Ətraflı axtarış
Baxanların
6311
İnternetə qoyma tarixi: 2008/02/26
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
Sual
“Nəhcul-bəlağə” və imam Əli (əleyhis-salam)-ın nəzərindən Quran hansı məqama malikdir?
Qısa cavab

İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. “Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir: 1. Xeyirxah nəsihətçi,  2. Ən yaxşı yol göstərən, 3. Düz danışan natiq, 4. Ən möhkəm və xatircəm sığınacaq yeri, 5. Şəfa verən, 6. Elm və mərifətin mənşəyi, 7. Ən yüksək sərvət, 8. Qəlblərin dirilməsinə və təravətli olmasına səbəb, 9. Ən yüksək şəfaət edən, 10. Hərtərəfli bir kitab və s.

Ətreaflı cavab

Quran və əzəmətli Peyğəmbər (səlləllahu əleyhi və alih) məktəbində tərbiyə alan birinci dərəcəli şəxs – İmam Əli (əleyhis-salam) özünün “Nəhcul-bəlağə”dəki kəlamlarında, xütbələrində və məktublarında müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq Quranın bir çox xüsusiyyətlərini bəyan etmiş, onun dəyərlərini camaat üçün sadalamış, bu səmavi kitabı yüksək əzəmətlə vəsf etmiş, camaatı Quranın haqqına riayət və onun barəsində dərindən təfəkkür etmək üçün dəfələrlə təşviq etmişdir. Belə ki, özünün bərəkətli həyatının axırlarında belə, həm maddi, həm də mənəvi övladlarına Qurana əməl etməyi vəsiyyət edərək buyurur: “Allah, Allah! Quran barəsində (diqqətli olun)! Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizdən qabağa keçə!”[1] Belə təkidlərin hamısı bu asimani kitabın Əli (əleyhis-salam)-ın nəzərində nə qədər əzəmətli olmasını göstərir. Bu kəlmələri aşağıdakı əsas mövzularda və mehvərlərdə təsnif etmək olar:

1. Xeyirxah nəsihətçi: “Bilin ki, bu Quran heç vaxt aldatmayan xeyirxah nəsihətçidir.”[2]

2. Ən yaxşı yol göstərən: “Quran heç vaxt azdırmayan bir yol göstərəndir.”[3]

3. Düz danışan natiq: “Heç vaxt yalan danışmayan bir natiqdir.”[4]

4. Ən möhkəm və etibarlı sığınacaq yeri və pənahgah: “Qurana hökmən əməl edin! Çünki o, möhkəm və sarsılmaz ilahi bir ip, aşkar nur və faydalı dərmandır; (ruhi) susuzluğu yatırır, ona sarılanları (zəlalətdən) qoruyub saxlayır, ona arxalananlara nicat verir. Onda heç bir əyrilik yoxdur ki, düzəldilməyə ehtiyaclı olsun; batilə meyl etmir ki, ondan qaytarılsın.”[5]

5. Şəfa verən: “Öz (ruhi və mənəvi) xəstəlikləriniz üçün Qurandan şəfa alın, çətinliklərinizi həll etmək üçün ondan kömək diləyin! Çünki küfr, nifaq, zəlalət və azğınlıq kimi ən böyük dərdlərin şəfası Qurandadır.”[6]

6. Bütün elm və mərifətin mənşəyi: “...Bütün elm və mərifətin mənşəyi Qurandadır.”[7]

O həzrət başqa yerdə Qurandakı sonsuz elmlərə işarə edərək buyurur: “Allah Quranı alimlərin elm yanğısını söndürən, fəqihlərin qəlbi üçün (nuranilik verən) bahar yağışları, habelə salehlər üçün çox geniş bir yol qərar vermişdir...”[8]

7. Ən yüksək sərvət: “Bilin (və agah olun)! Qurana sahib olduqdan sonra sizlərdən heç birinizin  azacıq belə, ehtiyac və fəqirliyi olmaz. Bir kəs də Qurana sahib olmadan ehtiyacsız olmayacaqdır.”[9]

8. Qəlblərin dirilib təravətli olması səbəbi: “Qəlblərin baharı Qurandadır...”[10]

9. Ən yüksək şəfaət edəndir: “Bilin! Quran şəfaəti qəbul olunan bir kitab, sözü təsdiq olunmuş natiqdir. Qiyamət günü Quran hər kəsə şəfaət etsə,  Quranın onun barəsindəki şəfaəti qəbul olunacaqdır.”[11]

10. Əbədi kitab: “Quran heç vaxt sönməyən bir nur, işığı məhv olmayan bir çıraq, ənginlikləri dərk olunmayan bir dəryadır; onun yolçuları üçün heç vaxt  azmayan bir yol, nuru sönməyən bir şölədir, haqq ilə batili bir-birindən ayırandır, onun dəlil-sübutlarının nuru heç vaxt sönməz...”[12]

11. Qurani-kərimin hərtərəfli olması barəsində imam Əli (əleyhis-salam) buyurur: “Pərvərdigarın kitabı sizin aranızdadır: o, halal və haramı, vacib və müstəhəbbi, nasix və mənsuxu, mübah və qadağanı, xassı və ammı, öyüd-nəsihət və məsəlləri, mütləq və müqəyyədi, möhkəm və mütəşabehi bəyan edir, özünün mücməl (yığcam və zahirdə dərk olunmayan) ibarələrini təfsir edir və mürəkkəb məsələlərini aydınlaşdırır.”[13]

Həmçinin buyurur: “Quranda keçmişdəkilərin və gələcəkdəkilərin xəbərləri, həyatda ehtiyac duyduğunuz hökmlər mövcuddur.”[14]

Həzrət 198-ci xütbədə Quranın dəyəri barəsində müfəssəl şəkildə söhbət açmışdır. Çox yüksək bəyan üslubuna malik olam bu kəlamlar Quranının dəyər və xüsusiyyətlərini o qədər gözəl şəkildə bəyan edib aydınlaşdırır ki, əlavə heç bir izaha və təfsirə yer qalmır.

Qeyd olunanlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ikinci vəhy təfsirçisi olan Əli (əleyhis-salam)-ın kəlamında Quranın vəsfi və məqamı barəsində kiçik nümunələr idi.

Bu barədə əlavə məlumat almaq üçün “Nəhcul-bəlağə”nin 110, 183, 169, 157, 158, 133, 176 və 198-ci  xütbələrinə müraciət edə bilərsiniz.

 


[1] “Nəhcul-bəlağə”, Məhəmməd Dəştinin tərcüməsi, 47-ci məktub, səh. 559

[2]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا.أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغُشُّ

[3]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ

[4]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْمُحَدِّثُ الَّذِي لَا يَكْذِبُ

[5]  “Nəhcul-bəlağə”, xütbə 156

[6]  “Nəhcul-bəlağə”, xütbə 176

فَاسْتَشْفُوهُ مِنْ أَدْوَائِكُمْ وَ اسْتَعِينُوا بِهِ عَلَى لَأْوَائِكُمْ فَإِنَّ فِيهِ شِفَاءً مِنْ أَكْبَرِ الدَّاءِ وَ هُوَ الْكُفْرُ وَ النِّفَاقُ وَ الْغَيُّ وَ الضَّلَالُ

[7] “Nəhcul-bəlağə”, xütbə 176:  وَ يَنَابِيعُ الْعِلْمِ

[8] “Nəhcul-bəlağə”, xütbə 198

[9] “Nəhcul-bəlağə”, xütbə 176: وَاعْلَمُوا اَنَّهُ لَيْسَ عَلَى اَحَدٍ بَعْدَ الْقُرْآنِ مِنْ فَاقَةٍ وَ لاَ لِاَحَدٍ قَبْلَ الْقُرْآنِ مِنْ غِنًى

[10] “Nəhcul-bəlağə”, xütbə 176: فِيهِ رَبِيعُ الْقَلْبِ

[11] “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا أَنَّهُ شَافِعٌ مُشَفَّعٌ وَ قَائِلٌ مُصَدَّقٌ وَ أَنَّهُ مَنْ شَفَعَ لَهُ الْقُرْآنُ يَوْمَ الْقِيَامَةِ شُفِّعَ فِيهِ

[12] “Nəhcul-bəlağə”, xütbə 198

[13] “Nəhcul-bəlağə”, xütbə 1

[14] “Nəhcul-bəlağə”, qısa kəlamlar, hikmət 313

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Xüms ilinin sonunda gündəlik təlabat mallarının xümsünün hesablanması necə aparılır?
    7270 Nizamlar hüquq və əhkam 2012/05/19
    Həzrət Ayətullah uzma Xamenei bu suala belə cavab vermişdir: “Gündəlik istifadə edilən, düyü, yağ və s kimi mallar xüms ilinin sonunda artıq qalarsa” onların xüms pulu verilməlidir.[1] Xüms pulu həmin artılq qalan malın özündən verilməli olduğundan, məsələn ilin sonmunda 5 kq düyü ...
  • Bizim məntəqəmizdə təzəlikdə su lüləsi çəkilib amma suyun verilməsini nəzarətə alan texnikamız yoxdur. Buna baxmayaraq, bu lülədən bir xət çəkmişik və o sudan istifadə edirik. Bu iş düzgündürmü?
    4942 Maddi hüquqlar 2015/05/30
    Bu cür işləri gərək su idarəsinin məsul şəxsəlrindən icazə alıb və razılıq olmalıdır. Əgər sizin əməliniz onların qanunlarının ziddinədirsə, icazə yoxdur və qəsb hökmündədir. Təbi ki, belə su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Hər halda, işlədilən suyun pulunu hesablayıb su idarəsi mərkəzinə çatmalıdır. Əlavələr: Təqlid ...
  • Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərməyin savabı xüsusunda məsum imamlardan rəvayət nəql olunmuşdurmu?
    9896 Hədis elmləri 2012/01/19
    Şiənin rəvayət məcmuələrində Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərini lənətləmək və qarğış etməyin savabı ilə əlaqədar çoxlu rəvayət mövcuddur. İmam Riza (əleyhis-salam) Rəyyan ibni Şəbibə buyurdu: “Əgər Hüseyn (əleyhis-salam)-ın şəhid olan köməkçilərinin savabına nail olmaq və Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün düzəldilmiş otaqlarda sakin olmaq istəyirsənsə... hər vaxt Hüseyni xatırlasan, onun qatillərinə ...
  • вилајәти фәгиһдән мәгсәд нәдир?
    6214 Təzə kəlam 2009/11/10
    Әрәб дилиндә “вәли” сөзүндә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:
  • Əhdə əməl etməməyin kəffarəsi nədir?
    6933 Nizamlar hüquq və əhkam 2011/05/30
    Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir ...
  • Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
    6005 Əməli əxlaq 2011/11/19
    Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və ...
  • Quranda nəsx (ayənin ləğv olunması) mümkündürmü?
    5960 Quran elmləri 2011/08/23
     Quranayəsininmütəvatir (dalbadalgələnhədis) vəqətiicmailələğvolunması (nəsx) ...
  • Дин нәдир?
    10244 Quran 2009/06/13
    Дин барәсиндә гәрб алимләри тәрәфиндән мүхтәлиф нәзәријјә вә мәтләбләр ирәли сүрүлүб. Гуран ајәләриндә “дин” ики мөвзуда ишләнмишдир.1-Гејби гүдрәтә олан һәр һансы етигад, истәр батил, истәрсә дә һагг ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    5553 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    6633 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162868 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154913 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98776 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45193 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42868 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...