Ətraflı axtarış
Baxanların
6237
İnternetə qoyma tarixi: 2008/01/15
Sualın xülasəsi
Bir şeyin murdar olması yalnız üç yolla məlum ola bilər? Yəqin etmək yalnız gözlə görməklə hasil olur?
Sual
Bir şeyin murdar olması yalnız üç yolla sübuta yetirmi və onlardan başqa bir yol yoxdur? Birinci yol – yəni insanın özü bir şeyin nəcis (murdar) olduğuna yəqin etsin. Əgər bir şeyin nəcis olmasını güman etsə, ondan çəkinməsi lazım deyildir? Yəqin yalnız bir şeyin nəcis olmasını öz gözlərimizlə gördüyümüz, yaxud nəcasətin (qan, sidik, nəcasət) zərrələrini gözlə gördüyümüz halda hasil olur?
Qısa cavab

İslam dini insanların vasvasılığının qabağını almaq, onların həyat və məişətlərində məşəqqətə və çətinliyə düşməmələri üçün hər bir şeyin ilkin nəzərdə pak-pakizə olmasını əsas qərar vermiş və öz ardıcıllarına göstəriş vermişdir ki, yalnız bir şeyin nəcis olduğuna yəqin etdikləri halda ondan çəkinsinlər, bundan başqa hallarda heç bir vəzifələri yoxdur.

İslam nəzərindən on bir şeydən başqa hər bir şey pakdır. Onlar da sidik, nəcis, qan, məni (sperma), murdar (olmuş heyvan), şərab, pivə, kafir, it, donuz, nəcis yeyən dəvənin təridir. Əgər insan rütubətli halda nəcis bir şeyə toxunduğuna yəqin etsə, nəcasət ona da nəql olunur. Buna əsasən, nəcis  olması barəsində elm (yəqin) və agahlığımız olmayan, yaxud nəcis olub-olmamasında şəkk etdiyimiz, yaxud nəcis olmasına zənn və ya güman etdiyimiz  şeylərin hamısı pakdır və bunlarla əlaqədar – onlardan çəkinmək barədə heç bir digər vəzifəmiz yoxdur.

“Bir şeyin nəcis olması hansı yollarla sübuta yetir?” sualına əməliyyə risalələrində belə cavab verilir: “Bir şeyin nəcis olması üç yolla sübuta yetir: 1. İnsanın özü yəqin etsin (qəti şəkildə bilsin); amma əgər güman etsə, hətta güclü güman olsa belə, kafi deyildir. Buna əsasən, yeməklərinin nəcis olduğuna güclü güman edilən (ehtimal verilən) ümumi yeməkxanaların bəzilərində yemək yemək caizdir. Amma insan onun nəcis olmasına yəqin etdiyi hallar istisnadır. 2. Bir şəxs öz ixtiyarında olan şeyin nəcis olduğunu desin (məsələn, ev sahibi, satıcı, xidmətçi). 3. İki və hətta bir nəfər adil şəxs bir şeyin nəcis olduğunu desin (bu şərtlə ki, sözlərindən xatircəmlik hasil olsun).[1]

İslam dini və məsum dini rəhbərlər paklıq-murdarlıq məsələlərində bizi  vasvasılıqdan şiddətli şəkildə çəkindirmiş, öz əməl və sözlərində bu vasvasılıqla mübarizə apararaq buyurmuşlar: “Bir şeyin nəcis olmasına yəqin edilməzsə, o şey pakdır.”[2] Buna əsasən, biz də vəzifəmiz olduğu həddə qədər riayət etməliyik: nə az, nə də çox. Səy etmək lazımdır ki, paklıq-murdarlıq məsələlərində vasvasılığa düçar olmayaq. Çünki vəsvəsə ruhi xəstəliyə səbəb olur və bəzi hallarda insanın dinsizliyi ilə də nəticələnir.

 


[1] “Tovzihul-məsail” (İmam Xomeyni), 1-ci cild, səh. 85, məsələ 121

[2] “Vəsailuş-şiə”, 3-cü cild, səh. 467: كُلُّ شَيْ‏ءٍ نَظِيفٌ‏ حَتَّى تَعْلَمَ اَنَّهُ قَذِرٌ

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162768 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154444 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117601 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109486 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98115 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91127 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53243 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44703 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43581 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42706 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...