Ətraflı axtarış
Baxanların
7191
İnternetə qoyma tarixi: 2008/02/20
Sualın xülasəsi
Vilayəti-fəqihlə mütləq vilayəti-fəqih arasında nə kimi fərq vardır?
Sual
Vilayəti-fəqihlə mütləq vilayəti-fəqih arasında nə kimi fərq vardır?
Qısa cavab

Vəliyyi-fəqihin ixtiyarları iki istiqamətdə araşdırıla bilər:

1. Vəliyyi-fəqihin vilayəti dairəsində olan fərdlər nahiyəsində;

2. Vəliyyi-fəqihin dəxalət etməyə haqqı olan işlər nahiyəsində.

Əgər vəliyyi-fəqihin ixtiyarlarını xüsusi insanlara (dəlilərə, yetimlərə və s.) məhdud etməsək, onun ixtiyarlarını qəzavət və fətva kimi işlərə hüdudlandırmasaq, bu halda mütləq vilayəti-fəqihə inanmış oluruq. Bundan qeyri hallarda fəqih üçün mütləq vilayət haqqı qüvvədə deyildir.

Ətreaflı cavab

İranda bərəkətli İslam inqilabının zühuru ilə islamın siyasi təfəkkürü həm daxili, həm də xarici alimlərin və mütəfəkkirlərin diqqət mərkəzində olan bir məsələyə çevrildi, siyasi islam təfəkküründə mürəkkəb bir məsələ və mühüm fiqhi terminlərdən biri vilayəti fəqih məsələsi oldu. Onun mənası, dəlilləri, ixtiyarlarının həddi-hüdudu, miqyası və s. ilə əlaqədar çoxlu bəhslər irəli sürüldü. Vilayəti-fəqihin mütləq vilayətlə olan fərqini bəyan etmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:

a) Vilayətin mənası:

Ərəb dilində “vilayət” kəlməsi yaxınlıq mənasına olan “və-li-yə” وَلِيَ  kökündən alınmışdır.[1] Bu kəlmə üçün qeyd olunan mənadan əlavə, digər iki məna da gəlmişdir: 1. Səltənət və hakim kəsilmək, 2. Rəhbərlik və hökumət.[2]

b) Vilayəti-fəqihin mənası

Qeyd olunduğu kimi, vilayət “vali olmaq”, “müdir olmaq” və “icra etmək” mənasınadır. “Fəqihin vilayəti vardır” dedikdə məqsəd budur ki, “imam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu dövrdə  ilahi qanunların bəyanı, din hökmlərinin icrası və islam cəmiyyətinin idarə olunması müqəddəs şəriət sahibi tərəfindən cameüş-şərait fəqihin (müctəhidin) öhdəsinə qoyulur.”[3]

Əlbəttə, bəzi alimlər bu kəlmənin məfhumunda ağalıq, rəyasət və səltənətin də olduğunu iddia etmişlər ki, bu da vəlinin öz ixtiyarında olanlara hakim kəsilməsini göstərir. Halbuki, vilayət dedikdə məqsəd onun ixtiyarında olan şəxslərin işlərinə başçılıq etmək və işlərinin idarə olunmasıdır və bu da onlara bir növ xidmət sayılır.[4]

v) Fəqihin vilayətinin mütləq olmasının mənası

Fiqhdə vilayət (qəyyumluq) haqqı bəzi şəxslər üçün qüvvədədir. Məsələn, atanın və ata tərəfdən olan babanın səğir (həddi-buluğa çatmayan) övlada, dəliyə, yaxud ağlı kəmə olan vilayəti kimi.[5] Bu kimi işlərdə övladın (istər oğlan olsun, istərsə də qız) işləri atasının və ya (o həyatda olmadıqda) ata tərəfdən olan babasının öhdəsinədir. Bu ikisi övladın mənafeyinə və məsləhətinə diqqət yetirməklə onun işlərini idarə edirlər.

Həmçinin, müvəkkil diri olduğu vaxta qədər vəkilin müvəkkil üzərində olan vilayəti. Fiqhi kitablarda digər hallar da bəyan olunmuşdur. Deməli, başqalarına vilayət və qəyyumluq məsələsi islam fiqhinin zəruri məsələlərindən biridir. Bu vilayətlərdən biri də fəqihin vilayətidir. Amma əsas məsələ budur ki, görəsən, fəqihin vilayəti atanın və ata tərəfdən olan babanın vilayəti kimidir, yoxsa cəmiyyət işlərinin idarə olunması və rəhbərlik mənasına olan vilayət növündəndir?

Bütün fəqihlər vilayəti-fəqih prinsipinin qüvvədə olması  barədə yekdil nəzərdədirlər, onların ixtilafı sadəcə vəliyyi-fəqihin ixtiyarlarının genişləndirilməsi və ya məhdud edilməsi ilə əlaqədardır. Yəni onun ixtiyarlarını “cəmiyyət işlərinin idarə olunması” mənasına olan vilayət növündən qəbul etsək, “mütləq vilayət” mənasına inanmış oluruq. Fəqihin mütləq vilayəti fiqhi bir termindir. O, vilayətin icra olunması hövzəsinə və vilayət daxilində qərar tutan şəxslərə nəzər yetirir və bu sahədəki məhdudiyyəti inkar edir. Başqa sözlə, bu terminə əsasən, fəqihin vilayət dairəsi dəlilərə, səfehlərə və s. xüsusi şəxslərə məhdud edilmir, əksinə bütün şəxslərə və bütün hökmlərə aid olmaqda mütləqdir. Mərhum imam Xomeyni bu barədə buyurur: “Rəhbərlik və vilayət baxımından Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və məsum imamlar üçün qüvvədə olan hər bir şey eynilə fəqih üçün də qüvvədədir. Amma onların bu qəbildən olmayan digər işləri fəqih üçün də sübuta yetmir.”[6]

Mərhum Şeyx Ənsari cameuş-şərait fəqihin mənsəbləri barəsində yazır: “Cameüş-şərait fəqihin mənsəbləri bunlardır: 1. Fətva vermək, 2. Hökumət (qəzavət və mühakimə), 3. Əmlak və canlarda təsərrüf vilayəti.”[7] Davamında isə buyurur: “Bəli, hər bir işdə ki, insanlar öz rəislərinə müraciət edirlər, fəqihlər ulil-əmr olduqlarına görə həmin işlərdə fəqihə müraciət etməyə inanmağımız uzaq görüş deyildir.”[8]

Amma bəzi alimlər fəqihin ixtiyarının bu qədər geniş olmasını qəbul etmir və yalnız fətva və qəzavət mənsəbində qəbul edirlər.[9]

Bu bəyanla aydın olur ki, vilayəti-fəqihin mütləq olması fiqhi bir termindir; o, vəliyyi-fəqihin səlahiyyət, vəzifə və fəaliyyətlərinin hüdudlarını bəyan etmək məqamındadır. Bu nəzəriyyədə fəqihin vilayətinin təkcə dəlilərə, yetimlərə və başsız uşaqlara aid olması qəbul edilmir.

Xatırlatma

Təəssüflər olsun ki, bəziləri fəqihin mütləq vilayəti barəsində yanlış bir məfhum əldə etmiş və onu mütləq hökumət (monarxiya)[10] və ya “fəqihin mütləq azadlığı” hesab etmişlər.[11]

Lakin əvvəldəki bəyanla aydın olur ki, əvvəla: fəqihin vilayətinin mütləq olmasında məqsəd budur ki, fəqih gərək bütün islam hökmlərini bəyan etsin, nəinki bəzi hökmləri və ya bəzi hallarda müəyyən hökmləri. İkincisi, hökmlər arasında təzad yaranan zaman cameüş-şərait fəqih gərək daha mühüm olan hökmü icra etsin.[12] Bunun mənası “vəliyyi-fəqih islam hökmlərini və cəmiyyətin məsləhətini nəzərə almadan islamın və cəmiyyətin mənafe və məsləhəti ilə müxalif olan hökm və fərman çıxara bilər” demək  deyildir.[13]

 


[1] Razi, Əbdül-Qadir, “Muxtarus-sihah” (“Sihahi Cövhəri”), “vəli” kəlməsi, səh. 631, “Ər-risalət” nəşriyyatı

[2] Yenə orada; həmçinin “Əl-möcəmül-vəsit”, səh. 1058, “Darud-dəvət” nəşriyyatı

[3] Cavadi Amuli , “Vilayəti fəqih”, səh. 463, “İsra” nəşriyyatı

[4] Hadəvi Tehrani, Məhdi, “Vilayət və diyanət”, səh. 65, “Xaneye xerəd” nəşriyyatı

[5] Nəcəfi, Məhəmməd Həsən, “Cəvahirul-kəlam”, 22-ci cild, səh. 322, “Camei fiqhi Əhli-beyt (əleyhimus-salam)” sidisi

[6] İmam Xomeyni, “Kitabul-bey”, 2-ci cild, səh. 664

[7] Yenə orada, səh. 654

[8] Ənsari, Şeyx Mürtəza, “Əl-məkasibul-mühərrəmə”, 3-cü cild, səh. 545

[9] Yenə orada

[10] Xoi, Seyid Əbul-Qasim, “Tənqihun fi şərhi Ürvətil-vusqa”, 1-ci cild, səh. 418; “Camei fiqhi Əhlil-beyt (əleyhimus-salam)” sidisi

[11] “Vilayət və diyanət”, səh. 125

[12] “Vilayəti-fəqih”, səh. 463, “İsra” nəşriyyatı

[13] Əlavə məlumat üçün bax: 1. Sual 6653 (sayt az6738), 2. Sual 32 (sayt 265)

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114412 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87311 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    66207 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49889 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    39303 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36349 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25154 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24477 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24127 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22193 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...