Ətraflı axtarış
Baxanların
10429
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Sual
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qısa cavab

Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.

Ətreaflı cavab

Rəcəb ayı haram (hörmətli, toxunulmaz) aylardan biridir və onun fəziləti barəsində çoxlu rəvayət nəql olunmuşdur. Rəvayətlərdə bu ay üçün bəyan olunan əməllər iki qisimdir: Bəzi əməllər bu ayın bütün günlərinə aiddir, o cümlədən: oruc tutmaq, bəzi zikrlər və dualar kimi; bəzi əməllər isə bu ayın məxsus günlərinə aiddir, məsələn bu ayın gecələri üçün qeyd olunan əməllər, dualar və namazlar kimi. Habelə, beyz günləri (hər qəməri ayın 13, 14 və 15-ci günləri) yerinə yetirilən əməllərə tövsiyə olunmuşdur.

a) Rəcəb ayının müştərək əməlləri

Oruc

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Nuh (əleyhis-salam) rəcəb ayının birində gəmiyə mindi və səhabələrinə göstəriş verdi ki, həmin gün oruc tutsunlar.” Sonra  buyurdu: “Hər kəs bu gündə oruc tutsa, cəhənnəm odu bir illik (məsafə qədər) ondan uzaq olar. Hər kəs bu ayın yeddi gününü oruc tutsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs səkkiz gün oruc tutsa, behiştin səkkiz qapısı onun üzünə açılar. Hər kəs bu yada 15 gün oruc tutsa, Allah onun hacətlərini yerinə yetirər. Hər kəs bundan artıq oruc tutsa, Allah ona çoxlu inayət edər (rəhmət nəzəri salar).”[1]

2. İmam Kazim (əleyhis-salam) buyurur: “Rəcəb behiştdə bir çayın adıdır. O, süddən ağ, baldan şirindir. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, Allah ona həmin çayın suyundan içirdər.”[2]

3. Həzrət yenə buyurur: “Rəcəb ayı böyük (əzəmətli) bir aydır. Onda mükafatlar və həsənələr (savablar) bir neçə qat artırılır, insanın günahları bağışlanır. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu yüz illik məsafə qədər ondan uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutsa, behişt ona vacib olar.”[3]

Rəcəb ayının fəziləti barəsində nəql olunan rəvayətlər çoxdur, biz qeyd olunanlarla kifayətlənirik.

Bu ayın məxsus zikrləri

1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)  buyurur: “Hər kəs rəcəb ayında yüz dəfə أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ “əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh” deyib ondan sonra infaq (ehsan) etsə, Allah onun işini (ömrünü) rəhmət və bağışlamaqla sona çatdırar. Qiyamət günü Allahın hüzuruna gələndə Allah ona buyurar: “Mənim səltənətimə iqrar etdin, hər nə hacətin varsa, istə icabət (qəbul) edim. Çünki Məndən başqa heç kəs sənin istəklərini yerinə yetirə bilməz.”[4]

2. Həzrət başqa bir rəvayətdə  buyurur: “Hər kəs bu ayda min dəfə “la ilahə illəllah” desə, Allah onun əməl dəftərində yüz min həsənə yazar.”[5]

Bu ayın zikrləri də çoxdur ki, bu barədə yazılan kitablara müraciət edə bilərsiniz.

b) Bu ayın məxsus əməlləri

Bu ayın məxsus əməlləri onun hər gecəsində qılınmalı olan namazlardır və onun qılınma qaydası rəvayətlərdə gəlmişdir.[6]

O məxsus əməllər: Birinci gecədə, on beşinci gecədə və ayın axır gecəsində qüsl etmək,[7] rəcəb ayının birinci cümə axşamının (leylətur-rəğaib),[8] on üçüncü, on dördüncü və on beşinci gecələrinin (beyz gecələrinin) namazını qılmaq,[9] ümrə əməlini yerinə yetirmək,[10] imam Hüseyn[11] və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.[12]

 


[1] Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal”, səh. 53, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1364-cü şəmsi il

[2] Yenə orada

[3] Yenə orada

[4] Hürr Amili, “Vəsailuş-şiə”, 10-cu cild, səh. 484, hədis 13907, “Alul-beyt (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il

[5] Yenə orada, hədis 13908

[6] “Vəsailuş-şiə”, 8-ci cild, səh. 91,  bab 5

[7] Yenə orada, 3-cü cild, səh. 334, bab 22

[8] Yenə orada, 8-ci cild, səh. 98, bab 6

[9] Yenə orada, 8-ci cild, səh. 24, bab 3

[10] Yenə orada, 14-cü cild, səh. 300, bab 3

[11] Yenə orada, 14-cü cild, səh. 465, bab 50

[12] Yen orada, 14-cü cild, səh. 565, bab 87

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154990 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117777 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109720 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98852 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91322 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53358 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45275 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43736 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42903 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...