Ətraflı axtarış
Baxanların
3059
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Nə üçün arvadın bacıları ilə evlənməyin haramlıq hökmü zamanın dəyişməsinə uyğun olaraq dəyişmir?
Sual
İslam dini müasir dindir, zamanın dəyişməsi ilə onun hökmləri də dəyişilə bilər. (Misal üçün, şahmatın haram olmasını qeyd etmək olar ki, imam Xomeyni (r) onu azad etdi.) Bunu nəzərə almaqla bu ilahi hökmdə yenidən nəzər verilə bilərmi? Belə ki, əgər iki bacının hər ikisi bir kişinin arvadı olmağa razı olsalar, yaxud birlikdə bir kişi ilə yaşamağa həmkarlıq etsələr, yenə də məsələnin hökmü yuxarıda qeyd olunandırmı? Mən belə fikirləşirəm ki, Rəhman Allah bizim Peyğəmbərimizi buna görə axırıncı peyğəmbər qərar verib: O bilirdi ki, bu din bütün dinlərin ən kamilidir və zamanla uyğunlaşdıra bilər. Bir təbii alim öz nəzəriyyələrini isbat etmək üçün tədqiqat apardığı kimi, bir dini tədqiqatçı da gərək bu əməli yerinə yetirsin. Əlbəttə, yuxarıda qeyd etdiyimiz misaldakı kimi, imam Xomeyni (r) kimi bir şəxs (dini elmlərdə) çox irəliləyib və o hallardan bəzisini özünün “Təhrirul-vəsilə” kitabında qeyd etmişdir.
Qısa cavab

Cavabın aydın olması üçün bir neçə məsələni xatırlatmaq lazımdır:

1. “İslam müasir dindir” dedikdə məqsəd onun ən kamil din olması, onun qayda-qanunlarının bütün əsr və zamanlarda bəşərin səadət və xoşbəxtliyini təmin etməyə qadir olması mənasınadır. Belə ki, İslam qanunları bəşərin fitri istəklərinə və real vücuduna uyğundur və insanın fitrət və zatı heç vaxt dəyişdirilə bilməz.[1]

“Belə isə, öz üzünü tam şəkildə haqqa döndər, bu haqq dinə çevir. Həmin təbiət və fitrətlə ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın xəlq etdiyində dəyişiklik yoxdur, sabit din elə budur, lakin camaatın əksəriyyəti bunu bilmir.”[2]

İnsani fitrəti onun nəfsani istək və şəhvətlərindən tamamilə başqadır. Əks halda, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə, hətta bütün tarix boyu şəhvətlər və həvayi-nəfslər mövcud olmuşdur, bəzi cəmiyyətlərdə bəlkə də cəmiyyət üzvlərinin əksəriyyəti buna düçar olurdular. İlahi dinlər insan ruhunu əxlaqi rəzalətlərdən paklamaq, bəşər fitrətini və təbiətini saflaşdırmaq qərarına gəlmişlər: “Ey iman gətirənlər! Allah və Onun Peyğəmbəri sizi, həyat bağışlayan şeyə dəvət etdiyi zaman dəvətini qəbul edin!”[3]

Həva-həvəslər, nəfsani ehtiraslar ruhun səhifəsini örtüb qaraldan toz-torpaq kimidir. Çox hallarda zamanın keçməsi ilə bərkimiş çöküntülərə çevrilir ki, ağır çətinliklər və böhranlı hadisələrdən başqa heç bir şey onları silib aradan apara bilmir. Belə olan halda insana heç bir fayda da yetmir.

“Gəmiyə mindikləri zaman Allahı pak qəlb ilə çağırır, (lakin) quraya çıxdıqları və nicat tapdıqları zaman yenidən Allaha şərik qoşurdular.”[4]

Deməli, İslam dininin kamil olmasının mənası “hər gün camaatdan bir dəstəsinin şəhvət və ehtiras hislərinə uyğun olaraq dəyişilməsi” deyildir; əksinə məqsəd budur ki, İslam dininin həqiqəti tarix boyu sabitdir. Belə ki, imam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbərin halal buyurduğu şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər qiyamətə qədər haramdır.”[5]

2. İmam Xomeyninin (r) şahmat barəsindəki fətvası da İslam hökmünün dəyişdirilməsi mənasına deyildir; əksinə onun nəzəri budur ki, hazırkı dövrdə şahmat qumar vasitəsi deyil, əksinə fikrin idmanı olduğuna görə haram deyildir. Nəinki o dövrdə mütləq şəkildə haram edilmişdi və hal-hazırda bu hökm dəyişdirilmiş olsun. Başqa sözlə desək, əgər şahmat Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə qumar sayılmasaydı və beynin idmanı olsaydı, haram olmazdı. Necə ki, hazırkı dövrdə də fikrin idmanıdır və əgər qumar (udub-uduzmaq) üçün istifadə edilsə, haram olacaqdır.

3. Arvadın bacısı ilə evlənməyin haram olmasının fəlsəfəsinə gəldikdə isə,[6] işarə etdiyimiz kimi, əvvəla, haramlığın tam və qəti səbəbi kimi deyil, onu bu hökmün haram olmasının hikməti və sadəcə bir ehtimal ünvanı kimi bəyan etdik. Deməli, fərz üzrə “müəyyən hallarda bu hikmət mövcud olmazsa, haram deyildir” - deyə iddia etmək olmaz. İkincisi, bu bəyan kişilərin və qadınların təbiət və fitrətini nəzərə almaqla deyilmişdir. Buna görə də cəmiyyətin əksəriyyətinin tərəfindən qəbul olunur. Bunun da azsaylı insanların insan təbiəti və fitrətinin əksinə olaraq bundan başqa bir şey istəmələri ilə ziddiyyəti yoxdur. Əlbəttə, əvvəlki cavaba dəqiq şəkildə müraciət etməklə bu məsələ daha yaxşı aydın olar.



[1] Aşağıdakı görünüşlərə bax:

– “Sonuncu din”, sual 7 (sayt 205)

– “Din və dəyişiklik”, sual 8 (sayt 206)

– “Din – sabitlik və dəyişiklik”, sual 10 (sayt 209)

– “İslam dininin xatəm olmasının sirri”, sual 386 (sayt 399)

[2] “Rum” surəsi, ayə: 30

[3] “Ənfal” surəsi, ayə: 24

[4] “ Ənkəbut” surəsi, ayə: 65

[5] “Kafi”, 1-ci cild, səh. 58”

[6] Bax: Görünüş: “Eyni zamanda iki bacı ilə evlənməyin hökmü”, sual 550 (sayt 600)

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Məhdi (əleyhis-salam)-ın qiyam və qeybdə olmasını bəyan etmişdirmi?
    3337 Qədim kəlam 2011/09/12
    İslamın əvvəllərində həzrət Məhdi (əleyhis-salam)-ın vücudunun əsli müsəlmanlar arasında danılmaz bir məsələ idi və bir kəs o həzrətin vücudunun əslində əsla şəkk-şübhə etmirdi. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də Məhdinin vücudunun əslini, onun xüsusiyyətlərini, tövhid hakimiyyətini təşkil edib haqq-ədaləti yayması və zülmün, haqsızlığın kökünü kəsməsi, islam dinini ...
  • “Qızın ərə getməsində atasının izni şərtdir” məsələsində başqa bir mərcəyi-təqlidə müraciət (onun fətvasına əməl) edə bilərikmi?
    2427 Nizamlar hüquq və əhkam 2011/10/20
    İbtidai və əməldən əvvəlki təqliddə iki və ya daha artıq müctəhidin elmləri bərabər olan halda təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) caizdir. Amma diqqət yetirmək lazımdır ki, bir-biri ilə əlaqəli olan məsələlərdə bir müctəhidə tabe olmaq ...
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    2467 Nizamlar hüquq və əhkam 2011/09/11
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • “Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
    4061 Quran elmləri 2012/04/09
    Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    3246 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Namaz əsnasında salamı cavablandırmağın yolu necədir?
    2979 Nizamlar hüquq və əhkam 2012/02/13
    Namaz halında, insan başqasına salam verə bilməz. Əgər başqası ona salam versə, gərək o cür cavab versin ki, salam kəlməsi əvvəldə gəlsin;Məsələn desin: " السَّلٰامُ عَلَیْکُمْ" ya " سَلٰامٌ عَلَیْکُم" və lakin " عَلَیْکُمُ السَّلٰامْ
  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    6925 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Əgər Allah-taala bizi öldükdən sonra yenidən bu dünyaya qaytararsa, biz islah olunarıqmı?
    3100 Qədim kəlam 2011/09/12
    Əvvəla, insanların meyl və istəyi üzündən yenidən bu dünyaya qayıdışı yaradılış sisteminin və ilahi peyğəmbərlərin besətinin əbəs olmasına səbəb olar. İkincisi, bu insanların dünyaya qayıtması fərz olunsa belə, yenidən yaxşı işlər görəcəyi məlum deyildir. Çünki dünya həmin dünya, onlar da hava-həvəslərə malik olan həmin insanlardır. Belə ki, ...
  • Bilmədən olan qətlin diyəsi nə qədərdir? Bu gün dinar və dirhəm neçə dollardır?
    4481 Nizamlar hüquq və əhkam 2012/02/07
    Dirhəm və dinar peyğəmbər s. və əimmə ə. dövrünün pul vahidləridir. Şəri və hüquqi məsələlərdə istifadə olunur və bu gün də bəzi məsələlərdə istifadə olunur.Dinar qızıldan, dirhəm isə gümüşdən olan metal pullardır. Buna görə də dinar və dirhəmdə istifadə olunan qızıl və gümüşün vəznini bilməklə onun bugünkü qiymətini təyin ...
  • Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
    4071 Məlanların tarixi 2011/09/12
    İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    100139 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    76028 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    55011 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    36316 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    28237 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21441 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20521 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19039 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    18960 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    17152 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər