Ətraflı axtarış
Baxanların
6266
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
“Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” sözündə “səqil” sözünün mənası nədir?
Sual
“Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” sözündə “səqil” sözünün mənası nədir?
Qısa cavab

إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam  ilqa (nazil) edəcəyik” ayəsində “səqil” – ağır kəlam Qurani-kərimdir. Müfəssirlər bu “ağır kəlam”ın təfsiri ilə əlaqədar müxtəlif bəyanlar versə də, bu nəzəriyyələrdən hər biri məsələnin bir yönünə işarə edir. Belə nəzərə çarpır ki, Quran-məcid müxtəlif yönlərdən ağır ola bilər: ayələrin məzmun və möhtəva cəhətindən ağır olması, qəlblərin ona dözə bilməsi baxımından ağırlıq, dəvət yolunda mövcud olan problemlər və təbliğ cəhətindən ağırlıq, proqram tökülməsi, icra edilməsi və sair nəzərdən ağırlıq və s.

Ətreaflı cavab

“Siql” (ağırlıq) cisim üçün xüsusi bir vəziyyətdir. Onun xassəsi budur ki, belə bir cismi bir yerdən başqa yerə daşımaq, yerini dəyişdirmək çətindir. Çox hallarda istiarə ünvanı ilə həmin kəlmə cisimdən qeyri hallarda, məsələn mənəvi məsələdə də istifadə olunur. Misal üçün, deyilir ki, “bugünkü dərs çox ağır idi”. Yəni onun dərk olunması şagirdlər üçün çox çətin idi. Yaxud deyirlər ki, “bu gün çıxışın hamısı dəqiq elmi nəzəriyyələr idi və avam camaat üçün dərk olunması ağır idi”. Bu kimi təbirlərdə “ağırlıq” cisimdən başqa şeylərdə istifadə olunmuşdur. Dərk olunması çətin olan mənəvi işlərdə, habelə dərk olunması çox çətin olan həqiqətlərdə, yaxud əməl edilməsi və yerinə yetirilməsi çox çətin olan əmr və fərmanlarda da işlədilir.

İlahi kəlam olan Qurani-kərim iki cəhətdən – mənanın dərk edilib düşünülməsi və maariflərin gerçəkləşdirilməsi baxımından səqildir – ağırdır. Mənalarının başa düşülməsinin çətinliyinin səbəbi onun ilahi kəlam olması və Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in onu mütəal Allahdan almasıdır. Aydındır ki, belə bir kəlamı yalnız pak-pakizə ruhlar, hər növ zahiri və batini aludəlikdən, çirkinlikdən uzaq olan, Allahdan qeyri hər bir səbəbdən ümidini kəsən və yalnız səbəblərin səbəbi olan Sübhan Allaha ürək bağlayan nəfslər və qəlblər başa düşə bilər. Bu ilahi kəlamın, əziz kitabın zahiri və batini, tənzili və təvili vardır. Hər bir şeyin bəyanı ondadır. Quranın Peyğəmbərin ruhuna göstərdiyi ağırlıq o həzrətin fiziki vəziyyətində də müşahidə olunur, vəhyi alan zaman necə qeyri-adi vəziyyətin baş verdiyini hamı bilirdi.

Amma maarifinin həqiqətinə gerçəklik bağışlamaq baxımından, yəni tövhid, etiqadi maariflər və əxlaqi yönləri özündə tətbiq etməsi də ağırdır. Onun bəyan məqamında ağır olmasını Quranın özü belə buyurur:

لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى‏ جَبَلٍ لَرَأَیْتَهُ خاشِعاً مُتَصَدِّعاً مِنْ خَشْیَةِ اللَّهِ...

“Əgər Biz Quranı dağa nazil etsəydik, Allahın qorxusundan onun xaşe (zəlil) və parça-parça olduğunu  hökmən görərdin.”[1]

Deməli, dağlar belə Quranın nazil olmasına tab gətirə bilməzlər. Əgər dağa nazil olsaydı, Allahın qorxusundan parça-parça olardı.

Qurani-Kərim təkcə bu iki cəhətdən ağır deyil, üstəlik onun cəmiyyətdə tətbiq edilməsi, camaatın hənif dininin mərasimlərini qəbul etməsi və bu hənif dinin sair səmavi dinlərə qələbə çalması baxımından da ağırdır. Onun ağır olmasının şahidləri həzrət Peyğəmbərin Allah yolunda dözdüyü, sinə gərdiyi müsibətlər və xoşagəlməz hadisələr idi. Qurani-kərim də müşriklər, kafirlər və münafiqlər tərəfindən o həzrətə verilən müxtəlif əzab-əziyyətləri, o həzrəti istehza etmələrini hekayət edir, buna görə də buyurur:

 إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلًا ثَقِیلًا “Həqiqətən Biz sənə ağır kəlam  ilqa (nazil) edəcəyik.” Burada “ağır kəlam” Qurani-əzimdən ibarətdir.

Buna əsasən “qovlən səqila” sözünün təfsirində müfəssirlərin hər biri müəyyən bəyan versə də, bu nəzəriyyələrin hər biri məsələnin bir yönünə dəlalət edir. Belə nəzərə çarpır ki, Qurandan ibarət olan bu “ağır kəlam” müxtəlif yönlərdən ağırdır. Möhtəva və məzmun, ayələrin məfhumu, qəlblərin onun qarşısında dözə bilməsi baxımından ağırlıq, təbliğ cəhətindən ağırlıq, dəvət yolunda mövcud çətinliklər, proqram tökülməsi və icra edilməsi cəhətindən ağırlıq və sair.[2]



[1] “Həşr” surəsi, ayə: 21

[2] Bax Təbatəbai, Seyid Məhəmməd Hüseyn (rəhmətullahi əleyh), “Əl-mizan” (farsa tərcüməsi, mütərcim: Musəvi Həmədani, Seyid Məhəmməd Baqir), 2-ci cild, səh. 97, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 25-ci cild, səh. 160-170, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154440 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117599 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109483 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98102 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53241 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44698 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43580 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42704 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...