Ətraflı axtarış
Baxanların
13324
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərq nədir?
Sual
Xahiş edirik ki, fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərqləri bəyan edəsiniz.
Qısa cavab

Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, peyğəmbərlər, imamlar və övliyalar tarix boyu ondan bəhrələnmiş, onu cəmiyyətdə yaymışlar.

Termində irfan Allah-taala barəsində şühudi (qəlbi) mərifət əldə etmək mənasınadır. Bu da nəfsin rəzalətlərdən saflaşdırılması, batinin səfası nəticəsində hasil olur. Ağlın hansı şeylərə deyilməsi ilə əlaqədar ətraflı cavaba müraciət edin.

Ətreaflı cavab

Bəhsimizin məntiqi nəzmə malik olması üçün əvvəlcə hikmət, fəlsəfə, sonra isə irfan barəsində müəyyən izahlar verəcəyik. Sonda isə terminologiyada ağıl, onun müxtəlif işlənmə yerləri və mərtəbələrini araşdıracağıq. Çünki fəlsəfə, hikmət və irfanda bu kəlmədən istifadə edənlərin məqsədləri eyni səviyyəli deyildir. Mütəfəkkirlər və camaatın hər bir qrupu ağıl kəlməsindən özünün nəzəriyyəsinə əsasən istifadə etmişlər.

 

Fəlsəfə

Ayrı-ayrı nəzəriyyələrdə “fəlsəfə” üçün müxtəlif təriflər verildiyinə görə, bu barədə sırf şəkildə iddia edilən təriflərdən biri ilə kifayətlənmək olmaz. Əvvəlcə hər bir fəlsəfənin mərifətin özü, eləcə də bu mərifətə çatmaq yolları, mərifətin son nəticəsi ilə əlaqədar hansı növ nəzəriyyəyə malik olduğunu öyrənməyik. Misal üçün, əgər fəlsəfəni “əşyaların həqiqətinə elm əldə etmək” kimi tərif etsək, onda gərək baxıb görək ki, əşyaların həqiqətini hansı yollarla dərk etmək olar. Fəlsəfi istidlallardan (məntiqi dəlil-sübut) istifadə etməklə əşyaların həqiqətini dərk etmək olarmı? Başqa sözlə desək, görəsən fəlsəfə ilə elə bir məqama çatmaq olarmı ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) o məqama nail olmağı Pərvərdigardan istəmiş olsun?![1]

Aydındır ki, əgər bir elmin məzmun və möhtəvası yalnız zehni və əqli məsələlər, istidlali (dəlil-sübut əsasında) və mahuvi (mahiyyətlə əlaqədar) bəhslər olsa, onun barəsində “fəlsəfə – əşyaların həqiqəti barədə elmdir” deyən tərifi qəbul etmək olmaz. Buna əsasən, əgər lazımi diqqətə malik olsaq, nəticə etibarı ilə yalnız bir fəlsəfəni mütaliə və tədqiq etməklə bu xüsusi fikir sistemində fəlsəfəyə hansı tərif verildiyini dərk edəcəyik. Həmçinin bunu da tədqiq etməliyik ki, bu fəlsəfədə həqiqi mənada hansı yekun nəticəyə çatmış oluruq.

Fəlsəfə (latınca: philosophy) kəlməsi iki hissədən təşkil olunur: Sevmək mənasına olan “filo” və bilik mənasına olan “sofiya”. Deyilmişdir ki, bu kəlmədən istifadə edən ilk şəxs Pifaqor (Fisağuris) olmuşdur. Ondan “Sən ağıllı insansanmı?” deyə soruşduqda cavab verdi: “Yox, amma elmi sevən adamam (filosofer).” Deməli, “fəlsəfə” kəlməsi yarandığı ilk günlərdə “elm və biliyə eşq bəsləmək” mənasına olmuşdur.

Bununla belə, qərb mədəniyyəti və fəlsəfəsinin yaranmasına səbəb olan Yunan fəlsəfəsi özünün xüsusi tarixi təkamülünə malik olmuş, bu ideoloji və fikri səylərin məcmusundan əldə olunan məsələ bu olmuşdur ki, fəlsəfə dedikdə onların məqsədi vəhyin yerində oturan və bəşərin ilahi vücudunun mənəvi idrakları olan cüzi əqlin höcciyyət olmasına əhəmiyyət verməkdir, bu da aləmin və bəşərin son və yekun hədəfini özünün qərbi mənasında olan əqlaniyyətdə (əql əsasında olmaqda, əqlin ilkinliyində) axtarır. Buna əsasən, fəlsəfə özünün xüsusi mənasında “varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlali səylər”ə deyilir.

Fəlsəfə barəsində belə bir tərif vermiş olsaq (eyni zamanda varlıqların başa düşülməsi üçün məntiqi səylər ünvanı ilə özünün məqamına diqqət yetirməklə) aydındır ki, bəzi fəlsəfə təriflərində iddia olunduğu kimi, aləmin həqiqətinə (Allaha) nail olmaq və Ona təşəbbühdən (özünü Ona oxşatmaqdan, ilahi rəngə boyanmaqdan) aciz olacaqdır.[2] Çünki aləm həqiqətlərinin zatını dərk etmək üçün zehindən daha yüksəkdə olan mərifət üslubu lazımdır. Buna görə də bəziləri öz mərifət sistemini “fəlsəfə” adlandırmaqdan çəkinmiş və Qurandakı termindən biri olan “hikmət” kəlməsindən istifadə etmişlər.

 

Hikmət

Hikmətlə bağlı bəhsə daxil olmazdan qabaq xatırladırıq ki, yuxarıda qeyd olunduğu kimi, fəlsəfə ümumi bir kəlmədir və tarix boyu müxtəlif mərifət və ideoloji sistemlər üçün istifadə olunmuşdur. Buna əsasən, tədqiqatçıların nəzərində bəzən ilahi hikmət də eynilə bir növ fəlsəfə kimi tanınır, baxmayaraq ki, onun mənşəyi istidlali zehnin fövqündə olan bir işdir.

İndi deyirik: Fəlsəfədən ayrı mənada götürülən hikmət ilahi (lədünni) mənşəyə malikdir və Quranda da ilahi bir “nemət” kimi təqdim edilmişdir.[3] İmamlar, peyğəmbərlər, övliyalar və görkəmli insanlar tarix boyu ondan bəhrələnmiş və cəmiyyətdə onu yaymışlar. Həmçinin filosof kimi məşhur olan bəzi şəxslər arasında da müəyyən adamlar (qeyd olunan mənada) hikmətdən bəhrələnmiş, əsasən onu fəlsəfi istidlallardan başqa yollarla əldə etmişlər.

O cümlədən, Şeyx Şəhabuddin Söhrəvərdi öz əsərlərini “hikmət” adlandırmışdır. O inanır ki, onun kitabının həqiqətini yalnız o kəslər düzgün şəkildə dərk edə bilərlər ki, Allahın yer üzündəki xəlifəsi olan “ruhani şeyxin” hidayəti ilə işraq elminə nail olsunlar.[4] O bu barədə yazır: “Əlbəttə, rəva deyildi ki, bir nəfər “ilahi xəlifə” məqamına çatan və bu kitabın elminə alim olan bir şəxsə müraciət etmədən bu kitabın sirlərinə vaqif olacağını tamah (təvəqqe) etsin.”[5]

Həmçinin “həkim” (hikmət sahibi) adının kimə aid olunması ilə əlaqədar yazır:

اِسْمُ الْحَكِيمِ لاَ يُطْلَقُ اِلاَّ عَلَى مَنْ لَهُ مُشَاهَدَةٌ لِلْاُمُورِ الْعِلْوِيَّةِ وَ ذَوْقٌ مَعَ هٰذِهِ اْلأَشْيَاءِ وَ تَأَلُّهٌ

“Həkim adı yalnız o şəxsə deyilə bilər ki, ilvi (yüksək məqamlı) işlərin müşahidə məqamına çatsın, zövqə, təəllühə və s. malik olsun.”[6]

Buna əsasən, fəlsəfə ilə hikmətin fərqi bu iki terminin dəqiq mənasındadır. İslam dünyasının əvvəllərindən irəli çəkildiyinə görə böyük şəxsiyyətlərdən çoxu ilahi hikməti, Qurandakı və imamların məktəbindəki mərifəti Yunan mənasında olan fəlsəfədən tam başqa hesab etmişlər. Bu nəzəriyyəyə əsasən, fəlsəfənin zatı Yunanıstana qayıdır və hikmətlə çox fasiləsi vardır.

Fəlsəfənin hikmətlə nisbəti ilə əlaqədar xülasə şəkildə deyirik: Hikmət fəlsəfədən tam başqa şeydir, baxmayaq ki, bəzən fəlsəfi bəyanla aydın olur və ona şərafət verilir.

 

İrfan

Fəlsəfə və hikmətlə müqayisədə irfana aşkar bir tərif verilmişdir. Onun son həqiqəti əlçatmaz olmaqla eyni zamanda, fəlsəfə ilə fərqləri aydın olsun deyə, həddini-hüdudunu sadə şəkildə başa düşmək olar. Çünki irfan şühudi və hüzuri (qəlb ilə birbaşa dərk edilən) məlumatlara arxalanır, onun istidlalı (dəlil-sübut əsasında olan) bəhslərlə və mədrəsədə öyrənilən təlimlərlə heç bir əlaqəsi yoxdur.

Əlavə izah: İrfan Allah-taala barəsində şühudi mərifət mənasınadır ki, bu da nəfsi rəzalətlərdən saflaşdırmaq və batinin səfası ilə hasil olur.

İrfanın nəzəri və əməli olmaqla iki yönü vardır:

a) Nəzəri irfan – varlıq aləmi barəsində kəşf və şuhud yolu ilə dərk olunan və lazımi şərlərə malik olan şəxslər üçün batini müşahidələr məcmuəsinə şamil olur və o, nəzm-inzibat əsasında və nəzəri şəkildə tənzim olunmuşdur.

b) Əməli irfan – həvayi-nəfslə mübarizə aparmaq, mənəvi məqamlara nail olmaq və tövhidin kamalına çatmaq üçün lazım olan göstərişlərin əməldə icrasından ibarətdir ki, bunlar “təriqət ustadı”nın vasitəsi ilə bəyan olunur. Həqiqət yolunun davamçısı təriqət pirinin yol göstərmələrinə əməl etsə və ilahi yolda tam ixlasla qədəm götürsə, həqiqət mənzilinə hidayət olunacaqdır.[7]

 

Ağıl

Ağıl ən çox dərk olunan ümumi işlək sözlərdən biridir. Bu, camaatın zehnində varlıq aləminin mərtəbələrinin genişliyində – ən aşağı səviyyədən başlayaraq ən yüksək səviyyəyə qədər bütün mənalara malik ola bilər. Allah-taala külli elm sahibidir və bütün elmlərin mənşəyidir. Bütün insanlar da özünü ağıllı hesab edirlər, hətta hiyləgərliyə, yaxud məzəmmət olunan mənada məişət əqlinə də da termində “ağıl” deyilir. Buna görə də bu termindən istifadə yerlərinin tanınmasına diqqət yetirmək lazımdır. Dini mərifət nəzərindən əql Allah tərəfindən sevilən bir gövhər hesab edilir[8] və Allah-taala onu sevdiyi insanlarda kamal həddinə çatdırır.[9] Onun həqiqətini dərk etmək, bu vücud gövhərindən düzgün şəkildə bəhrələnmək, onun mərtəbə və dəyərini ayırd etmək üçün xüsusi diqqət lazımdır. Çünki əgər hər bir kəlmə özünün həqiqi dəyər və məqamında istifadə olunsa cəhalətlərdən bir çoxu yayılmağa macal tapmayacaqdır.

Burada ağıl kəlməsinin şübhə yaradan məqamı ilə əlaqədar bir rəvayətə diqqət yetirin:

قَالَ قُلْتُ لَهُ مَا الْعَقْلُ قَالَ مَا عُبِدَ بِهِ الرَّحْمٰنُ وَ اكْتُسِبَ بِهِ الْجِنَانُ قَالَ قُلْتُ فَالَّذِي كَانَ فِي مُعَاوِيَةَ فَقَالَ تِلْكَ النَّكْرَاءُ تِلْكَ الشَّيْطَنَةُ وَ هِيَ شَبِيهَةٌ بِالْعَقْلِ وَ لَيْسَتْ بِالْعَقْلِ

Ravi deyir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Ağıl nədir?” Həzrət buyurdu: “Ağıl odur ki, onun vasitəsi ilə Allaha ibadət olunar və onun vasitəsi ilə cənnət əldə edilər.” Ravi deyir ki, soruşdum: “Bəs Müaviyədə olan nə idi?!” Həzrət buyurdu: “O, nükəra (lüğətdə rəy və düşüncə mənasındadır) və şeytançılıqdır ki, ağıla oxşasa da, ağıl deyildi.”

Bildiyimiz kimi, islamın əvvəllərində Allah dininin məşhur düşməninin adı Əbul-Hikəm (hikmətlər sahibi) idi (Əbul-Hikəm Əmr ibni Hişam ibni Müğeyrə Məxzumi). Mövləvinin dediyi kimi, o, əqli bəhs aparanlardan biri idi.[10] Bununla belə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Əbu Cəhl (cəhalətin atası) adlandırdı ki, onun ağıl və (termində deyilən) hikmətinin həqiqətini bu ləqəblə aşkar etsin (çünki o, eynilə cəhalət və zülmət idi). Tarix boyu da bu ləqəblə məşhurlaşdı.

Bu mühüm müqəddimədən sonra ağlın müxtəlif elmlərdə nəyə aid edilməsi ilə əlaqədar deyirik:

Kəlam elmində əql o mə’qullara və qəziyyələrə deyilir ki, bütün bəşərin ümumi və əməli düşüncəsi onu qəbul etmişdir və bir növ ümumi məqbulluğa malikdir (hamı tərəfindən qəbul olunur). Məntiq elminin (Ərəstu məntiqinin) bürhan bölməsində ağıl yəqin əsasında olan mə’qullardan ibarətdir. Bu da bürhan bölməsinin müqəddiməsidir. Nəfs elmində (psixologiyada) külliyyatı dərk edən qüvvəyə “ağıl” deyilir.

Amma ilkin və qədim fəlsəfədə ağlın xüsusi termini var idi. O, istidlali zehin ilə heç bir əlaqəsi olmayan vücudun ilkin bölgülərindən biri idi. Burada ağıl məşhur mənadan tamamilə fərqlidir və tam mücərrəd varlıqlara aid edilir. Yəni o varlıqlara ki, heç bir maddəyə malik deyildir və maddi şeylərə heç bir aidiyyəti yoxdur. Termində onlara “müfariqat”, yaxud “nurani varlıqlar” deyilir. Buna əsasən, onun külli məfhumu dərk etmək mənasına olan əql ilə heç bir əlaqəsi yoxdur.[11]

عقل فرعون ذکي فيلسوف                        کور بود از تو نيابيد او وقوف

بولهب هم از تو نااهلي شده                       بوالحکم هم از تو بو جهلي شده

Zəkalı filosof Fironun əqli

Sənin barəndə kor idi: Sənə elm tapa bilmədi.

Əbu Ləhəb də Səni tanımağa ləyaqət tapmadı,

Əbul-Hikəm də Sənin barəndə “cəhalət atası” oldu.[12]

Bəziləri əqli, nəzəri və əməli olaraq iki yerə bölürlər. Çünki əqlin məhsulları bəzən varlıq-yoxluq hövzəsindədir, bəzən isə vacib və haram hövzəsində. Birincisi nəzəri əql , ikincisi isə əməli əql adlanır. Əməli əqlin iki mərtəbəsi vardır: birincisi yalnız dünyəvi işlərin təbir və idarəsinə aid olur, bu da “məsləhətçi əql” (fərdi, yaxud ictimai) adlanır. Bu, həmin bədəli (əvəzedici) əqldir ki, ona “cüzi və hesabçı əql” də deyilir, onda şəhvətli (heyvani) meyllərin təmin olunması nəzərə alınır. İkincisi “imani əql”dir ki, batil meylləri və şəhvətləri cilovlayıb bəndə çəkir.[13] İmani əqlin də iman mərtəbələrinə mütənasib olaraq müxtəlif dərəcələri vardır. Bu, ilahi övliyalarda və peyğəmbərlərdə özünün son həddində zühur etmişdir və varlıq aləminin həqiqətlərinin birbaşa dərk edilməsinə şamildir. Bütün ilahi peyğəmbərlər bu növ əql mərtəbələrini çiçəkləndirmək üçün məbus olunmuşlar. Bu əql insani fitrətin torpaqları altında gizlənmiş olan nəfis bir dəfinə kimindir. Həzrət Əli (əleyhis-salam) buyurur:

وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُول

“Allah peyğəmbərləri göndərdi ki, əqllərin gizli dəfinələrini onlar üçün aşkar etsinlər.”[14]

Əgər əql dedikdə məqsəd Yunan mənasına olan fəlsəfi əql olsaydı, onda bəşər qərbin texnoloji inkişafının zirvə həddində peyğəmbərlərin nail olduqları son kamal həddinə nail olmalı idi, halbuki tamamilə bu mənanın əksinə şahidik.

Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:

“Hesabçı əql, qəlb, iman və eşq”, sual 10758 (sayt az10664)

“Bir təfəkkür və düşüncənin haqq olmasının meyarı”, sual 7168 (sayt 7501)

“Əql və onun fəaliyyət hüdudları”, sual 11724 (sayt az11546)

 


[1] Seyid Heydər Amuli, “Camiul-əsrar”, səh. 8, “Elm və mədəniyyət” nəşriyyatı, 1368-ci il

عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ: أَرِنَا الْأَشْيَاءَ كَمَا هِيَ Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dua edərək deyir: “Pərvərdigara! Əşyaları bizə, (gerçəklikdə) olduğu kimi göstər!”

[2] Cürcanidən nəqlən: “Fəlsəfə insanın qüdrəti dairəsində özünü Allaha oxşatmaq və əbədi səadəti əldə etmək mənasınadır.”

İbni Sinadan nəqlən: “Fəlsəfə – bütün əşyaların həqiqətlərindən agahlıq mənasınadır; onlar barəsində insan üçün mümkün olan həddə  məlumat əldə etməkdir.”

[3] يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشاءُ وَ مَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْراً كَثيراً وَ ما يَذَّكَّرُ إِلاَّ أُولُوا الْأَلْبابِ “(Allah) istədiyi adama hikməti verir, hər kəsə də hikmət verilsə, şübhəsiz, ona çoxlu xeyir verilmiş olur. Bunu ağıl sahiblərindən başqası xatırlamaz.” “Bəqərə” surəsi, ayə: 269:

[4] Diqqət: “İlahi hikmət” kitabının başa düşülməsi alimlərin nəzərində əlçatmaz hesab olunmur, lakin kəlmələrin zahiri mənasına görə mənaların həqiqətinə işarə edilmişdir.

[5] “İntişarat və təhqiqati fərhəngi” müəssisəsi

[6] Yenə orada, səh. 296

[7] Hüseyni Nəsəb, Seyid Rza, “Əql”

[8] “Kafi”, 1-ci cild, səh. 11:

لَمَّا خَلَقَ اللَّهُ الْعَقْلَ اسْتَنْطَقَهُ ثُمَّ قَالَ لَهُ أَقْبِلْ فَأَقْبَلَ ثُمَّ قَالَ لَهُ أَدْبِرْ فَأَدْبَرَ ثُمَّ قَالَ وَ عِزَّتِي وَ جَلَالِي مَا خَلَقْتُ خَلْقاً هُوَ أَحَبُّ إِلَيَّ مِنْكَ وَ لَا أَكْمَلْتُكَ إِلَّا فِيمَنْ أُحِبُّ أَمَا إِنِّي إِيَّاكَ آمُرُ وَ إِيَّاكَ أَنْهَى وَ إِيَّاكَ أُعَاقِبُ وَ إِيَّاكَ أُثِيبُ

“Allah-taala əqli xəlq etdikdən sonra onu nitqə gətirdi, sonra ona buyurdu: “İrəli gəl!” O irəli gəldi, sonra buyurdu: “Geri qayıt!” O da geri qayıtdı, sonra Allah buyurdu: “Öz izzət və cəlalıma and olsun! “(Öz dərgahımda) Səndən də sevimli bir məxluq xəlq etməmişəm! Səni yalnız sevdiyim şəxslərdə kamil edəcəyəm. Agah ol! Mən yalnız sənə əmr edirəm, yalnız səni nəhy (qadağan) edirəm. Yalnız sənə savab verir və yalnız səni cəzalandırıram.”

[9] Yenə orada

[10]

آن زمان که بحث عقلي ساز بود                                 اين عمر با بوالحکم هم راز بود

Əqli bəhslər rəvacda olan zaman,            Bu ömür hikmətlər atası ilə sirdaş idi. (“Məsnəviye mənəvi”)

[11] Misbah Yəzdi, Məhəmməd Təqi, “Fəlsəfə təlimləri”, 2-ci cild, səh. 164, “İslami təbliğat”ın nəşr və çap şöbəsi, 1377-ci şəmsi il

[12] “Məsnəviye mənəvi”

[13] Tərxan, Qasim, “İmam Hüseyn (əleyhis-salam)-ən şəxsiyyət və qiyamı”, səh. 156, Qum, “Çilçıraq” mətbəəsi, 1388

[14] "Nəhcul-bəlağə", səh. 43, “Darul-hicrət” nəşriyyatı

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Hər şəhərdə bir cümə namazı qılınmalıdırmı?
    6212 Nizamlar hüquq və əhkam 2011/06/21
    Hər bir şəhərdə bir cümə namazı ya daha çoxun qılınması barəsində, şəriət nəzərindən meyar iki cümə namazı arasındakı fasilədir. Təqlid mərcələri deyirlər: İki cümə namazı arasındakı ən az fasilə bir fərsəxdir.Əgər bir yerdə cümə namazı qılınırsa, onun bir fərsəxliyindən az bir fasilədə, digər bir cümə namazı qılınmamalıdır. ...
  • "Əl- mulqən" və "Əl- mutlə" adları kamiliyyə sifətlərindədir yoxsa camaliyə?
    5422 Qədim kəlam 2012/04/18
    Kəlam elmindəki məşhur terminə əsasən, Allah üçün bir sifət isbat edən, Allahın bütün sübut sifətləri, həm Allahın lütfünə şamil olan sifətlər, həm onun qəzəbinə şamil olan və... hamısı camal sifətlər sayılırlar. Bu cəhətdən onların arasında heç bir fərq yoxdur. O cümlədən, sualda olan mulqən və mutlə sifətləri ...
  • Həzrət Məhəmmədin (s) doqquz yaşlı həyat yoldaşı var idimi?
    6636 زندگی خصوصی 2019/06/12
    İslam Peyğəmbərinin həyatına, onun ailələrinin xüsusiyyəti və Peyğəmbərin (s) onlarla olan rəftarına nəzər saldıqda, bunun şahidi oluruq ki, əgər Peyğəmbər (s) bir neçə ailə həyatı qurmuşdur, hikmət üzündəndir ki, biz onlardan bəzilərinə işarə edirik:Peyğəmbərin (s) Ayişəylə evlənməsi barəsində demək olar ki, bu izdivac Ayişənin ...
  • Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?
    6879 Təfsir 2012/04/18
    Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Özünü tanımanın fitri, dünyəvi və ...
  • İmam Zaman (ə.c) hər yerdə hətta qeyri İslami (yəhudi) ölkələrdə də hazır olurmu?
    5372 Qədim kəlam 2011/10/18
    Ağıl və məntiq baxımından Allahın hidayəti olmadan insanın ideal təkamülünə yetişməsi mümkün deyil. Allah- Taala İlahi höccətləri camaata göndərməklə insanların hidayətini ən yaxşı formada yerinə yetirmişdir. İmamlar və Peyğəmbərlər Allah- Taalanın izni ilə bütün kainatda qüdrət və nüfuz etməyə kifayət qədər imkana malik olublar və olmaqdadırlar ki, öz vəzifələrini yaxşıca ...
  • Ayət namazının qəzasını qılmaq üçün qüsl etmək lazımdır?
    5439 Nizamlar hüquq və əhkam 2012/03/10
    Əksər mərcəi təqlidlər müstəhəbbi qüsllərdən birini, ay və günəş tutulduğu vaxtda ayət namazını bilə bilə qılmayan şəxsin qüslü bilirlər. Və bu o surətdədir ki, ay və günəş bütünlüklə tutulmuş olsun.[1] Amma bu arada bəzi mərcəi təqlidlər o cümlədən Ayətullah uzma Sistani, Onun ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    8221 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    8413 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    9402 Əməli əxlaq 2011/09/12
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    7118 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154911 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117741 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109675 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98769 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91285 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53336 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45188 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43705 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42865 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...