Ətraflı axtarış
Baxanların
4187
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Nə üçün Allah- Taala Quranda özü barəsində olan şəxs əvəzliklərini kişi cinsində qeyd etmişdir?
Sual
Nə üçün Allah- Taala Qurani- kərimdə özü barəsində olan ayələrdə kişi şəxs əvəzliklərindən istifadə etmişdir? Bundan əlavə nə üçün kişi cinsində işlənən bir çox ayələr qadınlara da aid edilmişdir?
Qısa cavab

Qurani kərim ərəb dilində nazil olduğu üçün onun bütün ayələri ərəb dili qramatikasında yazılmışdır. Allah Taalanın Qurani kərimdə özü barəsində olan ayələri kişi cinsində gətirməsi də məhz ərəb dili qramatikasının tələblərindəndir. Ərəb dili qramatikası bütün dil və qramatikalardan fərqli olduğu üçün geniş izaha ehtiyacı vardır. Amma biz burada qısa surətdə bu məsələyə işarə edirik.

Ərəb dili qramatikasında kişi və qadın cinsi bir neçə növdür?

Həqiqi kişi və qadın cinsi:

Məcazi qadın və kişi cinsi. Bu cinslərə aid edilən hər bir şey qədim ərəb tayfalarından eşidilərək qanun şəklində yazılmışdır. Amma əslində heç bir qramatik əsası yoxdur. Məsələn ay və günəş. Ay məcazi kişi cinsində və günəş isə məcazi qadın cinsində işlədilir. Amma bunun heç bir qramatik əsası yoxdur. Sadəcə "ərəb" belə deyib. Bunlardan əlavə mənəvi və ləfzi qadın və kişi cinsləri vardır ki, daha onların açıqlanmasına ehtiyac duymuruq.

Bildiyimiz kimi Allah- Taala yuxarıda qeyd etdiyimiz cinslərin heç birinə aid deyil. Ərəb dili qramatikasında heç bir cinsə aid olmayan və ya cinsi məlum olmayan şeylər kişi cinsində yazılır. Bu səbəbdən Allah Taalanın bütün sifətləri və zatı kişi cinsində yazılmışdır. Bundan əlavə ərəb dili qramatikasına əsasən nəyin və ya kiminsə kişi və qadın cinsində işlədilməsi heç bir dəyərə əsaslanmır. Yəni bu cinslərin heç biri ucalıq mənasında deyildir.

Ətreaflı cavab

Bildiyimiz kimi Quran ərəb dilində yazılmışdır. Ərəb dili qramatikası da bəzi dillərin və qramatikaların əksinə olaraq bir neçə şəxs və cinslərdən ibarətdir. Təbiidir ki, hər bir kitabı müəyyən dildə yazılsa və ya tərcümə olunsa o dilin qramatikasına uyğun təltif edilməlidir. Ərəb dili qramatikasında xonsa cinslər (cinsi məlum olmayan) kişi cinsində yazılır. Bu qayda həmçinin bəzi qramatikalarda da mövcud olur. (misal üçün fransız dili qramatikasında bu məsələ mövcuddur)

Deməli, ərəb dili qramatikasında bu qaydaya uyğun olaraq kişi cinsində işlənən sözlər şəxsin kişi olub- olmamasından xəbər vermir. Bundan əlavə Qurani- kərim zamanının cahil təfəkkürünə[1] deyil, əksinə, ərəb dili qramatikasına uyğun olaraq nazil olmuşdur. Deməli, Qurani kərim ərəb dili qramatikasının tələblərinə uyğun olaraq nazil olduğu üçün Allah- Taala barəsində ayələri kişi cinsinə aid etmişdir.

Başqa sözlə desək:

Ərəb dilində ismlər və fellər (mən və biz şəxs əvəzliklərindən savayı) iki əsas cinsə bölünür: Həqiqi kişi və qadın cinsi, məcazi formada olan kişi və qadın cinsi. O yaranmışların ki, qadınlıq və kişilik cinsi orqanı vardır (hətta heyvanlar) o yaranmışlar həqiqi kişi və ya qadın cinsinə aid edilir. Əgər bunun əksinə olarsa məcazi kişi və qadın cinsinə aid ediləcəkdir. Məsələn həqiqi kişi cinsi deyəndə (رجل) yəni kişi və (جمل) yəni erkək dəvə nəzərdə tutulur. O cümlədəndə (زن) yəni qadın və (ناقة) dişi dəvə deyəndə həqiqi qadın cinsi nəzərdə tutulur.

Amma məcazi kişi və qadın cinsləri deyəndə bütün əşyalar nəzərdə tutulur. Bunların içində yalnız insanın bədən üzvləri və şəhər adları qanun şəklində məcazi qadın cinsinə aid edilir. Yerdə qalan əşyalar isə heç bir qanuna əsaslanmadan məcazi kişi və qadın cinsinə aid edilir. Yəni qədim dövrdən ərəblərdən necə eşidilibsə elə də qəbul edilib. Məsələn: qədimdən ərəblər qələmi, (قلم) ayı, (قمر) evi, (دار) və sair. Kişi cinsində işlədiblər və divarı, ağacı, günəşi və sair. qadın cinsində.Amma belə bir qayda var ki, xonsa cinslər (yəni saydığımız cinslərə aid olmayan və bu şəraitin onlarda olmaması) məcazi kişi cinsinə aid edilir.[2] Həmçinin Allah- Taala nə doğub və doğulub. Eyni zamanda da onun heç bir bənzəri yoxdur.[3]

Bu məsələyə də diqqət yetirmək lazımdır ki, yalnız dildə kişi və qadın cinslərində işlənən sözlərin heç bir üstünlükləri yoxdur. Əgər belə olsaydı bəzi insan olmayan çirkin yaranmışları (şeytan. iblis) dəyərləndirməli olardıq. Belə olan halda gərək heç bir məcazi kişi və qadın cinslərindən istifadə etməyək. Əks halda isə, yəni məcazi, dildə işlənən kişi və qadın cinsləri naqis bir yaradılışdan xəbər versəydi, yəni bu əskiklik hesab olsaydı dəyərli şeylər (namaz, su, günəş, yer və sair) məcazi qadın və kişi cinslərində işlədilməzdi.[4]

 



[1] - Mütərcim: Qurani kərim nazil olan dövürdə cahil ərəblər qadınları insan saymır və onlara insan kimi heç bir şəxsi məhəl qoymurdurlar.

[2] - Sərf sadə kitabı səhifə 28 və 145.

[3] - Tövhid surəsi, ayə 3,،«لم یلد و لم یولد»  Şura surəsi, ayə 11. «لیس کمثله شیء»

[4] - Bax: Zən dər ayineye cəlal və cəmal. Cavadi Amoli, səhifə 78.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111746 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85094 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    63936 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47071 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34900 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34019 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24311 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23651 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23378 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21682 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...