Baxanların
4425
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
İslam nöqtey- nəzərində təbliğin meyar və metodları nədir? Klassik (sünnəti) metodlardan istifadə etmək vacibdirmi?
Sual
Quran ayələrinə və Quran mədəniyyətinə əsasən insanların təbliğ və tərbiyəsi necə olmalıdır?
Qısa cavab

Dini cəhətdən təbliğ və rabitələr əxlaq üzərində qurulmalıdır. İslam təlimlərində bu barədə çoxlu tövsiyələr edilmişdir ki, hədəfə çatmaq üçün bu metodları bizim ixtiyarımıza buraxmışdır. Baxmayaraq ki, peyğəmbər və İlahi övliyalar öz zamanlarına uyğun. Adi və klassik təbliğ metodlarından istifadə etmişlər, amma bu nöqtəyə diqqət etmək lazımdır ki, zamanla bəşəriyyətin inkişafına uyğun digər metodları peyğəmbərin rəvtar və metodlarından hesab etmək olmaz. Buna görə tənliğlə əlaqədar dini təlimləri, əlaqələrin vasitələrindən danışmazdan önca, əlaqə yaratmağın hədəf və məqsədindən danışmaq və hədəf və məqsədin vasitə və zamandan əsılı olduğunu bilmək lazımdır. Ətraflı cavabda daha çox bu nöqtəyə diqqət edəcəyik.

Ətreaflı cavab

Bir xəbər yaxud bildiriş çatdırıldığı, şəxs biliklər və təcrübələr və bir qrup digərini öyrətdiyi zaman və s təbliğ adlı proses yaranır.

Müasir zamanda kompyuter və internet şəbəkələrinin inkişaf etməsi ilə “rabitələr elmi” təbliğdə daha çox rol oynamağa başlamışdır. Həqiqətdə təbliği yalnız şəxsi hünərlərdən aslı olduğuu hesab etmək olmaz. Bu şəxsi hünər müasir elmlə əvəz edilmişdir.

Dini rabitə və təliğ bugünki dünyada, yeni müasir elmdə necə olması barəsində suallar meydana çıxmışdır. İslamın təbliğini istər könüllü istər də könülsüz həyatımıza daxil olmuş yeni rabitə modeli ilə eyniləşdirmək olarmı?

Sualın cavabında əvvəl klassik təbliğlə islami təbliğin arasında əlaqə müəyyən rdilməlidir. Bəlkə İslamın əvvəllərində əməl edilən hər növ metod və vasitəni İslamın sünnəti hesab edilə bilməsinə güman edə bilərlər. Başqa sözlə əgər o zamanlar təbliğ natiqlər vasitəsilə həyata keçirilirdisə minbər və çıxış rabitələr metodunun vaciblərindən hesab olunacaqdır ki, bunu digər fərqli metodlarla birlikdə dinə aid hesab etmək olar və din var olana qədər bu metoddan üz döndərmək olmaz! Bəlkə də İslam metodları ilə müasir metodların arasında uyğunluq yaratmaq istəyi bəzilərini belə nəticə çıxarmaqa məcbur etmişdir. Amma həqiqət nədir?

İslam mənbələrindən belə nəticəyə gəlmək olar ki, təbliğ metodları zamanın şərtlərinə uyğun olmuş və heç bir istemarçılıq və zorakılıq yoxdur. Burada mühüm təbliğ və əlaqənin hansı məqsədlə aparıldığıdır.

Şübhəsiz dinin gətiriciləri cəmiyyətlə əlaqədə olmadan, onu yaymağa imkanları yox idi və təbbi idi ki, öz dövrlərinin bütün imkanlarından istifadə etməliydilər. Amma zamana bağlı əlaqə metodlarını dininin sünnətindən hesab etməmliyik ki, onu istifadə etməmək yeni icazə tələb etsin. Aydındır ki, rabitə vasitələrin dəyişilməsi tarix boyu sabit olmuş məlumat çatdırmaq üçün məqsədləri dəyişdirə bilməz. Məlumatlandırma insanların maddi və mənəvi inkişafı hədəfində ola bilər və həmçinin şəxsiyyətlərin pozulması, ixtilafların yaradılması və s məqsədi ilə də istifadə edilməsi mümükndür. Burada rabitə vasitəsinin növünün istər müsbət istərsə də mənfi işlərdə təsiri yoxdur. Buna görə Qurani Kərimdə və digər İslam mənbələrində təbliğ vasitələrində az danışılmış və həmişə hədəflərin və yüksək əxlaqi keyfiyyətlərin xeyrinə rabitənin və təbliğin  mühüm hesab edilməsi üçün işlər önə çəkilmişdir. 

Aşağıda heç bir vasitədən asılı olmayan bəzi dini təlimləri bəyan edirik:

1. Əvvəla, özümüzü düzəltməli və özümüzün bağlı olmadığımız işləri digərlərindən istəməyək! Bu barədə Quran bizə müraciət etmiş və belə buyurur: A) Ey iman gətirən kəslər! Özünüzün əməl etmədiyiniz işləri, nə üçün dilinizə gətirirsiniz?! Belə rəftar Pərvərdigarınız tərəfindən böyk qəzəbə səbəb olar. [1] B) Məgər insanları yaxşılığa dəvət edib, özünü yaddan çıxarırsan?![2]

2. Dinləyicilərinizlə söhbət zamanı ən gözəl metoddan istifadə edin. Çünki “insanlarla gözəl söhbət etmək”  Pərvərdigarın əmridir. [3]

3. Təbl dinləyicilər üçün həmişə ürəyi yanan və gələcəyə baxan olmalıdır. Yoxsa, təsirli olmayacaqdır. Peyğəmbərlərin sözləri həmişə bu olmuşdur ki, biz Pərvərdigarın xəbərini sizə çatdırdıq və sizə ürəyimiz yanır.[4]

4. Burada mühüm rabitə vasitəsi deyil, rabitənin əsasının olmasıdır. İmam Sadiq (ə) bu barədə belə buyurur: Dostlar bir məntəqədə yaşayan zaman bir- birlərini görməyə getməlidirlər və əgər uzaqda yaşayarlarsa bir- birlər ilə məktubla əlaqələrini davam etdirsinlər. [5]

5. Məlumat çatdırma məcburi deyil. Bəzən daha mühüm məsələlər bizi məlumatı şatdırmaqdan yayındıra bilər. Pərvərdigar mnafiqlərə belə qəzəb edir: “Onlara əmin- amanlıq və ya qorxu xəbəri gəldikdə (düşünmədən) dərhal onu yayarlar.”[6]

6. Rabitə dünyasında iş görənlərin əmniyyəti çox mühümdür. Bu olmadan öz vəzifəsinə yaxşı əməl edə bilməz. Allah taala bu barədə belə buyurur: “Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır.”[7]

7. Bütün rabitələrdə tez təsirin intizarında olunmamalıdır. Bəzən uun müddətli və orta müddətli təsirləri də hədəf etmək olmaq lazımdır. Nuh peyğəmbər min ilə yaxın təbliğ etdi və nəticədə çox az sayda ardıcılları oldu.[8]

8. İmanlı şəxslərin arasında olan rabitələrdə, imkan daxilində əmr formasından çıxmaq lazımdır ki, bir tərəf digər tərəfə öz əqidəsini çatdıra bilsin. İslam cəmiyyətində bütün yaxşı əməl sahiblərinin ideyası dostcasınadır [9] və bir- birlərini həqiqətə və səbrə çağırırlar.[10] Elə buna görədir ki, ən yaxşı ümmətlərdən hesab olunurlar.[11]

9. Bununla, imanlı şəxslər dini anlayışlarda daha da dərindən biliklənməli, məzhəbi ixtisaslı rol oynayaraq digərlərini öz öyrəndiklərindən faydalandırmalıdır. [12] Təbliğ ixtisaslı qrupların yaradılması da Quranın mövzularındandır.[13]

10. Bir çox təbliğlərdə dinləyiciləri öz əqidən barəsində razı salmaq və onları öz dinimizi qəbul etmək üçün məcbur etmək lazım deyil. Əməli şəkildə də bu mümkün deyil. Belə hallarda bizim vəzifəmiz digərlərini məlumatlandırmaqdır. Bundan sonra onların yollarının necə olması bizim əsl hədəfimizə xələl gətirmir. [14]

11. Təbliğ və məlumat çatdırmada hədəfləri dəyərləndirməliyik. Misal üçün, əgər təbliğdə intizar olunan insanların mal və canından üstün olarsa, özünü təhlükəyə salmaq olar və yolu tutmalı və Allahdan qeyrisindən qorxmamalıyıq. [15]Amma belə haldan savayı, hədəfimizin insanların mal və canının dəyərindən aşağı olarsa, öz qiymətli canımızı az dəyərli hədəfimizə qurban verməmliyik. [16]

12. Nümunə olmaq çox mühüm məsələlərdən biridir ki, təbliğatçıları öz hədəflərinə çatdıra bilər. Qurani Kərim böyük insanları nümunə kimi digərlərinə tanıtdırır. Peyğəçbər Əkrəm (s)[17], İbrahim (ə)[18], Fironun həyat yoldaşı Asiya[19], müqəddəs Məryəm[20] və s kimi böyük şəxsiyyətləri bizə nümunə göstərir.

İmam Sadiq (ə) da öz ardıcıllarına tövsiyə edir ki, öz inanclarını intiqal etməzdən öncə, əməlləriniz elə olmalıdır ki, insanları öz düzgün danışıınız, əmanətdar olmağınız, qonşularla uyğun rəftarınız və s ilə öznüzə cəlb edəsiniz.[21]

13. Rabitə və məlumat çatdırma dağıdıcı və dəyərsiz hədəflə yaxud da az dəyərli olarsa İslam tərəfindən təsidiq edilmir. Buna görə dini təlimlər cəmiyyətdə bədbinlik yaratmamalıdır. Digərlərinin şəxsi işlərində casusluq edərək və hətta onların narahat və əziyyət çəkəcəyinə səbəb olan şəxsi düzgün məlumatları belə başqalarına söyləmək olmaz.[22] Düzgün olmayan məlumatın da yayılması “töhmət” adlanır ki, böyk günahlardan hesab olunur.

14. Məlumat həqiqi ehtiyacı ödəməlidir. İnsanlar arasında yer dəyişən məlumatlar, onların maddi və mənəvi həyatlarında ya birbaşa müsbət təsirə malikdir ya da mühüm məlumat və nöqtələrdən ibarətdir ki, dinləyicilərin rəftarlarının islahı ilə nəticələnir, amma bəzən düzgün yaxud səhv məlumatın ötürülməsi vaxtın keçirilməsindən yaxud ömrün tələf edilməsindən savayı bir şey deyildir, faydası yoxdur və insanları daha mühüm işlərdən yayındırır. İnsanların həqiqi ehtiyaclarını ödəməyən və inhiraflara gətirib çıxaran belə  məlumatın ötürülməsi metodu İslam tərəfindən qəbul edilmir. [23]  

15. Məlumatın çatdırılması yaxud təbliğ iqtisadi məslək deyil. Təbiidir ki, təbliğ edən şəxslərin maddi ehtiyacları ödənilməlidir. Amma diqqət etmək lazımdır ki, islam nöqtey- nəzərindən təbliğə maddi vəziyyətini yüksəldən digər məsləklər kimi baxmaq olmaz. Bundan əlavə təbliğə jurnalist baxışı kimi baxmaq olmaz ki, dinləyiciləri hər nəyin bahasına olursa –olsun özünə çəkməyə çalışır.

Peyğəmbərlər öz təbliğləri üçün heç zaman muzd tələb etməmişlər. [24] Amma insanların öz istəkləri ilə verdikləri hədiyyələri də rədd etmirdilər. [25] Bu məlumatlardan sonra belə nəticəyə gəlmək olar ki, din təbliğ metodlarını müasir metodlardan ayrı təsəvvür etmək düzgün detyil və bunların arasında sülhün yaradılması fikrində də olmamalıyıq.

Doğrudur, psixoloji nöqtey- nəzərindən təbliği müxtəlif cəmiyyətlərdə öz təsiri ilə müxtəlif, sünnəti və müasir metodlar kimi müqaisə etmək olar. Amma diqqət etmək lazımdır ki, dini təbliğ ümumi təlimlərin təsiri altın da düşə bilər ki, hər iki sünnəti və müasir metoda uyğunlaşmaq qabiliyyətinə malikdir.

 


[1] - Səff surəsi, ayə 2 və 3.

[2] - Bəqərə surəsi, ayə 44.

[3] - Bəqərə sutəsi, 83.

[4] - Eraf surəsi, ayə 62, 68, 79, 93 və s..

[5] - Kuleyni, Muhəmməd bin Yaqub, kafi, cild 2, səh 670, h 1, İslamiyyə, Tehran, 1362 h.ş. ikinci çap.

[6] - Nisa surəsi, ayə 83.

[7] - Tövbə surəsi, ayə 6.

[8] - Ənkəbut surəsi, 14, Hud surəsi, 40.

[9] - Tövbə surəsi, ayə 71.

[10] - Əsr surəsi, ayə 3.

[11] - Al- İmran surəsi, ayə 110.

[12] - Tövbə surəsi, ayə 122.

[13] - Al- İmran surəsi, ayə 104.

[14] - Nisa surəsi, 80, Ənam surəsi, ayə 104 və 107. Şura surəsi, ayə 48 və s...

[15] - Əhzab surəsi, 39.

[16] - Al- İmran surəsi, 28.

[17] - Əhzab surəsi, ayə 21.

[18] - Mumtəhinə surəsi, ayə 4.

[19] - Təhrim surəsi, ayə 11.

[20] - Həmin, ayə 12.

[21] - Kafi, cild 2, səh 77. İslamiyyə, 1362 h.ş.

«عَلَيْكَ بِتَقْوَى اللَّهِ وَ الْوَرَعِ وَ الِاجْتِهَادِ وَ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ وَ حُسْنِ الْخُلُقِ وَ حُسْنِ الْجِوَارِ وَ كُونُوا دُعَاةً إِلَى أَنْفُسِكُمْ بِغَيْرِ ِ أَلْسِنَتِكُم»

[22] - Hucurat surəsi, ayə 12. Əlbəttə axırıncı məsələ “qeybət” adlanır. Digər yerdə bəhs edilməlidir.

[23] - Loğman surəsi, ayə 6.

[24] - Ənam surəsi, ayə 90, Hud surəsi, ayə 51. Qələm surəsi, ayə 46 və s.

[25] - Şeyx Səduq, mən la yəhsurul fəqih, cild 4, səh 299, h 4070, camee müdərrisin, Qum, 1404. h.q.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104635 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79742 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57584 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40008 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30676 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22186 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    21937 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21817 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20279 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20036 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...