K2_TIMES
8643
0
(2 K2_VOTES)
Tarixi Yaradılma: 01.12.2012 K2_FEATURED

İmam Hüseynin aşura günü suyu rədd etməsi

1). İlkin surətdə bunu qeyd edək ki, Peyğəmbər (s) və İmamlar (ə) gündəlik həyatlarının tənzimlənməsində və hər hansı bir ictimai çətinliklərdə İlahi möcüzələrdən, qeybi köməklərdən və xariqul- adə qüvvələrindən istifadə etməmişdirlər. Onlar bu qüvvələrdən yalnız Allahın izni ilə və insanların doğru yola yönəlmələri üçün istifadə etmişdirlər.

2). İmam Baqir (ə) buyurmuşdur: "İsmi- əzəmin (Allahın sirli və böyük adları) yetmiş üç hərfi vardır. "Asəf ibni Bərxiya bunlardan yalnız birini bilirdi. Bi bir hərf səbəb oldu ki, o Bil Qeysin təxtini gətirə bilsin. Amma biz İmamlar (ə) onun yetmiş ikisini bilirik".[1]

3). İmam Hüseyn (ə) "İsmi əzəm"i bilməklə yanaşı həm də "müstərabə- dua" (bütün duaları qəbul olurdu) idi. O bu qüdrətlə yerdən buz kimi su çıxara bilərdi və səhabələrini, Əhli- əyalını və sair... susuzluqdan nicat verərdi. Amma onun əsas vəzifəsi adi insanlar kimi yaşamaq olduğu üçün bu işi yerinə yetirmədi.

4). Əgər İmamlar və Peyğəmbərlər İlahi qüvvələrdən istifadə edərək bütün çətinliklərini həll etsəydilər. Onlar heç vaxt tarixin səhifələrində nümunəvi insan simvoluna çevrilə bilməzdilər.

5). İmam Hüseynin (ə) qiyamı və aşura məktəbi elə bir hadisədir ki, zamanın hər bir anında onun baş verməsi mümkündür. Çünki, İmam haqq olaraq dindən üz çevirənlərə qarşı çıxmışdır. Hər bir insanın dinə yad olan yeniliklərin əleyhinə çıxmaq vəzifəsidir. Əgər İmam Hüseyn (ə) bu İlahi və şərii vəzifəni yerinə yetirərkən qeybi köməklərdən istifadə etsəıydi heç vaxt tarixin səhifələrində nümunəvi insan kimi özünə yer tutmazdı. İmam bu qiyamı ilə haqqla- batilin mübarizəsini qiyamətə kimi diri saxladı.

6). Bir çox etibarlı tarix mənbələrində qeyd olunmuşdur ki, İmam Hüseyn (ə) aşura gecəsində Əli Əkbəri və bəzi səhabələri su üçün Fratın sahilinə göndərmişdir. Bundan əlavə Həzrət Əbülfəzlin (ə) şəhadətindən sonra da özü Fərata getmiş lakin su gətirməyə müvəffəq olmamışdır.[2]

7). Bir çox tarix kitablarında aşura günü İmam Hüseynin (ə) Həzrət Əli Əsğəri əlləri üzərində düşmənə tərəf tutması və onlardan su istəməsi yazılmışdır. Hətta İmamın bu cümlələri də tarixin səhifələrində qeyd olunmuşdur:

"Ey camaat! Əgər mənə rəhm etmirsinizsə heç olmasa bu körpəyə rəhminiz gəlsin! Hərmələ isə İmamın bu cavabında Əli Əsğərin boğazına ox vuraraq onu şəhadətə yetirdi."[3]

8). Əgər İmam düşməndən su istəyirdisə, bəs necə oldu ona öz xoşu ilə su təklif edənin əlini rədd etdi?

9). Abdullah ibni Ziyadın qoşunları aşura günündə İmamın xeyməsini mühasirəyə almışdılar. Demək olar ki, İmamın xeyməsinə heç kəsi buraxmır və ya ona tərəf gedənləri izləyirdilər. Onların bu işdən əsas məqsədləriimamı susuz qoyub özlərinə təslim etmələri idi. Belə bir sual nəzərə çarpır ki, saqi necə mühasirəni yarıb İmama su təklif etmişdir? Bu saqinin kimliyi bəllidirmi? O insan idi ya qeybdən köməyə gəlmiş mələk?

Deməli bu və ya bu kimi hədislər İmamın və Əhli- beytinin məzlumluğunu aradan aparmaq və ya şübhə altına aparmaq üçün düzəldilmişdir. Onlar bu işlə İmamın Əhli- əyalının, özünün və səhabələrinin susuz və vəhşicəsinə şəhadətə yetirilməsini şübhəyə salmaq istəyirlər. həmçinin bu kimi yazılarla aşura yanğısını insanların qəlbində  azacıqda olsa soyutmaq istəyirlər. Amma bilmirlər ki, Aşura alovu Kərbəla səhnəsində şölələnmiş və bir daha sönməyəcəkdir.

 

[1] - Kuleyni, Məhəmməd ibni Yaqub, Üsuli kafi, cild 1, səh 230, haşiyə- 1.

[2] - Mahmud Şərifi, və başqaları, Fərhənge came soxənane İmam Hüseyn kitabı Əli Muidinin tərcüməsi.

[3] - Yenə də ora, səh 534.

 

K2_LEAVE_A_COMMENT

Əlaqəlilər