Ətraflı axtarış
Baxanların
7089
İnternetə qoyma tarixi: 2012/04/07
Sualın xülasəsi
Mümkündürsə, yeddilik təşkil edən behiştlər barədə izah verin.
Sual
Mümkündürsə, yeddilik təşkil edən behiştlər barədə izah verin.
Qısa cavab

Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir. Çünki Cənnəti-ədn dedikdə məqsəd daimi iqamətgah olan behiştdir; Darus-səlam dedikdə məqsəd budur ki, onun sakinləri  hər növ qorxudan və qəm-qüssədən salamatdırlar və s.

Ətreaflı cavab

Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xul, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim[1] behiştin qeyd olunan yeddi adıdır. Burada ayə və rəvayətlərdən istifadə etməklə və müfəssirlərin nəzəriyyələrindən bəhrələnməklə bu behiştləri şərh edirik:

1. Darus-səlam

Allah-taala Quranda  buyurur: “Allah (möminləri) Darus-səlama – sülh və sağlamlıq evinə dəvət edir.”[2]

Bəzi alimlər inanır ki, bu ayədə “Səlam” dedikdə məqsəd mütəal Allahdır. Çünki Allah-taala möminləri Öz evinə dəvət edir və Allahın evi də həmin behiştdir.[3]

Bəziləri demişlər ki, Darus-səlam dedikdə məqsəd o yerdir ki, onun sakinləri hər növ zərər və ziyandan amandadırlar. Cübbaidən belə nəql olunur: Behiştə ona görə Darus-səlam adı vermişlər ki, onun sakinləri hamılıqla əmin-amanlıqdadırlar, Pərvərdigarları  və məlaikələr də onlara salam verirlər. Orada “salam”dan başqa heç nə eşidilmir, sağlamlıqdan başqa heç nə görünmür. Bu nəzəriyyə Allahın bu kəlamı ilə dəstəklənir: “Orada onların sözü (və duası) salamdır.”[4]

İbni Abbasın da belə dediyi nəql olunur: Darus-səlam elə həmin behiştdir ki, sakinləri hər növ afətdən, bəladan, nöqsandan və xəstəlikdən amandadırlar. Darus-səlamın sakinləri qocalıqdan, ölümdən, fiziki dəyişikliklərdən toxunulmaz və amandadırlar. Onlar həmin yerdə əzizlənər və heç vaxt təhqirə məruz qalmazlar. Onlar həmişə izzətlidir, heç vaxt zəlil və xar olmazlar. Darus-səlamın sakinləri həmişə varlı və zəngindir, onlara  fəqirlik heç vaxt baş verməyəcəkdir. Onlar səadətə nail olanlardır və heç vaxt bədbəxt olmazlar... Qapıları Rəhman Allahın ərşinə doğru açılan dürr və mərcan qəsrlərdə məskunlaşarlar, mələklər hər tərəfdən onların yanına gələrək deyərlər: “Səbir etdiyiniz şeylərə görə sizə salam olsun! Bu xeyir-aqibət sizə xoş olsun!”[5]

Mərhum Əllamə Təbatəbai dəyərli “Əl-mizan” təfsirində “Darus-səlam onlara məxsusdur” ayəsinin təfsirində yazır: “Səlam – ayənin düzümündən başa düşülən lüğət mənasında olan salamdır. Bu da həm zahiri, həm də batini bəlalardan, ziyan və xəsarətlərdən amanda olmaq mənasınadır. Darus-səlam həmin yerdir ki, ölüm, qocalıq, xəstəlik, fəqirlik, hüzn, qəm-qüssə və s. xəsarətlərin oraya yolu yoxdur və bu da vədəsi verilən həmin behiştdir.”[6]

Həmçinin, deyilmişdir ki, behişti ona görə Darus-səlam adlandırmışlar ki, ora Allahın evi, səhhət və sağlamlıq yeridir.[7]

2. Darul-cəlal

İkinci behiştin adı Darul-cəlaldır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətdə deyilir: “Hər kəs Allah yolunda uca səslə “la ilahə illəllah” desə, Allah bu işinə görə Öz razılığını onun üçün müqəddər edər. Hər kəs ilahi razılıq məqamına çatsa, Allah onu Darul-cəlalda həzrət İbrahim və Məhəmməd ilə həmneşin edər.” O həzrətdən soruşdular: “Ya Rəsuləllah! Darul-cəlal haradadır?” Həzrət  buyurdu: “Bir behiştdir ki, Allah ona Öz adını qoymuşdur. Oranın sakinləri hər sübh və axşam Allahın cəlal və ikramına nəzər salarlar.”[8]

3. Cənnətul-mə’va

Cənnətul-mə’va  şəhidlərin ruhunun yerləşdiyi behiştdir.[9]

Mübarək Ramazan ayının fəziləti barəsində Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql olunur: “Allah-taala (oruc tutanlara) Cənnətul-mə’vada qızıldan tikilmiş min qəsr əta edəcəkdir.”[10]

4. Cənnətu-xuld (əbədi behişt)

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bu əbədi behiştin barəsində  buyurur: “Hər kəs mənim həyatım kimi yaşamaq və Pərvərdigarımın mənə vədə verdiyi Cənnəti-xuldda məskunlaşmaq istəyirsə, gərək Əlinin vilayətini qəbul etsin. O həmin behiştdir ki, Allah Özü onun sütunlarını  bina etmişdir.”[11]

5. Ədn cənnəti

Mərhum Əllamə Hilli  buyurur: “Bu behişt ona görə Ədn cənnəti adlandırılmışdır ki, ora daimi və həmişəlik iqamətgahdır.”[12]

Bir rəvayətə əsasən, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mən (pak-pakizə) bir ağaca bənzəyirəm ki, Fatimə onun şaxələri, Əli barlandıran, Həsən və Hüseyn onun meyvələri, şiələrimiz və bizi sevənlər bu ağacın yaşıl yarpaqlarıdır. Bu ağacın kökü Ədn behiştindədir.”[13]

Mərhum Kaşiful-ğita  buyurur: “Ədn cənnəti behiştin ortasındadır.”[14]

Başqa bir rəvayətdə deyilir: “Ədn behişti o behiştdir ki, Allah onu Özü icad etmişdir və indiyə qədər bir kəs onu görməmişdir.”[15]

Başqa bir hədisdə isə oxuyuruq: “Allah-taala Ədn behiştini Öz əli ilə xəlq etmiş, onun ağaclarını Özü əkmiş, saraylarını və qəsrlərini Özü tikmiş, çaylarını Özü cari etmişdir....” Sonra  buyurdu: “Həqiqətən möminlər qurtuluşa nail oldular.”[16]

Yenə də buyurulur: “Ədn cənnətinin divarları qırmızı yaqutdan, açarları da mirvaridəndir.”[17]

6. Firdovs cənnəti

Firdovs o cənnətdir ki, mütəal Allah onu qızıl və gümüşlə bina etmiş, onların arasında ətirli müşk və ənbər qoymuşdur. Bir rəvayətdə deyilir: “Allah bu behişti müşk-ənbərlə tikmiş, o behiştdə ən yaxşı meyvələri və reyhanları əkmişdir.”[18] Firdovs cənnəti behiştin ən yüksək dərəcələridir.[19]

Həzrət Fatimeyi-Zəhra (əleyha salam) atasının ayrılığında ağlayan zaman bu behişti vəsf edərək deyirdi: “Ey ata! Pərvərdigarın səni dəvət etdiyi zaman dəvətini qəbul etdin. Ey ata! Firdovs cənnəti sənin məkanındır...” Deməli, Firdovs Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məskunlaşdığı cənnətinin adıdır.[20]

Firdovs behiştinin tavanı Allahın ərşidir və orada mirvaridən olan iki yaşıl və ağ qəsr tikilmişdir. Ağ qəsrin yetmiş min otağı vardır, onun sakinləri Peyğəmbər və Əhli-beytdir. Yaşıl qəsrin də yetmiş min otağı vardır, onun sakinləri isə həzrət İbrahim və Ali-İbrahimdir.[21]

Başqa bir rəvayətdə deyilir: “Firdovs cənnətinin divarları nurdandır, otaqlarının nuru da Allahın nurundandır.”[22]

7. Nəim cənnəti

Mübarək Ramazan ayının fəzilət və savabı barəsində deyilir: “Bu mübarək ayın yeddinci günü gəlib çatanda Allah-taala Nəim cənnətində 40 min şəhidin və 40 min siddiqin savabını sənə verər.”[23] Bu həmin behiştdir ki, həzrət İbrahim (əleyhis-salam) öz duasında onu belə vəsf edir: “Pərvərdigara! Məni Nəim cənnətinin varislərindən qərar ver!”[24]

Əllamə Təbatəbai (rəhmətullahi əleyh) “Əl-mizan” təfsirində buyurur: “Nəim behişti – vilayət behiştidir.”[25] Başqa bir yerdə buyurur: “Dəfələrlə bəyan olundu ki, Nəim –vilayət, Nəim cənnəti isə vilayət behiştidir.”[26]

Təfsirçilərin bəziləri inanırlar ki, yeddilik təşkil edən bu cənnətlərin hamısı həqiqətdə bir şeydir və bu adların hamısı bir behiştə aid edilir. Çünki behişt möminlərin daimi iqamətgahı olduğuna görə Ədn cənnəti, əmin-amanlıq və sağlamlıq yeri olduğuna, sakinləri hər növ qəm-qüssədən uzaq və amanda olduğuna görə Darus-səlam deyilir.[27]

Nəticə:

Behişt həqiqətdə birdir, amma onun müxtəlif dərəcələri və mərtəbələri vardır ki, həmin mərtəbələrə uyğun olaraq xüsusi adla qeyd olunur.

 


[1] “İanətut-talibin”, 4-cü cild, səh. 385

[2] “Yunis”  surəsi, ayə:  25

[3] Bu nəzəriyyə Həsəndən və Qütadədən nəql olunmuşdur.

[4] “Yunis”  surəsi, ayə:  10; “Bə’zu ma vərədə fid-dünya vəl-axirət”, səh. 32, “Darul-Mustafa” nəşriyyatı

[5] “Biharul-ənvar”, 8-ci cild, səh. 194

[6] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 7-ci cild, səh. 345

[7] Yenə orada, 10-cu cild, səh. 39

[8] “Bəqiyyətul-məbahis”, səh. 196

[9] “Tacul-ərus”, 10-cu cild, səh. 26

[10] Şeyx Səduq, “Fəzailul-əşhuris-səlasə”, səh. 85

[11] “Mənaqibu Əmiril-möminin (əleyhis-salam)”, 1-ci cild, səh. 426

[12] “Müntəhəl-mətləb”, 1-ci cild, səh. 544

[13] Şəhidi Əvvəl, “Zikra”, səh. 6

[14] “Kəşful-ğita”, 2-ci cild, səh. 302

[15] “Vəsailuş-şiə”

[16] “Məhasin”, Bərqi, 1-ci cild, səh. 155

[17] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 296

[18] Ərdəbili, “Zübdətul-bəyan”, səh. 55

[19] “Kəşful-ğita”, səh. 19

[20] Şovkani, “Neylul-ovtar”, 4-cü cild, səh. 161

[21] “Məsailu Əli ibni Cəfər”, səh. 345

[22] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 296

[23] Şeyx Səduq, “Əmali”, səh. 104

[24] “Şüəra”  surəsi, ayə:  78

[25] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 11-ci cild, səh. 369

[26] Yenə orada, 19-cu cild, səh. 121

[27] “İanətut-talibin”, 4-cü cild, səh. 385

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Нәјә ҝөрә дүнјанын заһиринә вә маддијјата мејл Ахирәтә вә мәнәвијјата мејлдән даһа ҝүҹлүдүр?
    7406 Nəzəri əxlaq 2010/04/22
    Тәбиәт аләминдә үзү ашағы һәрәкәт үзү јухары һәрәкәтдән асан олдуғу кими мәнәвијјат аләминдә дә мәнәви вә әхлаги һәрәкәт мадијјата тәрәф үзү ашағы һәрәкәтдән чәтиндир. Гуранда мәнәвијјата тәрәф һәрәкәт чох чәтин вә чалышмаглыгла јанашы танытдырылыр. Аллаһ-таала Иншигаг сурәсинин 6-ҹы ајәсиндә бујрур: ”Еј инсан! Сән ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    5874 Əhkam və hüquq fəlsəfəsi 2013/08/27
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Бәшәрин Аллаһы танымасы мүмкүндүрмү? Мүмкүнсә, һансы һәддә гәдәр вә бу танымағын дәјәри нәдир?
    9170 Qədim kəlam 2010/06/13
    Инсан мүхтәлиф јолларла Аллаһы таныја биләр. Бу маариф, ола билсин ја әгли, ја да гәлби јолла олсун. Бәзән философлар вә һикмәт саһибләри һүсули елм (инсанын беш дәрк гүввәси васитәси илә әлә ҝәтирдији елм), һисс вә әгл васитәси илә Аллаһ-таалаја елми әлә ҝәтирирләр. Бәзи ...
  • Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
    9430 Qədim kəlam 2011/10/03
    İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5043 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Вилајәти-фәгиһ һаггында мөвҹуд олан ән гәдим сәнәд нәдир?
    6217 Nizamlar hüquq və əhkam 2010/02/04
    Вилајәти-фәгиһ һаггында мөвҹуд олан ән гәдим сәнәд мәрһум даһи алим Шејх Муфидин “Мугние” адлы китабыдыр. О, бу китабын әмрбе мәруф вә нәһј әз мункәр бөлүмүндә ашағадакылары адил фәгиһин вәзифәләриндән сајыр:А) Әмр бе мәруф вә нәһј ...
  • Asdi insanlar da məsum ola bilərlər?
    8176 Qədim kəlam 2010/06/15
    İsmət amanda qalmaq, günaha bulaşmaqdan və unutmaqlığa mane olmaq mənasınadır. İsmət müxtəlif dərəcə və mərtəbələrə malikdir. Onun ən yüksək mərtəbəsi ilahi peyğəmbərlərə və övsiyalara məxsusdur. Bu məqamlar Quran nəssinə və rəvayətlərə əsasən ancaq onların barəsində isbat edilir. Digərləri barəsində isə baxmayaraqki, bir ...
  • Nə üçün Allah Evinin üstünə çəkilən parça yalnız qara rəngdədir?
    6777 Dahilərin sirəsi 2012/02/13
    Hal-hazırda Kəbə Evinin üstünə çəkilən qara rəngli parça “Kəbənin köynəyi”, “Kəbənin pərdəsi”, yaxud “Kəbənin paltarı” adlandırılır. Bu pərdə son əsrdə qara rəngli olmuş və Quran ayələri onun üzərində gözəl xətlə və qızılı rəngdə yazılmışdır. Amma əvvəllər bu pərdə üçün digər rənglərdən istifadə olunurdu. İbni İshaq yazır: “Peyğəmbər (səlləllahu əleyhi ...
  • “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
    11764 Təfsir 2012/06/23
    “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə ...
  • Amerka və İngilis müşriklərdən hesablanırlar? Və müşrilərdən bəraət mərasimində yer alırmı?
    5951 Qədim kəlam 2012/09/10
    Müşrik o şəxsə deyilir ki, Allaha şərik qoşar. Məsihilər təslisə (müstəqil şəkildə üçlük pərəstiş) inanırlar, Yəhidilərin bəzisi Üzeyri Allahın oğlu bilirlər, bunların hər ikisi İlahinin zatında tərkibə səbəb olur. Bir halda ki, Allah mürəkkəb deyil tam kamil və bəsit bir varlıqdır. Buna xatir Amerkanın və İngiltərənin xalqının ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162861 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154893 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117734 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109666 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98752 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91281 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53333 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45164 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43696 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42857 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...