Baxanların
8669
İnternetə qoyma tarixi: 2011/06/19
Sualın xülasəsi
Mütaliə etməkdə müvəffəq olmaq və ya daha çox elm əldə etmək üçün dua və Quran ayələri varmı?
Sual
Mən universitet tələbəsiyəm. Dərslərimdə çox diqqətli olmağıma baxmayaraq bəzi mətləbləri öyrənə bilmirəm. Siz mənim müvəffəq olmağım üçün Qurandan ayələr və ya ingilis dilinə tərcümə olunmuş dualar deyə bilərsinizmi?
Qısa cavab

Mütaliə və təlif üçün daha çox çalışmaq və diqqət yetirmək lazımdır. Əgər bu iki əsas amil olmasa müvəffəqiyyət əldə etmək çətin olur. Belə ki, hər nə qədər mütaliə etsən, əgər qeydlər etməsən, onu başa düşməsən və sair. Deməli sən mütaliə etməmiş sayılırsan. Çünki ondan heç bir fayda əldə edə bilmirsən. Əlbəttə mütaliə etmək üçün müəyyən şərait olmalıdır ki, insan o mütaliədən faydalana bilsin. Bu şəraitin bəzilərini aşağıda qeyd edirik:

1)     İlk növbədə mütaliə etmək üçün insanın məqsədi olmalıdır. Səni hədəf, fikir və məqsəd

2)     Əlaqənin, səbrin və sair olması.

3)     İşlərdə nəzmin və düzgün proqramın olması.

4)     İstirahət, idman və az qədər əyləncə.

5)     Elm çərçivəsində kitab seçmək, (yəni insan öz elmi çərçivəsində kitablar mütaliə etməlidir).

6)     Səssiz, hava tempratoru münasib və işıqlanma şəraiti düzgün olan otaq şəraiti.

7)     Mütaliə etmək üçün düzgün və standartlara uyğun vasitələrdən istifadə etmək. Bu barədə həkim məsləhətinə müraciət etmək.

8)     Xülasə və qeydlər etmək.

9)     Oxuduğun mətləblər və yaddaş etdiyin yazılardan istifadə etmək.

10)  Düzgün qidalanmaq.

11)  Daxili və xarici paklığın olması və daim dəstəmazlı olmaq.

12)  Mətləbləri başa düşmək üçün dua etmək.

Bütün yaranmışların ən gözəli böyük İslam Peyğəmbəri Məhəmməd (s) Alaha belə dua edərək istəyir: (زِدْنِی عِلْماً) "İlahi mənim elmimi artır". Sizə məsləhət biləcəyim duanın tərcüməsi belədir: "İlahi mənə qaranlıqlardan nicat ver, bizim elm nurumuzu artır, İlahi rəhmət qapılarını mənim üzümə açıq qoy və elm xəzinəni mənə əta etməklə onu genişləndir! Ey mehribanların ən mehribanı. İnşaallah bu duanı oxumaqla və yuxarıda qeyd etdiyimiz şəraitə riayət etməklə elm yolunda müvəffəq olarsan.

Ətreaflı cavab

Mütaliə etmək, diqqətlə yazmaq, onu başa düşmək və onun barəsində agahlıq ələ gətirməyə deyərlər. bu səbəbdən mütaliə diqqətlə, səbrlə və düzgün proqramla olmalıdır. Əgər hər bir "oxu" bu şəraitlə olmasa ona mütaliə demək olmaz.[1] Təbii ki, elm dəryasına baş vurmaq və oradan lazım olan elmi ələ gətirmək üçün xüsusi şərait lazımdır. Əgər mütaliənin şəraitinə uyğun əməl etməsək heç bir faydalı mütaliə ələ gəlməyəcək və nəticədə savadsız qalaraq yerimizdəcə sayacağıq. Bu səbəbdən də bu balaca məqalədə faydalı mütaliənin ələ gəlməsi üçün müəyyən şəraiti aşağıda qeyd edirik.

Birinci şərt: Mütaliə edən şəxs əvvəlcədən öz hədəfini və fikrini müəyyən etməlidir. Bundan əlavə mütaliəni sevə- sevə eşqlə etməlidir.

İkinci şərt: Böyük ruh yüksəkliyi və hövsələ ilə mütaliə etməkdə müvəffəq olmağın ümdə şərtlərindəndir. Çünki süstlüklə və hər bir problemlə mütaliədə müvəffəq olmaz gərəkdir. Fikir dağınıq olarsa heç bir fəhimdən və öyrənməkdən danışmaq olmaz.

Üçüncü şərt: Ürəyə yatan saatda mütaliə etmək; məsələn sübh və səhər çağları mütaliə etmək üçün ən münasib vaxt hesab olunur.[2]

Əgər kiminsə mütaliə etmək istedadı başqalarına nisbətən çoxdursa o hər zaman mütaliə edə bilər. Yəni onun üçün heç bir saat fərqi yoxdur. O hər vaxt mütaliə etsə əlaqə və eşqlə bu işi edəcəkdir. Ümumiyyətlə bu vaxta qədər mütaliənin saatı barəsində olunan təcrübələr hər hansı bir vaxtı konkret olaraq görməyiblər. Amma psixoloji qanunlara əsasən gecə yuxusundan oyandıqdan 30- 40 dəqiqə sonra olunan mütaliələr faydalı olur.

Amma bunu da qeyd edək ki, bizim yuxarıda qeyd etdiyimiz kəslər kimi mütaliə istedadımız yoxdur. Bu səbəbdən də əzgin və yorğun olduğumuz halda biz mütaliə etməməliyik.

Dördüncü şərt: Mütaliə etməkdə insanın konkret olaraq hədəfi müəyyən olmalı və mütüliə üçün seçdiyi kitab onun elm dairəsinin əhatəsinə daxil olmalıdır. Bundan və düzgün səlist üzünə oxumaq və oxunuşu dayana- dayana hecalamamaq mətləbi başa düşərək yadda saxlamaq da olduqca təsirlidir. Belə oxumaq elmi mövqeyi nəzərdən qəbul lunmamışdır. Belə oxunuşlar adətən vaxtın itməsinə və zehnin yorulmasına səbəb olur. Mütaliə edən şəxs konkret olaraq gecə- gündüz öz mütaliə saatını təyin etməli və bu proqram üzrə kitab oxumalıdır. Belə ki, bu proqram həftəlik, aylıq və illik olmalı və hər növ nəzimsizlikdən xaric olmalıdır.

Beşinci şərt: Mütaliə edən şəxs öz elmi tədqiqatlarında olduqca ciddi olmalıdır. Belə ki, heç bir mühüm olmayan amil onu bu işdən çəkindirməməlidir. Əksinə hər gün öz elmini artırmaqla daha da elm qülləsinə yiyələnməlidir.

Altıncı şərt: Mütaliə edən şəxs gün ərzində özü üçün konkret olaraq istirahət saatı təyin etməlidir. Belə ki, hər 30- 40 dəqiqə mütaliədən sonra 5- 10 dəqiqə istirahət etməlidir. O, bu işlə öz psixi və fiziki sağlamlığını qorumaqla öz işini davaç etdirməlidir.

Yeddinci şərt: Mütaliə salonu olduqca sakit və hər növ bər- bəzəkdən uzaq olmalıdır. Çünki salonda olan səs- küy və zinət əşyaları fikrin cənməlnəsinə mane olur, və nəticədə faydalı mütaliə ələ gətirmək olmur. Həmçinin salonun atmosfer tempratoru və işıqlandırma sistemi də mütaliə üçün münasib olmalıdır. Bütün bunlar insanın zehninin cəmlənməsinə və fiziki cəhətdən yorulmamasına kömək edir.

Səkkizinci şərt: Mütaliə vasitələri: O cümlədən mütaliə stolu və stulu standartlara uyğun olmalı və mütüliəyə kömək edən texniki avadanlıqdan istifadə etmək əlverişli olmalıdır. Bu və bu kimi məsələlərdə həkim məsləhətindən istifadə etməlidir. Məsələn: Mütaliə zamanı necə oturmaq lazımdır; hansı oturacaqlardan istifadə etsə daha yaxşı olar; stolla stulun məsafəsi nə qədər olmalıdır; neçə dəqiqədən sonra bir az gəzsə onun yorulmasına səbəb olar; hansı gimnastika proqramlarından istifadə etsə əzələlərin tutulmasına səbəb olar; hansı səhifələrdən istifadə etsə və kitabla nə qədər fasiləsi olsa gözləri ağrımaz və sair.

Bütün bunlar faydalı mütaliə etmək üçün olduqca təsirlidir.

Doqquzuncu şərt: Mütaliə edən şəxs oxuduğu kitablardan qeydlər və xülasələr götürərsə, bu onun yadda qalmasında olduqca təsirlidir. Yəni oxuduğu kitabın mündəricatından bəzi fəsilləri, qolları qeyd etmək, bəzi mövzuları konkret çəklində yazıb sonra təkrarlamaq və sair. Mütaliə üçün olduqca faydalıdır.

Onuncu şərt: Allaha təvəkkül, təvəssül etmək, daxili və zahiri paklıq və daim dəstəmazlı olmaq elm öyrənmək üçün ən mühüm amillərdən biridir.

On birinci şərt: Düzgün qidalanmaq, zehnə xeyirli qidaların istifadəsi bədənin və zehnin süstlüyünün qarşısını alır. İnsan qida proqramını elə tənzimləməlidir ki, onun zehninə xeyirli və faydalı olsun. O cümlədən, ağartı məhsulları, protein tərkibli qidalar; qırmızı ət məhsulları, tərəvəz məhsulları, meyvə məhsulları və xüsusən qoz, badam fındıq məsləhət görülür.[3]

On ikinci: şərt: Qəlbi gözəlləşdirmək, zikr etmək, Allahdan elm tələb etmək, öz və ya ərəb dilində dua oxumaq elm yolunda müvəffəq olmağın ümdə şərtlərindəndir. Böyük İslam Peyğəmbəri (s) öz Ulu Yaradanından belə istəyir:

«ربّ زِدْنِی عِلْماً»

"İlahi! Mənim elmimi artır"[4]

Aşağıdakı duanı oxumağı sizə məsləhət bilirəm:

1- " İlahi məni xəyal və cəhalətin qaranlığından çıxart və mənə elm nurunu əta et. İlahi elm qapılarını mənim üzümə açıq qoy və mənə elm xəzinəndən əta et, ey mehribanların ən mehehribanı".

«اللهم اخرجنی من ظلمات الوهم و اکرمنی بنور الفهم اللهم افتح علینا ابواب رحمتک و انشر علینا خزائن علومک برحمتک یا ارحم الراحمین»[5]

2- "İlahi sənə yolumu azmaqdan və azdırmaqdan, büdrəməkdən və kiminsə büdrəməyinə səbəb olmaqdan, zülmdən və zülm etməkdən, pənah aparıram. İlahi mənə əta etdiyin elmlərdən faydalanmağı mənə qismət et!

Mənə faydalı olan elmləri əta et və məni faydalı elmə tərəf yönəlt. İlahi mənə elmin mərtəbələrini və agahlığı əta et!"

«اللهم إنی أعوذ بک أن أضل أو أضل أو أزل أو أزل أو أظلم أو أظلم أو أجهل أو یجهل علی اللهم انفعنی بما علمتنی و علمنی ما ینفعنی و زدنی علما و الحمد لله على کل حال اللهم إنی أعوذ بک من علم لا ینفع و من قلب لا یخشع و من نفس لا تشبع و من دعاء لا یسمع»[6]

İlahi faydasız elmlərdən sənə pənah aparıram. Sənin müqabilində əyilməyən qəlbdən və qəbul olunmayan dualardan sənə sığınıram. Ey mənim Allahım".[7]

Bu duaları oxumaqla və yuxarıda qeyd etdiyimiz şərtlərə əməl etməklə faydalı və bərəkətli mütaliyə yetişmək olar. Amma bunu da yadda saxlanaq lazımdır ki, bizim qeyd etdiyimiz bu şərtlərə əməl etməsən mütaliə elm yolunda müvəffəq olmayacaqsan.[8]



[1] - Mukəni, Əbdür- rəhim, rəveşe mütaliə və təlxis, səh 23.

[2] - Şəcəri, f, yadgiriye əxlaq, səh 125, nasir əncüməni qələm, İran 1377.

[3] - Yenə də ora, səh 119.

[4] - Taha surəsi, ayə 114 Bax: Hidayət təfsiri, cild 14, səh 327.

[5] - Qomi, Şeyx Abbas, Məfatihul cinan, səh 1201 Mütaliə duası.

[6] - Şəhid sahi, minyətul murad, səh 211.

[7] - Minyətul murad, höccəti, seyyid Məhəmməd Baqirin tərcüməsi, abad təlim dər İslam.

[8] - Bax: Əbzar və rəveşe təhqiq, dəşti Məhəmməd Mehr Qom çapı, 1366. İdariye amuzeşi zimmi xidmət 2 çap, 1360, şəcəri, yadgiriye əxlaq əncüməni, qələm naşiri, 1377.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105928 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58564 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41286 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23975 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22471 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22242 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20785 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20390 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...