Baxanların
4047
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
Sual
İmamların yanında Zürarənin əzəməti nə qədər olubdur? Onun bütün rəvayətlərini qəbul etmək olarmı?
Qısa cavab

Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri olması nəticəsinin doruluğuna yetişmək olar.

Ətreaflı cavab

Zürarə bin Əyən Şəybani, İmam Baqir (ə) və İmam Sadiq 9ə)- ın ən böyük səhabələrindən biridir ki, bu iki İmamdan rəvayət nəql edibdir.[1]

Zürarənin ailəsinin kökü "Rum" diyarına yetişir. Atası Rum əhalisindən biri idi ki, qul olaraq Bəni Şəybanda yaşayırdı. Quranı öyrəndiyinə görə, onlar tərəfindən azad oldu.[2]

Şeyx Tusinin dediyinə görə, əyən ailəsi, şiənin məşhur ailələrindən biri idi ki, çoxlu rəvayət, kitab və qanunlar onlardan yadigar qalıb.[3]

Nəccaşi Zürarənin xüsusiyyətləri barəsində belə yazır: "Öz zamanında İmamların səhabələrinin böyüyü və şeyxi idi. O böyük, qari, Fəqih, kəlamçı, şair və əbid idi ki, yaxşı xüsusiyyətlərin hamısı onda cəm olmuşdu. Zürarə dediyi və nəql etdiyi hər nədə sadiq və düz danışandır."[4]

O, İcma- əshabından biri sayılıbdır ki, onun düz danışmaqlığı haqda, İmamlar (ə)- ın əshabı arasında fikir birliyi var.[5]

"Kəşi" öz kitabında İbn Quləvəyhdən, o da öz sənədi ilə İmam Kazim (ə)- dan bir rəvayət nəql edir: "Qiyamət günü nida gələr ki, əhdlərinə sadiq qalıb və onu sındırmayan Məhəmməd bin Abdullah (s)- ın əshabı haradadırlar? Sinra Salman, Miqdad və Əbuzər ayağa qalxarlar" Sonra İmam (ə) İmam Sadiq və İmam Baqir (ə)- ın əshabına qədər adları deyib və buyurdu: "Nida gələr ki, əhdlərini sındırmayan İmam Baqir (ə) və İmam Sadiq (ə)- ın əshabı haradadırlar? Bu zaman bir dəstə ayağa qalxarlar ki, Zürarə də onların arasındadır".[6]

Amma rəvayətlərin bəzisində, Zürarə barəsində bəzi məsələlər nəql olubdur ki, İmam (ə) onu pisləyir və ondan özlərini uzaq bilmişdir.

Əbu Bəsir İmam Sadiq(ə)- dan "Əlləzinə amənu və ləm yəlbəsu imaməhum bizulmin"[7] ayəsi barəsində soruşur ki, həzrət buyurur: Ey Əbu Bəsir, mən və sən bu zülmdən Allaha pənah aparmalıyıq. Bu ayənin məqsədi, Zürarə, Əbu Hənifə və əshablarıdırlar.[8]

İmam Sadiq (ə)- ın Zürarə barəsindəki bu nəzəri, sonralar, o həzrətin özü tərəfindən qüətiyyətlə inkar edildi və Zürarə barəsində o həzrətdən olan rəvayətlər Zürarənin canını qorumaq üçün olmasını göstərdi.

Abdulla bin Zürarə İmam Sadiq (ə)- dan belə nəql edir ki, həzrət ona buyurdu: "Atana (Zürarə) salam yetir və de, mənim ona tutduğum iradlar, əslində onu müdafiə etmək üçündür. Çünki bizim düşmənlərimiz, bizim təriflədiyimiz hər şəxsə hücum edib və ona əziyyət edirlər.

Çox vaxt qətlə yetirirlər. Mən onu pislərdim ki, onun bizimlə olan nisbətinə görə, Əhli- beyt düşmənləri və camaat tərəfindən əziyyət görməsin.Allaha and olsun ki, Zürarə mənim əshabımın ən yaxşısı və atamın əshabının ən yaxşısıdır".[9]

Zürarə barəsində bəyan olan mədh və pislənmə rəvayətləri arasındakı ziddiyyəti həll etməkdə belə rəvayətlərə diqqət etməklə, alim və fəqihlərin hamısı, Zürarənin şəxsiyyətini böyük sayıb və onu İmamlar (ə)- ın səhabələrinin ən böyüklərindən biri bilirlər. Əllamə Hilli bu iki dəstə rəvayətləri cəm etmək barəsində deyir: "Kəşi" nin nəql etdiyi pisləyən rəvayətlərə diqqət edərək ( və o rəvayətləri onu tərifləyən rəvayətlərlə cəm etməklə) bu şəxsin rəvayətləri, mənim yanımda qəbul olunmuşdur."[10]

Əllamə Möhsin Əmin də, öz kitabında alimlərdən çoxunun adını açıqlayır ki, hər iki dəstə rəvayətə diqqət etməklə, Zürarəni böyük insan sayıb və onun şəxsiyyətini tərifləyiblər.[11]

Sonda xatırladırıq ki, Zürarə İmamların (ə) əshabının böyüklərindən və düz danışanlarından olsa da, amma bir rəvayəti qəbul etmək, çoxlu məsələlərə bağlıdır. O cümlədən, bir rəvayət qəbul edilmək istəyirsə, rəvayətin kimdən nəql olunması və mətnə aid məsələlərdən əlavə, sənəddə olan insanların hamısı, düz danışan və İnanılan insanlar olmalıdırlar. Sənəddə düz danışan insanlardan birnin olması ilə kifayətlənib, o rəvayətin doğru olmasına hökm vermək olmaz. Ola bilsin ki, yalan danışan bir şəxs öz rəvayətini Zürarə kimi şəxsiyyətlərə nisbət verə bilər. Sənəddə olan insanlardan biri olaraq Zürarənin inanılmış şəxs olmasını nəzərə alıb, o qəvayəti və ona bənzər rəvayətləri, heç vaxt qəbul etmək olmaz.



[1] - Tusi, Məhəmməd bin Həsən, Ricali- Tusi, səh 337, Heydəriyyə nəşriyyatı, Nəcəf, 1381 hicri qəməri.

[2] - Amuli, Möhsin Əmin, Əyamuş- şiə, cild 7, səh 46, Darut- təaruf, Beyrut, 1406 hicri qəməri.

[3] - Tusi, Məhəmməd bin Həsən, Fehresti- Tusi, səh 209, Əl- məktəbətul- Murtəzəviyyə, Nəcəf, Bita.

[4] - Nəccaşi, Əhməd bin Əli, Ricali- Nəccaşi, səh 175, İslami nəşriyyatı, Qum, 1407 hicri qəməri.

[5] - Kəşi, Məhəmməd bin Ömər, Ricali- Kəşi, səh 238, Məşhəd universiteti, 1348 hicri şəmsi.

[6] - Ricali- Kəşi, səh 9, Hədisdən azad istifadə və xülasə ilə.

[7] - Ənam surəsi, ayə 82.

[8] - Ricali- Kəşi, səh 146.

[9] - Ricali- Kəşi, səh 138.

[10] - Hilli, Həsən bin Mütəhhər, Əl- xülasə, səh 76, Daruz- zəxair, Qum, 1411 hicri qəməri.

[11] - Əyanuş- şiə, cild 7, səh 51.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105985 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80809 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58598 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41340 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31396 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    24097 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22488 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22253 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20811 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20406 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...