Ətraflı axtarış
Baxanların
6054
İnternetə qoyma tarixi: 2011/10/04
Sualın xülasəsi
Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
Sual
Əgər sizin üçün imkanı vardırsa Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayın.
Qısa cavab

Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:

1.             Onun nəzəriyyəsi dinin siyasətdən ayrı olmamasıdır.

2.             Onun hökumət və qanunlar üçün olan ağıl dərk edici dəlilləri, onun siyasi nəzəriyyələrindən ən güclüsü kimi sayılır.

3.             Lütf qaydasından bəhrələnmək: Onun etiqadı budur ki, Allah, insanlar üçün layiqli Peyğəmbər, imam və ya imamın canişinini təyin etməlidir ki, onlardan bir hissəsi də siyasi rəhbərlik deməkdir.

4.             Fəqihlərin cəmiyyətdə siyasi rəhbərlikləri və insanların bu mövzuya diqqəti və bu rəhbərliyin məsum imamın rəhbərliyi ilə rabitəsi və İslam hakiminin təyin edilməsi, o məsələlərdəndir ki, Şeyx Tusinin sözlərində özünə yer tutmuşdur.

Bundan əlavə hökumət mərkəzlərində etiqadı məsələlərdə dərs vermək yer əldə etmək, Abbasi xəlifəsi tərəfindən olmasına işarə etmək olar. Bu açıq- aşkar bir dəlildir ki, dinin siyasətdən ayrı olmadığını bildirmişdir; bəlkə siyasəti dinin bir hissəsi kimi bilirdi.

Ətreaflı cavab

Bəhsə başlamamışdan əvvəl münasibdir qısa olaraq Şeyx Tusinin şəxsiyyət və həyatına işarə edək:

Şeyx Əbu Cəfər Məhəmməd ibni Əli Tusi "Şeyx Tusi" adıyla məruf olmuş və hicri ilinin 385- ci ili ramazan ayında dünyaya göz açmışdır. O ilk dini təlimlərini cavanlıq dövründə öyrənmişdir. O zaman Tus, Nişabur, Səbzivar, Rey və Qum elm mərkəzləri idi, xüsusiylə də Qum şiələrin mərkəzi olmuş və bir çox alimlər orada yaşamışdırlar. Şeyxin cavanlıq dövrü bir tərəfdən Sultan Qəznəvinin Qəznə və Xorasanda sultanlığıyla üst-üstədir ki, o sünni məzhəbinin intişarı üçün xüsusi təəssüb göstərirdi. Başqa bir tərəfdən isə Ali Buyə kimi şiə padşahlarıyla ki, İranın bir mühüm hissəsinə hakimiyyət edirdilər və Rey, Fars və Bağdad onların hakimiyyəti altına düşmüşdü,[1] üst- üstə düşmüşdür.

Şeyx Tusi əvvəllər Bağdadda Şeyx Mofidin yanında və ondan sonra 23- il müddətində Seyyid Murtəzanın yanında fiqh, usul, kəlam elmlərinə yiyələnmişdir. Seyyid Murtəzanın vəfatından sonra şiələrin rəhbərlik vəzifəsini öhdəsinə götürmüşdür. Onun elm və təqvası Abbasi xəlifəsinə çatır. Beləliklə Abbasi xəlifəsi Ali Buyəylə bir araya gəlib, onun xilafət mərkəzində kəlam (etiqadi) dərslərini təlim verməyə ona həvalə edilir. O zaman bu vəzifə xüsusi məqam və əzəmət daşıyırdı və bunun üçün də onu ölkənin ən böyük aliminin öhdəsinə buraxırdılar. Şeyx Tusi "Təhzibul- əhkam fi şərhi əl- muqnəə" kitabının ilk bölmələrini ki, şeyx Mofidin dövründə 27- i yaşı var idi təlif etmiş və öz ictihad və təlif qüdrətini göstərmişdir.

Bu kitab, o dörd kitabdan biridir ki, şiə onlara etimad və müraciət edir və hədis rəvayət edərkən o kitabları sənəd olaraq qeyd edir.

Əllamə Hilli kimi böyük şəxsiyyətlər Şeyx Tusinin elm məqamı və əzəməti barəsində söz demişdirlər ki, bu qısa fürsətdə onlara işarə etmək mümkün deyildir.[2]

Şeyx Tusinin əzəmətinin və cəmiyyətdə siyasi mövqeyini daha məlum olması üçün münasib olar ki, Şeyx Tusinin dövründə olan məzhəb və siyasi vəziyətə qısa işarə edək; hicrətin beşinci yüz iliyi Bağdadın siyasi inkişafı, Abbasilər xilafətinin paytaxtı və fikir ayrılığının dövrü kimi hesab olunurdu. Bu şəhər özündə ən böyük mütəkəllim, rəvayət sahibi və elm sahiblərinə yer vermişdir. Bu arada, Şeyx Tusi hicrətin 408- ci ilində Bağdada gəlmişdi özünə məxsus əzəmətə malik idi. Abbasilər xilafəti dövründə hakimiyyət xüsusiylə də Mütəvəkkilin zamanında (hicri qəmərinin 232- 247- ci illərində) Sələfiçiliyə daha çox yer verilirdi və digər müxalif dəstələri, öz rəqiblərini (ağıla üstünlük verənlər) çətinliklə üz- üzə qoydular ki, bunların başında Mötəzilə, şiə və o şəxslər idi ki, onların fikir düşüncələri ağıl və şəriətlə üst- üstə düşürdü.

Ali Buyə ki, hicrətin 334- cü ilində bağdada daxil oldular, baxmayaraq ki, şiə idilər, amma heç bir zaman səy göstərmədilər ki, öz məzhəblərində olan insanları sünnülərə üstünlük versinlər. bunun üçün də buna malik oldular şəhərlərdə insanların əmniyyətini təmin etsinlər. İslam cəmiyyəti Ali Buyə dövründə elmin inkişafı üçün çox böyük addımlar atdı. O dövr din azadlığı və maarifi üçün ən parlaq dövrlərdən hesab olunur.

Şiə alimləri, Şeyx Tusi və Şeyx Mofid ki, onların qabaqcıllarından sayılırlar, li Buyə hakimiyyətinin diqqətində idilər. Nəticədə Abbasilər xilafətində onların ehtiramına riayət edirdilər.[3]

Şeyx Tusinin ümumi nəzəriyyəsinin əsasları:

Hər bir əsrin özünə məxsus tələbləri vardır ki, nəzər sahiblərini ona məcbur edir ki, öz zamanında olan sual və məsələlərə cavab versin.

Şeyx Tusi o dəstə fəqih və mütəkəllimlərdəndir ki, hicrətin dördüncü və beşinci əsrlərində və Ali Buyə hakimiyyətinin dövründə yaşamışdır. O Şiə nəzəriyyəsində fiqh və kəlam nəzərindən, öz zamanına aid mövzularda işləmiş və suallara cavab vermişdir.

Onun siyasi fikirlərində hakimiyyət və onun qanunları dövlət və camaatın rabitəsi və insanlarla rəftarı, düzgün olmayan hakimiyyəti öz diqqətindən qaçırmamışdır.

İndi isə onun hakimiyyət və siyasi məsələləri əsasından bir neçəsinə işarə edirik:

1.             Hökumətin zəruri olması:

Şeyx Tusi hökumətin zəruriliyini, siyasi nizamı və rəhbərin olmasına ağıl dəlilləriylə sabit edir və rəvayətdən dəlil olaraq təyid gətirir. " "Əl- iqtisad əl- hadi" kitabında belə deyir:

İmamət və hökumətin ağıl dəlilləri əsasında zəruri olmasını imamiyyə mötəzilə və müasir fikirli insanlar yalnız qail olmuşdurlar. Amma (hər halda) bu dəlilin (ağıl) özündə iki yol toplanır:

Birinci yol budur ki, ağılın tələblərinə görə İslamda siyasi qanunlara yer verilmişdir. Bunun üçün də rəvayətdə olan dəlillərdən üz vevirib heç bir bəhs etmirik.

İkinci yol isə şəriətdən dəlillər gətirib imam və rəhbər ki, şəriət və dinin qorunub saxlanmasında lazımdır, ağılın istidlal etdiyi dəlillərlə sabit olur.[4]

O, qeyd olunmuş bu iki yolu açıqladıqdan sonra, öz fikrini birinci yol və qanun əsasında təsvir edib və onun sabit olması üçün dəlillər gətirmişdir.

A: İnsanlar məsum olmadıqları üçün səhvə düçar olurlar və vacib işləri tərk edirlər. bunun üçün də əgər bir rəhbərin siyasi ləyaqəti vardırsa, cəmiyyətdə hazır olmasıdır ki, camaat onu qarşılasın. Millətin düşmənlərini təcavüzdən çəkindirib cinayətkarları cəzalandırsın. Məzlumların haqqını zalımlardan alsın və nəticədə cəmiyyət sülh və xoşbəxtliyə tərəf qədəm götürüb, rəhbərsizlik və öz başınalıqdan uzaqlaşacaqdır.[5]

B: Lütf qanunu bunu tələb edir ki, Allah Taala insanlar üçün siyasi rəhbər və layiqli hakim təyin etsin, bunun üçün də Şeyx Tusi insanlar üçün siyasi rəhbərin olmasını lazımlı işlərdən bilir və deyir öz ədalət və hikməti əsasında bəyənilməz işləri görmür və vacib işlərdə heç bir zaman bir şeyi gecikdirmir. O Allah ki, şəriəti öz hikməti əsasında insanların ixtiyarında qoymuşdur, ağılın hökmünə əsasən onun icra olunma zəmanətində öhdəsinə götürmüşdür. Bu həmin şeydir ki. lütf qanunu onu tələb edir.[6]

2.             Hakim kimdir?

Şeyx Tusi Allah Taalanın dünyadakı hakimiyyətini nəzərə alaraq, insanların məsum olmadıqları üçün və onların layiqli rəhbəri təyin etmələrinə qüdrətləri çatmadığı üçün, lütf qaydasından istifadə edərək, llah üçün cəmiyyətdə siyasi hakim rəhbərin Allah tərəfindən təyin olunmasını lazımlı bilir. Bu rəhbərlik ilk növbədə İslam Peyğəmbərinin hakimiyyəti şəklində həyata keçir. O cür ki, Allah Taala buyurur: "Peyğəmbər möminlərə nisbət onların özündə irəlidir".[7] Təfsir alimləri bu yaxınlığı insanların işlərinin həllində və Peyğəmbərdən itaət etmələrində bilirlər.

Bundan sonrakı mərhələlərdə heç bir şəxs bu yaxınlığa layiq deyil yalnız o şəxs imam olsun ki, ondan itaət etmək hər bir şəxsə lazımdır.[8]

3.             İmamın (ə) hökuməti

Şeyx Tusi də digər şiə alimləri kimi, İmamın (ə) hökumətini imamın ümumi rəhbərliyi və imaməti kimi qəbul edir ki, insanların din və dünya işlərini öz yoluna qoymalı və insanlara da lazımdır ki, imamdan itaət etsinlər ki, hökumət yaransın.[9]

4.             İmamın bərabəri olmayan hökuməti:

Şeyx Tusi ilk iki halda ki, məsum xüsusiyyəti və rəhbər olmalarını hər bir cəhətdən nəzərə almış və ikinci tərəfdən ki, imamın məsuliyyətini öhdəsinə götürməlidir. Onu cəmiyyətin məsum rəhbərə əllərinin çatmadığı üçün zəruri bilir, çünki İslam hakimiyyəti və qanunları qorunub riayət olunmalıdır.

Şeyx Tusi imamət bəhrində siyasi rəhbərin mənasını nəzərə alaraq, o həmişə bir çox xüsusiyyətləri sayır ki, hər bir hökumət rəhbərinə lazımdır. Bundan əlavə o şiə fəqihlərinin qeybət dövründə fətva, hökm, əhkamın icra olunması və maddi işlərdə ixtiyarlarının geniş olmasını, imam kimi nəzərdə tutur. Yalnız o yerlərdə ki, məsum imam özünə məxsus xüsusiyyətlər, və onun nəticələri onun ixtiyarındadır;amma fəqih o şəraitdə deyildir. Buna əsasən Şeyx öz kəlam və fiqh əsərlərində "hər bir fəqihin imamın nayibi olmasını" bildirməmiş amma bəzi yerlərdə nayib olmalarını açıqlayaraq ona hakimiyyət ixtiyarını vermişdir".[10]

İslam hakiminin ixtiyarı olan işlər, İslam hakimiyyətinin hədəfləri, hakimlərlə camaatın qarşılıqlı rabitəsi, İslam hakimiyyətində insanlara verilən dəyər, insanlar və zalım hakimlər və sair kimi bəhslər, Şeyx Tusinin siyasi fikirlərində bəhs olunmuşdur. Məqalənin məhdud olmasını nəzərə alaraq, bunlara işarə olunmur və başqa məqalələrdə onlara işarə olunacaqdır.[11]



[1] - Əli Dəvani, hezareye Şeyx Tusi, cild 1, səh 3- 4.

[2] - Seyyid Muhəmməd Rza Musəviyan, əndişeye siyasiye Şeyx Tusi, səh 18- 25 (təlxis).

[3] - Həmin, səh 27- 31 (təlxis).

[4] - Şeyx Tusi, Əl- iqtisad əl- hadi, səh 183.

[5] - Həmin.

[6] - Həmin, səh 189 (təlxis).

[7] - Əhzab surəsi, ayə 6.

[8] - Əl- rəsail- əl- əşr, səh 112.

[9] - Həmin, səh 103.

[10] - Əndişeye siyasiye Şeyx Tusi, səh 58.

[11] - Müraciət olunsun sual 1725- ə (sayt 1740) göstərici: Əbade hokumətiye əndişeye siyasiye Şeyx Tusi.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163858 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159318 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118806 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111962 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105952 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92627 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54170 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49747 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44998 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44444 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...