Ətraflı axtarış
Baxanların
7935
İnternetə qoyma tarixi: 2012/07/09
Sualın xülasəsi
varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən duanın mühüm sənədi nədir?
Sual
Varlığın vəhdəti ilə mövcudun vəhdəti arasında fərq nədir? Seyyid ibn Tavusun İqbalul-əmal kitabında nəql olunmuş Ərəfə duasının sonunda gələn duanın əsas sənədi nədir?
Qısa cavab
Varlığın və mövcudun vəhdəti nəzəriyyəsi məhşur ariflərin nəzəriyyəsinə qayıdır. Bu mənada ki, Allah-taalanın pak zaatından, xarici aləmdə zühur etmiş pak adlarından, sifət və felindən baş həqiqət yoxdur. Digər varlıqların da həqiqəti yalnız, Allah-taalanın sifət və fellərinin zahir olunmasından başqa bir şey deyillər.
Amma, varlığın vəhdəti və mövcudun çoxluğu nəzəriyyəsini qəbul edənlər başqa nəzəriyyə irəli sürürlər. O da budur ki, Allah-Taala ilə əsl varlığdır və Allahdan qeyrisində isə mahiyyətdir. Aləmidə bir varlıq var o da Allahdır. Amma, aləmdə mövcud çoxdur.
Beləliklə, birinci nəzəriyyədə həm varlıq və həm də mövcudda vəhdət eynidir. Amma, ikinci nəzəriyyədə vəhdət yalnız, Allah-taalanın varlığnıda təhəqqüt tapır və Allahdan qeyrisində yəni, mövcudatlarda çoxluq var.
 
Ətreaflı cavab
Bu sualda iki nəzəriyyə bir-birinin yanında qərar verilmişdir. Onlardan biri varlığın vəhdəti digəri isə mövcudun (yaranmışın) vəhtədidir. Amma, ən doğrusu budur ki.  varlığın vəhdəti özü külli bir mövzu olub iki qismə bölünür:
1-varlığın və mövcudun vəhdəti;
2-varlığın vəhdəti və mövcudun çoxluğu;
Sualdan ilk nəzərə gələn odur ki əgər varlığın vəhdəti mövzusunu ayrılıqda mütləq şəkildə araşdırmaq özü məsələni daha da aydınlaşdırır və sualın ikinci qisməti sayılan mövcdun vəhdətindən məqsəd isə bütün yaranmışların vahid varlıqda vəhdətinə işarə edir. Yəni, varlığın və mövcudun vəhdəti nəzəriyyəsi. İndi də hər iki nəzəriyyəyə ayrılıqda nəzər salaq:
1-varlığın mövcudun vəhdəti nəzəriyyəsi (ariflərin nəzəri)
Varğılın və mövcüdün vəhdəti nəzəriyyəsini əslində ariflər tövhidin təfsirində irəli sürüblər. Ona görə ki, ariflərin nəzərində tövhidin mənası Allaha nisbətdə hər hansı şirkin, siftlərin, kömək və varlığın inkarından əlavə, ümumiyyətlə onların nəzərində Allahdan başqa heç bir varlığın olmamasının isbatıdır.
Təbii olaraq, hər bir sifətin, felin və adların Allaha münhəsir olmasının mənası budur ki, varlığın vəhdəti, varlığın şəxsi vəhdəti və ya varlıqla mövcudun vəhdəti adı ilə tanınır.[1]
Bu mənada ki, Allah-taalanın pak zaatından, xarici aləmdə zühur etmiş pak adlarından, sifət və felindən başqa həqiqət yoxdur. Digər varlıqların da həqiqəti yalnız, Allah-taalanın sifət və fellərinin zahir olunmasından ki, yalnız bağlantı rolunu oynamaqdan  başqa bir şey deyillər.[2]
Ariflər varlığın vəhdətini Qurani-Kərimin maarifindən, ayələrin zahirindən, İslam Peyğəmbəri (s) və Məsum İmamlardan (əleyhimussalam) bizə çatan rəvayətlərdən və həmçinin, şühudi və hüzuri elmlərdən ələ gətirdikləri nəticənin məhsulu hesab edirlər.[3]
Əllamə Dəvani kimi alimlər isə iddia edirlər ki, Allah-taalada əsl varlığ Onunladır, Allahdan qeyrisində isə mahiyyətdir. Aləmdə varlığ birdir və O da Allahdır. Amma, aləmdə mövcud (yaranmış) çoxdur. Ona görə də bu onlar varlığın vəhdətinə mövcudun isə çoxluğuna etiaqdaları vardır. Bu etiqad, Mütəllihinlərin zövqü nəzəriyyəsi ilə də tanınır.
Onların nəzərinə əsasən, varlıq Allaha məxsusdur mahiyyət isə yaranmışlarındır.  Varlığın həqiqəti, Allahın zatı əsasındadır və Onda heç bir çoxluq təsəvvür oluna bilməz. Çoxluq yalnız. Yaranmışlardadır və yaranmışlar da əsl varlığın yəni, Allahın qüdrətindən yaranıb. Digər tərəfdən varlıq mahiyyətə söykənməyib və sonradan da ona əlavə olunmayıb. Varlığın bir vahid həqiqətə (Allaha) mütləq olaraq aid olmasının mənası budur ki, O varlığın özdür. Amma, varlığın (var olmanın) mahiyyətə aid olması isə bu mənadıdır ki, o əslində, varlığa bağlıdır və aiddir. (Varlığ özu yalnız Allahdır)[4]  Bu nəzəriyyəni, Əllamə Təbatəbai Nihayətül-hikmət kitabında əvvəl nəql edir və özünün əldə olan dəlilləri ilə bu nəzəriyyəni qəbul etmir.[5]   Bununla da məlum olur ki, birinci nəzəriyyədə həm varlıqda və həm də mövcudlarda vəhtəd mövzusu iddia olunur. Amma, ikinci nəzəriyyədə vəhdət mövzusu yalnız, Allah-Taala haqqında təhəqqüq tapır. Amma, mövcudatlar haqqında çoxluq nəzəriyyəsi verirlər.
Ərəfə duasının sonunda gəlmiş mətnin sənədi haqqında düzgün nəzər:
Ərəfə duasının sonunda ilahi mərifət və tövhid mövzusunda son dərəcədə irfani və arifanə bir məzmunda mətn gəlmişdir. Bu da arif və alimlərin diqqətini özünə həddən artıq cəzb etmişdir. Ərəfə duasını bir neçə səhifədən ibarət olduğu ilə birlikdə İbn Tavus özünün İqbal kitabında nəql etmişdir. [6]  Amma,  digər kitablarda Ərəfə duasının bu qisməti orda yoxdur.[7]   Bəzi irafan alimləri duanın bu qismətinin zahiri mənasını varlığın vəhdətinə aid olmasını güman edirlər və ona əsaslanırlar. Amma, onların bu zahiri məna iddiaları Məsum İmamların (əleyhimussalam) açıqlamaları ilə uyğun gəlmir. Ola bilsin duanın bu hissəsi sufilərin mətnlərindən götürülmüş olsun və sonradan Ərəfə duasının axırına əlavə olunsun. Lakin, bu ehtimalın əksi də mümkündür. Yəni, duanın mətni ilə ariflərin və sufilərin açıqlamalırı arasında o qədər oxşarlıq var ki, ravilər duanın bu hissəsini öz kitablarında gətirmir və ya gətirsə də duanın bu qismətinin İmamlara (əleyhimussalam) nisbət verilməsində şəkk və şübhəyə düşürlər. Allah bilir!
Hər halda, duanın bu qismətindəki çox yüksək səviyyəli fəsahət və bəlağəti nəzərə alsaq, çox uzaq nəzərə gəlir ki, belə bir məzmunda məsələ qeyri-İmamadan nəql olunsun.
Ayətullah imam Xumeyni (rəh.) Misbahul-hidayət kitabında duanın bu qisməti haqqında duanın mətinindən stat gətirərək yazır: Ağamız İmam Hüseyn (əleyhissalam) Ərəfə duasında buyurur: İlahi! Səndən başqa bir zühur var ki, onun zühuru Səndə olmasın?[8] Allahın vəlisi doğru buyrur. Ruhum ona qurban olsun.”  Bununla da, bu mətnin İmama (əleyhis-salam) aid olmasını açıq şəkildə heç bir şəkk-şübhə etmədən Ona nisbət verir.
Ərəfə duasının bu qismətində heç bir şəkk- və şübhənin olmamasnın səbəbi odur ki, bu mətn ariflərin dualarına oxşarı çoxdur. Halbuki, bu mətləbin öz-özlüyündə Məsumların (əleyhimussalam) sözlərinə oxşamasında heç bir zidd dəlilə imkan vermir.  Eyni halda, Məsum İmamlardan (əleyhimussalam) bu kəmələrə oxşar kəlmələr çoxları nəql etmişlər.  Hansısa ifadənin ariflərin ifadələri ilə oxşar olması  səbəbindən, o statın İmama (əleyhis-salam) aid olub-olmamasında şəkkə düşmək  və vücudun vəhdətinə aid olması, heç kimə izacə vermir ki, bu mətnin düzgün olub-olmamasında şəkkə düşsünlər və əsl ifadənin mənası aradan getmiş olsun. Heç bir qəti və şəksiz dəlil olmadan İmamın (əleyhis-salam) sözünün əkisnə çıxmaq olmaz.
Varlığın vəhdəti haqqında daha çox məlumat almaqdan ötrü saytda bu mövzularda olan sualların cavablarına müraciət edə bilərsiz:
Sual 137 (sayt 891)
sual 4639(sayt;5148)
sual: 4642(sayt; 5148)
sual: 4990(sayt: 52 65)
sual: 5588(sayt ; 6561)
 

[1] Kaşiful-ğita, Məhəmməd Hüseyn, tərcümə: Rəhimiyan, Səid, Keyhani əndişa, mordad və şəhrivər 1373; say-55
[2] Kaşiful-ğita, Məhəmməd Hüseyn, tərcümə: Rəhimiyan, Səid, Keyhani əndişa, mordad və şəhrivər 1373; say-55
[3] Kaşiful-ğita, Məhəmməd Hüseyn, tərcümə: Rəhimiyan, Səid, Keyhani əndişa, mordad və şəhrivər 1373; say-55
[4] Ayətullah Həsənzadə Amili, Şərhil-Mənzumə, c.2; səh.115; nəşriyyat, 1369 şəmsi ili, Tehran.
[5] Təbatəbai, Seyyid Məhəmməd, Nihayətul-hikmət, səh.11-13; Müəssieyi nəşiril-İslami.
[6] Seyyid ibn Tavus, İqbalul-Əmal, səh.347-348; Darul-kutubul İslamiyyə,  1367 şəmsi ili.
[7] İbrahim ibn Əli, Kəfəmi, Əl-Bələdül-Əmin; səh.259; daş çapı
[8] Misbahul-hildayət ilal-xilafət vəl-vilayət” ,səh.60; İmam Xumeyninin (rəh,) əsərlərini tənzi və çap edən müassisə, Tehran, üçüncü çap, 1376 şəmsi ili
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162717 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154273 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117522 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109428 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    97823 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91060 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53208 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44592 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43549 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42650 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...