
  • İnsi- şeytan nədir?
    4997 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İmam Zamının həyat yoldaşı və övladı varmı?
    3503 Qədim kəlam 2011/06/25
    İmamZamanın (əc) həyatyoldaşıvəövladınınolmasıehtimalolunurvə həmçinin, Həzrətinqeybdə
  • Sair bəndələr arasında peyğəmbərlərin və imamların seçilməsinin dəlili nədir?
    3503 Qədim kəlam 2011/11/24
    “Ümumi nübüvvət” dəlillərinə əsasən, Allah-taala bəşəriyyəti hidayət etmək üçün onların öz növündən olan müəyyən insanları seçir ki, örnək, xəlifə və hidayətçi olsunlar. Bu seçki əsla təsadüfi, əsasız və dəlilsiz deyildir.İzah: “İlahi xilafət məqamı”na nail olmaq istedadı və qabiliyyəti hamının batinində və təbiətində qoyulsa da, bütün insanlarda zühur ərsəsinə ...
  • O ki, deyirik insan ölməklə Allaha doğru qayıdır; yəni nə qədər ki, diridir Allahdan uzaqdır?
    2913 Qədim kəlam 2012/03/11
    Allaha doğru qayıtmaq, o cür ki, Quranın bəzi ayələrində ona işarə olunmuşdur, Allaha doğru qayıtmaq və ona yaxın olmaq əsl öz mənasında deyil və ona yaxın olmaq maddə cəhətindən təsəvvür olunmur. O ayələr ki, insanın ölümünə işarə edir, bunu açıqlayır ki, öldükdən sonra Allaha tərəf ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104694 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79788 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57640 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40082 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30703 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22196 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    22032 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21830 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20303 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20050 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...