Ətraflı axtarış
Baxanların
10208
İnternetə qoyma tarixi: 2010/12/07
Sualın xülasəsi
Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
Sual
Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
Qısa cavab

Müxtəlif məzhəblərin yaranmasında, çoxlu səbəblər var. məsələn, bir dəstənin peyğəmbər (s)- in həzrət Əli (ə)- nin imamlığı barəsində olan vəsiyyət və əmrlərinə diqqət etməmələri, digər dinlərin ardıcıllarinin müsəlmanların içinə yol tapması və mədəniyyət cəhətdən onlarla qarışmaları, islamın əsl təlimlərindən və Əli- beyt (ə)- in maarifindən uzaq düşmək bir əsrə yaxın peyğəmbər hədisini yazmağı qadağan etmək, bəzi səhabələr barəsində xəlifələrin saxta hədis düzəltmələri, Əməvi və Abbasi xəlifələri öz hakimiyyətlərinə davam vermək üçün müsəlmanları və məzhəbləri bir- birinə qarşı qoymaları, camaatın nadanlığı və onların təbliğatın təsiri altında olmaları. Ən azı bu səbəblərin bəzisinin islami təhrif və məhv etmək üçün qəsdən olması qətidir. Məxsusən Yəhudilər tərəfindən təhriflərin olması və onların saxta hədisləri "israiliyyat" adı ilə məşhurlaşdı. Amma onların bəzisi dünya məhəbbətinə görə və ya kin və paxıllığa görə olubdur. Hər bir dəstə siyasi hiylələrlə camaatın bəsizini məsum və pak Əhli- beyt (ə)- dən (ki, hidayətin siratı müstəqimidirlər) ayırıb və xüsusi bir firqə düzəldə biliblər. o firqələrin bəzisi bir müddət keçəndən sonra oradan gedib və onların bəzisi isə müasir əsrlərdə düzəldilmişdir. Bu səylərə baxmayaraq, pak imamlar (ə)- ın aramsız rəşadət və səyləri və onların səbr, dözüm və hidayətləri və onların təqvalı şiələrinin səyi nəticəsində, ilahi vəhyin böyük mənbəyi və həzrət Məhəmməd (s)- in əsl islamı qorunub və sonrakı nəsillərə çatdırılmışdır.

Ətreaflı cavab

Nə vaxta qədər ki, peyğəmbər (s) müsəlmanların arasında var idi, müsəlmanlar zahirdə də olsa, öz vəhdətini qoruyub və onun ətrafında hərəkət edirdilər.

Peyğəmbər (s) yovmud- darda necə ki inzar hədisini buyurdu, özünə dəvət edəndən sonra 13 yaşında olan imam Əli (ə)- ı öz vəsisi xəlifəsi tanıtdırıbdır. Digər münasib vaxt və fürsətdə də buna təkid edir və müsəlmanları ona tabe olmağa dəvət edirdi. Həccətül vidanın sonunda h. q. 10- cu ili zil- həccənin 18- i qədir- xumda rəsmən imam Əli– (ə)- ni camaata imam, rəhbər və vəli olaraq tanıtdırdı və onun üçün camaatdan beyət alındı və onun vilayəti ilahi nemət və dini kamilləşdirən və tamamlayan olaraq tanıtdıldı.[1] Hələ peyğəmbər (s)- in bədəni yerdə idi ki, müsəlmanlar, o həzrətin canişinliyi barəsində ixtilafa düçar oldular. Camaat iki dəstə oldular.

Bir dəstə bu dəstəni peyğəmbər (s)- in sifarəşinin müxalifi bilib və onları peyğəmbər (s)- in həqiqi canişini olaraq rəsmi tanımadıqlarına görə, onların bu işini tənqid etdilər. Onlar .Əli ibn Əbitalibin şiələri adı ilə məşhur oldular. O biri dəstə isə (tayfa və qəbilə təəssübünə görə)( zahirə baxdılar və dedilər:

Bizim üçün fərqi yoxdur, peyğəmbər (s)- in yeznəsi ya da onun qaynatası. İndi ki, bunlar hökümətə yetişiblər, rəsmiyyətləri var. Onlara itaət etmək lazım və onlara qarşı çıxmaq isə haramdır. O həddə çatdılar ki, dedilər: Hüseyn (ə) zəmanə xəlifəsinə (Yezid) qarşı qiyam etdiyinə görə, qanı hədər oldu.

Yezid səhv etdi və səhv ictihadından tövbə etdi. Buradan sünni və şiə dəstəsinə bölünmələr başladı.

Müaviyyə və Əli (ə) müharibəsindən sonra, xəvaric firqəsi yarandı. Bəni üməyyə və bəni Mərvan hökumətləri və onların bəni Abbasla müharibəsi və onların aradan getməsi, müzakirə, qapısının açılması təlim və öyrənmə, yunan və ibri dilində olan kitabların ərəb dilinə tərcüməsi və yəhudi və xristianların xəlifələrin saraylarına nüfuzu və onların camaat arasında islam alimi və hədis deyəni kimi tanınmalarından sonra, müxtəlif fikirlər islam aləmində yarandı. Elə bir vəziyyətdə ki, zalim hakimlərin təziqi, peyğəmbər (s)- in övladlarından dinin doğru təbliği və yayılması fürsətini almışdılar və onları qırağa qoyub saxta hədis deyənlərə isə meydan vermişdilər.

Ona görə də, risalət zəmanından uzaq olan və əməvilərin təlimlərindən doymuş camaat, Abbası sarayının təlimlərinə üz tutdular. Onlar da öz hökümətlərinin davam tapması üçün, firqə və məzhəb düzəltmək qapısını açdılar. Amma yenə də təbliğ, təlim və moizə meydan sulayanları, axirət yolunu kənara qoyub, dünya malı dalınca olan və özlərini xəlifələrin sarayına satan imamlar (ə)- ın bəzi şagirdləri idilər. Ona görə də, uzun illər idi, Cəfəri (ə) şiə məzhəbi hətta islam məzhəblərinin biri də olaraq, o biri məzhəblərin kənarında tanınmırdı.

72 firqəyə ayrılmaq və bölünməyin yaranması, o dəstələrin əməllərinin nəticəsi idi ki, səqifədə yığışıb, Üsamənin qo.unundan üz çevirdilər və peyğəmbər (s)- in Əli (ə) barəsində olan bütün vəsiyyətlərini, qədir xum hadisəsini və Əli (ə) ilə öz beyətlərini unudub və islam ümmətini islamın əsl təlimlərindən nə qədər məhrum etdilər.

Bir dəstə özlərini peyğəmbər (s)- in sünnəsinin ardıcılları bilib, amma xilafətlərinin başlanğıcında, islamı hədləri tətil etdilər və nəss müqabilində ictihad etdilər. bəziləri elan etdilər ki, peyğəmbər (s)- in zamanında iki mütə halal idi, mən onların hər ikisini haram edirəm: Nisa mütəsi (müvəqqəti evlilik) və həcc mütəsi (təmətöö ömrəsi ilə təməttö həcci arasında ehramdan çıxmaq).[2]

Bir az keçməmiş "Həyya əla xəyril əməl"i azandan çıxardı, ta camaat namazın əvəzinə Rum və İranla cihada getsinlər. Müstəhəbbi namazı camaatla qılmağı bildirdilər. Nəhayət Peyğəmbər dəstəmazını dəyişdirdilər, ta o da bu dəyişiklik adətindən kənarda qalmasın. Bir dəstə də peyğəmbər (s) sünnəsinin əvəzinə, xəlifələrin sünnəsinə boyun qoydular. Ələvi və şiələri müəyyən etmək üçün, Osmani dəstamaza təkid etdilər ta, Əli (ə) Fatimə (s) və onların çiələrinin nəslini kəssinlər. Şam vilayətinin camaatı, müsəlmanlar şam vilayətini fəth edəndən sonra yalnız əməviləri özlərinə islam simvolu bilirdilər. Müaviyyə onlar üçün Allah rəsulunun (s) xəlifəsi idi. Hansı ki, onun niyyəti bu idi ki, Allah rəsulunun adı yaddan çıxsın və peyğəmbər (s), Əli (ə) və Fatimə (s)- nin nəslindən ad da qalmasın. Ona görə də onun çirkin sünnəsi, yəni cümə namazlarının xütbələrində və digər rəsmi xütbələrdə, Əli (ə)- a lənət və söyüş Ömər ibn Əbdül- əzizin zamanına kimi qaldı və hidayət imamları axıra kimi, bir qırağda saxlanıldılar.

Yalnız bəni Üməyyə və bəni Abbasın bir- birilə müharibəsi və bəni Abbasın zahirdə özlərini ali Əli- dən (ə) və imam Sadiq (ə) kimi böyük şəxslər üçün təbliğ və təlim və tərbiyə meydanı müəyyən qədər açıldı və peyğəmbər (s)- in yazılmamış hədisləri, onların dililə açıqlandı və təfsir olundu. Quranın daxili mənaları aşkarlandı və islamın açıq hökümləri və əsl maarif xəzinəsi, bəyan olundu və şiə alimlərinin və onların şagirdlərinin səyi nəticəsində, sonrakı nəsillərə çatdırıldı. Amma Abbasilərin höküməti möhkəmlənəndən sonra, imamlara olan təziq başqa forma aldı. Onlar ya zindanda idilər, ya sürgün yerində və ya qoşun içində və təqiyyə etməyə məcbur. Digər tərəfdən elm, bilik və moizə alıb- satanlarının bazarı rövnəqləndi. Hər şəxs islam alimi, hədisçisi və mütehidi tanıtdırıldı. Və bir dəstəni öz ətrafına yığdı. O həddə çatdı ki, onların çoxalması xəlifələri də qorxuya saldı. Ona görə də rəsmi məzhəbləri dörd məzhəblədə, şafii hənbəli, maliki və hənəfidə məhdudlaşdırdılar. Əmr verildi ki, digər risalələr yığışdırılsın və onlar barəsində heç kəs danışmasın.

Xəlifələr və onların işçiləri arasında müxtəlif məqsədlərlə bu məsələyə əl atan müxtəlif dəstələr gözə çarpır:

1.     Əli (ə) və Fatimə (s)- yə kin və paxıllığı olan şəxslər, bu məsələni müxtəlif formalarda, hərçənd zəif formada, peyğəmbər (s)- in zamanında da edirdilər. sünni və şiə kitabları onları yazıbdır.

2.     Əsasən vəzifə və şöhrət əldə etmək üçün islam gətirib və fürsət axtaran şəxslər. Peyğəmbər (s) dünyadan gedəndən sonra, Əli (ə) peyğəmbərin dəfn işi ilə məşğul olan zaman, bu fürsəti əldə etdilər.

3.     O şəxslər ki, Məkkə fəth olunanda, canlarının qorxusundan iman gətirib və həmişə islamı təhrif və məhv etmək fikrində idilər. Əməvilər onların nəslindəndir.

4.     dini təhrif və müsəlmanları məğlub etmək fikrində olan, ərəb və yəhudilərdən olan münafiqlər.

5.     Əməvilərin sarayına yol tapıb və islam təbliğçisi, xətibi və hədisçisi adı ilə məşhurlaşan yəhudi alimləri, əməl meydanına girdilər.

6.     Daha çox mal, vəzifə və məşhur olmağı əldə etmək üçün, bir- biri ilə yarışan, nadanlar, vaizlər və saxta hədis düzəldənlər.

7.     Məsuliyyətsiz alim və fikir sahibləri ki, Quran və hədisi qazanc mənbəyi edib və məşhurlaşma və vəzifə dalınca olub və onların ustadı olan əhli- beytdən uzaqlaşdılar. Quran və peyğəmbər sünnəsindən məlumatları olmadan və ərəb dilinin qramatikası ilə dəqiq tanışlıqları olmadan, Quran və dinin təfsirinə başladılar. Və hər bir dəstə bir nəfərin və bir rəyi ardıcılı oldu.

8.     Sadə camaat ki, imtahan və fasilələrdən heç nəyi seçə bilməyib və imamlardan uzaqlaşdılar, Zeyd ibn Əli (ə)- nin diri olması (ki, cəsədi neçə müddət dar ağacında qalmışdı) və ya İsmayil ibn Cəfər (ə)- in diri olması (ki atası özü onu dəfn etdi) kimi səhv əqidələrə düçar oldular və onların imam olmasına inandılar.

9.     Babilik, bəhailik. Taliban və ...firqələri yaymaqla, islam ümmətini bir- birindən ayırıb və onları məhv etmək üçün, dünya zalımları və sehyunistlərin atdıqları addımlar.

Ona görə də, islam ümmətinin bölünmə səbəblərini daxili və xarici səbəblərə bölmək olar. Daxili səbəblər, məsələn: Əməvi və Abbasilər tərəfdən əhli- beytə[3] olan kin, həsəd və paxıllıq, camaatın nadanlığı və sadəliyi, vəzifə, Şöhrət, və ad- san qazanmağa olan meyl. Xarici səbəblər; məsələn: Yüz il müddətində peyğəmbər (s) hədislərini yazmağı qadağan etmək, ərəb qramatikasını bilməmək və Qurandan nəticə alma və oxunuşların müxtəlifliyi, islami kitablara çoxlu saxta hədislərin daxil olması, Quran və qeybi bilən məsum və pak əhli- beyt (ə)- dən uzaqlaşmaq, xəlifələr vasitəsilə peyğəmbər (s)- in sünnəsi qarşısında ictihad və öz başına rəy vermək, xəlifələrin bəzi firqə və məzhəblərdən himayət etmələri, imamları (ə) və onların şiələri kənara sıxmaq və onları təziq altında saxlamaq, bəzi yəhudi və xristianların islam dini üçün, meydan sulaması və camaata hakim olan susmaq.

Yəqinliklə deyə bilərik ki, bunların hər biri, bir formada islam və müsəlmanlarda təhrif və parçalanma nın yaranmasında təsirli olublar. Digərləri də özləri istəmədən ona tərəf çəkilib və onu ediblər. Qəti olan şey budur ki, müxtəlif nəzərlər və yolların içində, yalnız bir müstəqim və haq yol var. Digər yollar bu yola nə qədər uyğunlaşsalar, o qədər həqiqətə uyğun olacaqlar. Amma təhrif və xətalarla qarışsalar, batil sayılacaqlar.

Şiə və sünninin etiqadına əsasən hər bir təhrifdən qorunmuş Qurani- kərim və şiə və sünni arasında mütəvatir və səhih peyğəmbər (s) sünnəsi yolu ilə doğru və haqq yolu tanımaq mümkündür. Məsum imamların (ə) sünnəsi də bu qoğruluqda yerləşir.

Mənbələr:

  1. Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 4, İslami nəşriyyat, Qum, səh 364- 365

  2. Qummi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, Kənzud- dəqaiq, cild 4, hidayət nazirliyi çap müəssisəsi, çap 1, 1411, h. q. Tehran, cild 3, səh 417 və cild 4, səh 117

  3. Musəvi, Şərəfuddin, tərcümə, İmami, Məhəmməd Cəhər, Haq axtaran və haqqı tanıyan, islami elmlər, çap 1, 1373, Qum.

  4. Cavadi Amili, Abdulla, Təsnim təfsiri, cild 1, İsra, çap 1, 1378, Qum, səh 98- 99

  5. Cavadi Amili, Abdulla, Quran Quranda, İsra, çap 2, 1378, Qum, səh 315- 350

  6. Xosrov Pənah, Əbdül- Hüseyn, Yəni kəlam, Qum elmi hövzəsinin mədəni mütaliə və araşdırmalar mərkəzi, çap 1, 1379, Qum, səh 150- 239

  7. Şəhristani, Seyid Əli, peyğəmbərlərin dəstəmazı, düşüncənin ucalması, çap 1, 1377, Məşhəd.

  8. Əsğəri, Seyid Məhəmməd, Qiyas və..., Keyhan, çap 2, 1370, Tehran.

  9. Qummi, Şeyx Abbas, Tətimətul- muntəha, Azadlıq xəbəri, çap 1, 1379, Tehran.

  10. Ticani, Məhəmməd, Həqiqi əhli- sünnə, cild 1və 2, islami elmlər əsası, çap 3, 1374, Qum.

  11. Nəqəvi, Seyid Məhəmməd Təqi, Qadir xütbəsinin şərh və təfsiri, Cəlil mədəni araşdırmalar mərkəzi, çap 1, 1374, Tehran.

[1] - Maidə surəsi, ayə 3- 67

[2] - İrşad, şeyx Mufid, tərcümə, Rəsuli Məhəllati, cild 1, səh 164, fəsl 50, Həccətül- vida və Əli- nin Yəməndən Məkkəyə gəlməsi və qədiri- xum əhvalatı... səh 158. Kafinin rövzəsi, tərcümə, Komrei, cild 1, səh 97, Əmirəl möminindən xütbə...., səh 94

[3] - Fəth surəsi, ayə 15, Nisa surəsi, ayə 49- 63

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163858 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159318 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118806 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111962 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105952 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92627 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54170 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49747 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44998 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44444 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...