Baxanların
4178
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.
Sual
Mərhum Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.
Qısa cavab

İlahi arif mərhum Haşim Musəvi Həddad müqəddəs Kərbəla şəhərinin əhalisindən idi. O, 1286-cı hicri-qəməri ilində həmin şəhərdə dünyaya gəlmiş və 86 yaşında Allahın rəhmət dərgahına qovuşmuşdur. O, müqəddəs Nəcəf şəhərində rəbbani arif Seyid Mirzə Əli Ağa Qazi ilə tanış olmuş və təqribən 26 il onun yanında şagirdlik etmişdir. Buna görə də irfani elmlərdə və rəbbani müşahidələrdə kamil ustad, nəzər sahibi və yüksək irfani məqama nail olmuşdur. Fiqhi məsələlərdə müqəllid, məsum imamlara aşiq və onlara təvəssül edənlərdən idi. Hər halət dəyişəndə, oturub-duranda “ya Sahibəz-zaman!” zikrini təkrar edirdi. O, böyük kəramət sahibi olmaqla ixtiyar üzündən özünü öldürüb (ruhunu bədənindən çıxarıb) təcərrüd halına çata bilirdi. Bununla belə kəramət və möcüzəli işlərə marağı və onlardan istifadə edilməsini nəfsin həzlərindən hesab edirdi.

Ətreaflı cavab

İlahi arif mərhum Seyid Musəvi Həddad müqəddəs Kərbəla əhalisindən idi və 1286-cı hicri qəməri ilində həmin şəhərdə dünyaya gəlmişdir. Atası mərhum seyid Qasım Hindistan şiələrindən, anası Hədiyə isə İraqın əsil ərəblərindən idi. Onun işi ata, ulağa və dəvəyə nal vurmaq idi. Bununla belə məişət və güzəranı çox ağır kemirdi. Belə ki, ömrünün axırına qədər 50 kvadrat metrlik bir evdə yaşayırdı. Bu ev də özünün deyildi. Amma  bir kəsə ağız açmırdı. Onun yeməyi əksər hallarda çörək və ağ turpun yarpağı idi. Ömrü boyu heç vaxt çox yatmazdı. Həmişə sakit dayanardı, əgər sual olunsaydı, çox qısa və faydalı cavab verərdi. Quranı çox həzin səslə, ürəyə yatan ahənglə oxuyardı. Başqaları ilə münasibətdə təvazökarlar göstərir, başqalarına xidmətdə heç nəyi əsirgəmir, otağı süpürür, qab-qacağı yuyur, evə lazım olan şeyləri təmin edirdi.

Mərhum Seyid Həddad islam elmlərində nəzər sahibi idi, mərhum Hacının “Mənzumə”, Molla Sədranın “Əsfar”, habelə “Füsusul-hikəm” və “Misbahul-üns” kitablarındakı ən çətin və problemli məsələlər barəsində edilən suallara dəqiq cavablar verirdi.

İrfani məqamlarda kəsrət aləmindən keçərək fəna məqamına nail olmuş, Haqq taalanın tovhidinin həqiqətini dərk etmiş və onu öz həyatında yaşamışdır.

İmamların barəsində inanırdı ki, onlar Allah-taalanın övliyaları, Onun mütləq rübubuyyəti müqabilində xalis ibadətçilər və Allah-taalanın fel və sifətlərinin təzahür yeridir. O, imamların külli və mütləqə vilayət məqamına malik olduqlarını bilir, asimanların və bütün məxluqların onların vilayəti dairəsində olduğunu inanır, imaların həm öz varlığını, həm də onlarının fellərini möcüzə hesab edirdi.

Məhərrəmin ilk on günlüyündə təşkil olunan əzadarlıq mərasimlərində həddindən artıq kədərlənib dəyişir və çox ağlayırdı. O inanırdı ki, insan gərək hər bir halda Allah ilə müamilə etsin; mənəvi və ruhani röyaları görmək, mükaşifələri tələb etmək, qeyb aləminə müttəsil olmaq və s. şeylərin nəfsin istəkləri olduğuna inanırdı.

Mərhum Ayətullah Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani onun barəsində deyir: “O, çox yüksəkliklərə uçan şahbaz (quşu kimi) idi, əql və təfəkkür quşu nə qədər yüksələrək ona çatmaq istəsəydi, o yenə də hamıdan yüksəkdə və ali məqamda görünürdü. Onun həddini yalnız mərhum Qazi tanıyırdı.”

Şəhid Mütəhhəri (rəhmətullah əleyh) onun barəsində demişdir: “Bu seyid həyatbəxş edən insandır.”

Mərhum Həddadın İraqdakı və İrandakı şagirdləri təqribən iyirmi nəfərdən ibarətdir ki, bəzilərinin adını qeyd edirik: mərhum Ayətullah Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani (təqribən 28 il onun şagirdi olmuşdur), Hacı Seyid Əhməd Hüseyni Həmədani, Qulam Hüseyn Həmayuni, Hacı Qulam Hüseyn Səbzvari, Hacı Məhəmməd Həsən Bəyati, Hacı Möhsin Şirkət, Hacı Şeyx Saleh Kumeyli, Hacı Seyid Hadi Təbrizi, Hacı Şeyx Mürtəza Taliqani, Hacı Şeyx Məhəmməd Cavad Müzəffər, Hacı Seyid Şəhabuddin Səfəvi, Hacı Məhəmməd Əli Xələfzadə, Hacı Əbu Musa Muhyi... Hacı Seyid Əbdül-Kərim Kəşmiri, Hacı Seyid Mustafa Xomeyni və başqaları (Allah onlara rəhmət eləsin!).[1]



[1] Bu məqalə Ayətullah seyid Məhəmməd Hüseyn Hüseyni Tehraninin yazdığı “Mücərrəd Ruh” kitabından götürülmüşdür: səh. 25, 80, 84, 90, 91, 102, 125, 136, 161, 171, 186, 202, 484, 602, 638 və

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslam hökumətində mədəni quruluşların yeri nədir?
    2844 Nizamlar (Qurluşlar) 2012/06/13
    Cəmiyyətdə mövcud olan təşəkküllər və icmaları hökumətlə vətəndaşlar arasındadırlar, mədəni quruluşlar deyildir. Kənd və şəhər birləşdirilmişləri sinf birləşmələri, idman kulubları, yerli cəmiyyətlər və peşəkar biliklər (tərbiyəçilər birliyi kimi)... və mədəni təşkilatlardan sayılırlar. Xalq hakimiyyətinin əsas üstünlüklərindən biri bu cür quruluşlarda mədəni təşkilatların olmasıdır. cəmiyyətdə olan bütün ...
  • Peyğəmbərimizin və imamlarımızın kənizi və qulamı olması bir növ quldarlıq deyildirmi?
    6387 Qədim kəlam 2011/05/17
    Düzdür ki, Quranda qullarla evlənməyin hökmləri, onlarla məhrəmlik, mükatibə (qulların azadlığı üçün yazılan müqavilə) və s. hökmlər zikr olunmuşdur və bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə və islamın əvvəllərində quldarlığın varlığını sübuta yetirir, amma qullarının azad edilməsi üçün islamın çox dəqiq və tənzim olunmuş proqramları ...
  • “Qızın ərə getməsində atasının izni şərtdir” məsələsində başqa bir mərcəyi-təqlidə müraciət (onun fətvasına əməl) edə bilərikmi?
    2611 Nizamlar hüquq və əhkam 2011/10/20
    İbtidai və əməldən əvvəlki təqliddə iki və ya daha artıq müctəhidin elmləri bərabər olan halda təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) caizdir. Amma diqqət yetirmək lazımdır ki, bir-biri ilə əlaqəli olan məsələlərdə bir müctəhidə tabe olmaq ...
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    2643 Nizamlar hüquq və əhkam 2011/09/11
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
    4442 Nizamlar hüquq və əhkam 2011/07/28
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    4067 Nizamlar hüquq və əhkam 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
    3638 Təfsir 2012/09/01
    Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir. Digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bu iki qrup ayələr bir- biri ilə ziddiyyət təşkil etmir. Əksinə ...
  • Qissə bəyan etməkdə Quranın hədəfi nədir?
    3229 Quran elmləri 2012/07/22
    Əhvalatların bəyanında aşağıdakı halları Quranın hədəfləri hesab etmək olar: 1. Təfəkkür, 2. İbrət almaq, 3. Qissələrin inhirafa düşməsinin, əsl məqsəddən azmasının qarşısını almaq, 4. İxtilafları aradan qaldırmaq, 5. Yaxşı və pis işlər görmək müqabilində camaatı ilahi sünnətlərdən agah etmək. ...
  • Fariks bazarının şəri hökmü nədir?
    1595 Nizamlar hüquq və əhkam 2015/05/21
    Fariks bazarı elə bir bazardır ki, orda müxtəlif ölkələrin valyutaları (riyal, dollar, evro, pund, dinar və s..) alış-veriş olur. Bu bazarda bir valyutanı digar bir valyutya alıb satırlar. Bu alverda qayda belədir ki, hər kəs düşünsə ki, bir müddət sonra hansısa bir valyutanın qiyməti qalxacaq, o valyutadan ...
  • Ümumi hökmlərin açıqlanmasından əlavə, fiqhi məsələlərin şaxələri də Qurani kərimdə açıqlanıbdırmı?
    2966 Təfsir 2013/07/15
    Qurani kərim ayatul əhkamda ümumi şəkildə islamın müqəddəs şəriətinin hökmlərini açıqlasa da, ümumiyyətlə məsələlərin şaxələrini və xırdalıqlarını açıqlamaq istəməmişdir. Amma bəzi yerlərdə uyğun gəldik də hökmün əsası qoyulduqdan sonra, onun bəzi şaxələrinə də işarə edibdir. Burda nümunə olaraq bu məsələlərdən bəzisini yalnız ayələri zikr etməklə gətiririk:

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80741 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58540 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41240 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31331 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23892 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22462 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22228 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20765 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20384 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...