Saytın kodu  
				fa1380		
				
				Arxiv kodu  
				17715		
			
			
			Sualın xülasəsi
			Bilal evlənmişdimi? Əgər cavab müsbətdirsə, onun övladları da var idimi? 
        
				Sual 
		Bilal evlənmişdimi? Əgər cavab müsbətdirsə, onun övladları da var idimi? 
		Qısa cavab 
			Tarix kitablarında Bilalın evlənməsi ilə əlaqədar müəyyən məqamlar qeyd olunmuşdur. Misal üçün, yazmışlar ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təklifi və israrı ilə Bəni-Kənanədən olan bir qadınla,[1] bəzi mənbələrə görə isə, Bəni-Zöhrədən olan bir qadınla evlənmişdi.[2] Başqa yerdə qeyd olunur ki, qardaşı ilə birlikdə yəmənli bir ailəyə elçiliyə getmişdir.[3]
Amma Bilalın övladlarına gəldikdə isə, bəzi kitablarda onun nəvələrindən biri olan Hilal ibn Əbdur-Rəhmanın adı qeyd olunur. Onun nəsli Süleyman ibni Bilal ibni Ribaha çatmışdır.[4] Buradan da aydın olur ki, Süleyman, Bilalın oğlu imiş. Qeyd olunanlardan başqa, sair tarix kitablarında Bilalın övladları barədə heç bir məlumat verilmir.
Ətreaflı cavab
		Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
		