Ətraflı axtarış
Baxanların
8683
İnternetə qoyma tarixi: 2011/12/25
Sualın xülasəsi
Hər kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsini ziyarət etsə, sanki ərşdə Allahı ziyarət eymişdir? İfasdəsinin mənası nədir?
Sual
Sizdə bunu qəbul edirsinizmi ki, əgər bir kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsi ziyarət edə sanki ərşdə Allahı ziyarət edibdir? Müraciət et: Əl- məzar, Mufid, səh 51.
Qısa cavab

Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü imamı), Allah yolunda gördüyü müsibətlər, fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər və hədəflərə görə Allah Taalanın yanında çox böyük məqama malikdir. Allah ona çox böyük mükafat varibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə rəğbətlənir və təşviq olunurlar və o həzrətin (ə) ziyarətçilərinə çoxlu mükafat və savab vədəsi verilibdir. Bu İlahi vədələrdən biri, şeyx Mufid (r) və başqalarının motəvatir (arası kəsilmədən) nəql etdikləri hədisdir. Bu hədisdə imam Cəfər Sadiq (ə) buyurur: ... kim Aşura günündə imam Hüseynin qəbrini ziyarət edə sanki Allahı, onunn ərşinin üstündə ziyarət edibdir". Belə bir rəvayət Peyğəmbərin (s) qəbrinin ziyarəti barədə də vardır.

İmam Rza (ə) Allahı ziyarət etməyin mənası barədə buyurub: Allahı görmək və ziyarət etmək mümkün olmadığına görə Allah- Taala Peyğəmbərinin ziyarətini öz ziyarətinin yerinə qərar veribdir.

Əlbəttə gərək diqqət oluna ki, İmam Hüseynin (ə) ziyarəti, o həzrətin böyük hədəflərinin yaşaması, həmin Allahın dininin və Quranın göstərişlərinin yaşamasına səbəb olar.

Ətreaflı cavab

İslam dəyərlər dinidir və onda vədə verilmiş İlahi savablar insanların Allah üçün xalisanə əməllərinin nəticəsidir; çünki Allah- Taala savab verənlərin ən yaxşısı və ən adilidir və heç bir yaxşı iş görənin mükafatını zay etməz.[1] Hər nə qədər insanın yaxşı əməlləri səmimanə ola, hər nə qədər Allah yolunda çətinliklərə daha çox səbr edə, Allahın dərgahında mükafat və savabı o qədər artıqdır. Bunların hesabınadır ki, İlahi Peyğəmbərlər və pak İmamların Allah- Tasalanın dərgahında çox ali məqam vardır. Həmçinin Hüseyn ibni Əlinin (ə) şiələrin üçüncü imamı) Allah- Taalanın yanında çox uca məqamı var. bu məqam, o həzrətin (ə) Allahın Peyğəmbəri (s) ilə qohumluğuna xatir deyil, bəlkə imam Hüseynin (ə) İslamın və Quranın hifz olunmasında, öz İlahi təkliflərinin yerinə yetirməsində etdiyi səbrə, o həzrətin müsibətlərinə, bəxşişlərinə, fədakarlıqlarına, əmələrinə, xüsusiyyətlərinə və hədəflərinə görədir. Hüseyn ibni Əlinin (ə), Yezid və onun tərəfdarları ilə döyüşdə İlahi hədəfi var idi. Və özünün nəfsani istəklərinin dalınca deyildi. Bu gün hamıya aydındır ki, əgər imam Hüseyn (ə) bəni Üməyyənin açıq- aşkar və böyük inhiraflarının qarşısında sükut etsəydi, İslamdan ancaq ad qalardı, onun həqiqətləri və gerçəklikləri bəni Üməyyənin bəndində (zəncirində) əsir olardı və bizim əlimizə yetişməzdi. İmam Hüseynin (ə) əql və eşqlə qarışmış fədakarlığı idi ki, İslamı, nabud olmaq xətərindən və bəni Üməyyənin əlində süqut olmaqdan saxladı.[2]

Başqa bir tərəfdən: İmam Hüseyn (ə) bilirdi ki, sağ qalmaq üçün şans yoxdur, bilirdi ki, onlar istəyirlər onu şəhid edələr və həmçinin Kufə camaatının keçmişdə atasına və qardaşına vəfasızlığından xəbərdar idi.

Bunlarla belə bütün sərmayəsi ilə (öz canı, yaxınları, övladları, dostları və ...) meydana gəldi və açıq üz ilə, qismətdən kamil razılıqla Allahın dinindən müdafiə etdi, öz qanıyla İslamın ağacını suladı və İslama təzə can bağışladı.

Baxmayaraq ki, həmişə Allahın yolunda İlahi Peyğəmbərlər və rəhbərlərdən olan böyük insanlar öz canlarını fəda ediblər, amma imam Hüseyn (ə) və onun dostlarının məzlumcasına şəhid olması hadisəsi, şəhidlərin sayı və onların şəhadətə yetişməsi nöqteyi nəzərindən və başqa cinayətlər ki, onların şəhadətindən sonra onların cəsədlərinə oldu, qarət, Yezidin tərəfdarları tərəfindən şəhidlərin qadınları və uşaqlarının əsir edilməsinin tarixdə oxşarı yoxdur!

Allah- Taala buyurur: Biz səbr edənlərin mükafatını hesabsız verərik![3]

Görəsən bəşəriyyət tarixinin İmam Hüseynin (ə) saysız müsibətlərindən daha ağır müsibət və Hüseyn ibni Əlinin (ə) səbrindən uca olan səbrdən xəbəri varmı?

Başqa bir tərəfdən, o həzrətin (ə) bütün səbri və müsibətləri səmimanə və Allah yolunda olub və onlarda bir zərrə belə nəfsani istək və şəxsi mənfəəti olmayıb.

Bu məsələlərə diqqət etməklə Allah- Taala imam Hüseynə (ə) hansı mükafatı və savabı versin ki, həm o həzrətin (ə) müsibətlərinə layiq ola və həm də Allah- Taalanın kərəm, səxavət və ədalətin şənində ola.

Buna əsasən Allah- Taala ona çox böyük mükafat və savabları verilibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə rəğbətlənir və təşviq olunurlar və o həzrətin (ə) ziyarətçilərinə çoxlu mükafat və savab vədəsi verilibdir. Bu İlahi vədələrdən biri, şeyx Mufid (r) və başqalarının motəvatir nəql etdikləri hədisdir. Bu hədisdə imam Cəfər Sadiq (ə) buyurub: ... kim Aşura günündə imam Hüseynin (ə) qəbrini ziyarət edə sanki Allahı, onun ərşinin üstündə ziyarət edibdir".[4]

Əlbəttə bu təəccüblü deyil; çünki, Peyğəmbərin (s) qəbrinin ziyarəti barədə buna oxşar çoxlu rəvayətlər varımızdır. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kəs Allahın Peyğəmbərini (s) ziyarət edə sanki Allah Taalanın onun ərşinin üstündə ziyarət edibdir".[5]

İmam Rza (ə) Allahı ziyarət etməyin mənası barədə buyurub: Allahı görmək və ziyarət etmək mümkün olmadığına görə Allah- Taala Peyğəmbərinin ziyarətini öz ziyarətinin yerinə qərar veribdir.[6]

Əlbəttə gərək diqqət oluna ki, İmam Hüseynin (ə) ziyarəti, o həzrətin (ə) böyük hədəflərinin yaşaması, həmin Allahın dininin və Quranın göstərişlərinin yaşamasına səbəb olar.



[1] - Ali- imran surəsi, ayə 171

«أَنَّ اللَّهَ لا یُضیعُ أَجْرَ الْمُؤْمِنینَ»

Tövbə surəsi ayə 120

«إِنَّ اللَّهَ لا یُضیعُ أَجْرَ الْمُحْسِنینَ»

[2] - 4218- ci sualdan götürülüb (sayt 4456), göstəriş: İmam Hüseynin (ə) İşlərinin Aşura günündə aşiqanə və aqilanə olması.

[3] - Əz- zümər surəsi, ayə 10:

«قُلْ یا عِبادِ الَّذینَ آمَنُوا اتَّقُوا رَبَّکُمْ لِلَّذینَ أَحْسَنُوا فی‏ هذِهِ الدُّنْیا حَسَنَةٌ وَ أَرْضُ اللَّهِ واسِعَةٌ إِنَّما یُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَیْرِ حِساب»

[4] - 19619-

«جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ قُولَوَیْهِ فِی الْمَزَارِ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ الْمُوسَوِیِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ نَهِیکٍ عَنِ ابْنِ أَبِی عُمَیْرٍ عَنْ زَیْدٍ الشَّحَّامِ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ع قَالَ مَنْ زَارَ الْحُسَیْنَ ع لَیْلَةَ النِّصْفِ مِنْ شَعْبَانَ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ وَ مَنْ زَارَهُ یَوْمَ عَرَفَةَ کَتَبَ اللَّهُ لَهُ أَلْفَ حَجَّةٍ مُتَقَبَّلَةٍ وَ أَلْفَ عُمْرَةٍ مَبْرُورَةٍ وَ مَنْ زَارَهُ یَوْمَ عَاشُورَاءَ فَکَأَنَّمَا زَارَ اللَّهَ فَوْقَ عَرْشِهِ»

[5] - Təhzibul- əhkam, cild 6, səh 3

«قاْلِ الصَّادِقِ ع مَنْ زَارَ رَسُولَ اللَّهِ ص کَمَنْ زَارَ اللَّهَ فَوْقَ عَرْشِهِ»

Vəsailüş- şiə, cild 14, səh 335, hədis 19340

«وَ عَنْ عِدَّةٍ مِنْ أَصْحَابِنَا عَنْ سَهْلِ بْنِ زِیَادٍ عَنْ مُحَمَّدِ بْنِ الْحُسَیْنِ عَنْ مُحَمَّدِ بْنِ إِسْمَاعِیلَ عَنْ صَالِحِ بْنِ عُقْبَةَ عَنْ زَیْدٍ الشَّحَّامِ قَالَ قُلْتُ لِأَبِی عَبْدِ اللَّهِ ع مَا لِمَنْ زَارَ رَسُولَ اللَّهِ ص قَالَ کَمَنْ زَارَ اللَّهَ فَوْقَ عَرْشِهِ الْحَدِیثَ»

[6] - (Ət- tövhid), (Uyuni əxbari- ər- Rza (ə) (Əl- amali lis- Səduq).

«ید، [التوحید] ن، [عیون أخبار الرضا علیه السلام‏] لی، [الأمالی للصدوق‏] الْهَمْدَانِیُّ عَنْ عَلِیٍّ عَنْ أَبِیهِ عَنِ الْهَرَوِیِّ قَالَ قُلْتُ لِعَلِیِّ بْنِ مُوسَى الرِّضَا ع یَا ابْنَ رَسُولِ اللَّهِ مَا تَقُولُ فِی الْحَدِیثِ الَّذِی یَرْوِیهِ أَهْلُ الْحَدِیثِ أَنَّ الْمُؤْمِنِینَ یَزُورُونَ رَبَّهُمْ مِنْ مَنَازِلِهِمْ فِی الْجَنَّةِ فَقَالَ ع یَا أَبَا الصَّلْتِ إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى فَضَّلَ نَبِیَّهُ مُحَمَّداً ص عَلَى جَمِیعِ خَلْقِهِ مِنَ النَّبِیِّینَ وَ الْمَلَائِکَةِ وَ جَعَلَ طَاعَتَهُ طَاعَتَهُ وَ مُبَایَعَتَهُ مُبَایَعَتَهُ وَ زِیَارَتَهُ فِی الدُّنْیَا وَ الْآخِرَةِ زِیَارَتَهُ فَقَالَ اللَّهُ عَزَّ وَ جَلَّ مَنْ یُطِعِ الرَّسُولَ فَقَدْ أَطاعَ اللَّهَ»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162870 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154918 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117745 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109680 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98780 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45200 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42873 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...