Ətraflı axtarış
Baxanların
5645
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Məntiq baxımından maliki məzhəbində olduğum halda qiyamətdə nicat tapmağımın ehtimalı daha artıq deyildirmi? Çünki mən Əli (əleyhis-salam)-ı sevməkdən əlavə, sair səhabələri də sevirəm, bu halda hər qrup nicat əhli olsa, mən də nicat əhli olacağam.
Sual
Məntiq baxımından maliki məzhəbində olduğum halda qiyamətdə nicat tapmağımın ehtimalı daha artıq deyildirmi? Çünki mən Əli (əleyhis-salam)-ı sevməkdən əlavə, sair səhabələri də sevirəm, bu halda hər qrup nicat əhli olsa, mən də nicat əhli olacağam.
Qısa cavab

Məntiq elmi baxımından danılmaz bir məsələdir ki, nicat və səadətə səbəb olan ehtimallara əməl etmək xəta və azğınlıq əmsalını azaldır. Bu prinsip təkcə məntiqdə deyil, həm də fiqhi bəhslərdə özünəməxsus yerə malikdir. O cümlədən “əsalətul-ehtiyat” (ehtiyatın ilkinliyi) prinsipini qeyd etmək olar. Yəni iki iş arasında tərəddüddə qaldığımız zaman ehtiyatı əsas götürməliyik. Əgər mümkün olsa, hər iki tərəfə əməl etməli, bundan qeyri hallarda isə gerçəkliyə daha yaxın olan surəti (versiyanı) seçməliyik. Misal üçün, bir şəxs cümə günü zöhr zamanı günorta namazının, yoxsa cümə namazının vacib olmasında şəkk edərsə, Allahın əmrinə əməl etməyə dair xatircəmlik əldə etmək üçün hər ikisini əncam verir.

Bu o zaman mümkündür ki, ehtimal verilən və aralarında tərəddüddə olunan işlər bir-biri ilə ziddiyyətli, təzadlı olmasın. Əks halda, onların hər ikisinə əməl etmək əqli cəhətdən qeyri-mümkün olacaqdır. Misal üçün, bir nəfər deyir ki, “hal-hazırda həm gecədir, həm də gündüz”, yaxud “həm işıqlıqdır, həm də qaranlıq”. Çünki, gecənin və qaranlığın gerçəkliyi aydınlığın və gündüzün gerçəkliyi ilə tamamilə ziddir və qaranlıq işığın olmamasıdır. Aydındır ki, bir şeyin vahid anda həm mövcud olması, həm də olmaması mümkün deyildir.

Sualın fərz olunduğu halda da demək lazımdır ki, Əli (əleyhis-salam)-a məhəbbət bəsləmək sair səhabələrə məhəbbətlə zidd olmasa da, Əli (əleyhis-salam)-la onun müxaliflərinə – hətta səhabə olsalar da belə – eyni zamanda və qəlbən məhəbbət bəsləmək və onların hamısını eyni səviyyədə sevmək necə mümkün ola bilər?! Məgər bir-birinə zidd olan iki ideya və təfəkkürü eyni zamanda qəbul edib sevmək mümkündürmü?!

Ətreaflı cavab

Qəti məntiqi qanunlara əsasən, insanın nicata çatmasını mümkün edən şeylərə eyni zamanda əməl etmək ehtimal verilən zərərlərin dəf olunub aradan qaldırılması ilə nəticələnəcəkdir. Misal üçün, bir şəxs cümə günü günorta zamanı cümə namazınınmı, yoxsa zöhr namazının vacib olmasını bilmir. Belə olan halda Allahın vacib etdiyi qəti hökmə və onun nicatına səbəb olan şeylərə əməl etmək üçün hər ikisini yerinə yetirir: həm zöhr namazını qılır, həm də cümə namazını.

Bu məntiqi əməl fiqhi əsaslarda “əsalətul-ehtiyat” adlı bir prinsipdir. [1] Bu prinsip gerçək ilahi hökmün tələbinə əməl etməməkdən irəli gələn ehtimali zərəri dəf etmək üçündür.

Bu o yerlərdə mümkündür ki, nəzərdə tutulan iki məsələnin arasında zatən ziddiyyət və təzad olmasın; yaxud biri ümumi və ya xüsusi şəkildə digərinin ziddi olmasın.

Amma əgər belə olarsa, yəni iki mətləbin arasında həqiqi mənada təzad və ziddiyyət olarsa, onların bir yerdə cəm edilməsi qeyri-mümkün olacaqdır. Çünki hər birinin vücudu digərinin vücudunu inkar edir. Misal üçün, bir şəxs cihadın vacibliyini bilir, amma elə bir şəraitdə qərarlaşmış olur ki, siyasi şantajların və zəhərli təbliğatların nəticəsində haqq cəbhəsini ayırd edib seçə bilmir. Belə bir şəxs cihadın qəti hökmünə əməl edərək günün bir hissəsində “a” cəbhəsində döyüşərək “b” cəbhəsindən bir dəstə adamı öldürə bilər, amma günün digər yarısında bunun əksinə əməl edə bilməz. Çünki yuxarıdakı fərz əsasında onun haqq cəbhəsində vuruşmasına baxmayaraq, haqq cəbhəsi ilə müxalifəti və batil amilləri ilə yanaşı olması da qətidir.

Yuxarıdakı sualın cavabında deyirik: Sizin maliki və ələvi fiqhi barəsindəki təsəvvürünüz nədir?! Əgər elmlərin fiqhi barəsindəki təsəvvürünüz imam Malik ibni Ənəsin etiqadlı olduğu şeylərdirsə, cavab bir cürdür, bundan başqa hallarda isə tamamilə başqa cürdür.

O (İmam Malik) sair şiələr kimi Əli (əleyhis-salam)-ı “möminlərin əmiri və müsəlmanların imamı” ünvanı ilə qəbul edir. Hətta ona mənsub edilən şerdə deyib ki, “Ali-Əli (Əli övladları) Allahın şiələridir.” [2] O, “və mən yutiillah” (“Nisa”, 69) ayəsinin təfsirində yazır: “(Bu ayədə deyilən) şəhidlər Əli (ibni Əbitalib), Cəfər (Təyyar), Həmzə (Peyğəmbərin əmisi), Həsən və Hüseyn (əleyhimussalam)-dır. Çünki onlar şəhidlərin sərvəri və ağalarıdırlar.” [3]

Malik ibni Ənəs təkcə Əli (əleyhis-salam)-a məhəbbət bəsləmirdi; o, Əlinin ailəsini də Allahın yer üzündəki insanlar arasından seçdiyi şəxslər hesab edirdi. Buna görə də İmam Sadiq (əleyhis-salam) barəsində demişdir: “Mənim gözlərim zöhd, ibadət və təqvada Cəfər ibni Məhəmməd (əleyhis-salam)-dan da fəziləti bir şəxs görməmişdir.” [4]

İmam Malik ibni Ənəsin özü imam Əli (əleyhis-salam)-ı tərifləməkdən əlavə, onun düşmənləri ilə düşməndir və onu sevənləri də sevir. Hətta o həzrətin fiqhi üslublarının əksinə ictihad edənləri məzəmmət edir. Buna görə də o, Əbu Hənifənin barəsində deyir: “İslam dünyasında müsəlmanların halına Əbu Hənifə qədər zərərli olan bir şəxs dünyaya gəlməmişdir!” [5]

İmam Malikin sözlərinə diqqət yetirməklə deməliyik ki, onun fiqhi əsas etibarı ilə Əli (əleyhis-salam)-a düşmənçiliklə müxalifdir. Digər tərəfdən də, bəhsin əvvəlində qeyd etdik ki, bir-biri ilə uyğun və eyni səviyyədə olan şeyləri bir-birinə qovuşdurmaq (hər ikisini cəm etmək) xəta ehtimalını azaldır və gerçəkliyə çatmaq ehtimalını artırır.

Amma əgər nəzərdə tutulan işlər məntiqi cəhətdən zidd olan şeylərdəndirsə, nəinki insanın hidayətinə səbəb olmur, hətta o iki şeyin arasında uyğunluq yaratmaq da qeyri-mümkündür.

Bu ziddiyyətin (paradoksun) daha artıq aydın olması üçün bir misal çəkirik. Bir-birinə zidd olan iki şeyi eyni zamanda qəbul etmək bir şəxsin “indi həm gündüzdür, həm də gecə” deməsinə oxşayır. Bu sözün nəticəsi bu olacaqdır ki, hasil olan şey nə gündüz olsun, nə də gecə. Çünki gündüzün gerçəkliyi gecənin gerçəkliyini inkar edir, başqa sözlə desək, gecə elə gündüzün olmamasıdır.

Sualın fərz olunduğu məsələ də həmin qəbildəndir: Əli (əleyhis-salam)-a məhəbbət səhabəyə məhəbbətlə ziddiyyətli olmasa da, [6] amma görəsən, Əli (əleyhis-salam)-la onun müxaliflərinə qarşı vahid anda qəlbən və eyni səviyyədə məhəbbət bəsləmək – hətta səhabə olsalar da belə – necə mümkün ola bilər?! Necə mümkün ola bilər ki, bir-birinə zidd olan iki ideya və təfəkkürü sevmiş olar?! Əli (əleyhis-salam)-ın israr edib onu izlədiyi gerçəklik müxaliflərinin izlədiyi şeylərdən tamamilə başqadır.

MƏNBƏLƏR:

1. “Rövzətul-vaizin”, Məhəmməd ibni Fəttal Nişapuri, vəfat tarixi: 508-ci h.q, “Mənşurati Rəzi” çapxanası, Qum

2. “Mənaqibu Ali Əbitalib”, İbni Şəhraşub, “Heydəriyyə” çapxanası, Nəcəf, 1956-cı miladi il

3. “Tarixu Bağdad ov Mədinətus-salam”, Əbu Bəkr Əhməd ibni Xətib Bağdadi, Mustafa Əbdul-Qadirin təhqiqi, Məhəmməd Əli Beyzunun nəşri, 1-ci çap, 1417-ci h.q ili

4. “Əl-mucəzu fi usulil-fiqh”, Şeyx Cəfər Sübhani, “İmam Sadiq (əleyhis-salam)” müəssisəsinin nəşri, 2-ci çap, 1420-ci h.q ili

 



[1] “Əl-mucəzu fi usulil-fiqh”, səh. 343

[2] “Rövzətul-vaizin”, səh. 187

[3] “Mənaqibu Ali Əbi Tatlib”, 2-ci cild, səh. 283

[4]   “Rövzətul-vaizin”, səh. 401

[5] “Tarixi Bağdad”, 13-cü cild, səh. 396

[6] Bax: Görünüş: “Səhabə şiə nəzərindən”, sual 841 (sayt 1072)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Quranda başqalarının qəlbin sındırmaq haqqında ayə varmı?
    23300 Təfsir 2011/08/23
    Hətta, əgərQurandabeləbirayəaçıqşəkildəyəni, “qəlbsındırmaq” ünvanıiləgəlməsədə
  • Həzrət Adəmin övladları, kimlə evləndilər?
    20111 Quran elmləri 2011/05/31
    Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır: 1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.
  • Bir Avropalı üçün İslam və şiəni olduğu kimi tanıtdırın.
    6445 Qədim kəlam 2011/05/15
    İslam lüğətdə təslim olmaq və boyun əymək deməkdir. Bunun üçün də İslam dinini, İslam adlandırmışdırlar ki, onun bütün göstərişləri aləmlərin Rəbbi olan Allahın qarşısında təslim olmaqdır ki, insan yeganə Allahdan başqasına itaət etməsin və yalnız o Allahın əmrlərini yerinə yetirsin. Həqiqətdə İslam dini bütün keçmiş ...
  • Ислам дининдә дәјишән үнсүрләр вармы?
    7981 Təzə kəlam 2009/06/21
    Илаһи динләринпринсипләри ики гисимдән тәшкил олунуб: Бир гисми сабит үнсүр, диҝәри исә дәјишәндир. Илаһи динләрин дәјишмәз, сабит вә дүнјәви принсипләри һәмишәлик вә һәр заман олмушдур. Әслиндәинсанын
  • “Kumeyl” duasında deyildiyi kimi hansı günahlar ismət pərdələrinin yırtılmasına, bəlanın nazil olmasına, duanın qəbul olunmamasına səbəb olur?
    5729 Əməli əxlaq 2012/02/18
    Ümumi şəkildə desək, hər bir günah insanın ismət pərdələrinin yırtılmasına, bəlanın nazil olmasına, duanın qəbul olunmamasına, ruzinin kəsilməsinə, xeyir-bərəkətin insan həyatından aradan qalxmasına səbəb olur. Dini mənbələrimizdə də işarə edildiyi kimi, bu, günahın təbii xassəsi və təsiridir. Amma bəzi rəvayətlərə müəyyən günahların öz ardınca gətirdiyi xüsusi ağır ...
  • Səhraların yaranmasının fəlsəfəsi nədir?
    5770 Qədim kəlam 2012/04/09
    1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların ...
  • Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
    8876 Qədim kəlam 2011/04/16
    Бу суалын изаһлы ҹавабы јохдур. ...
  • Ləvatdan məqsəd nədir?
    10003 Nizamlar hüquq və əhkam 2012/10/01
    Ləvat yəni, bir kişinin aləti digər bir kişiyə daxil olmasına deyilir.[1] Bu ən böyük günahlardandır ki, Allah- Taala Quranda, Lut qövmünün bu günahıları ücün əzaba dücar olduqlarını xəbər verir.[2] Böyük günahlardan sayılan bir günahdır ki. Rəvayətlərdə ondan “Allaha küfr” etmək kimi ...
  • Əl verməyin, naməhrəmlə təmasda olmağın və hicabın olmamasının cəzası nədir?
    9600 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bizim dini mətnlərdə sualda deyilən günahlar üçün axirət cəzaları bəyan olubdur ki, nümunə olaraq neçə rəvayətlə kifayətlənirik: Naməhrəmə əl vermək: Əziz Peyğəmbər (s) bu barədə buyurubdur: 1.Hər kəs naməhrəm qadına əl verə, qiyamət günündə zəncirə çəkilmiş halda məşhur olar ...
  • Mühitlə rabitətə zərər çəkməmək və avara (sərgərdan) olmamaq üçün pişiyi sonsuz etməyin hökmü nədir?
    5342 Nizamlar hüquq və əhkam 2012/01/09
    Həzrət Ayətullahul- üzma Xamineinin dəftərxanası:Əgər heyvanın əziyyətinə səbəb ola, caiz deyil.Həzrət Ayətullahul üzma Məkarim Şirazinin dəftərxanası:Əgər bu iş lazım və zəruri ola, maneəsi yoxdur.Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı bu şərhlədir:Əgər bi iş heyvana əziyyət vermədən baş tutarsa və məsləhət onu istəyərsə, maneəsi yoxsur. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162892 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154991 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117778 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98855 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91324 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53360 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45280 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43739 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42907 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...