Baxanların
4017
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında olan şəhidlərin neçəsi Peyğəmbər səhabəsi idi?
Sual
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında iştirak edən şəhidlərdən neçəsi Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi idi?
Qısa cavab

Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir və Əbdullah ibni Yəqtər.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam) hicrətin 61-ci ilində qiyam etmişdi. Buna diqqət yetirməklə Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bəzilərinin imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri arasında olması uzaq ehtimal deyildir. Çünki imam Hüseyn (əleyhis-salam)-la bir yaşda olanlar, eləcə də ondan bir neçə yaş böyük olanlar Peyğəmbərin dövründə olmuşdular. Kərbəla hadisəsində onların altmışdan artıqdan yaşı var idi. O həzrətin səhabələri arasında Peyğəmbər səhabələrindən bir nəfər olmasaydı belə, Aşura qiyamının haqq olmasından heç bir şeyi azalmazdı. Çünki Aşura ilə Peyğəmbərin dövrü arasında uzun zaman fasiləsi olduğuna görə Peyğəmbər səhabələri əksərən ya dünyadan getmişdilər, ya da yaşları çox olduğuna görə müharibədə iştirak edə bilməzdilər. Bununla eyni zamanda imam Hüseyn (əleyhis-salam) köməkçiləri arasında olan və şəhadət məqamına çatan Peyğəmbər səhabələrindən bir neçəsinin adını qeyd edirik:

1. Ənəs ibni Hərəs Kahili

Səmavi “İbsarul-eyn fi ənsaril-Hüseyn (əleyhis-salam)” adlı kitabında onun adını Kərbəla şəhidlərinin içində qeyd etmişdir.[1] Mərhum Şeyx Tusi də onu həm Peyğəmbər səhabələri arasında,[2] həm də imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri sırasında olub şəhadətə çatanlardan biri kimi qeyd edir.[3] Bu Peyğəmbər səhabəsinin adını qeyd edərkən “o, imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhadət məqamında çatmışdır” deyə xatırladır. O elə böyük şəxsiyyətli və məşhur bir insan idi ki, Əllamə Möhsin Əminin “Ə’yanuş-şiə” kitabında qeyd etdiyinə əsasən[4] məşhur Əhli-beyt şairi Kümeyt ibni Zeyd öz şerlərində onun adını çəkir və deyir:

سوى عصبة فیهم حبیب معفر             قضى نحبه و الکاهلی مرمل

“O qrupdan başqa ki, Həbib onların içində idi, şəhadətə çatdı və Kahili qanına qəltan oldu.”

2. Həbib ibni Müzəhhər.[5]

O, həm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, həm də imam Əli (əleyhis-salam)-ın ən böyük səhabələrindən biri olmuş, hər üç müharibədə: Nəhrəvan, Cəməl və Siffeyn müharibələrində iştirak etmişdir.[6] Şeyx Tusi (rəhmətullahi əleyh) onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etməmişdir, amma onu imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın səhabələri sırasında qeyd edir.[7] Bəzi alimlər, o cümlədən “İbsarul-eyn” kitabının müəllifi onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etmiş və Kərbəlada şəhadət məqamına çatmasını demişdir.[8]

3. Müslim ibni Ovsəcə.

“İbsarul-eyn” kitabında onun adı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın səhabələri cərgəsində qeyd olunur.[9] Əllamə Möhsün Əmin də “Ə’yanuş-şiə” kitabında imam Hüseyn (əleyhis-salam)-ın səhabələrinin adını qeyd edərkən onu Peyğəmbərin səhabələrindən biri kimi qeyd etmişdir.[10]

4. Hani ibni Ürvə.

Kərbəlada şəhid olan Peyğəmbər səhabələrindən biri də Hani ibni Ürvədir. O Muradi qəbiləsinin ağsaqqalı və böyük şəxsiyyətli insanı idi və Əli (əleyhis-salam)-ın önündə hər üç müharibədə iştirak etmişdir.[11]

5. Əbdullah ibni Bəqtər (Yəqtər) Ümeyri.

Onun özü imam Hüseyn (əleyhis-salam)-ı süd qardaşı,[12] atası Bəqtər (Yəqtər) isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xidmətisi idi. O, imam Hüseyn (əleyhis-salam)-ın yazdığı bir məktubu Kufəyə Müslim ibni Əqilə aparmışdı. Sonralar tutulmuş və həmin yerdə də İbni Ziyadın (lənətullahi əlehy) vasitəsi ilə şəhadətə çatmışdı.[13]



[1] Səmavi, Məhəmməd ibni Tahir, “İbsarul-eyn fi ənsaril-Hüseyn”, Məhəmməd Cəfər Təbəsinin tədqiqi ilə, səh. 192, “İslami təhqiqat” mərkəzi, Qum, 1384-cü şəmsi il

[2] Tusi, Məhəmməd ibni Həsən, “Kitabur-rical”, səh. 21, “Heydəriyyə” nəşriyyatı, Nəcəf, 1381-ci qəməri il

[3] Yenə orada, səh. 99

[4] Amili, Möhsün Əmin, “Ə’yanuş-şiə”, 3-cü cild, səh. 500, “Darut-təarif”, Beyrut, 1406-cı qəməri il

[5] “Ə’yanuş-şiə” kitabının müəllifi Həbib ibni Məzahiri “Həbib ibni Müzəhhər” kimi qeyd və bu cür yazılışı daha səhih hesab edir. “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[6] Mühəddisi, Cavad, “Fərhəngi Aşura”, səh. 151, “Məruf” nəşriyyatı, Qum, 1381-ci şəmsi il

[7] “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[8] “İbsarul-eyn”, səh. 193

[9] Yenə orada

[10] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 612

[11] Mərhum Səmavi onun adını Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən biri kimi qeyd edir. Yaş baxımından Hani öz qəbiləsinin böyük şəxsiyyəti, şeyxi və ağsaqqalı olduğundan, habelə imam Hüseyn (əleyhis-salam)-dan bir neçə yaş böyük olduğuna görə Peyğəmbər səhabələrindən olması uzaq ehtimal deyildir. “Əbsarul-uns” surəsi, ayə: 192

[12] Ricali Tusi” səh. 103

[13] “Fərhəngi Aşura”, səh. 323. Rical kitablarında onun adı Peyğəmbər səhabələri cərgəsində qeyd olunmasa da, onun özünün imam Hüseyn (əleyhis-salam)-ın süd qardaşı və atasının Peyğəmbərin xidmətçisi olduğuna diqqət yetirməklə belə bir hadisənin baş verməsi uzaq ehtimal deyildir. Buna görə də “İbsarul-eyn” kitabında onun da adı Peyğəmbər səhabələrindən bir kimi qeyd olunmuşdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Sürmə çəkilmiş halda dəstəmaz və ya qüsl almaq olarmı?
    3393 Nizamlar hüquq və əhkam 2012/02/13
    Dəstəmaz və qüsl alarkən  dəstəmaz və qüsl üzvlərində suyun dəriyə çatmağına mane olacaq bir şey olmamalıdır. Buna görə də əgər sürmə təkcə gözün iç tərəfinə çəkilərsə, qüsl və dəstəmazın səhihliyinə heç bir zərər yetirmir. Amma əgər gözün ətrafına, yaxud qaşın yerinə çəkilsə, bu zaman baxmaq lazımdır ki, ...
  • Bəzi övliyaların, keçmişdə, indi və gələcəkdə olanlardan xəbərdar olmasından məqsəd nədir?
    5688 Qədim kəlam 2011/01/15
    İnsanın məlumatı müxtəlif yollardan insan üçün, yaranır. Bu yollardan biri, qeyblə əlaqədir ki, bunun özünün müxtəlif formaları var. və insanın əqli və ruhi böyüklüyünə və onun Allahın feyz mənbəyinə bağlılığına uyğun olaraq, fərqlənir və geniş və dar olur.İnsanlar adətən özlərini elm təhsilinin adi və təbii yolları çərçivəsində ...
  • İnsan Allahın sevimlisi necə ola bilər?
    3918 Əməli əxlaq 2011/03/06
    "Məhəbbət" "hubb" kəlməsindəndir və dostluq mənasınadır. Allahın bəndələrinə olan məhəbbəti ürfi mənanı daşımır. Çünki, ürfi məna nəfsin təsir altına düşməsidir ki, Allah ondan uzaqdır. Allahın bəndələrinə olan məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allah öz etdiyti işləri sevir. Yaratdıqları da onun etdiyi işin nəticəsi olduqlarına görə, onları da sevir. İlahi ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    15898 İzdivac xütbəsi 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
    2910 Təfsir 2012/04/18
    Allah Taala, müxtəlif ayələrdə Quranın möminlər üçün şəfa vəsiləsi olduğunu bildirmişdir.[1] Bir çox ayə və rəvayətlərdən və o cümlədən təfsirlərdən istifadə olunur ki, şəfadan məqsəd, çirkin əxlaqların məhv olunması və mənəviyyata doğru qədəm götürüb Allaha yaxın olmaqdır.[2] Amma bir ...
  • İslam və imanın şərtləri nədir?
    8606 Nizamlar hüquq və əhkam 2011/10/03
    İman və islam müəyyən dərəcələrə malikdir.. Birinci dərəcə islamdır. Şəhadəteyni yəni, “ La İlahə İlləllah və əşhədu ənnə Məhəmmədən Rəsulullah”«اشهد أن لا اله الا الله" و اشهد أنّ محمداً رسول الله»deyən hər bir insan müsəlman hesab olunur və islam əhkamı ona aid edilir. Bədəni pak ...
  • Uxdud səhabələri kim idi?
    3414 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Nə üçün Allah- Taala bütün insanları müsəlman yaratmayıb?
    3254 Qədim kəlam 2011/05/05
    Allah- Taala insanı Allahpərəst, Allah tanıyan və zəkalı yaratmışdır. Həmçinin doğru yola yönəlməsi üçün Peyğəmbərlər göndərmişdir. Deməli, Allah Taala heç kəsi kafir, yəhudi, xristian yaratmamışdır. İnsan özü öz ixtiyarından sui istifadə edərək yolunu azır və müxtəlif adlara şamil olur. Peyğəmbərimiz (s) buyurmuşdur: "Hər bir insan pak sifətlə Allahpərəst yaradılır. ...
  • Nisa surəsinin 34- cü ayəsindəki “və izribuhunnə” «وَ اضرِبُوهُنَّ» cümləsinin düzgün tərcüməsi “qadının yaşamaq üçün ruhlandırmaq və həvəsləndirmək”- dir yaxud “qadını döymək və tənbih etmək” deməkdir?
    7973 Təfsir 2011/10/30
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    4425 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103944 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79127 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56997 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39236 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30307 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22121 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21513 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20787 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20023 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19876 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...