Ətraflı axtarış
Baxanların
9691
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
Quranın təhrif olmamasının səbəbləri nədir?
Sual
Salam, Quranın 14 əsr boyu dəyişilməməsinə necə inana bilərik?
Qısa cavab

Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər.

Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik:

1.     Quran nazil olma zamanından bədi nəzm, ayələr arasında ixtilafın olmaması, qeybi xəbərlər və ... kimi xüsusiyyətlərə malik olubdur. Və hələ də o xüsusiyyətlərə sahibdir. Hələ də heç bir kəs hətta onun kimi bir surə də gətirə bilməyiblər. Deməli 14 əsr qabaqkı Quranın indiki Quranla heç bir fərqi yoxdur.

2.     Əgər bir din axrıncı din olmaq istəsə, birinci: Kamil olmalı (sonuncu din olmayan dinlərin əksinə ki, kamil deyildirlər), ikinci: Tarix boyu heç bir təhrif və dəyişikliyi olmamalıdır. Bu xüsusiyyətlərin biri olmadıqda, ağıl bu dinin sonuncu din olmadığını deyəcəkdir. Əlbəttə diqqət etmək lazımdır ki, dinin təhrif və dəyişikliyin onda yol verilməz olduğu ən bariz nümunələrindən biri, o dinin kitabıdır.

Deyirik Quran İslamın kitabı və islam dini də sonuncu dindir. Onda Quran, sonuncu dinin kitabıdır. Ona görə də sonuncu dinin kitabı təhrif və dəyişiklikdə amanda qalmalıdır. Nəticə etibarı ilə, Quran təhrif və dəyişikliklərdən amandadır.

3.             Quran elə bir kitabdır ki, müsəlmanlar həmişə namazlar, məscidlər, ev, döyüş meydanı, düşmənlə üz- üzə dayanan zaman və dinlərinin haqq olmasını isbat edən zaman ondan istifadə edirlər və heç vaxt ondan ayrılmayıblar. Belə bir halda, onun təhrif olmasına yer qalmayacaq.

4.             Əgər bir nəfər Quranın cild formasında və Peyğəmbərin öz zamanındakı mövcud formaya uyğun yığılmasında biri ilə ixtilafı olsa da, Qurana heç bir kəlmənin artırılmaması və ondan heç bir kəlmənin əskik olmamasında heç bir şəkki yoxdur. Çünki müsəlmanlar o vaxtdan indiyədək onu öyrənməyə və əzbərləməyə çox əhəmiyyət verirdilər. Peyğəmbər (s)- in zamanında Quran müəllimləri, qariləri və hafizləri o qədər çox idi ki, təkcə "biri məunə" hadisəsində onların təxminən 70 nəfəri şəhid oldular.[i] Peyğəmbər (s)- dən sonra indiki zamana qədər bütün müsəlman ölkələrdə həmişə çoxlu Quran müəllimi, qarisi olubdur. Bu xüsusiyyətlərlə hətta onun təhrif olma ehtimalı da yoxdur.

5.             Tarixçilər Peyğəmbər (s) zamanında "vəhy yazanlarının sayını qırx üç nəfərə qədər yazıblar. Belə olduqda bu qədər yazarı olan bir kitabın təhrif olunması mümkün deyil.

İslam rəhbərlərinin hamısının bir ağızla camaatı mövcud Quranı oxumağa, araşadırmağa və əməl etməyə dəvət etmələri bu səmavi kitabın bütün əsərlərində o cümlədən islamın ilk əsrlərindən dəyişilməmiş bir kitab olmasını göstərir.



[i] - Səfinətul- bihar, cild 1, səh 57.

Ətreaflı cavab

Səmavi kitabların təhrif və dəyişilməsi, ilahi dinlərdə baş verən ən yayılmış işlərdəndir. Belə ki, yeni Peyğəmbərlərin göndərilməsinin hədəflərindən biri, dindəki belə thriflərlə mübarizə etməkdir.[1] Amma islam dinlərin axırıncısı və sonuncusu olaraq, bütün dəyişiklik və təhriflərdən uzaqdır.

Quranın 14 əsr boyu heç bir dəyişikliyə məruz qalmamasına necə inanmaq olar? Sualı, müxtəlif əsaslarla açıqlana bilər ki, bu sualı edənin fikrində, bir növ təxiri təəccüb kimi açıqlanıbdır.

Bu sualın cavabı dinin daxili və xarici sahəsində açıqlana bilər. Biz burada, bu barədə məsum imamlardan nəql olunan və Quranda heç bir təhrif və dəyişikliyi olmamasını yaxşıca isbat edən çoxlu rəvayətlərə və ayələrə, heç bir işarə etmirik. Əksinə yalnız dindən xaric cəhətdən olan cavabları qeyd edirik.

Birinci sübut:

Quranın möcüzə olması: Mərhum Əllamə Təba- təbai Quranın möcüzə olmasından istifadə etməklə, Quranın təhrif olmamasına arqument gətirmişdir. Əllamə buyurur: Tarixin məlum hadisələrindən biri budur ki, 14 əsr qabaq Məhəmməd (s) adında bir Peyğəmbər gəldi və camaatın hidayəti üçün Quran adında bir kitab gətirdi ki, onun əbədi möcüzəsi idi. Quran islamın ilk günlərindən elə bir xüsusiyyətlərə malik idi ki, onun möcüzə olmasını göstərirdi. Həmin xüsusiyyətlərlə öz düşmənləri və maarifləri ilə mübarizə edirdi. Həmçinin tarixdə qeyd olubdur ki, islamın əvvəllərində müxaliflərin heç biri, hətta Quranın ən kiçik surələri kimi həmin xüsusiyyətlərlə bir surə gətirə bilmədi.

Bu gün bizim əlimizdə olan Quran, təəccüblü və bədi nəzmli, heç bir ixtilafı olmayan və... bir kitabdır. Yəni 14 əsr qabaqkı bütün xüsusiyyətləri onda var və indiyə qədər heç kəs hətta onun kimi bir surə (kəlmələrin tərkibi, nəzm, ayələr arasında ixtilafın olmaması və ...) gətirsin. Nəticədə bu Quran, 14 əsr qabaqkı Qurandır. Çünki əgər dəyişiklik onda baş versəydi, daha həmin xüsusiyyətlər qalmazdı.[2] Əgər insanların hətta Quranın kiçik surələrindən biri kimi bir surəni gətirməyi bacarsaydı, islamın əvvəllərində olan müşriklər ki, fəsahət, bəlağət, ərəbçilik, şer və xitabədə mahir və digərlərindən sahədə daha bacaracaqlı idilər. islamla düşmənçilikləri və yeni dinlə mübarizə etmək üçün özlərini oda- suya vurmalarını (hətta bir surə gətirmək barəsində mabarizəyə dəvət etmək) nəzərə almaqla, daha özlərinə islam və Peyğəmbərlə (s) mübarizə etmək zəhməti verməzdilər, əksinə balaca bir surə gətirməklə, islamı məğlub edərdilər. necə ki, islam düşmənləri bu sahədə çox çalışdılar, amma heç bir müvəffəqiyyət əldə etmədilər. Çünki, Allah buyurur: "Əgər insanlar və cinlər Quran kimi digər bir kitabı gətirmək üçün cəm olsalar və bir- birlərinə kömək etsələr də, onun kimisini gətirə bilməzlər."[3]

Quranın digər mübarizə etmələrindən biri, ixtilafın olmamasına mübarizədir ki, buyurubdur: "Quranda düşünmürsünüzmü? Əgər Allahdan qeyrisi tərəfindən olsaydı, onda çoxlu ixtilaf olardı"[4] Biz hazırda əlimizdə olan çoxlu Quran ayələrində heç bir ixtilaf görmürük.[5]

Həmçinin Quran barəsində Peyğəmbər (s)- ə nazil olan müxtəlif sifətlərin hamısını eşitmişik. Qeybi xəbərlər, Peyğəmbərlərin (s) nağılları, maarif və ilahi zikr və ... kimi Quranda bu gün yaxşıca müşahidə oluna bilər.[6]

İkinci sübut:

Bu sübut neçə müqəddimədən təşkil olubdur:

1.     Mürsəl din. Allah tərəfindən Peyğəmbərlər vasitəsi ilə insanların hidayəti üçün göndərilmiş şeylərin hamısıdır.

2.     Hər bir mürsəl din onun sonuncusundan qabaq, kamil dinin (Allah yanında olan din) göstərişlərinin bəzisini zamanın tələbinə uyğun, camaatın hidayəti üçün gətiribdir.

3.     Mürsəl dinlərin çoxluğunun hikməti, o kamil dindən (Allah yanındakı din) yeni əmrləri gətirməkdən əlavə, təhrif və dəyişilməyə məruz qalmış qabaqkı şəriətin həmin hissəsini düzəltməkdir.

4.     İlahi dinlər silsiləsi o zaman sona çatır və sonuncu din adında bir dində o zaman zühur edir ki:

Bir: kamil olsun belə ki, hidayətə lazım olan bütün ünsürlər dində açıqlanmış olsun.

İki: Bu din tarix boyu təhrif və dəyişiklikdən uzaq qalmalıdır. Əgər bu iki ünsürdən biri olmasa, ağıl bu dinin hələ axırıncı din olmadığını deyəcək.

Bu müqəddimələrə diqqət edərək, "sonuncu dinin təhrifindən uzaq olması, nəticə alınacaq.[7] Bu o mənayadır ki, onun kitabı (o dinin misilsiz və əsas mənbəyi) təhrifdən uzaq qalmalıdır. Bu dinin təhrifdən uzaq qalması üçün lazımı şərtdir.[8]

Deməli, bura qədər, bu əqli məsələ isbat oldu ki, sonuncu dinin kitabı, təhrifdən amandadır. Quran sonuncu dinin kitabıdır. Belə nəticə alınır ki, Quran təhrif və dəyişikikdən amandadır.[9]

Peyğəmbər (s)- in sonuncu Peyğəmbər olmasını, islam dininin ilahinin sonuncu dini olmasını və Quranın dünyanın sonunacan rəhbərliyini qəbul edəndən sonra, necə inanmaq olar ki, Allah islamın bu yeganı sənədini və sonuncu Peyğəmbəri qorumasın? Quranın təhrif olması, islamın neçə illər boyu və dünyanın sonunacan əbədi olması ilə, mənası ola bilərmi?

Üçüncü sübut:

Əgər bu məsələyə diqqət etsək ki, Quran müsəlmanlar üçün hər şey olub, əsas qanun həyat göstərişləri, hökumət proqramı, müqəddəs səmavi kitab və ibadət rəmzi, onda azaltma və çoxaltmanın əslən mümkün olmaması məlum olur.

Quran elə bir kitab idi ki, ilk müsəlmanlar həmişə namazda, məsciddə, evdə, döyüş meydanında düşmənlərlə qarşılaşan zaman və dinlərin haqq olmasını sübut edərkən, ondan istifadə edirlər. hətta islam tarixində qadınların mehriyyəsini Quran öyrətməyi təyin etmələri yazılıbdır. Bütün yerlərdə açıqlanan, hər uşağı ömrünün əvvəlindən onunla tanış etdikləri və islam dərsi öyrənmək istəyən hər bir şəxsə təlim edilən yeganə kitab, Qurani- məcid idi. Belə bir vəziyyəti nəzərə alandan sonra, bu səmavi kitabda dəyişikliyin baş verməsini kimsə ehtimal verirmi?[10]

Dördüncü sübut:

Quran kitab şəklində indiki formada Peyğəmbər (s)- in öz zamanında cəm olunmuşdur.[11] Əgər bir nəfər bunu da qəbul etməsə, bilməlidir ki, surələrin tərtibi və ... barəsində ixtilaf edənlərin Qurana nə bir kəlmənin artırılmamasıvə nə də bir kəlmənin ondan əksilməməsində, heç bir şəkləri yoxlarıdır. Çünki müsəlmanlar onu öyrənməyə və əzbərləməyə çox əhəmiyyət verirdilər. Ümumiyyətlə o dövrdə insanların şəxsiyyəti demək olar, Quranı nə qədər əzbər bilməsi ilə tanınırdı.

Quran hafizlərinin sayı o qədər çox idi ki, Əbu Bəkrin zamanında baş verən döyüşlərin birində Quran qarilərindən dörd yüz nəfərin qətlə yetirildiyi tarixdə yazılıb.[12]

"Ber məunə" əhvalatında (Mədinə yazınlığındakı yerlərdən biri) və Peyğəmbər (s) zamanında o məntəqədə baş verən müharibədə oxuyuruq ki, Peyğəmbər (s)- in səhabələrindən təxminən 70 nəfər Quran qarisi şəhid oldular.[13]

Bunların hamısından aydın olur ki, Quran müəlimi, qarisi və hafizi o qədər çox idi ki, təkcə bir döyüş meydanında onlardan bu qədəri şəhid olublar.

Qurani məcid evin bir küncündə baxımsız və unudulmuş bir kitab deyildi ki, biri ondan bir şey azaldıb ya çoxaltsın.

Qurani kərimi əzbərləmək məsələsi böyük bir ibadət və sünnə olaraq həmişə müsəlmanlar arasında olub və olacaq. Hətta Quran kitab kimi çap olunandan sonra, hər yerdə yayıldı. Hətta çap sənəti yaranandan sonra ki, bu kitabın islam ölkələrində ən çox nəşr olunan trajına səbəb oldu, yenə də Quran əzbərləmək məsələsi böyük fəxr və qədim sünnə olaraq öz mövqeyini qorudu. Belə ki, hər bir şəhər və diyarda həmişə bir dəstə Quran hafizi olubdur. Hazırda bəzi müsəlman ölkələrində "mədrəse təhfizul- Quranil kərim" ya digər adları olan mədrəsələr var ki, onun proqramı ilk növbədə şagirdlər tərəfindən Quranın əzbərlənmişdir. Hətta bu mədrəsələrin bəzisində şagirdlərə dərs deyən ustadlar, azyaşlı Quran hafizidirlər.[14] Xəbərlər bunu çatdırır ki, Pakistanda təxminən bir milyon beş yüz min nəfər Quran hafizi var.[15] Misrin Əl- əzhər islami unversitetinin qəbul olma imtahanın şərtlərindən biri, Quranın hamısını əzbər bilməkdir ki, qırx xaldan iyirmi xalı qazanmalıdırlar [16] və...

Sözün qısası, Quranı əzbərləmək sünnəsi Peyğəmbər (s)- in zamanından, çoxlu rəvayətlərdə gələn o həzrətin əmrilə bütün dövrlərdə olmuşdur. Belə bir vəziyyətdə, Quranın təhrif olması barəsində hansısa ehtimalın olması mümkündürmü?

Beşinci sübut:

Peyğəmbər (s)- in vəhyi yazan çoxlu katibləri var idi. Onlar 43 nəfər[17] idilər ki, onların ən məşhurları ilk dörd xəlifələr idilər. Amma hamıdan çox Zeyd ibn Sabit və Əmirəl- möminin Əli ibn Əbitalib (ə) bununla əlaqədar Peyğəmbər (s)- lə birgə idilər.[18]

Altıncı dəlil:

Bütün imamların mövcud Qurana[19] dəvət etmələri, bu səmavi kitabın bütün əsrlərdə o cümlədən islamın ilk əsrlərindən əl dəyilməmiş bir kitab olmasını göstərdi.

Əli (ə)- ın Nəhcül- bəlağədəki sözləri, bu iddiaya canlı şahiddir. 133- cü xütbədə oxuyuruq: "Allahın kitabı sizin aranızdadır. Elə bir danışandır ki, dili heç vaxt danışmaqdan yorulmaz. Elə bir evdir ki, onun sütunları heç vaxt sökülməz. onun dostlarının heç vaxt məğlub olmaması iftixara səbəbdir."[20]

176- cı xütbədə buyurur: "Bilin ki, bu Quran elə bir nəsihət edəndir ki, heç vaxt öz nəsihətində xəyanət etməz və elə bir hidayət edəndir ki, heç vaxt yoldan çıxartmaz.[21]. Həmçinin həmin xütbədə buyurur: "Quranla ünsiyyətdə olan hər şəxs ondan çoxluq və azlıqla ondan ayrılar. Çoxluq hidayətdə azlıq və naqislik yolunu azmaqdan."[22] Belə sözlər Əli (ə) və digər imamların sözlərində çoxdur.

Əgər fərz edək bu səmavi kitabda təhrif olub, bu cür ona dəvət olunması mümkün idimi? Haqq və batilin yol, üslub və ayrılıq vəsiləsi, heç vaxt sönməyən nur və çıraq, Allahın möhkəm ipi və onun əminlik səbəbi kimi tanıtdırıla bilərdimi?[23]

Yuxarıdakı altı sübutdan sonra, Quranın nazil olma zamanından indiyə kimi, təhrif və dəyişilməməsində heç bir şək və şübhə qalmır.



[1] - Pəyami- Quran, Məkarim Şirazi.

[2] - Əl- mizan təfsiri. Təba- təbai, cild 12, səh 157, 150- 155.

[3] - İsra surəsi, ayə 88.

[4] - Nisa surəsi, ayə 86.

[5] - Daha çox məlumat əldə etmək üçün, baxın: İctihadın kəlami əsasları, Hadəvi Tehrani, Məhdi, səh 54- 55.

[6] - Əl- mizanın tərcüməsi, cild 12, səh 150- 154.

[7] - Hadəvi Tehrani, İctihadın kəlami əsasları, səh 67.

[8] - Hadəvi Tehrani, İctihadın kəlami əsasları, səh 67.

[9] - Hadəvi Tehrani, İctihadın kəlami əsasları, səh 67.

[10] - Təfsiri nümunə, cild 11, səh 22.

[11] - Əlbəttə Quranın cəm olunması barəsində müxtəlif fikirlər var. Bu barədə baxın: Göstərici, Quranın cəm olunması, sual 71.

[12] - Kənzul- ummalın seçilmişi, əl- bəyan fi təfsiril- Quranın yazdığı əsasında, səh 260.

[13] - əfinətul- bihar, cild 1, səh 57.

[14] - Bu barədə Quran hafizi olan və doktorluq dərəcəsinə yetişən uşaq Məhəmməd Hüseyn Təba- təbainin xatirə və həyatını oxumaq olar.

[15] - Təfsiri nümunə, cild 11, səh 24. Əlbəttə bu rəqəmlər neçə illər əvvələ aiddir. Təbiidir ki indi o ölkədə bu saydan çox Quran hafizi var.

[16] - Həmin, Fərid Vəcdinin ensiklopediyasına istinadən.

[17] - Tarixçilər onların sayını on dörd nəfərdən qırx üç nəfərə kimi yazıblar.

[18] - Zəncani, Əbu Əbdillah, Tarixul- Quran, səh 24.

[19] - Yəni imamların dediklərini araşdırmaq bunu göstərir ki, islamın əvvəllərindən hamı bir dillə camaatı mövcud Quranı oxumağa, araşdırmağa və əməl etməyə dəvət edirdilər.

[20] - " وَ کِتَابُ اللَّهِ بَیْنَ أَظْهُرِکُمْ نَاطِقٌ لَا یَعْیَى لِسَانُهُ وَ بَیْتٌ لَا تُهْدَمُ أَرْکَانُهُ وَ عِزٌّ لَا تُهْزَمُ أَعْوَانُه "

[21] - " اعْلَمُوا أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِی لَا یَغُشُّ وَ الْهَادِی الَّذِی لَا یُضِلُّ "

[22] - " وَ مَا جَالَسَ هَذَا الْقُرْآنَ أَحَدٌ إِلَّا قَامَ عَنْهُ بِزِیَادَةٍ أَوْ نُقْصَانٍ زِیَادَةٍ فِی هُدًى وَ نُقْصَانٍ مِنْ عَمًى "

[23] - Müraciət edin: Təfsiri nümunə, cild 11, səh 24- 26.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...