Ətraflı axtarış
Baxanların
13455
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
Sual
Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
Qısa cavab

“Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.

Dua bir növ ibadət olduğundan, sair ibadətlər kimi müəyyən (isbati və inkari) şərtlərə malikdir. Belə ki, onlara riayət olunması insanın Allah dərgahına yaxınlaşmasına və duasının qəbul olunmasına səbəb olur. Duanın qəbul olunmasının mənası onun dərhal qəbul olunması və nəticələrinin qısa müddət ərzində zahir olması deyildir. Buna görə də bəzən qəbul olunmanın əsər-əlamətləri qırx ildən sonra zahir olur, yaxud Allah-taala o duanın əvəzini axirətdə bir neçə qat artıqlaması ilə dua edən şəxsə verir və dua edən şəxs onu müşahidə etməklə “kaş dünyada heç bir hacətim və duam qəbul olunmayaydı!” - deyə arzu edər.

İslam alimləri Quran ayələrindən və məsumların (əleyhimus-salam) rəvayətlərindən istifadə etməklə dua üçün müxtəlif ədəb qaydaları və şərtlər qeyd etmişlər ki, əgər onlara riayət olunsa, dua mütləq qəbul olunacaqdır. Mərhum Feyz o şərtlərdən onunu qeyd etmişdir. “Üddətud-dai” kitabında da digər on şərt nəql olunmuşdur. “Dualar və Quran təhlilləri” kitabının müəllifi dua üçün on yeddi şərt sadalayır.

Müxtəlif rəvayətlərdə mövcud olan təbirlərə diqqət yetirməklə duanın mütləq qəbul olunmasında təsirli olan şərtləri qeyd edirik:

– Dua gərək Allah-taalanın xəlq etdiyi ən gözəl aləm quruluşunun və Onun qəti qəzasının (hökmünün) əksinə olmasın, əks halda qəbul olunmayacaqdır;

– Duanın əvvəlində və axırında Peyğəmbərə və onun Əhli-Beytinə salavat göndərilsin;

– Dua edən şəxs Allah-taala barəsində kamil qəlbi mərifətə malik olsun;

– Dua edənin ümidi yalnız Allaha olsun, Ondan başqa heç kəsə arxalanmasın;

– Dua edən şəxsdə ixlas (tam sadiq niyyət) və iztirar haləti yaranmış olsun (əli hər bir şeydən üzülmüş, çıxılmaz vəziyyətə düşmüş olsun);

– Dili qəlbi ilə tam uyğun, həmahəng olsun;

– Dua edən şəxs vacibləri yerinə yetirib haram əməlləri tərk etsin, öz günahlarından istiğfar (tövbə) edib Allahdan bağışlanmaq diləsin;

– Duaya israr etsin, Allahdan yəqin şəkildə istəsin və məyus olmasın;

– Dua edərkən desin ki, “Pərvərdigara! Sənin məsləhət bildiyin və mənim də xeyrimə olan şeyləri əncam ver!” Həm də yəqin etsin ki, Allah duasını qəbul edəcəkdir, hətta onun əsər-əlamətləri sonradan zahir olsa da belə.

Ətreaflı cavab

Suala cavab verməzdən qabaq Quran nəzərindən duanın mənası və onun zərurətinə qısa şəkildə işarə edirik:

Duanın zərurəti və əncam verilməsi məsələsi yalnız İslam dinində qəti və şübhəsiz məsələ deyildir; əksinə keçmiş səmavi dinlərdə və sələf peyğəmbərlərin nəzərində də mühüm və qəti bir məsələ olmuşdur. İlahi səfirlər və rəhbərlər bu mətləbi camaata təlim vermiş, özləri də bir çox hallarda dua etmişlər. O cümlədən, həzrət İbrahim (əleyhis-salam)-ın duası və onun qəbul olunması “İbrahim” surəsinin 37-ci ayəsində zikr olunmuşdur.[1] Həmçinin, həzrət Musa (əleyhis-salam)-ın duası,[2] eləcə də digər peyğəmbərlərin duaları bəyan olunmuşdur. Allah-taala çoxlu ayələrdə bəndələri dua etməyə dəvət edir. O cümlədən “Bəqərə” 186, “Ğafir” 60 və s. qeyd etmək olar.

Duanın lüğət və termindəki mənası: Lüğətdə dua “çağırmaq”, “hacət istəmək”, “kömək diləmək”, bəzən isə ümumi şəkildə “çağırmaq” mənasında işlədilir.[3]

Termində isə “Allah-taaladan hacət istəməyə” deyilir. “Dua” kəlməsi və ondan alınan digər kəlmələr Quranda təqribən on üç mənada işlənmişdir. Onlardan “çağırmaq”, “dua etmək”, “Allahdan istəmək”, “nida etmək”, “hər hansı bir şeyə və ya şəxsə doğru dəvət etmək”, “yalvarış”, “kömək istəmək”, “ibadət etmək” və s.[4]

Bəzi ayə və rəvayətlərdən məlum olur ki, dua bir növ ibadət və pərəstişdir. Bundan əlavə, bəzi təbirlərdə “dua ibadətin məğzi” kimi qeyd olunur. Buna əsasən, dua da sair ibadətlər kimi həm müsbət, həm də inkari şərtlərə malikdir. Başqa sözlə desək, duanın düzgün və kamil şəkildə yerinə yetirilməsi, insanı Allah dərgahına yaxınlaşdırması və hacətlərinin qəbulunda təsirli olması üçün gərək dua edən şəxs müəyyən şərtlərə riayət və ədəb qaydalarına əməl etsin, müəyyən maneələrdən uzaqlaşsın. Məhz bu məsələyə diqqət yetirməklə bəzi duaların nə üçün qəbul olunmaması aydın olur. Çünki, Allah-taala hər şeyi bilir, Onun bütün işləri hikmət və məsləhət üzündəndir. Duanın qəbul olunması məsləhətə bağlıdır, qəbul vədəsi də məsləhət ilə şərtləndirilir. Əgər kərim, əliaçıq və səxavətli bir şəxs elan edərək “hər kəs məndən bir şey istəsə, mütləq verəcəyəm!” - desə, başqa bir şəxs də gəlib öz zərərinə, hətta onun məhvinə səbəb olan bir şeyi – özünə faydalı olduğunu güman edərək – istəyərsə, bu halda nəinki o şəxsə bir şey verməmək daha münasibdir, üstəlik həmin şeyi vermək onun barəsində zülm və haqsızlıq da hesab olunur. Bəndələrin dua və istəklərinin əksəriyyəti özləri də bilmədən onların zərərinədir.[5]

Rəft toğyani ab əz çeşməş qoşad

Abi çeşməş zər’i-din ra ab dad

Su tüğyan edərək açıq gözlərindən getdi,

Gözünün suyu dinin əkin sahəsini suvardı.

Ey bəsa müxlis ki naləd dər dua,

Ta rəvət dudi xulusəş bər səma.

Çox vaxt muxlis şəxs duasında nalə edir,

İxlasının tüstüsü səmalara qalxır.

Ta rəvət balayi in səqfi bərin,

Buyi mücmər əz ənini muznibin.

Onun naləsi bu mavi səmanın yüksəkliyinə qalxar,

Günahkarların ah-nalə səsindən yaranan iy yuxarı gedər.

Pəs məlaik ba Xoda nalənd zar

Key mucibi hər dua, vey müstəcar.

Bu zaman mələklər Allahın hüzurunda nalə və əfğanla deyərlər:

Ey hər duanı qəbul edən, ey hər bir şəxsə pənah verən!

Bəndeyi mömin təzərro mikonəd,

O nemidanəd be coz tu mustənəd.

Mömin bəndə Sənin dərgahında ah-nalə edir,

Onun Səndən başqa heç bir sığınacağı yoxdur.

To əta biganegan ra midəhi,

Əz tu darəd arizuyo hər möntəhi.

Sən yadların hamısına əta edənsən,

Hər arzu edən Səndən arzu edir.

Həqq befərmayəd ki, nəz xariyu ust

Eyni tə’xiri əta, yariye ust

Allah buyurar: Ona əta etməməyim onun xarlığı üzündən deyildir;

Verəcəyim şeyləri təxirə salmağım onun özünə köməkdir.[6]

“Hədisi-Qüdsi”də deyilir: “Bəndələrimin bəziləri yalnız mal-dövlət verməklə, zəngin etməklə islah olunar, imanlarını qoruyub saxlayarlar; əgər onlar üçün başqa bir vəziyyət baş verərsə, məhv olarlar. Bəziləri də fəqirlik və yoxsulluqla islah olunar; əgər onlara bundan başqa bir şey müqəddər edilərsə, onların həlakına səbəb olar.”[7]

Burada belə bir şübhə yarana bilər: Allah bizim məsləhətimizi daha yaxşı bilir, istədiyi şeyləri müqəddər edir və şübhəsiz, bunlar da baş verəcəkdir. Onda bizim dua etməyimizə hansı bir əsas qalır?! Cavabda bu miqdarla kifayətlənirik: Allahın müqəddər etdiyi bəzi işlərin gerçəkləşməsi bəndənin duası ilə şərtlənir. Bu mənaya ki, əgər bəndə dua edərək Allahdan istəsə, ilahi məsləhət onu əta etməyə təəllüq tapır. Əgər dua etməsə, heç bir məsləhət mövcud deyildir və onun üçün təqdir olunmur.[8]

Buna görə də Allah-taala, Onun xəlq etdiyi ən gözəl quruluşun əksinə və ya Onun qəti hökmünə zidd olan duaları qəbul etmir. Misal üçün, bir şəxs Allahdan həmişə diri olmasını və heç vaxt ölməməsini arzu edir. Bu dua qəbul olunmur, çünki Allahın “Ali-İmran” surəsinin 185-ci ayəsində “Bütün insanlar ölüm şərbətini dadacaqdır” deyə buyurulan qəti hökmü ilə müxalifdir. Yaxud bir nəfər Allahdan istəyir ki, onu məxluqların heç birinə möhtac eləməsin. Belə dua heç vaxt qəbul olunmur. Rəvayətdə qeyd olunur ki, həzrət Əli (əleyhis-salam) bir nəfərin öz dostu üçün dua edərək belə dediyini eşitdi: “Allah sənin üçün heç bir xoşagəlməz hadisə qarşıya çıxartmasın və belə şeyləri sənə rəva görməsin!” Əli (əleyhis-salam) buyurdu: “Sən öz dostunun ölümünü istədin!”[9] Yəni yaradılış aləmi və təbiət sisteminin tələbinə uyğun olaraq insan diri olduğu vaxta qədər daim xoşagəlməzliklərlə qarşılaşmalıdır, yalnız dünyadan gedən zaman onlardan xilas ola bilər.

Əllamə Məclisi (rəhmətulallahi əleyh) bir rəvayəti təfsir və izah edərkən duanın nə üçün qəbul olunmaması ilə əlaqədar suala cavabda bir neçə ehtimalı qeyd etmişdir:

Birincisi, duanın qəbul olunması ilə əlaqədar Allahın verdiyi vədə bununla şərtlənir ki, Onun istək və məşiyyəti ilə olsun. Yəni əgər istəsə və Onun məşiyyəti təəllüq tapsa, qəbul edər. Çünki Allah-taala buyurur: “Əgər Allah istəsə, onların çağırdıqları şeyləri onlardan uzaqlaşdırar” [10] – yəni əgər istəsə, bəla və məşəqqəti sizdən uzaqlaşdırar.

İkincisi: Rəvayətlərdə “qəbul olunmaq” dedikdə məqsəd onun tələbidir və onun Allah tərəfindən mərhəmətə layiq görülməsidir. Çünki mömin dua edən kimi Allah-taala onun duasını qəbul edir, lakin istədiyi şeyi ona əta etməsini bir qədər təxirə salır ki, dua etməyə davam etsin, Allah-taala Öz məhbubunun səsini eşitsin.

An yeki Allah miqofti şəbi,

Ta ki, şirin mişod əz zikrəş ləbi.

Bir nəfər sübhə qədər “Allah Allah” deyirdi,

Dodaqları zikrindən şirinləşirdi.

Qoft şeytan axir besyar qu!

İn həme Allah ra ləbeyk ku?!

Şeytan axırda cana gəlib dedi:

Bu qədər Allah deyirsən, bəs cavabın hanı?!

Qoft ləbeykəm nemiayəd cəvab,

Zean həm mitərsəm ki, başəm rəddi bab

Dedi: ləbbeykimin cavabı gəlmir,

Qorxuram ki, Allah dərgahından qovulmuş olam!

Qoft an Allah tu ləbeyki mast

Və an niyazo dərdo suzət peyki mast.

Dedi o Allah: sən Bizim ləbbeykimizsən,

O ehtiyac, dərd-qəm, ürək yağısı Bizim elçimizdir.

Hiylehavo çare cuyuhaye to cəzbi Ma

Cəzbi Ma budo qoşad in payi to

Sənin bu qədər çarə fikirləşməklərin,

Bizim tərəfimizdən cəzb idi; və sənin ayağının açılması.

Tərso eşqi tu kəməndi lutfi mast,

Zire hər “ya Rəbbi” to ləbeykhast.

Sənin qorxun və eşqin Bizim lütfümüzün kəməndi idi

Hər “ya Rəb” kəlməsinin altında çoxlu ləbeyklər vardır.[11]

Üçüncüsü: Allah-taala duanı qəbul etməyi bununla şərtləndirmişdir ki, dua, onu edən bəndənin məsləhətinə, xeyrinə olsun. Çünki, Allah-taala hikmət sahibidir və heç vaxt bəndələrin xeyir, məsləhət və səadətinə olan şerləri faydasız istəklər naminə tərk etməz. Buradan aydın olur ki, həkim şəxs (hikmət sahibi) tərəfindən verilən belə vədələrin məsləhətlə şərtləndirmiş olduğunu bilməliyik.[12]

“Üsuli-kafi” kitabında “icabət” (duanın qəbulu) üçün dörd məna qeyd olunmuşdur:

1. Allah-taala dua edən şəxsin istəyini dərhal əta edir.

2. Allah onun istəyini qəbul edir, amma onun səsini eşitməyi sevdiyindən, verəcəyi şeyi müəyyən müddətə qədər təxirə salır.

3. Onun duasını qəbul edir, lakin təsirləri onun günahlarının paklanması və kəffarəsi qərar verir.

4. Duasını qəbul edir və onu axirət üçün ehtiyat qərar verir.[13]

Yuxarıda qeyd olunanlardan aydın olur ki, duanın icabət və qəbulunun mənası onun dərhal qəbul olunması, təsirlərinin sürətlə zahir olması, dua edən şəxsin də öz istəyinə çatması deyildir; Çünki “Yunis” surəsinin 89-cu ayəsində xatırladılır ki, Allah-taala Musa (əleyhis-salam)-ın duasını qəbul etdi, Fironun məhv olmasından ibarət olan məsləhət xatirinə onun təsirlərinin qırx ildən sonra aşkar etdi.

Bəzən duanın qəbul olunması belə zahir olur: Allah-taala dua edən şəxsin istəyinin bir neçə qat artığını axirətdə ona verir. Bu, öz məsləhətinin nədə olduğunu bilməyən şəxslərə qarşı edilir. Belə ki, axirətdə öz istəyinin əvəzini müşahidə edən zaman “kaş, dünyada heç bir hacətim rəva, duam qəbul olunmayaydı!” - deyə təmənna edəcəkdir. (Bununla da duasının kamil şəkildə qəbul olunduğunu təsdiq edəcəkdir.)[14]

Bura qədər duanın mənası, əhəmiyyəti və şərtləri qeyd olundu və bəzi dualardan nə üçün qəbul olunmadığı, eləcə də “duanın qəbul olunması” dedikdə məqsədin nə olduğu aydınlaşdı. İndi yuxarıdakı suala cavab vermək lazımdır ki, dua hansı şərtlər daxilində qəbul olunur.

İslam alimləri və müfəssirlər Quran ayələrindən və məsumların (əleyhimus-salam) rəvayətlərindən istifadə edərək duanın özü və dua edən şəxs üçün müəyyən şərtlər və ədəb qaydaları qeyd etmişlər. Onlara riayət etməklə dua həyata keçir və qəbul olunur. “Dualar və Quran təhlilləri” kitabında dua üçün 17 şərt və ədəb qaydası zikr olunmuşdur. O cümlədən: Allah barəsində mərifət, qəlbin dil ilə uyğunluğu, vacib əməllərin yerinə yetirilib haramların tərk edilməsi, günahlardan istiğfar və tövbə edilməsi, Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beytinə salavat göndərilməsi və s.[15]

Həmçinin mərhum Feyz Kaşaninin “Məhəccətul-beyza” kitabında on, mərhum Əllamə Hillinin “Üddətud-dai” kitabında da digər on şərt nəql olunur. O şərtlərdən bəzilərini qeyd edirik: Duada qəti qərarda olmaq, cəm şəklində dua etmək, qəlbən Allaha üz gətirmək, hacətlərinin rəva olmasında Allahdan qeyrisinə etimad etməmək və s.[16]

Duanın qəti şəkildə qəbul olunması barədə rəvayətlərdə müəyyən təbirlərdən istifadə olunur ki, onların burada qeyd olunması münasib görürük: İmam Sadiq (əleyhis-salam) buyurur: “Həmişə dualar pərdə arxasındadırlar; yəni Peyğəmbərə salavat zikr olunan hallar istisna olmaqla, Allah dərgahına azad şəkildə yol tapmaq olmaz.”[17]

İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan başqa bir rəvayətdə belə deyilir: “Hər vaxt biriniz dua etsə, əvvəlcə Peyğəmbərə salavat göndərsin. Çünki Peyğəmbərə salavat göndərmək (duadır və) Allah dərgahında qəbul olunur. Allah üçün belə deyildir ki, duanın bir hissəsini qəbul etsin, başqa hissəsini yox.”[18]

Başqa bir rəvayətdə deyilir: “Duanın əvvəlində Peyğəmbərə salavat göndərdiyiniz kimi, axırında da Muhəmməd və Ali-Muhəmmədə salavat göndərin.”[19]

İmam Həsən Müctəba (əleyhis-salam) buyurur: “Əgər bir şəxs Allahın razı olmadığı vəsvəsə və xatirələrin qəlbinə nüfuz etməsin deyə, ehtiyatlı olsa və onlara yol verməsə, onun duasının qəbul olunmasına zaminəm.”[20]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Allahdan qeyrilərindən ümidinizi kəsin ki, qəlbiniz Allahdan başqa heç bir qüdrətə arxalanmasın. Bundan sonra dua edin, mütləq qəbul olunacaqdır.”[21]

Həmçinin rəvayət olunur ki, “Allahdan başqa heç bir pənahgahı, sığınacağı olmayan məzlumun duası mütləq qəbul olunur.”[22]

Deməli, dua edən dildə qabiliyyət olsa, dua edən şəxs əliboş qaytarılmaz və duası mütləq qəbul olunar. Çünki duanı qəbul edən Şəxs tamamdır və tamamın fövqündədir, Onun feyzi kamil və kamalın fövqündədir. Feyz zahir olmursa və ifazə edilmirsə, bu, dua edənin qabiliyyətinin nöqsanlı olduğuna görədir. Deməli, əgər əxz edənin feyzi qəbul etməyə qabiliyyəti olarsa, ilahi feyz sonsuz və nöqsanı olmayan xəzinədən, sonsuz feyz mədənindən ona ifazə olunar (verilər).[23]

Buna görə də deyilir ki, işlər üç qisimdir: birincisi o işlərdir ki, hətta dua olmadan da məsləhət onun verilməsindəndir. Bu halda istər şəxs dua etsin, istərsə də etməsin, Allah ona əta edəcəkdir. İkincisi o işlərdir ki, dua ilə yanaşı olsa da belə, məsləhət olmur. Belə olan halda dua etsə də, ona verilmir. Üçüncüsü dua etdiyi təqdirdə məsləhət onun verilməsindədir, dua etmədiyi halda isə məsləhət yoxdur. Belə olan halda onun verilməsi dua ilə şərtlənir. İnsan bütün işlərin məsləhət və ziyanının ayırd edilməsindən aciz olduğuna görə duada səhlənkarlığa yol verməməlidir. Əgər qəbul olunmasa, məyus olmamalı və bilməlidir ki, onun məsləhətinə deyilmiş.

Bunlardan əlavə, əvvəldə qeyd etdiyimiz kimi, dua ibadətdir, hətta ən yaxşı ibadətdir və insanın Allah dərgahına yaxınlaşmasına səbəb olur. Bu da ibadətin ən yaxşı faydasından biri sayılır.[24]

Məsumlarının (əleyhimus-salam) sünnətinə və rəvayətlərə uyğun olaraq yaxşı olar ki, insan əllərini asimana doğru qaldırdıb dua etdikdən sonra əllərini başına və üzünə çəksin. Çünki, Allahın lütfü bu əllərə cavab vermişdir. Allah dərgahına qaldırılan əllər şübhəsiz, boş qaytarılmaz. İlahi bəxşişləri əxz edən əllər əzizdir. Buna görə də yaxşı olar ki, insan onu başına və üzünə sürtsün.[25]

Ey yek delei səd dele, del yek dele kon,

Mehri digəran ra zedeli yəle kon.

Yek ruz be ixlas biya bər dəre ma,

Gər kami to bər nəyaməd, an gəh gele kon.

Ey bir qəlbi yüz yerə pərvaz edən! Qəlbini bir nöqtəyə təmərküzləşdir!

Başqalarının məhəbbətini qəlbindən çıxart!

Bir gün ixlasla Bizim dərgahımıza gəl,

Əgər hacətin rəva olmasa, onda gileylən![26]

Əlavə məlumat üçün bax: Görünüş: “Duada məsləhətin ayırd edilməsi yolları”, sual 764



[1] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 2

[2] “Taha” surəsi, 25-28

[3] Qurəşi, Seyid Əli Əkbər, “Qamusi Quran”, “dua” kəlməsi

[4] “Daneş nameyi Quran və Quran pəjuhi”, Bəhauddin Xürrəmşahi, 1-ci cild, səh. 154

[5] Seyid Məhəmməd Baqir Şəhidi və Hibətuddin Şəhristani (rəhiməhuməllah), “Dualar və

uran təhlilləri”, səh. 43

[6] “Məsnəvi mənəvi”, Mövləvi, 6-cı dəftər, 4216-4222-ci beytlər

[7] Molla Hadi Səbzivari, “Əsmaul-husna”nın şərhi, Qum, “Bəsirət” çapxanası, səh. 32

[8] Məhəmməd Baqir Şəhidi, “Dualar və Quran təhlilləri”, səh. 43

[9] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 7

[10] “Ənam” surəsi, ayə: 41  

[11] Mövləvi, “Məsnəvi mənəvi”, 3-cü dəftər, 189-190 və 194-197-ci beytlər

[12] Məhəmməd Baqir Məclisi, “Miratul-uqul”, 12-ci cild, səh. 19-20, vəraqaltı haşiyə

[13] Kuleyni, “Kafi”, “Ər-rovzə”, 1-ci cild, səh. 330, vərəqaltı haşiyə

[14] Məclisi, Məhəmməd Baqir, “Miratul-uqul”, 12-ci cild, səh. 1-5

[15] Şəhidi və Şəhrisatani, “Dualar və Quran təhlilləri”, səh. 15

[16] Feyz Kaşani, “Məhəccətul-beyza”, 1-ci cild, səh. 301-380

[17] “Kafi”, 2-ci cild, səh. 491

[18]  “Əmali”, Şeyx Tusi, 1-ci cild, səh. 157

[19] Fəlsəfi, Məhəmməd Təqi, “Məkarimul-əxlaq” duasının şərhi, 1-ci cild, səh. 9

[20] “Kafi”, 2-ci cild, səh. 67, hədis 11

[21] “Biharul-ənvar”, 72-ci cild, səh. 107, hədis 7

[22] Cavadı Amuli, Əbdüllah, “Hikməti ibadat”, səh. 220-234

[23] İmam Xomeyni, “Səhər” duasının şərhi, Seyid Əhməd Fehrinin tərcüməsi, səh. 38

[24] Məhəmməd Baqir Şəhidi, Hibətuddin Şəhristani, “Dualar və Quran təhlilləri”, səh. 45

[25] Cavadı Amuli, Əbdüllah, “Hikməti ibadat”, səh. 215

[26] “Rəvani Cavid”, 1-ci cild, səh. 296

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Həyat təhlükəsi olduğu halda etibat aliyat ziyarətinə getmək haram deyilmi?
    2458 Nizamlar hüquq və əhkam 2011/10/02
    Pak insanların və Məsumların (ə) qəbrlərinin ziyarəti üçün etibati aliyətə getmək çox bəyənilmiş və Məsum İmamlar (ə) tərəfindən sifariş edilmişdir. Çünki məsum İmamların (ə) adlarının yenidən canlanması və yad edilməsinə səbəb olur və böyük savabı vardır. Bu halda əgər belə səfərlərdə həyati təhlükə vardırsa, zərərin ölçüsü ilə islamın qorunması, şiəliyin ...
  • Шејтан (Иблис) мәләкләрдән јохса, ҹинләрдән иди?
    3129 Təfsir 2010/06/13
    Шејтанын мәләкләрдән јахуд ҹинләрдән олмасы һаггында мүхтәлиф нәзәријјәләр вар. Мүнагишәнин көкү она әсасланыр ки, Аллаһ-таала Адәми (әлејһиссалам) јаратдыгдан сонра Илаһи фәрманла мәләкләр она сәҹдә (еһтирам) едирләр. Амма Шејтан сәҹдә етмир. Шејтанын (Иблисин) мәләкләрдән олмасыны иддиа едәнләрин бир групунун әсас дәлилләриндән бири будур ки, ...
  • Bu ayədə «وَمَنْ عَادَ فَینتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِیزٌ ذُو انْتِقَامٍ» intiqam almağın səbəbi nədir?
    2511 Təfsir 2012/02/07
    İşarə olunmuş ayə Maidə surəsində olan ayənin ardınca gəlmiş bir ayədir ki, ehram halında ov etməyin haram olmasını açıqlayır. Burada Allah Taala buyurur: O şəxslər ki, öz həddlərini keçirlər; yəni ehram halında ov etməkdən göz yumurlar, o halda ki, ehram halındadırlar ov edirlər, Allah da onlardan intiqam ...
  • “Əraf” surəsinin külli məzmunu və onu qiraət etməyin fəziləti nədir?
    4765 Təfsir 2012/04/09
    “Əraf” surəsi Məkkədə nazil olmuşdur[1] və 206 ayədən ibarətdir. Rəvayət və təfsir mənbələrində bu surənin məzmun və qiraətinin fəziləti barəsində müəyyən mətləblər nəql olunmuşdur. Suala diqqət yetirməklə bu mövzunu iki bölmədə təqdim edirik: a) “Əraf” surəsinin fəziləti[2]
  • Nə üçün qadın müctəhid ola bilməz?
    2965 Nizamlar hüquq və əhkam 2011/04/16
    Din alimlərinin və mütəxəssislərinin qadının müctəhid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının müctəhid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    2839 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Aya bir şəxsin mürtəd olmasına, şəri hakimin hökmünə ehtiyac varmı?
    2380 Nizamlar hüquq və əhkam 2012/02/09
    Sizin sualınızı Müctəhidlərin dəftərxanalarından soruşduq. Cavabları aşağıdakılardan ibarətdir: Həzrət Ayətullah Xamnei: Şəxsin mürtəd olmasında şəri hakimin hökmünə ehtiyac yoxdur. Əgər dinin əsli Peyğəmbərlərin yalan olması və İslam Peyğəmbərinin yalançı olması və yaxud şəriətə nöqsan yetirməklə nəticələnsə, kafir və mürtəd ...
  • İslamın nəzəri bir şəxsin ruhları öz əsarətinə almaq barəsində nədir?
    3075 Qədim kəlam 2011/05/31
    Hindistanda uzun əsrlər əvvəl də (tənasux) ruhlarla rabitə nəzəriyyəsi vardır ki, ruhların təkrar olaraq bu dünyaya qayıtmasını bildirir. Bu nəzəriyyə illər keçdikcə bir çox insanları özünə cəlb etmişdir və bəlkə bəzi insanlar buna bir məzhəb olaraq ürək bağlamışdır. Bu uzun müddətdə böyük alimlər bu mövzuda bəhslər edərək onun batil olduğunu ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    2670 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • İmam Əlinin(ə) Allahın bəzi hökmləri haqqında sakit qalmasından məqsədi nədir? Və nə üçün buyurdu onları tapmaq üçün özünüzü zəhmətə salmayın?
    2799 Təfsir 2012/02/12
    İmam Əli (ə) bu sözündə buyurur: Allahın hökmlərindən və maarifdən bəyan etdiyi şeylər, həqiqətin hamısı deyil, bəlkə bir şeylər var ki, Allah onları vəzifə olaraq insanlar üçün təyin etməyib və onlar barədə sakitliyi seçibdir; axirət üçün faydasız olan dəqiq məlumatların vəzifəsi kimi: Çünki Allah unutqanlıq üzündən, sakitçiliyə təyin etməyib; ona ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    90380 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    59535 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    48384 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    29269 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    19886 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19212 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    17013 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    15608 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    15098 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    14872 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər